Məhkəmə qərarları › İş №e-2(004)-3970/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3970/2023

27.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3970/2023 27.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Sultanova-X2, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə hesabatının ləğvi və təkrar qiymətləndirmənin keçirilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə hesabatının ləğvi və təkrar qiymətləndirmənin keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli qiymətləndirmə hesabatının ləğv edilərək yenidən qiymətləndirmə keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 49/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı “X3” ASC-nin cavabdehlər X1 və İddiaçı qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s” tələbinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsinə əsasən müəyyən olunur ki, məhkəmə tərəfindən "xxxx" MMC-nin 17 dekabr 2021-ci il tarixli, 506/ZRB/21 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi barədə rəyi iş materialı qismində qiymətləndirilərək onun əsasında fərdi yaşayış yeri və torpaq sahəsinin ilkin satış qiyməti müəyyənləşdirilmişdir. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, sözügedən qətnamədən iddiaçı "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 26 iyul 2022-ci il tarixli, 2(106)-93/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı qiymətləndirmə hesabatının nəticəsindən narazı olduğu halda, həmin rəyin iş materialı kimi qiymətləndirildiyi mülki iş üzrə məhkəmə aktının nəticəsindən yuxarı instansiya məhkəməsinə şikayət verən zaman qiymətləndirmə rəyinə də münasibət bildirə bilər. Hazırki iddia tələbinə məhkəmədə iddia icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-in: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən Azərbaycan Respublikası-X4 vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 100 manat pul İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 153.2.1, 263- 264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə hesabatının ləğvi və təkrar qiymətləndirmənin keçirilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. xx.xx.2022-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən Azərbaycan Respublikası-X4 vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar