Məhkəmə qərarları › İş №e-2(004)-398/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-398/2023

06.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-398/2023 06.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil1 Cavabdeh4 MMC-nin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 Saylı Bakı Ərazi İdarəsi, "xxxx" Mənzil Tikinti Kooperativi, Cavabdeh4 MMC və Cavabdeh3 qarşı maliyyə arayışı və forma 2 arayışının etibarsız hesab edilməsi, kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın və həmin sənədlər əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 adına verilmiş Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3, 114 saylı mənzilə dair "xxxx" MMC (MTK)üzvlərinin ümumi iclasının protokolundan çıxarış, maliyyə arayışı və forma 2 arayışı etibarsız hesab edilsin və həmin sənədlər əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməsi və iddiaçının həmin mənzilə sahiblik və istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanan 101 saylı, 19 avqust 2008-ci il tarixli Sifariş müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə "Caspian İnşaat MB” MMC tərəfindən inşa edilmiş çox mənzilli binada 2 saylı blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 140 kv.m olan 114 nömrəli mənzilin dəyərini təşkil edən 79.380 manat məbləğində pul vəsaitini tam ödəməklə İddiaçı mənzili almışdır. İddiaçı tərəfindən mənzilin ümumi dəyərinin tam olaraq ödənilməsi və borcunun olmaması "Caspian İnşaat MB” MMC tərəfindən verilmiş maliyyə arayışı ilə təsdiq olunur. Mənzilə dair müqavilə bağlanan gündən etibarən hazırkı vaxtadək mənzil İddiaçı sahibliyində və istifadəsində olmuş, orada təmir işləri aparılmış və həmin vaxtdan hazırkı günədək ailəsi ilə birgə həmin mənzildə yaşayırlar. Sonradan iddiaçıya məlum olmuşdur ki, ona məxsus mənzil başqa şəxsə satılmışdır. 2021-ci il noyabr ayının 24-dən 25-nə keçən gecə, "xxxx" MTK-nın sədri X2, özünün maşında yanmış halda tapılması hadisəsi İddiaçı çox kədərləndirmiş və psixoloji sarsıntı keçirmişdir. Bir neçə gündən sonra ona məlum olmuşdur ki, istifadəsində və sahibliyində olan mənzil, tanımadığı 3-cü şəxsə, saxta sənəd əsasında, ümumi yığıncağın protokolundan çıxarış və MTK-ya borcunun olmaması ilə bağlı maliyyə-arayışı verilərək, əsassız şəkildə iddiaçının mənzilinə Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətindən çıxarışın alınmasına səbəb olmuşdur. Bunun nəticəsində istifadəsində və sahibliyində olan 114 saylı mənzilə bugünkü gün mülkiyyət hüquqlarını rəsmiləşdirə bilmir və ona məxsus mənzilə dair hər-hansı sərəncam vermə hüquqlarının həyata keçirilməsi məhdudlaşdırılıb. Buna görə də X2 qanuna zidd əməli nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəymişdir. X3 barəsində AR CM-in 178.3.2 və 313-cü maddələri ilə cinayət işi başlanılmış və İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İstintaq zamanı müəyyən edilmişdir ki, X3 Cavabdeh4 MTK-nın sədri işləyərkən qulluq mövqeyindən suiistifadə edərək, ünvan 1 ünvanında yerləşən və müqavilə əsasında X1 məxsus olan 114 nömrəli mənzili xx.xx.2021-ci il tarixdə saxta “Maliyyə” arayışı və “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilə əsasında 135.000 manata Cavabdeh3 satmışdır. İddiaçının həmin vaxta qədər MTK-nın təsis edilməsi, Rafət Qanıyevin MTK sədri olması və mənzilin məhz başqa şəxsə satılması barədə məlumatı olmamışdır. 02 sentyabr 2022-ci tarixli vəkil sorğusu ilə mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib-verilməməsi məsələsinin aydınlaşdırılması üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 Saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. DƏDRX-in sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixli, **********47 saylı məktubundan aydın olur ki, ümumi sahəsi 130.3 kv.m olan ünvan 2 ünvanı (giriş 2) Cavabdeh3 adına xx.xx.2021- ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Eyni zamanda sorğuya cavabdan aydın olmuşdur ki, verilmiş çıxarışda mənzilin ölçüləri ilə həqiqi ölçüləri arasında uyğunsuzluq vardır. Bu da bir daha sübut edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları gəlib mənzilə baxış keçirmədən çıxarış verilmişdir. Nəticədə, hazırda iddiaçıya məxsus 114 saylı mənzilə dair qanunsuz sənəd əsasında başqa şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeyd aparılmışdır ki, bu qeyd də iddiaçının mülkiyyət hüquqlarını kobud surətdə pozur. "xxxx" MMC tərəfindən mübahisəli mənzil 19 avqust 2008-ci il tarixdə iddiaçıya satıldıqdan sonra MMC-nin mənzil üzərində hüquqları itirildiyi üçün, onun hər hansı formada sonradan MTK-ya keçməsi mümkün deyil. Eyni zamanda həm Mülki Məcəllənin, həm də Mənzil qanunvericiliyinin tələbinə əsasən mənzil tikinti kooperativinin təsis edilməsinin və fəaliyyətinin mahiyyəti yaşayış binasını inşa edib onu payçılar arasında bölüşdürməkdən ibarətdir. Mənzillər bölüşdürüldükdən sonra isə sakinlər tərəfindən MTK ləğv edilməli və mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir. 2017-ci ildə MMC MTK-nı təsis edən zaman artıq bina tikilib başa çatmış və mənzillər satılmışdı. MTKnın təsis edilməsindən sonra hər hansı tikinti aparılmamışdırsa, MTK-nın təsis edilməsinin məqsədi nədir? MTK-nın təsis edilməsindən iddiaçının və digər mənzil mülkiyyətçilərinin xəbəri olmamış, həmçinin MTK tərəfindən qanunsuz protokoldan çıxarışlar verilərkən nə ümumi iclas çağırılmış, nə də bundan kimsənin məlumatı olmuşdur. Görünür ki, gizli yolla qanunsuz sənədlər tərtib edilmiş və mənzil mülkiyyətçilərinin xəbəri olmadan onlara məxsus mənzillər qanunsuz sənədlər verilməsi yolu ilə başqa şəxslərə aldadılmaqla satılmış və pulları mənimsənilmişdir. MMC (MTK) onda olmayan hüquqları Cavabdeh3 ötürə bilməzdi və heç onun belə səlahiyyəti də olmamışdır. MTK tərəfindən Cavabdeh3 verilmiş protokoldan çıxarış və maliyyə arayışı əhəmiyyətsiz olduğu üçün etibarsızdır. Həmin sənədlər etibarsız olduğu üçün həmin sənədlər əsasında 114 saylı mənzilə verilmiş çıxarış ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 MMC-nin nümayəndəsi iddianın əsaslı olduğunu bildirərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışına hazırlıq iclasında iştirak etmiş Cavabdeh3 iddianı qəbul edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izahatında bildirmişdir ki, o, "xxxx" MTK-nın sədri X3 tərəfindən aldadılmış, ona iddiaçı X1 məxsus olan mənzil saxta müqavilə əsasında satılmışdır. O, özü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək mənzilin onun adına qeydiyyatının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İş materiallarına əlavə edilmiş 19 avqust 2008-ci il tarixli 101 saylı sifariş (podrat müqaviləsi) müqaviləsi və maliyyə arayışlarından görünür ki, İddiaçı Cavabdeh4 MMC-dən Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3, 114 saylı mənzili dəyərini ödəməklə almışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********47 saylı məktubundan və Cavabdeh3 tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışdan görünür ki, həmin mənzil (mənzilin yeni qaydalarla ünvanı Bakı şəhəri Yasamal rayonu, Əbdülvahab küçəsi, 11, M9, mənzil 2) üzərində Cavabdeh3 Ağaməmməd oğlunun mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış Cavabdeh3 Ağaməmməd oğlunun notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, sonuncu Xidmətdən onun adına olan mübahisəli mənzilə dair çıxarışın ləğv edilməsini xahiş etmişdir. Beləliklə tədqiq olunmuş sübutlarla, o cümlədən tərəflərin izahatları ilə iddiaçıya məxsus mənzilin saxta sənədlər əsasında Cavabdeh3 Ağaməmməd oğluna satılması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilərək Cavabdeh3 adına verilmiş Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3, 114 saylı mənzilə dair "xxxx" MMC (MTK)üzvlərinin ümumi iclasının protokolundan çıxarış, maliyyə arayışı və forma 2 arayışı etibarsız hesab edilməli və həmin sənədlər əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməli, iddiaçının həmin mənzilə sahiblik və istifadə hüququ tanınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh3 adına Bakı şəhəri, ünvan 4 ünvan: ünvan 5yyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş "xxxx" MMC (MTK)üzvlərinin ümumi iclasının protokolundan çıxarış, maliyyə arayışı və forma 2 arayışı etibarsız hesab edilsin. Cavabdeh3 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. İddiaçı Bakı şəhəri, ünvan 4 ünvanı ünvan 6ququ tanınsın. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar