Məhkəmə qərarları › İş №e-2(004)-3986/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3986/2025

18.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3986/2025 18.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "kompensasiya ödənilməklə mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qasımova X30 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına və ödənilmiş dövlət rüsumun əvəzinin cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********01-10301 nömrəli Çıxarışdan göründüyü kimi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 382.1 m fərdi yaşayış evi paylı mülkiyyətindədir. Həmin fərdi yaşayış evi üzərində 1/12 hissədə pay hüququ vardır və həmin pay hüququna əsasən ümumi həyətdə ayrılmış sahəsi 33.95 m olan fərdi yaşayış evi onun mülkiyyətindədir. Buna baxmayaraq heç bir hüquqi əsas olmadan Qasımova X48 artıq uzun illərdir ki, həmin fərdi yaşayış evində yaşamaqdadır. Cavabdeh və ailə üzvləri tərəfindən qeyd olunan əmlak barədə dəfələrlə müxtəlif əsassız iddialar qaldırılmış və hər biri məhkəmənin yekun qərarı ilə rədd edilmişdir. Qasımova X1 Tatyana İvanovnanın həyat yoldaşı və keçmiş mülkiyyətçi X15 qarşı Yasamal Rayon Məhkəməsində “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbi ilə iddia qaldırmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(103)- 727/2009 saylı qətnaməsi ilə: - Qasımova X30 Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 27 saylı evin 1/12 hissəsinə mərhum əri X13 ilə X22 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməməsinə dair iddiası təmin edilməmişdir. Heydər Əliyev adına X44 Yasamal Rayon Məhkəməsinin sorğusuna cavab məktubunda qeyd edilmişdir:“... “Azərneftyanacaq” istehsalat birliyinin müdriyyəti və X5 12 iyul 2001-ci il tarixli, 98 saylı birgə qərarına əsasən, Qasımovanın ailəsi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 109, İİ giriş, Xİİ mərtəbə, yaşayış sahəsi 58.37 molan 4 otaqlı 48 saylı mənzil ilə təmin edilmiş və müvafiq qaydada ona Nizami rayonu İcra Hakimiyyəti tərəfindən yaşayış orderi verilmişdir.” Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə və 4 otaqlı mənzil ilə təmin olunmasına baxmayaraq bu günə qədər Qasımova X1 Tatyana İvanovnanın mülkiyyətində olan fərdi yaşayış evində heç bir qanuni əsas olmadan yaşamağa davam etməkdədir. Bununla da, İddiaçı mülkiyyət və istifadə hüquqları kobud surətdə pozulmaqdadır. Cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubuna baxmayaraq, qanunsuz olaraq yaşamağa davam etdiyi fərdi yaşayış evini boşaltmamış və həmin ünvanda pasport qeydiyyatında qalmağa davam etməkdədir. Buna görə də, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə prosesinin gedişində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçı tərəfindən Qasımova X36 15.000 manat kompensasiya ödənilməsi ilə onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi və həmin evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə dəqiqləşdirmə ərizəsini qismən, “kompensasiya ödənilməklə mənzildən çıxarılma” hissəsində qəbul etmişdir. “Cavabdehin fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi” hissəsinə münasibətdə isə icraata qəbul etməmişdir. Belə ki, MPM-in 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddia əsassız və hüquqa ziddir, çünki qanuni yaşayış faktı və mənəvi hüquq o, Cavabdeh, mərhum həyat yoldaşı X16 ilə və övladları ilə birlikdə uzun illərdir həmin evdə daimi və maneəsiz şəkildə yaşamışlar. Onların orada yaşamaları qanuni əsaslarla baş vermiş və heç bir vaxt mübahisələndirilməmişdir. İddiaçı yalnız formal mülkiyyət hüququnu əsas gətirərək onu evdən çıxarmağa çalışır. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və Mülki Məcəllənin 157.1 və 157.2-ci maddələrinə əsasən, mülkiyyət hüququ başqa şəxslərin qanuni istifadəsini istisna etmir. Onun hal-hazırda başqa yaşayış yeri yoxdur. İddiaçı tərəfindən tələb olunan çıxarılma, yaşamaq hüququnun pozulması və əsassız məhrumetmə ilə nəticələnə bilər ki, bu da Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinə ziddir. Pasport qeydiyyatının ləğvi ilə bağlı tələb də iddiaçı yalnız onun həmin evdən çıxarılmağını deyil, həm də oradakı qeydiyyatının ləğvini istəyir. Bu isə "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun tələblərinə ziddir. Çünki qeydiyyatın ləğvi yalnız orada faktiki yaşam olmadığı halda mümkündür. O, isə uzun illərdir orada yaşayır və bu fakt danılmazdır. Qeyd edilməsi zəruridir ki, iddiaçı tərəfindən əldə edilən mülkiyyət hüququnu o, qəbul etmir. Hazırda 2006-cı il tarixli məhkəmə qətnaməsinin əldə edilməsi, çıxarışın etibarsız hesab edilməsi və sair tələblərlə bağlı məhkəməyə müraciət edir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tərəflər arasında barışıq əldə olunmamışdır. Cavabdeh məbləğlə razı olmamışdı. Onlar kompensasiya ödəməyə hazırdır. Evin faktiki sahəsi təxminən 30 kv.m-dir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh yalnız kompensasiya verilməklə mənzildən çıxarıla bilər. Lakin, kompensasiya məbləği ilə razı deyillər. Məbləğin 30000 manat olmasını istəyirlər. Cavabdeh həmin mənzildə fasiləsiz yaşayıb və iddiaçı ona çıxmasını tələb etməyib. Verilən suala cavab olaraq bildirmişdir ki, tərəflərin qohumluq münasibətləri olmayıb. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-727/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal rayon məhkəməsinin hazırkı iş üzrə olan 23 yanvar 2007-ci il tarixli qətnaməsi ləğv edilmiş, Qasımova X30 Bakı şəhəri, İ. Qutqaşınlı küçəsi. 27 saylı evin 1/12 hissəsinə mərhum əri X13 ilə X22 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamənin məzmunundan müəyyən edilir ki, “...Bakı şəhəri İ.Qutqaşınlı küçəsində yerləşən 27 saylı ev 1/12 hissədə X11 məxsus olmuşdur. 08 yanvar 1997-ci il tarixdə X22 vəfat etmiş, 16 sentyabr 2006-cı il tarixdə mərhumun oğlu X15 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 28 oktyabr 2006-cı il tarixdə X27 evin 1/12 hissəsinə mülkiyyət hüququnu bildirən dövlət Reyestrindən Çıxarış verilmişdir. ...Birinci instansiya məhkəməsi Cavabdeh iddia tələbini təmin edərkən mübahisəli mənzilin iddiaçının əri Alik Məmmədov tərəfindər cavabdeh X6 alınmasına əsaslanmış və bunu İddiaçının ailə üzvləri ilə birlikdə 1987-ci ildən orada yaşamaqla qeydiyyatda olmaları və şahid qismində dindirilmiş iddiaçının bacısı X2 ifadəsi ilə sübuta yetirilmiş hesab etmişdir. ...İddiaçı, alqı-satqı müqaviləsinin 1987-ci ildə bağlanmasını iddia etsə də, işdən göründüyü kimi o, müqavilənin bağlanmış hesab edilməsi barede məhkəməyə yalnız 2006-cı ildə təxminən 20 il sonra müraciət etmiş və bu zaman əqdin notariatda təsdiq etməkdən boyun qaçırılmasının baş verməsini və bunun nədə ifadə olunmasını sübuta yetirə bilməmişdir. İş materiallarından göründüyü kimi tərəflər arasında olan alqı-satqı müqaviləsinin notariatda rəsmiləşdirilməsinə mane olan heç bir hal olmamış, buna baxmayaraq iddiaçı bu hüququndan uzun müddət istifadə etməmişdir. İddiaçı Cavabdeh mübahisəli yaşayış sahəsinin 5.000 manat almasını bildirsə də məhkəmə instansiyalarına bunu təsdiq edən hər hansı bir yazılı sübut taqdim etməmişdir.” Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş **********01-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 382,10 kv.m. olan fərdi yaşayış evi və üzərində yerləşdiyi 0,052510 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə 2/12 hissədə X9 (xx.xx.2023-cü il), 1/12 hissədə X10 (xx.xx.2012-ci il), 1/12 hissədə X17, 1/12 hissədən 1/4 hissədə X4, 1/12 hissədən 1/4 hissədə X18, 1/12 hissədən 1/4 hissədə X23 (xx.xx.2002-ci il), 1/12 hissədən 1/4 hissədə X19, 2/12 hissədə X7 (xx.xx.2019-cu il), 1/12 hissədə X12 (xx.xx.2021-ci il), 1/12 hissədə İddiaçı (xx.xx.2023cü il) adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Heydər Əliyev adına Bakı neft emalı zavodu tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanlanmış 2008-ci il tarixli məktubundan görünür ki, "Azərneftyanacaq" istehsalat birliyinin müdriyyəti və X5 (hazırda Heydər Əliyev adına Bakı Neft Emalı zavodu və Həmkarlar İttifaqı Komitəsi) 12 iyul 2001-ci il tarixli 98 saylı birgə qərarına əsasən Cavabdeh ailəsi Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti ev 109, İİ giriş, Xİİ mətəbə, yaşayış sahəsi 58.37 m² olan 4 otaqlı 48 saylı mənzil ilə təmin edilmiş və müvafiq qaydada ona Nizami rayonu İcra Hakimiyyəti tərəfindən yaşayış orderi verilmişdir. Həmin məktuba əlavə edilmiş “Azərneftyanacaq” istehsalat birliyinin müdriyyəti və X5 12 iyul 2001-ci il tarixli 98 saylı qərarına əsasən, 11 saylı sexin cihazçısı X3 ilk növbə siyahısı üzrə 5 (beş) nəfərdən ibarət (özü, əri - X16, oğlu - X28, 2 qızı - X24 və X20) ailəsinə Q.Qarayev prospekti 109-cu binanın, giriş 2, mərtəbə 12, sahəsi 58,37 kv.m olan 4 otaqlı 48 saylı mənzil verilməsi, mənzilə order verilməsi üçün Nizami rayon İcra hakimiyyəti qarşısında vəsatət qaldırılması qərara alınmışdır. İddiaçı tərəfindən Cavabdeh Abbas qızına ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, pretenziya məktubunu aldığı gündən 3 (üç) gün ərzində mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq tərk edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 382,10 kv.m. olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ əsasında 1/12 hissəsinin sahibidir. Evin qalan hissəsi digər şəxslərin (X25, X26, X32, X8, X33, X37, X19, 2/12 hissədə X21, X29) adına qeydiyyatdadır. Cavabdeh uzun illərdir ünvan 1 ünvanında qeydiyyatdadır və faktiki olaraq iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evində yaşayır. Hazırda iddiaçı cavabdehə kompensasiya verilməklə onun mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Cavabdeh həmin ünvanda qeydiyyatda qalması və faktiki yaşaması, mülkiyyətçi olan iddiaçının ev üzərində sərəncam vermək və sahiblik hüquqlarını tam həyata keçirməsinə mane olur. Bu isə mülkiyyət hüququnun pozulması deməkdir. Cavabdeh həmin mənzildə həyat yoldaşı 2005ci ildə vəfat etmiş X38 ilə birlikdə yaşamış və hazırda da mənzildə qeydiyyatdadır. Lakin qeydiyyat faktı və yaşama müddəti mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılmasına əsas yaratmır, xüsusən də bu şəxslərin evdə yaşamaq üçün qanuni əsası (müqavilə, vərəsəlik və s.) olmadığı halda. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-727/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal rayon məhkəməsinin hazırkı iş üzrə olan 23 yanvar 2007-ci il tarixli qətnaməsi ləğv edilmiş, Qasımova X30 Bakı şəhəri, İ. Qutqaşınlı küçəsi. 27 saylı evin 1/12 hissəsinə mərhum əri X13 ilə X22 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi cavabdehin iddiaçıya məxsus evdə yaşamaq üçün qanuni əsası yoxdur. İddiaçı iddia tələbinə dəqiqləşdirməsində cavabdehə 15.000 manat kompensasiya verilməklə mənzildən çıxarılmasını tələb etmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında kompensasiya verilməklə mənzildən çıxarılmağa etiraz etmədiklərini, lakin 15.000 manat məbləğində kompensasiya məbləği ilə razı olmadıqlarını bildirmişdir. İş materiallarında olan Heydər Əliyev adına Bakı neft emalı zavodu tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanlanmış 2008-ci il tarixli məktubundan görünür ki, "Azərneftyanacaq" istehsalat birliyinin müdriyyəti və X5 (hazırda Heydər Əliyev adına Bakı Neft Emalı zavodu və Həmkarlar İttifaqı Komitəsi) 12 iyul 2001-ci il tarixli 98 saylı birgə qərarına əsasən Cavabdeh ailəsi Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti ev 109, İİ giriş, Xİİ mətəbə, yaşayış sahəsi 58.37 m² olan 4 otaqlı 48 saylı mənzil ilə təmin edilmiş və müvafiq qaydada ona Nizami rayonu İcra Hakimiyyəti tərəfindən yaşayış orderi verilmişdir. Göründüyü kimi cavabdehin mülkiyyətində başqa əmlakı da vardır. Beləliklə, işin araşdırılması zamanı məhkəmə yuxarıda qeyd olunan halları, cavabdehin maddi vəziyyətini, mülkiyyətində başqa əmlakının olmasını və digər halları nəzərə alaraq, iddiaçı tərəfindən təklif olunan 15.000 manat məbləğində kompensasiyanı ədalətli və ağlabatan hesab edir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kompensasiyanın verilməsi ilə cavabdehin mənzildən çıxarılması eyni vaxtda icra edilməlidir. Məhkəmə qeyd edir ki, bu, cavabdehin hüquqlarının qorunması baxımından vacibdir, belə ki, cavabdehin kompensasiyanı almadan evdən çıxarılmasının və vəziyyətinin ağırlaşmasının qarşısını alır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı tərəfindən 15.000 (on beş min) manat məbləğində kompensasiya verilməklə, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, İddiaçı müvafiq kompensasiya məbləğinin alınıb Cavabdeh verilməsi ilə onun fərdi yaşayış evindən çıxarılması eyni vaxtda icra olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən 15.000 (on beş min) manat məbləğində kompensasiya verilməklə, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddiaçı müvafiq kompensasiya məbləğinin alınıb Cavabdeh verilməsi ilə onun fərdi yaşayış evindən çıxarılması eyni vaxtda icra olunsun. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar