Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-401/2025 04.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı ("xxxx" MMC və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı ("xxxx" MMC və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 79 saylı mənzil ilə bağlı Cavabdeh MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X10 və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi üçüncü şəxs qismində cəlb olunmaqla cavabdehlər Cavabdeh MMC və “PSG X13 Kredit Təşkilatı” MMC-yə qarşı “protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu İcra şöbəsi tərəfindən 17/72- 939xx/xx-8672 saylı, xx.xx.2023-ci il tarixli sifarişinə əsasən AR X3 Cavabdeh tərəfindən xx.xx.2023-cü ildə ilkin hərracin və xx.xx.2023-cü ildə təkrar hərracın, həmçinin hərracın yekunları barədə xx.xx.2024-cu il tarixli, 01/24 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin e-2(004)- 1079/2024saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh MMC-nin 19 dekabr 2023-cü il tarixli protokolu və hərracın yekunları barədə Cavabdeh MMC ilə X10 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01/24 saylı protokolu etibarsız hesab edilmişdir. Qətnamə ilə iddia tələbi təmin olunduğu və hərrac nəticələri etibarsız hesab edildyi halda mülkiyyəti olan ünvan 2 ünvanında yerləşən 79 saylı mənzil “PSG X13 Kredit Təşkilatı” MMC-nin balansına keçmişdir. Daha sonra qeyri-rəsmi şəkildə öyrənmişdir ki, ondan gizli şəkildə hərrac davam etdirilmiş və bilərəkdən ona bu barədə məlumat verilmədən əmlakı hərraca çıxarılmışdır. Yasamal Rayon Məhkəməsinin e-16(004)-19/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında qeyd olunmuşdur ki, Yasamal Rayon Məhkəməsinin e-2(004)-1079/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh MMC və "xxxx" MMC-yə qarşı iddia tələbi qismən təmin edilmiş Cavabdeh MMC-nin 19 dekabr 2023- cü il tarixli protokolu və hərracın yekunları barədə Cavabdeh MMC ilə X12 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01/24 saylı protokolu etibarsız hesab edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və Yasamal rayon icra şöbəsi tərəfindən Cavabdeh MMC-yə hərracın dayandırıldığı mərhələdən davam etdirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə e93978/2023-xxxx-0085 nömrəli məktub göndərmişdir. xx.xx.2024- cü il tarixdə 72/24 nömrəli hərracın yekunları barədə protokol tərtib edilmiş və ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 69.13 kv.metr olan 79 saylı fərdi yaşayış evi qalib alıcı "xxxx" BOKT MMC tərəfindən əldə edilmişdir. Yasamal Rayon Məhkəməsinin e-2(004)-1079/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh MMC-nin 19 dekabr 2023-cü il tarixli protokolu və hərracın yekunları barədə Cavabdeh MMC ilə X10 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01/24 saylı protokolu etibarsız hesab edilmişdir. Hərrac yekunları etibarsız hesab edildiyi üçün hərrac prosesi yenidən təşkil edilməli idi, davam etdirilərək təkrar hərracların keçirilməsi isə artıq 5-dən çox hərrac prosesinin keçirilməsi deməkdir. Qətnamə çıxarıldıqdan sonra keçirilmiş hər hansı hərrac prosesi barədə iddiaçıya məlumat verilməmişdir. İddiaçı hərracların keçirilib, əmlakın balansa verildiyini qonşudan öyrənmişdir. Daha sonra, Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. İddiaçının hərrac barədə məlumatsız olması xüsusatı ilə bağlı qeyd edirlər ki, 24 may 2024-cü il tarixli təklif məktubu iş üzrə tərəflərə sifarişli xəbərnamə (verilmə haqqında) ilə göndərilmişdir. Xəbəmamə ilə də təsdiq olunur ki, göndərilən məktublar tərəfə çatdırılmışdır. İddiaçı iddia ərizəsində eyni zamanda qeyd edir ki, Cavabdeh MMC-nin 5 illik daimi fəaliyyəti yoxdur. Bu xüsusatla da əlaqədar olaraq qeyd edirlər ki, Mərkəzin 5 illik daimi fəaliyyətinin olub-olmaması ilə bağlı daha öncə Məhkəmələrdə iddialar olmuş, həmin iddialar təmin olunmamışdır. Eyni zamanda qeyd edirlər ki, Cavabdeh MMC əsas fəaliyyət növü, təsnifat kodu 6831001-əmlakların açıq hərracda satılması, əlavə fəaliyyət növü, təsnifat kodu 6831003-daşınmaz əmlakla aparılan əməliyyatlar üzrə agentlərin fəaliyyəti olan müəssisə olaraq xx.xx.2008-ci il tarixdən dövlət qediyyatına alınmışdır. “İpoteka haqqında” Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Sözügedən Qanunda da qeyd olunduğu kimi İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş hərrac təşkilatı olmadıqda sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. “İcra haqqında” Qanunda isə 5 illik daimi fəaliyyətlə bağlı hər hansı norma yoxdur. Belə ki, bu iş üzrə 5 ildən az olmayan fəaliyyət göstərən hərrac təşkilatının seçilməsi üçün ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığı olmalı idi. Lakin belə bir razılıq mövcud olmamışdır. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də istinad olunan sənədlərdən görünür ki, yuxarıda sözügedən hərrac sifariş üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas yoxdur. Ona görə də iddia rədd edilməlidir. Hazırkı işə məhkəmədə baxılarkən etiraz mülahizələrində ifadə edilən hüquqi mövqeləri nəzərə almaqla işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş edirlər. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materialalrında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-2382/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" BOKT MMC-nin cavabdeh İddiaçı qarşı “borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilməsi, "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 702 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixli, 702 saylı kredit müqaviləsi üzrə 36971,17 manat əsas, 867,56 manat faiz, 50 manat cərimə borcu olmaqla cəmi 37888,73 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun "xxxx" BOKT MMC-nin xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 105000 (yüz beş min) manat olmaqla İddiaçı mülkiyyətində olan ünvan 6nında yerləşən, ümumi sahəsi 69,13 m2 olan 79 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə açıq hərracda satılaraq bankın tələbi realizə edilmiş əmlak dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılması, əmlakın satışından əldə olunmuş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan məbləğin ümumi qaydada cavabdeh İddiaçı tutulması, ünvan 6nında yerləşənn 79 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik:CTREAZ22) ödənilməsi qət edilmişdir. İş materiallarında olan Açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, xx.xx.2023cü il tarixdə ünvan 6nında yerləşənn 79 saylı fərdi yaşayış evinə dair hərrac keçiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan Hərracın baş tutmamasına dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hərrac iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İş materiallarında olan Əmlak Hərrac Mərkəzi MMC tərəfindən İddiaçı və PGS Finans BOKT MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli Təkrar Hərracın keçirilməsinə dair bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 6nında yerləşən 79 saylı fərdi yaşayış evinə dair təkrar hərrac keçiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan Yasamal Rayon İcra Şöbəsi tərəfindən Əmlak Hərrac MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, icra sənədinin icrası ilə əlaqədar mübahisə qaldırıldığı üçün hərracın hal-hazırda olan mərhələdə dayandırılması xahiş edilmişdir. İş materiallarında olan Əmlak Hərrac Mərkəzi MMC tərəfindən Yasamal Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, müraciətə əsasən İddiaçı məxsus ünvan 6nında yerləşən 79 saylı fərdi yaşayış evinə dair açıq hərracın keçirilməsi dayandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən Əmlak Hərrac Mərkəzi MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, icra məmurunun 93978/18 saylı sifarişi (İddiaçı məxsus ünvan 6nında yerləşən 79 saylı fərdi yaşayış evi barədə hərracın keçirilməsi) qanuna müvafiq tədbirlər görülməsi üçün MMC-yə göndərilmişdir. İş materiallarında olan Əmlak Hərrac Mərkəzi tərəfindən göndərilmiş Açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişdən və birjanews.az saytındakı elandan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 6nında yerləşən 79 saylı fərdi yaşayış evinə dair ilkin hərrac keçiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan Hərracın baş tutmamasına dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hərrac iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İş materiallarında olan Əmlak Hərrac Mərkəzi tərəfindən göndərilmiş Açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişdən və birjanews.az saytındakı elandan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 6nında yerləşən 79 saylı fərdi yaşayış evinə dair təkrar hərrac keçiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan X6 nümayəndəsi X8 tərəfindən verilmiş ərizədən görünür ki, ünvan 6nında yerləşənn 79 saylı fərdi yaşayış evinə dair açıq hərracda iştirak etmək arzusunda olduğunu və tərəfindən 4463 manat məbləğində behi Əmlak Hərrac Mərkəzi MMC-nin hesabına ödənildiyini bildirmiş və hərracda iştirakının təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan Qəbzdən görünür ki, 4463 manat məbləğində pul vəsaiti Əmlak Hərrac Mərkəzi MMC-nin hesabına ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Hərracın yekunları barədə protokoldan görünür ki, ünvan 6nında yerləşənn 79 saylı fərdi yaşayış evi 89,250 manata X1. İş materiallarında olan Əmlak Hərrac Mərkəzi MMC tərəfindən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə, İddiaçı və PGS Finans BOKT MMC-yə ünvanlanmış məktubdan görünür ki, ünvan 6nında yerləşən 79 saylı mənzilin təkrar hərracda alış qiyməti 89250 manata olmaqla X2 və bununla əlaqədar protokol tərtib edildiyi göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1079/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh MMC-nin 19 dekabr 2023-cü il tarixli protokolu və hərracın yekunları barədə Cavabdeh MMC ilə X10 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01/24 saylı protokolunun etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2382/2021-030 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə İddiaçı məxsus ünvan 9 ünvanında 79 saylı fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması üçün 21,06.2023-cü il tarixli, xx/xx-93978/18 saylı hərrac sifarişi ilə sizə müraciət edilmiş, daha sonra xx.xx.2023-cü il tarixli məktubla hərracın olduğu mərhələdə dayandırılması xahiş olunmuşdur. Həmi vaxt hərrac təklif mərhələsində olmuşdur. Bundan sonra eyni nömrəli, yəni xx/xx-93978/18 saylı, xx.xx.2023-cü il tarixli məktubla sizə müraciət olunaraq xx/xx-93978/18 saylı hərrac sifarişi üzrə qanuna müvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur. Tərəfinizdən həmin məktub əsasında hərrac qaldığı mərhələdən davam etdirilməmiş və hərrac yenidən başlanılmışdır. Bu səbəbdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1079/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh MMC ilə X10 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01/24 saylı protokol etibarsız hesab edilmiş və qətnamənin "müəyyən etdim" hissəsində hərracın qaldığı yerdən, yəni təklif mərhələsindən davam etməli olduğu bildirilmişdir. Həmin qətnamə üzrə icra sənədi şöbənin icraatına daxil olmuşdur. Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1079/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi icra olunması üçün sizə göndərilir. İcra sənədinin icrasının təmin edilməsi, bu barədə şöbəyə rəsmi məlumatın verilməsi və 21,06.2023-cü il tarixli, xx/xx- 93978/18 saylı hərrac sifarişi üzrə hərracın dayandırıldığı mərhələdən davam etdirilməsi sizdən xahiş olunur. Həmin hərrac sifarişi ləğv edilməmiş və həmin sifariş üzrə hərrac prosesi yekunlaşmamışdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İpoteka saxlayan "xxxx" BOKT MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 425/24 saylı İpoteka predmetinin əldə edilməsi barədə təklifdən görünür ki, "xxxx" BOKT MMC-yə İddiaçı məxsus olan tələbkar "xxxx" BOKT MMCnin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 6nında yerləşən, ümumi sahəsi 69,13 kv.m olan 79 saylı fərdi yaşayış evinin təkrar hərracdakı satış qiymətindən (89250 manat) 25 faiz az olmayan qiymətə (66937,5 manat) əldə edilməsi təklif edilmişdir. Bildirilmişdir ki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi təqdirdə ipotekaya xitam verilir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 72/24 saylı hərracın yekunları barədə protokolundan görünür ki, İddiaçı məxsus olan tələbkar "xxxx" BOKT MMCnin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 6nında yerləşən, ümumi sahəsi 69,13 kv.m olan 79 saylı fərdi yaşayış evi 66937,5 manata "xxxx" BOKT MMC tərəfindən alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 5, mənzil 79 (Yeni qaydalarla: AZ 1012, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, giriş 120, M3, m1) xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. “İpoteka haqqında” Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. “İpoteka haqqında” Qanunun 42.6-cü maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Mülki Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair qərarında höstərilmişdir ki, İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanunvericiliyin sözügedən norması baxımından məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1079/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi hazırki mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Sözügedən qətnamə və hazırki iş üzrə müəyyən edilən işin halları ondan ibarətdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-2382/2021 saylı icra vərəqəsinə əsasən ipoteka predmeti olan ünvan 6nında yerləşən, ümumi sahəsi 69,13 kv.m olan 79 saylı fərdi yaşayış evinin açıq hərracda satılması qərara alınmış, icra vərəqəsinin icrası ilə əlaqədar olaraq icra şöbəsi tərəfindən hərracın keçirilməsi ilə əlaqədar sifariş verilmişdir. ünvan 6nında yerləşən, ümumi sahəsi 69,13 kv.m olan 79 saylı fərdi yaşayış evinin satılması ilə bağlı 2 dəfə - xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə ilkin və təkrar hərrac keçirilmiş və lakin hərrac baş tutmamışdır. Daha sonra 2-ci, yəni təkrar hərrac keçirildikdən 3 gün sonra xx.xx.2023-cü il tarixdə Yasamal Rayon İcra Şöbəsi hərracın dayandırılmasını xahiş etmiş və həmin tarixdə Əmlak Hərrac Mərkəzi MMC tərəfindən Yasamal Rayon İcra Şöbəsinə məktub ünvanlanaraq hərracın dayandırıldığı göstərilmişdir. Daha sonra isə yenidən ilkin və təkrar hərrac keçirilərək (ümumilikdə 4 hərrac) ünvan 6nında yerləşən, ümumi sahəsi 69,13 kv.m olan 79 saylı fərdi yaşayış evi açıq hərracda satılmışdır. Bundan sonra hazırki iş üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bir əmlak üzrə 4 dəfə hərracın keçirilməsinin qanunsuz olduğunu irəli sürərək Bakı şəhəri Yasamal rayonu İcra şöbəsi tərəfindən 17/72-939xx/xx-8672 saylı, xx.xx.2023-ci il tarixli sifarişinə əsasən AR X3 Cavabdeh tərəfindən xx.xx.2023-cü ildə ilkin hərracin və xx.xx.2024-cü ildə təkrar hərracın, həmçinin hərracın yekunları barədə xx.xx.2024-cu il tarixli, 01/24 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1079/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və Cavabdeh MMC-nin 19 dekabr 2023-cü il tarixli protokolu və hərracın yekunları barədə Cavabdeh MMC ilə X10 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01/24 saylı protokolun etibarsız hesab edilməsi qət edilmişdir. Sözügedən qətnamədə qeyd edilmişdir ki, qanunvericilikdə ipoteka predmetinə dair iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Hərrac təşkilatı təkrar hərrac keçirdikdən sonra ipoteka saxlayan qanunvericilikdə nəzərdə tutulmuş qaydada 30 gün müddətində ipoteka predmetini əldə edilməsi barədə hərrac təşkilatı ilə protokol imzalamamış, təkrar hərrac keçirildikdən 3 gün sonra icra şöbəsi hərracın dayandırılması barədə müraciət etmişdir. Bundan başqa hərrac prosesi dayandırıldığı andan və yerdın davam etdirilməli olduğu halda, hərrac təşkilatı tərəfindən yenidən ilkin və təkrar hərrac keçirilmiş və nəticədə ipoteka predmeti üzrə 4 hərrac keçirlimişdir ki, qanunvericilikdə belə bir hal nəzərdə tutulmadığından, həmin hərrac İpoteka haqqında Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydaları pozmaqla keçirildiyindən həm hərrac, həm də onun nəticələrinə dair protokol etibarsız hesab edilməlidir. Sözügedən qətnamə qanuni qüvvəyə mindikdən sonra mübahisəli əmlakla bağlı hərrac proseduru qaldığı yerdən davam etdirilmiş və İpoteka saxlayan "xxxx" BOKT MMC-yə xx.xx.2024-cü il tarixli, 425/24 saylı İpoteka predmetinin əldə edilməsi barədə təklif ünvanlanmışdır. Həmin təklifdən görünür ki, "xxxx" BOKT MMC-yə İddiaçı məxsus olan tələbkar "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 6nında yerləşən, ümumi sahəsi 69,13 kv.m olan 79 saylı fərdi yaşayış evinin təkrar hərracdakı satış qiymətindən (89250 manat) 25 faiz az olmayan qiymətə (66937,5 manat) əldə edilməsi təklif edilmişdir. Bildirilmişdir ki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi təqdirdə ipotekaya xitam verilir. Sözügedən təklifin surəti eyni zamanda İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal -2, ev 3H və ünvan 11 ünvanlanmaqla, İddiaçı məlumatlandırılmışdır. Daha sonra İddiaçı məxsus olan tələbkar "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 6nında yerləşən, ümumi sahəsi 69,13 kv.m olan 79 saylı fərdi yaşayış evinin 66937,5 manata əldə edilməsi ilə bağlı təklifə "xxxx" BOKT MMC tərəfindən razılıq verilmişdir. Bundan sonra Cavabdeh MMCnin xx.xx.2024-cü il tarixli, 72/24 saylı hərracın yekunları barədə protokolundan görünür ki, İddiaçı məxsus olan tələbkar "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 6nında yerləşən, ümumi sahəsi 69,13 kv.m olan 79 saylı fərdi yaşayış evi 66937,5 manata "xxxx" BOKT MMC tərəfindən alınmışdır. Hazırda İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 79 saylı mənzil ilə bağlı Cavabdeh MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1079/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh MMC-nin 19 dekabr 2023-cü il tarixli protokolu və hərracın yekunları barədə Cavabdeh MMC ilə X10 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01/24 saylı protokolu etibarsız hesab edilmişdir. ünvan 1 ünvanında yerləşən 79 saylı mənzil ilə bağlı Cavabdeh MMC tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli ilkin hərrac və xx.xx.2024-cü il tarixli təkrar hərrac, həmçinin hərracın yekunları barədə xx.xx.2024-cu il tarixli, 01/24 nömrəli protokol etibarsız hesab edilmiş, əvvəlki ilk iki, yəni ünvan 6nında yerləşən, ümumi sahəsi 69,13 kv.m olan 79 saylı fərdi yaşayış evinin satılması ilə bağlı - xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə keçirilmiş ilkin və təkrar hərraclar isə etibarsız hesab edilməmişdir. Bu baxımdan sözügedən qətnamə qanuni qüvvəyə mindikdən sonra hərrac qanuni olaraq qaldığı yerdən davam etdirilmiş, iddiaçıya məlumat verilməklə ipoteka predmeti ipoteka saxlayana təklif edilmişdir. Qanuna müvafiq şəkildə ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə olunmuşdur. İş materiallarına əsasən təsdiq edilir ki, İddiaçı mülkiyyətində olan əmlak xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə hərraca çıxarılmış və keçirilən 2 hərrac baş tutmadığına görə alıcı "xxxx" BOKT MMC tərəfindən 66937,5 manata alınmışdır. Odur ki, Cavabdeh MMC tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 72/24 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı ("xxxx" MMC və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı ("xxxx" MMC və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-401/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-401/2025
04.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver