Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4025/2024 10.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mənəvi zərər kimi 50.000 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, cavabdehlərin əməllərində cinayət tərkibinin olmasına əsaslar olduğu halda barələrində cinayət işinin başlanılması üçün xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı X13 (Semaşko) uşaq şöbəsinin reanimasiya bölməsində tibb bacısı işləyən Cavabdeh2 və həmin klinikanın doğum şöbəsinin reanimasiya bölməsində tibb bacısı işləyən Cavabdeh1 tərəfindən uzun müddət və mütəmadi olaraq, müvafiq səlahiyyətləri olmadan və ev şəraitində vurulması nəzərdə tutulmayan propofol preparatını yüksək miqdarlarda, (sonuncu dəfə xx.xx.2023-cü ildə) iddiaçının doğma bacısı X2 bədəninə yeridilməsi, nəticədə sonuncunun ölümünə səbəb olmuşdur. İddiaçı hesab edir ki, məhz tibb işçiləri Cavabdeh2 və Cavabdeh1 qıznın qanunsuz hərəkətləri nəticəsində, doğma bacısı X3 həyatdan məhrum olmuş və bununla da iddiaçıya mənəvi zərər yetirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Nümayəndə və vəkilinin dedikləri ilə razıdır. Cavabdehlərin hər ikisi mərhum bacısına iynə vurmuşlar, lakin bacısı vəfat edən gün Cavabdeh2 ona iynə vurmuşdur. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının bacısı X3 vəfat etmişdir. Mərhuma propofol adlı preparat inyeksiya edilmişdir. Hadisə yerinə baxış zamanı 4 flakon propofol aşkar edilmişdir. Mərhuma 500 mq propofol inyeksiya edilmişdir. Bundan sonra mərhum səhərə kimi tərpənməz vəziyyətdə qalmışdır. Daha sonra, onun vəfat etdiyi aşkar edilmişdir. Ekspert qeyd edir ki, mərhum medikamentoz, yəni tibbi preparatdan zəhərlənmişdir, lakin həmin preparat propofol deyildir. Vikipediyadan əldə edilmiş məlumata əsasən, propofol qısamüddətli təsirə malik, vena daxili, yuxugətirici ağ-süd rəngli suspenziv anestetik preparatdır. Əsasən ümumi anesteziya zamanı istifadə edilir. Propofol sırf anestetik olub, analgetik effekti demək olar ki yoxdur. Buna görə də narkoz zamanı propofol analgetiklərlə (fentanil, suffentanil, rapifen, ultiva) kombinə olunmuş şəkildə istifadə edilir. Yeridildikdən 30-60 saniyə ərzində anestetik effekt əldə edilir, 5-10 dəqiqə sürür. Bəzən təkrar inyeksiyadan sonra bu müddət 15-30 dəqiqəyədək sürə bilir. Giriş narkozu üçün propofol 2-2,5 mq/kq dozada, bazis narkoz üçün isə 4-8 mq/kq/saat dozada tətbiq edilir. Propofol preparatından stasionardan kənarda və ya reanimasiya tədbirlərinin aparılması mümkün olmayan, xüsusən ev şəraitində istifadə yolverilməzdir. Propofolun təsirindən arteriyal təzyiqin kəskin düşməsi, bradikardiya, tənnəfüs və ürək fəaliyyətinin dayanması baş verə bilər ki, bunun üçün dozasının dəqiq hesablanması, tənnəfüsü və ürək fəaliyyətini təmin etmək üçün tibbi ləvazimatların, dərmanların əl altında olması vacibdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Mərhum onun uzun illərdir ki, tanışı olmuşdur. O, tanımadığı, mərhumun özünün əlaqə saxladığı şəxslərdən propofol preparatını əldə edərək onun üçün aparırdı. O, 1 saylı X10 işləyir. Mərhum ginekoloji problemi ilə bağlı mərkəzin ginekologiya şöbəsinə müraciət etmişdi. Mərhum 3 il bundan qabaq həmin preparatın reseptini ona göstərmişdi. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. O, 26 ildir ki, tibb bacısı işləyir. Hal-hazırda reanimasiya şöbəsində işləyir. O, reanimasiya şöbəsində propofol preparatını tətbiq etmişdir. Həmin preparatı əməliyyatdankənar yuxugətirici olaraq tətbiq etmişdir. Propofol preparatının ev şəraitində istifadə edilməsinin yolverilməzliyi barədə məlumatı olmamışdır. Mərhum həmin preparatdan daimi olaraq istifadə etmişdir. Mərhum ona bircə dəfə həkim reseptini göstərmişdir. Propofolu 28 may, Nizami metrostansiyası tərəfdə mərhumun göstərişi ilə onun əlaqə saxladığı müəyyən şəxslərdən əldə edirdi. Onun fəaliyyətinii tənzimləyən normativlər yoxdur. Propofol preparatını mərhuma vurmuşdur. Mərhumun evində həmişə həmin preparat olmuşdur. O, həmin preparatı soyuducuda saxlayırdı. Mərhum vəfat etməmişdən dörd gün qabaq ona propofol preparatını vurmuşdur. Mərhumun venası nazik olduğundan ona 2 mq propofol preparatı vurmuşdur. Mərhum baş ağrısından, depresiyadan, yuxusuzluqdan əziyyət çəkdiyini bildirirdi və yuxugətirici dərmanlardan istifadə edirdi. Propofol preparatı yuxugətirici olaraq istifadə edilir. Mərhum həkimə müraciət etmiş və həkim resepti əsasında propofol preparatı təyin edilmişdi. O, resepti ona göstərmişdi. Propofol preparatını mərhumun bacısı və digər cavabdeh də müəyyən şəxslərdən əldə edərək onun üçün gətirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. O, həmin evdə cəmi dörd dəfə olmuşdur. Uşaq şöbəsində işləyir. Cavabdeh1 tanışı olan X2 damarına düşə bilmədiyi üçün ondan həmin məsələnin həll edilməsini xahiş etmişdir. Həmin gün mərhum ona zəng edərək, ona damar qoyulmasını xahiş etmişdir. O, mərhuma damar qoymuşdur. O, ondan həmin preparatın inyeksiya edilməsini xahiş etmiş və o da həmin preparatı inyeksiya etmişdir. Mərhum həmin gün deyil, növbəti gün vəfat etmişdir. Onda olan məlumata əsasən mərhum üçün təcili tibbi yardım da çağırılmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. 33 ildir ki, tibb bacısı işləyir. Propofol preparatını əvvəl heç vaxt işlətməmişdir, lakin reanimasiya şöbəsində istifadə edildiyini müşahidə etmişdir. Mərhumdan əvvəl propofol preparatını digər bir şəxsə vurmamışdır, çünki o reanimasiya şöbəsində işləyir. Həmin preparatın yuxugətirici olaraq istifadə edildiyini bilir. Mərhum həmin preparatın onun tərəfindən 8 il istifadə edildiyini bildirmişdir. Onlara klinikadan kənar, evdə praktiki tibbi fəaliyyətlə məğul olmağa icazə verilir. Onun sertifikatları var. Propofol balaca flakonda olur. 2 bütöv, 2 yarı flakon propofol var idi. Mərhum xəstəliyi və çoxsaylı əməliyyatlarla bağlı güclü baş ağrılarının olduğunu bildirirdi. O, mərhuma bircə dəfə propofol preparatı vurmuşdur. Dəqiq tarixi yadında deyil. Mərhum 8 il həmin preparatdan istifadə etdiyini bildirmiş və hətta həkim reseptini də ona göstərmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 6(004)-8/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı şikayətinin təmin olunması, Bakı şəhəri Nəsimi rayon prokurorluğunun böyük müstəntiqi İlyaz Seyidov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 dekabr 2023-cü il tarixli qərarının qanunsuz hesab edilməsi, ləğv edilməsi, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. Həmin qərarın təsviri hissəsində iş materialı kimi əlavə edilmiş Azərbaycan Respublikaası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 xx.xx.2023-cü il tarixli, 910/KEŞ nömrəli rəydən görünür ki, 1979-cu il təvəllüdlü X2 meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünün bilavasitə səbəbi xroniki gedişli medikamentoz zəhərlənmə ilə əlaqədar inkişaf edən orqanizmin ümumi intoksikasiyası fonunda tənəffüs yollarının mədə möhtəviyyatı ilə aspirasiyası nəticəsində baş vermiş kəskin tənəffüs çatışmazlığının olduğu müəyyən edilmişdir. Bunun da “Propofol-Lipuro” preparatının inyeksiyası ilə səbəbli əlaqəsi olmamışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 dekabr 2023-cü il tarixli qərardan görünür ki, X2 ölməsi ilə əlaqədar kənar şəxslərin, eləcə də ona ölümündən bir gün əvvəl propofol-lipuro inyeksiyası vurmuş Cavabdeh2 əməllərində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Nəsimi rayon prokurorluğunun Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarına əsasən X2 ölməsi ilə əlaqədar kənar şəxslərin, eləcə də ona ölümündən bir gün əvvəl xx.xx.2023-cü il tarixdə dövriyyəsi qadağan olunmuş Propofol-Lipuro inyeksiyası vurmuş Cavabdeh2, Günay Zeynalovanın xahişi ilə həmin preparatı alıb gətirmiş Cavabdeh1, X8 və X1 əməllərində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda qeyd edilmişdir ki, məhkəmə-tibbi və komission məhkəmə-tibbi ekspertiza rəylərindən göründüyü kimi Günay Zeynalovanın ölümünün bilavasitə səbəbi xroniki gedişli medikamentoz zəhərlənmə ilə əlaqədar inkişaf edən orqanizmin ümumi intoksikasiyası fonunda tənəffüs yollarının mədə möhtəviyyatı ilə aspirasiyası nəticəsində baş vermiş kəskin tənəffüs çatışmazlığı olmuşdur. Bunun da Propofol-Lipuro preparatının inyeksiyası ilə səbəbli əlaqəsi olmamışdır. xx.xx.2023-cü il tarixdə X7-Lipuro preparatı inyeksiya edilmişdir. İnyeksiya olunan zaman apnoe (tənəffüsün müvəqqəti dayanması) vəziyyəti baş vermədiyi üçün inyeksiyanı yeritmiş tibb bacısının pasienti kliniki nəzarətdə saxlanmasına ehtiyac olmamışdır. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, X2 ölümünə səbəb xx.xx.2023-cü il tarixdə ona vurulmuş Propofol-Lipuro inyeksiyası deyil, güclü başağrıları, yuxusuzluq, çoxsaylı tibbi manipulyasiyalar və kosmetoloji əməliyyatlarla bağlı uzun müddət istifadə etdiyi dərman preparatları və tibbi vasitələrin qəbulu nəticəsində baş vermiş xroniki gedişli medikamentoz zəhərlənmə ilə əlaqədar inkişaf edən orqanizmin ümumi intoksikasiyası fonunda tənəffüz yollarının mədə möhtəviyyatı ilə aspirasiyası nəticəsində baş vermiş kəskin tənəffüs çatışmazlığı olmuşdur. Hazırki işdə iddiaçı öz iddia tələbini 1 saylı X13 (Semaşko) uşaq şöbəsinin reanimasiya bölməsində tibb bacısı işləyən Cavabdeh2 və həmin klinikanın doğum şöbəsinin reanimasiya bölməsində tibb bacısı işləyən Cavabdeh1 tərəfindən uzun müddət və mütəmadi olaraq, müvafiq səlahiyyətləri olmadan və ev şəraitində vurulması nəzərdə tutulmayan propofol preparatını yüksək miqdarlarda, (sonuncu dəfə xx.xx.2023-cü ildə) iddiaçının doğma bacısı X2 bədəninə yeridilməsi, nəticədə sonuncunun ölümünə səbəb olması ilə əsaslandırır. Hazırda iddiaçı onun bacısının ölümünə səbəb olduqlarından cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mənəvi zərər kimi 50.000 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini iddiaçının ölümü ilə cavabdehlərin hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin mövcud olubolmamasınının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, cavabdehlərin qanunazidd əməli nəticəsində ona ziyan vurulduğunu sübut edə bilməmişdir. Belə ki, Nəsimi rayon prokurorluğunun Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X2 ölməsi ilə əlaqədar kənar şəxslərin, eləcə də ona ölümündən bir gün əvvəl xx.xx.2023-cü il tarixdə dövriyyəsi qadağan olunmuş Propofol-Lipuro inyeksiyası vurmuş Cavabdeh2, Günay Zeynalovanın xahişi ilə həmin preparatı alıb gətirmiş Cavabdeh1, X8 və X1 əməllərində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarın əsaslandırıcı hissəsinə nəzər yetirdikdə görmək olur ki, məhkəmə-tibbi və komission məhkəmə-tibbi ekspertiza rəylərindən əsasən Günay Zeynalovanın ölümünün bilavasitə səbəbi xroniki gedişli medikamentoz zəhərlənmə ilə əlaqədar inkişaf edən orqanizmin ümumi intoksikasiyası fonunda tənəffüs yollarının mədə möhtəviyyatı ilə aspirasiyası nəticəsində baş vermiş kəskin tənəffüs çatışmazlığı olmuşdur. Bunun da Propofol-Lipuro preparatının inyeksiyası ilə səbəbli əlaqəsi olmamışdır. xx.xx.2023-cü il tarixdə X7-Lipuro preparatı inyeksiya edilmişdir. İnyeksiya olunan zaman apnoe (tənəffüsün müvəqqəti dayanması) vəziyyəti baş vermədiyi üçün inyeksiyanı yeritmiş tibb bacısının pasienti kliniki nəzarətdə saxlanmasına ehtiyac olmamışdır. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, X2 ölümünə səbəb xx.xx.2023-cü il tarixdə ona vurulmuş Propofol-Lipuro inyeksiyası deyil, güclü başağrıları, yuxusuzluq, çoxsaylı tibbi manipulyasiyalar və kosmetoloji əməliyyatlarla bağlı uzun müddət istifadə etdiyi dərman preparatları və tibbi vasitələrin qəbulu nəticəsində baş vermiş xroniki gedişli medikamentoz zəhərlənmə ilə əlaqədar inkişaf edən orqanizmin ümumi intoksikasiyası fonunda tənəffüz yollarının mədə möhtəviyyatı ilə aspirasiyası nəticəsində baş vermiş kəskin tənəffüs çatışmazlığı olmuşdur. Məhkəmə İddiaçı mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən hər hansı hüquqa zidd əmələ yol verildiyi müəyyən olunmadığından mənəvi zərərlə əlaqədar iddia tələbi də rədd olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlərin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya mənəvi zərər vurulması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü madəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin və 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-4025/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4025/2024
10.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver