Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-408/2025 30.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı X2 Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh oğluna qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 xx.xx.2024-cü il saat 14:35 radələrində idarə etdiyi “Toyota Prius” minik markalı, **-KQ-*** dövlət qeydiyyat nişanlı şəxsi minik avtomobili ilə Bakı şəhərində C.Hacıbəyli küçəsi ərazisində hərəkət edərkən, Cavabdeh idarə etdiyi “BMW 535İ minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək yol-nəqliyyat hadisəsi törətmiş, nəticə etibarilə iddiaçının idarə etdiyi avtomobilə ciddi şəkildə maddi ziyan vurmuşdur. Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin YNH baş inspektoru polis mayoru X6 tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırılmalar aparılmışdır. Aparılmış arşdırmalar nəticəsində məlum olmuşdur ki, Cavabdeh idarə etdiyi “BMW 535 İ” minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobili icbari qaydada sığortası olmadan idarə edirmiş. Bu səbəbdən Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin YNH baş inspektoru polis mayoru X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə Cavabdeh barəsində İXP ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında cavabdehin barəsində TP ******* saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli qüsur aktından da göründüyü kimi avtomobilə zərbə nəticəsində ciddi şəkildə ziyan dəymiş, avtomobil yararsız vəziyyətə düşmüşdür. Beləliklə cavbdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində iddiaçıya ümumilikdə 3026 manat məbləğində maddi ziyan dəymişdir. Minik avtomobilinə dəymiş ziyanı cavabdehdən tələb etdikdə cavabdeh müxtəlif bəhanələrlə dəymiş ziyanı ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən avtomobili dəymiş maddi ziyanla bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan TP ******* nömrəli xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında qərara əsasən müəyyən edilir ki, baş vermiş sözügedən yol nəqliyyat hadisəsi üzrə Cavabdeh İXM-in 469.3-cü və 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarına avtomobilin fotoşəkilləri əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Akta əsasən müəyyən edilir ki, “Toyota Prius” minik markalı, **-KQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 3026 manat təşkil edir. İş materiallarında olan X5 Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən müəyyən olunur ki, iş materiallarında olan sənədlərə əsasən “Toyota Prius” minik markalı, **-KQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 2320 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 250 (iki yüz əlli) manat təşkil edir. İş materiallarında olan Central Consulting MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən müəyyən olunur ki, iş materiallarında olan sənədlərə əsasən “Toyota Prius” minik markalı, **-KQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 570 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 250 (iki yüz əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Belə ki, MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. MM-in 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-in 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 469.3-cü maddəsinə əsasən, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, iddiaçı X3 xx.xx.2024-cü il saat 14:35 radələrində idarə etdiyi “Toyota Prius” minik markalı, **-KQ-*** dövlət qeydiyyat nişanlı şəxsi minik avtomobili ilə Bakı şəhərində C.Hacıbəyli küçəsi ərazisində hərəkət edərkən, Cavabdeh idarə etdiyi “BMW 535İ minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək yolnəqliyyat hadisəsi törətmiş, nəticə etibarilə iddiaçının idarə etdiyi avtomobilə maddi ziyan vurmuşdur. Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin YNH baş inspektoru polis mayoru X6 tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırılmalar aparılmışdır. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Cavabdeh idarə etdiyi “BMW 535 İ” minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobili icbari qaydada sığortası olmadan idarə edirmiş. Bu səbəbdən Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin YNH baş inspektoru polis mayoru X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə Cavabdeh barəsində İXP ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında cavabdehin barəsində TP ******* saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Göstərilənlər mülki işin mübahisəsiz hallarıdır. Cavabdehin idarə etdiyi avtomobilin hadisə baş verən vaxt sığortalı olmaması müəyyən edilir. Mülki işin mübahisəli halı avtomobilə vurulmuş zərərin həcmi ilə bağlıdır. Məhkəmə tərəfindən vurulmuş zərərin həcminin müəyyən edilməsi ilə bağlı 2 dəfə ekspertiza keçirilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli Akta əsasən, “Toyota Prius” minik markalı, **-KQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 3026 manat təşkil edir. X5 Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən, iş materiallarında olan sənədlərə əsasən “Toyota Prius” minik markalı, **-KQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci 2320 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 250 (iki yüz əlli) manat təşkil edir (ödənilməmişdir). Təkrar ekspertiza nəticəsində (cavabdehin vəsatəti əsasında keçirilmişdir) Central Consulting MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən, iş materiallarında olan sənədlərə əsasən “Toyota Prius” minik markalı, **-KQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 570 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 250 (iki yüz əlli) manat təşkil edir (ödənilməmişdir). Məhkəmənin məqsədi məhz hadisə nəticəsində vurulmuş zərərin kompensasiya edilməsidir. Göstərilən 3 müxtəlif rəy arasında avtomobilin fotoşəkillərini, əzilmiş hissələr və əzilmə dərəcəsini, vurulmuş zərərin ağlabatan məbləğini nəzərə alaraq məhkəmə Central Consulting MMC-nin xx.xx.2025-ci il tarixli rəyini əsaslı hesab edir. Çünki, həmin rəydəki məbləğlə avtomobilin fotoşəkilləri arasında vizual zərər arasında proporsional uyğunluq vardır. Digər 2 zərər aktında avtomobilin cari xərcləri qeyd edilə bilər, lakin, o demək deyildir ki, həmin xərclər cavabdehin təqsiri ucbatından və ya bilavasitə və ya dolayı yolla baş vermiş hadisə nəticəsində yaranmışdır. Odur ki, məhkəmə sözügedən 2 rəyi mötəbər sübut kimi dəyərləndirmir. İddiaçı tərəfindən qeyd edilənlərin əksi sübuta yetirilməmiş, iddiaçı məhkəmə iclaslarında ümumiyyətlə iştirak etməmiş, əsaslı mülahizə bildirməmişdir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan dispozitiv şərtlərin hər üçü Cavabdeh münasibətdə yerinə yetirilir, mübahisə üzrə MM-in 1108-ci maddəsində göstərilən əsaslar müəyyən edilir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, ödənilmiş 51 manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavabdehə aid edilməlidir. Məhkəmə xərcləri iddianın təmin edilməsi nisbətinə münasib olaraq ədalətli qaydada tərəflər arasında bölünməlidir. İş üzrə aparılmış ekspertiza üzrə 250 (iki yüz əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq X5 Mərkəzi MMC-nin VÖEN **********, AZ75PAHA40060AZNHC********** Paşa Bank ASC, SWİFT BİK PAHAAZ22, Müxbir hesab AZ82NABZ******************** hesabına köçürülməlidir. İş üzrə aparılmış ekspertiza üzrə 250 (iki yüz əlli) manat məbləğində ekspertiza xərci iddiaçı X1 tutularaq Central Consulting MMC-nin VÖEN **********, AZ94İBAZ******************** ABB ASAN 5 filialı, İBAZAZ2X, Müxbir hesab AZ03NABZ******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 570 (beş yüz yetmiş) manat pul və ödənilmiş 51 manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq iddiaçı X2 xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 570 (beş yüz yetmiş) manat pul və ödənilmiş 51 manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi tutularaq iddiaçı X2 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza üzrə 250 (iki yüz əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq X5 Mərkəzi MMC-nin VÖEN **********, AZ75PAHA40060AZNHC********** Paşa Bank ASC, SWİFT BİK PAHAAZ22, Müxbir hesab AZ82NABZ******************** hesabına köçürülsün. İş üzrə aparılmış ekspertiza üzrə 250 (iki yüz əlli) manat məbləğində ekspertiza xərci iddiaçı X1 tutularaq Central Consulting MMC-nin VÖEN **********, AZ94İBAZ******************** ABB ASAN 5 filialı, İBAZAZ2X, Müxbir hesab AZ03NABZ******************** hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-408/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-408/2025
30.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver