Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4089/2024 25.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Bəhram oğlunun müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində 9 saylı Notariat Kontoru cəlb edilməklə cavabdehlər Cavabdeh2 və Bərdə Regional “Asan xidmət” Mərkəzinin notariat ofisinə qarşı "bildirişlərin və icra qeydinin etibarsız hesab edilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bəhram oğlu üçüncü şəxs qismində 9 saylı Notariat Kontoru cəlb edilməklə cavabdehlər Cavabdeh2 və Bərdə Regional “Asan xidmət” Mərkəzinin notariat ofisinə qarşı "bildirişlərin və icra qeydinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən İddiaçı göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli borc müqaviləsi bağlanılmışdır. Həmin borc müqaviləsi əsasında xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,05 ha olan torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Həmin borc müqaviləsi əsasında cavabdeh tərəfindən ona 110.500 manat borc verilmişdir. Həmin borc müqaviləsinin 2-ci bəndinə əsasən, borc alan borcu xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən, tərəflər borcun faizsiz verilməsini şərtləşdirirlər. Həmin borc müqaviləsi üzrə tərəfindən cavabdehə bugünədək 55.000 manat məbləğində ödəniş olunmuşdur. Cavabdehə ödəməli olduğu cəmi məbləğ isə 55.500 manatdır. Göründüyü kimi, iqtisadi çətinliklərlə əlaqədar cavabdehə 55.500 manat məbləğində borcu qalmışdır. Lakin Cavabdeh2 bildirir ki, hal-hazırda guya onun cavabdehə sözügedən borc müqaviləsi üzrə 110.500 manat borcu vardır. Halbuki, sözügedən borc məbləği şişirdilmiş, qanunsuz olaraq faizə faiz hesablanmış və onun tərəfindən ödənilən məbləğlər nəzərə alınmamışdır. Bununla bağlı cavabdeh tərəfindən ona xx.xx.2024-cü il tarixli bildiriş göndərilmişdir. Həmin bildirşdə qeyd olunmuşdur ki: “1.“Borclu İddiaçı arasında rəsmiləşən xx.xx.2023-cü il tarixli, 3M-1549 reyestr nömrəli borcun mübahisəsiz olduğunu təsdiq edən sənəd notariat qaydasında təsdiq edilmiş Kredit və 3M/1550 reyestr saylı ipoteka müqaviləsi mövcuddur. 2.Həmin Kredit müqaviləsinə görə Sizin xx.xx.2024-cü il tarixədək, 110500 (yüz on min beş yüz) AZN qaytarmaq öhdəliyiniz yaranmışdır. 3. xx.xx.2024-cü il tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin icra edilməməsi nəticəsində borc sizin tərəfinizdən ödənilməlidir. 4. Bocr 21 gün müddətində ödənilmədiyi halda “Notariat Haqqında”Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc ipotekaya yönəldiləcək və İddiaçı məxsus olan ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 0.005 ha torpaq sahəsi üzərində yerləşən 142.1 kv.m. fərdi yaşayış evinə dair icra qeydi aparılacaqdır.” xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə ödənilməmiş borc məbləği mübahisəli olduğu üçün həmin bildirişlərin etibarsız hesal tərəfimdən Cavabdeh2 qarşı Yasamal Rayon Məhkəməsində iddia irəli sürülmüşdür. Cavabdeh2, onunla aralarında bağlanmış xx.xx.2023-cü il tarxli borc müqaviləsi üzrə yaranmış borc məbləği iləl olması və bu səbəbdən tərəfindən ona qarşı “tələbin ipoteka predmetinə yönəldilməsi barədə" xx.xx.2024-cü il tarixli bildirişin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə mübahisəsinin getməsinə baxmayayaraq, ünvanıma yenidən eyni məzmunlu xx.xx.2024-cü il tarixli bildiriş göndərmişdir. Lakin ona həmin bildiriş yalnız xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Daha sonra isə həmin bildirişi Bərdə Regional “ASAN xidmət” Ofisinə təqdim edərək, xx.xx.2024-cü il tarixdə icra qeydinin verilməsinə nail olmuşdur, icra qeydi icra olunması üçün Bərdə Rayon İcra Şöbəsinə göndərilmişdir. Bildirir ki, Cavabdeh2 onun ünvanına göndərdiyi “tələbin ipoteka predmetinə yönəldilməsi barədə” xx.xx.2024-cü il tarixli bildiriş barədə, habelə Bərdə Regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisinin verdiyi xx.xx.2024-cü il tarixli icra qeydi, həmin icra qeydinin icra olunması barədə Bərdə Rayon İcra Şöbəsinə göndərilməsi barədə onun və ə ilə üzvlərinin 16 09.2024-cü il tarixdə məlumatı olmuşdur. Belə ki, bildirir ki, o, özü işlərimlə bağlı 2024-cü ilin may ayının 01-dən ölkə hüdudlarından kənara çıxaraq Rusiya Federası yalnız cari ilin avqust ayının 13-də qız övladı Zibərə toy etmək üçün Azərbaycana, Bakı şəhərinə qayıtmış və bütün ailə üzvləri Bakı şəhərində toya hazırlaşmışdılar. Onun xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasından çıxmağı hazırki iddia ərizəsinə əlavə olunmuş çıxarışla tam təsdiq olunur. Bundan başqa, iddia ərizəsinə əlavə olunmuş X2 İdarəsi üzrə verilmiş xx.xx.2024-cu il tarixli, 3-29-38/3-1-467M/204 əmri ilə həyat yoldaşı X1 01 avqust 2024-cü il tarixdən 11 sentyabr 2024-cü il tarixədək 42 təqvim günü məzuniyyətinə buraxıldığı üçün, onunla birlikdə Bakı şəhərində olmuşdur. 09.2024-cü il tarixdə qızının Bakı şəhərində təşkil olunmuş toy mərasimində iştirak ediblər. Qızı Zibərin toy mərasimi xx.xx.2024-cü il tarixdə Bakı şəhərində yerləşən “X4" şadlıq sarayında baş tutmuşdur. xx.xx.2024-cü il taixdə o, Moskva şəhərinə, həyat yoldaşı isə Bərdə şəhərinə qayıdıb. xx.xx.2024-cü il taixdə həyat yoldaşı işə çıxmış və işdən qayıdandan sonra evinin yaxınlığındakı gözəllik salonunda işləyən xanım “tələbin ipoteka predmetinə yönəldilməsi” barədə xx.xx.2024-cü il tarixli bildirişin olduğu zərfin üzərində icra sənədinin könüllü icra olunması barədə məktubun və qərarın, habelə digər poçt göndərişi olduğu zərfləri həyat yoldaşına vermişdir. Cavabdeh2 onun ünvanına göndərdiyi xx.xx.2024-cü tarixli bildirişin olduğu zərfin üzərində xx.xx.2024- vurulsa da, həmin tarixdə bu bildirişin ailə üzvləri tərəfindən alınması mümkün deyil. Çünki, həmin vaxt o və ailə üzvləri qız övladı Bakı şəhərində olmuşdular. Həmin bildiriş ailə üzvlərinə yalnız xx.xx.2024-cü il tarixdə, həm də qonşuluqda fəaliyyət göstərən gözəllik salonunda xanım tərəfindən təqdim olunmuşdur. xx.xx.2024-cü il tarixdə isə həyat yoldaşı Bərdə Rayon İcra Şöbəsinə gedərək, Bərdə Regional "ASAN xidmət" Mərkəzinin Notariat Ofisinin xx.xx.2024-cü il tarixli icra qeydini icra məmurundan əldə etmişdir. Həmin vaxtadək isə bu sənədlərin mövcudluğundan məlumatları olmamışdır. Hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Daha sonra iddiaçı İddiaçı Bəhram oğlu cavabdehlər Cavabdeh2 və Bərdə Regional “Asan xidmət” Mərkəzinin notariat ofisinə qarşı "bildirişlərin və icra qeydinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-5036/2024 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş vəsatət təmin olunaraq, Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2 və X5 Xİdmət Mərkəzi Notariat Ofisinə qarşı “bildirişin və icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair 2(004)-5036/2024 saylı mülki iş, Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)- 4089/2024 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilmişdir. Məhkəmə gedişatında iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh2 tərəfindən İddiaçı göndərilmiş xx.xx.2024-cü il tarixli “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişin” ləğv edilməsi, habelə X5 Xidmət Mərkəzinin Notariat Ofisinin verdiyi xx.xx.2024-cü il tarixli “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Bərdə Regional “Asan xidmət” Mərkəzinin notariat ofisi məhkəməyə məktub ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: İddiaçı Bəhram oğlu ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli notarial təsdiqli borc müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən İddiaçı Bəhram oğluna 110.500 manat məbləğində pul borc verilmişdir. İddiaçı Bəhram oğlu ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli notarial təsdiqli İpoteka müqaviləsinə əsasən İddiaçı Bəhram oğluna məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və 0,05 ha torpaq sahəsi kredit müqaviləsi üzrə ödəliyinin icrasının təmini məqsədilə ipoteka saxlayanın xeyrinə yüklü edilmişdir. AR ƏMDKY DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və 0,05 ha torpaq sahəsi İddiaçı Bəhram oğlunun xüsusi mülkiyyətindədir. Cavabdeh2 tərəfindən İddiaçı Bəhram oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirilməsi barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh2 tərəfindən İddiaçı Bəhram oğluna ünvanlanmış xx.xx.2024-cü bildirişdən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı borc müqaviləsi üzrə öhdəliyini 21 gün müddətində yerinə yetirilmədiyi halda, öhdəliyin icrasını təmin etmək üçün yaranmış borcun ipotekaya yönəldilməsi barədə xəbərdarlıq olunmuşdur. 23 avqust 2024-cü il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən Bərdə Regional “Asan xidmət” Mərkəzinin notariat ofisinin xüsusi notariusu tərəfindən təklif edilmişdir ki, İpoteka saxlayan-Cavabdeh2 tələbi ilə İpoteka qoyan-borclu İddiaçı Bəhram oğlundan ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və 0,05 ha torpaq sahəsinə tutma yönəldilsin; Borcludan- İddiaçı Bəhram oğlundan tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 110.525 manat pulun tutulması təklif olunsun. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat ofisi məhkəməyə ərizə ilə müraciət edərək, işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci hissəsinə görə Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış notarial təsdiqli borc müqaviləsinə Cavabdeh2 tərəfindən İddiaçı Bəhram oğluna 110500 manat məbləğində pul borc verilmişdir. Eynitarixli İpoteka müqaviləsinə əsasən İddiaçı Bəhram oğlu kredit müqaviləsi üzrə ödəliyinin icrasının təmini məqsədilə mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və 0,05 ha torpaq sahəsini ipoteka saxlayanın xeyrinə yüklü etmişdir. 11 iyul 2024-cü il tarixdə Cavabdeh2 tərəfindən İddiaçı “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş” göndərilmişdir. İddiaçı borcun 55.000 manat hissəsini ödəməsini iddia edərək, borcu mübahisələndirib bildirişin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyə görə icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Buna baxmayaraq, xx.xx.2024-cü il tarixli “Borcun ipoteka predmetinə yönəldilməsi” barədə tələbkar tərəfindən borcluya bildiriş göndərilmişdir, xx.xx.2024-cü il tarixdə “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydi verilmişdir. Hazırda iddiaçı müvafiq bildirişlərin, habelə icra qeydinin ləğvi (etibarsızlığı) tələbi ilə məhkəməyə müraciət etmişdir. «İpoteka haqqında» Azərbaycan Respubblikası Qanununun 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə (maddə 36.4.1.); tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda (maddə 36.4.2.). Həmin qanunun 37.1 -ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın» 161-ci maddəsinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı AR Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Həmin Təlimatın 169-1-ci maddəsinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə. Göstərilən Təlimatın 162-ci maddəsinin 1-ci bəndinə əsasən əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə, notarius tərəfindən icra qeydi verilir. Göründüyü kimi, iddiaçı tərəf borcu mübahisələndirməsinə baxmayaraq, cavabdeh tərəf ona icra qeydinin aparılacağı barədə müvafiq bildirişlər göndərmişdir. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, icra qeydinin ləğvi tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, bildirişlər etibarsız hesab edildiyindən bildirişlər əsasında verilmiş icra qeydi də etibarsız sayılmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı məhz icra qeydinin ləğvi tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmə hesab edir ki, icra qeydinin etibarsız olması məhkəmə tərəfindən müəyyən edildiyindən bu hal iddia tələbindən kənara çıxmaq kimi qiymətləndirilməli deyil. Beləliklə, iddia tələbi təmin edilməklə; Cavabdeh2 tərəfindən İddiaçı göndərilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişlər” və X5 Xidmət Mərkəzinin notariat ofisinin verdiyi xx.xx.2024-cü il tarixli “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh2 tərəfindən İddiaçı göndərilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişlər” etibarsız hesab edilsin. X5 Xidmət Mərkəzinin notariat ofisinin verdiyi xx.xx.2024-cü il tarixli “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydi etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-4089/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4089/2024
25.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver