Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4094/2024 27.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı“subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 204,73 (iki yüz dörd manat yetmiş üç qəpik) manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat, ümumilikdə, 235,13 (iki yüz otuz beş manat on üç qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində, saat 10:15-də İddiaçı ASC-də (bundan sonra – ASC) “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış Cavabdeh tərəfindən idarə edilən “Toyota Prius” minik markalı, ** OE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “BMC PROCİTY” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Bakı şəhəri DYPİ-nin İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında protokoluna əsasən Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Cavabdeh Bakı şəhər BPİ DYPİ-yə verdiyi izahatında hadisə barəsində polisə məlumat vermədən sürüb getdiyini, protokolla tanış olduğunu və razı olduğunu bildirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “BMC PROCİTY” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə 204,73 (iki yüz dörd manat yetmiş üç qəpik) manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülkiprosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə bildiriş göndərilsə də, həmin bildiriş «ünvan düzgün deyil» qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: CML-6150/2022-AKT906/23 nömrəli İddiaçı ASC “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixli sığorta müqaviləsinə əsasən mülkiyyətində Toyota Prius” minik markalı, ** OE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixədək sığorta etdirmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə istifadələrində olan “BMC PROCİTY” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobus ilə İddiaçı ASC-də icbari sığorta növü üzrə sığortalanmış “TOYOTA” markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə cəmiyyətlərinə məxsus nəqliyyat vasitəsinə 204,73 manat maddi zərər dəymişdir. Odur ki, "xxxx" MMC-yə məxsus “BMC PROCİTY” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobus dəymiş maddi zərərin qarşılanması ilə bağlı müvafiq tədbir görülməsi və sığorta ödənişinin bank hesabına köçürülməsi bildirilmişdir. AR DİN Baş Dövlət Yol Polisi idarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş kompüter çıxarışından görünür ki, “TOYOTA PRİUS” markalı, boz qızılı metallik rəngli, buraxılış ili 2007-ci il olan, ** OE *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X4 məxsusdur. xx.xx.2020-ci il tarixində X2 adına etibarnamə ilə, xx.xx.2021-ci il tarixdə etibarnamə ilə X1 adına, xx.xx.2022-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, 10:15 radələrində idarə etdiyi ** OE *** dövlət qeydiyyat nişanlı avtomobil Müzəffər Həsənov küçəsində yol hərəkət qaydalarını pozaraq dayanacaqda dayanmış "xxxx" MMC-yə məxsus “BMC PROCİTY” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusun sol hissəsinə dəymiş, hadisə barəsində polisə məlumat verməyib və sürüb getmişdir. Ona yazılan cərimə ilə tanış olduğunu və vaxtında ödəyəcəyini bildirmişdir. 12 may 2022-ci il tarixli inzibati xəta haqqında ******* nömrəli protokoldan görünür ki, Cavabdeh tərəfindən idarə edilən “Toyota Prius” minik markalı, ** OE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “BMC PROCİTY” markalı, ** JZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. xx.xx.2024-cü il tarixli, ********** saylı “Hökümət ödəniş portalı və ya “Asanpay” vasitəsilə ödənilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 204,73 (iki yüz dörd manat yetmiş üç qəpik) manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat, ümumilikdə, 235,13 (iki yüz otuz beş manat on üç qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 204,73 (iki yüz dörd manat yetmiş üç qəpik) manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat, ümumilikdə, 235,13 (iki yüz otuz beş manat on üç qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-4094/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4094/2024
27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver