Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4127/2025 25.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Sultanova-X1, İddiaçı cavabdeh Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Aqil Cəbiyevə qarşı “icra məmurunun hərəkətlərinin və hərracın keçirilməsi barədə sifarişin qanunsuz hesab edilərək ləğv edilməsi və əmlaka təkrar ilkin qiymətin müəyyən edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Aqil Cəbiyevə qarşı “icra məmurunun hərəkətlərinin və hərracın keçirilməsi barədə sifarişin qanunsuz hesab edilərək ləğv edilməsi və əmlaka təkrar ilkin qiymətin müəyyən edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Binəqədi rayon icra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu, böyük icra məmuru Aqil Cəbiyevin hərəkətlərinin və onun məktubu əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsində yerləşən 4 otaqlı 105,7 kv.m yaşayış sahəsi, 95 kv.m yardımşı sahəsi, 12.2 kv.m zirzəmisi olan 4 nömrəli fərdi yaşayış evinin 208.000 manat göstərilməklə “Daşınmaz və Daşınar əmlakların satışı X3ndə keçirilməsi barədə şifarişin qanunsuz hesab edilməsi və əmlaka təkrar ilkin qiymətin müəyyən edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İddia ərizəsinə əlavə edilmiş: Daşınar və Daşınmaz Əmlakların Satışı X3nin xx.xx.2025-ci il tarixli “Elektron hərrac portalı vasitəsilə açıq hərracın keçirilməsi haqqında” 01 nömrəli bildirişindən görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra. Şöbəsinin 22 iyul 2022-ci il tarixli, № xx/xx-1540 nömrəli sifariş məktubuna və Bakı Apellyasiya Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(103)- 1525/2021 nömrəli icra vərəqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsində yerləşən ev 4 “Daşınar və Daşınmaz Əmlakların Satışı X3” MMC tərəfindən açıq hərraca çıxarılmışdır. Hərrac aşağıdakı şərtlərlə keçiriləcəkdir: Hərracın keçirilmə forması: Auksion (Elektron hərrac portalı: herrac.gov.az) Hərracın başlanma tarixi və vaxtı: 08 iyun 2025-ci il, saat 10:25 Hərracın bitmə tarixi: 7 təqvim günü. İlkin hərracda əmlakın satış qiyməti: 208.000(iki yüz səkkiz min) manat Hərracda iştirak üçün beh məbləği: 10 400(on min dörd yüz)manat. Hərrac addımı: Satış qiymətinin 1%-dən az, 3%-dən artıq olmamaq şərti ilə. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunun məzmunundan görünür ki, Bakı Apellyasıya Məhkəməsinin 2(103)-1525/2021-011 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1525/2021-011 nömrəli xx.xx.2022-ci il tanxlı icra vərəqəsinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsində yerləşən 4 otaqlı 105.7 kv m yaşayış sahəsi 95 kv.m. yardımçı sahəsi. 12 2 kv.m zirzəmisi olan 4 nömrəli fərdi yaşayış evinə yönəldilməli və ipoteka predmetinin ilkin satış qiyməti 208.000 (iki yüz səkkiz min) manat dəyərində qiymətləndirilmişdir. İcra məmuru tərəfindən icra sənədi üzrə icra üsulunun və qaydasının dəyişdirilməsi İcra Haqqında Qanununun tələbinə zidddir Odur ki, ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ç İldırım küçəsində yerləşən 4 otaqlı 105.7 kv.m yaşayış sahəsi, 95 kv.m yardımçı sahəsi, 12,2 kv.m zirzəmisi olan 4 nömrəli fərdi yaşayış evinin yenidən qiymətləndirilməsi məqsədilə hərracın keçirilməsinin dayandırılması istiqamətində hər hansı tədbirin görülməsi tərəflərindən mümkünsüzdür. Hazırda İddiaçı icra məmurunun hərəkətlərinin və hərracın keçirilməsi barədə sifarişin qanunsuz hesab edilərək ləğv edilməsi və əmlaka təkrar ilkin qiymətin müəyyən edilməsi öhdəliyinin qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı hazırki iddia ərizəsi ilə iddia icraatı qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməklə haqlı olmamışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İstinad edilən Qanunun 26-cı maddəsinə əsasən, həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən və ya hərəkətsizliyindən irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. Həmçinin “İcra haqqında” Qanunun: 53.2-ci maddəsinə əsasən, Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 61.1-ci maddəsinə əsasən, Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 61.2-ci maddəsinə əsasəm, İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən, İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə bildirir ki, qeyd edilmiş Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından və ya onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Hazırki iddia ərizəsində iddiaçı icra məmurunun hərəkətlərinin və hərracın keçirilməsi barədə sifarişin qanunsuz hesab edilərək ləğv edilməsi və əmlaka təkrar ilkin qiymətin müəyyən edilməsi öhdəliyinin qoyulması tələbini qoymuşdur. Göründüyü kimi, iddiaçının qeyd etdiyi tələblər məhkəmə tərəfindən icra icraatı çərçivəsində baxılmalı məsələlərdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə, həmçinin icra üsulunun dəyişdirilməsi barədə məsələlələrə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Beləliklə də, müəyyən edilir ki, icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət məhkəmə araşdırmasının tərkib hissəsi sayılır və həmin məsələ ilə bağlı icra sənədinin verilməsinə səbəb olmuş məhkəmə aktını qəbul etmiş məhkəməyə şikayətlə müraciət edilməli, həmçinin İddiaçı məhkəməyə iddia ərizəsi ilə deyil, icra məmurunun qərarlarından, yaxud icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət formasında, o cümlədən icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə aiddiyyəti üzrə Binəqədi rayon Məhkəməsinə müraciət etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırkı ərizəsinə iddia icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlilidir. Azərbaycan Respublikası MPM-in: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Aqil Cəbiyevə qarşı “icra məmurunun hərəkətlərinin və hərracın keçirilməsi barədə sifarişin qanunsuz hesab edilərək ləğv edilməsi və əmlaka təkrar ilkin qiymətin müəyyən edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilsin. İddiaçı izah edilsin ki, məhkəmə qərarı əsasında verilmiş icra sənədi üzrə icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) sənədin verilməsinə səbəb olmuş məhkəmə aktını qəbul etmiş məhkəməyə şikayət verə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-4127/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4127/2025
25.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver