Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4144/2024 27.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı ləğv prosesində olan “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin” Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehdən 445 (dörd yüz qırx beş ) manat sığorta ödənişi və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 475,40 (dörd yüz yetmiş beş manat qırx qəpik) manat pulun tutularaq ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Toyota Prius” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixli, PDS********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra – Şirkət) sığortalanmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 01:30 radələrində həmin avtomobili Bakı şəhəri ərazisində idarə edərkən “Moped” minik markalı nəqliyyat vasitəsini vuraraq zədələmişdir. Xətai şəhəri DYPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışından, Xətai rayon DYPŞ–nin polis kapitanı X1 xx.xx.2023-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 01:30 radələrində həmin avtomobil Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh hadisə yerindən yayındığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zərər dəymiş “Moped” minik markalı nəqliyyat vasitəsinə dəymiş zərərin miqdarı “İcbari Sığortalar haqqında” qanunun 16-cı və “Sığorta fəaliyyəti haqqında” qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən, Şirkət tərəfindən qiymətləndirilərək 445 (dörd yüz qırx beş ) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, № 09383/2023 saylı sığorta ödəniş aktına və xx.xx.2023-cü il tarixli, 59637 saylı ödəniş tapşırığına əsasən 445 (dörd yüz qırx beş) manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, PDS********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə dair məlumatdan görünür ki, “Toyota Prius” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində bir illik müddətə, yəni xx.xx.2023-cü il tarixədək sığortalanmışdır. İş materiallarında olan “Azərsığorta” tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş 9383 nömrəli dəymiş zərərin hesablanmasına dair aktına əsasən hadisə nəticəsində “Moped” minik markalı nəqliyyat vasitəsinə dəymiş zərər 445 (dörd yüz qırx beş) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.6-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixində 59637 nömrəli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən 445 manat məbləğində sığorta ödənişini zərər dəymiş “Moped” minik markalı nəqliyyat vasitəsinin sürücüsü zərərçəkmiş şəxs X2 ödəmişdir. İş materiallarında olan Xətai şəhəri DYPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışına əsasən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Moped” minik markalı nəqliyyat vasitəsinə zərər vurulmuşdur. Hadisə zamanı təqsirli şəxs “Toyota Prius” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdehdur. İş materiallarında olan LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə sözügedən pul məbləğinin ödənilməsi təklif olunmuş, ödənilməyəcəyi təqdirdə məhkəmə müraciət ediləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı normalar çıxış edir. MM-in 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, müəyyən edilir ki, “Toyota Prius” minik markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixli, PDS********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində xx.xx.2023-cü il tarixədək sığortalanmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 01:30 radələrində həmin avtomobili Bakı şəhəri ərazisində idarə edərkən “Moped” minik markalı nəqliyyat vasitəsini vuraraq zədələmişdir. Xətai rayon DYPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışından, Xətai rayon DYPŞ–nin polis kapitanı X1 xx.xx.2023-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 01:30 radələrində həmin avtomobil Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh hadisə yerindən yayındığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsiri nəticəsində baş verməsi inzibati xəta ilə müəyyən edilərək, təsdiqini tapmışdır. “Azərsığorta” tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş 9383 nömrəli dəymiş zərərin hesablanmasına dair aktına əsasən hadisə nəticəsində “Moped” minik markalı nəqliyyat vasitəsinə dəymiş zərər 445 (dörd yüz qırx beş) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, 09383/2023 saylı sığorta ödəniş aktına və xx.xx.2023-cü il tarixli, 59637 saylı ödəniş tapşırığına əsasən 445 (dörd yüz qırx beş) manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Beləliklə tədqiq olunmuş sübutlarla cavabdehin idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətməsi, bunun nəticəsində zərərçəkmişə zərər vurması və həmin zərərin sığorta şəhadətnaməsinə əsasən iddiaçı sığorta şirkəti tərəfindən ödənilməsi müəyyən edilmişdir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosesdə məhkəmənin arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, mülki prosesdə “formal həqiqət”in müəyyən edilməsi prinsipi əsas götürülməklə hakimin öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməlidir. Bu səbəbdən də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 445 (dörd yüz qırx beş ) manat pul və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 445 (dörd yüz qırx beş) manat pul və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-4144/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4144/2024
27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver