Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4167/2023 17.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi ev 25, mənzil 30 ilə bağlı mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması, Cavabdeh mülkiyyət hüquqlarımı məhdudlaşdıran hərəkətlərinə son qoyulması və onun Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi ev 25 m.30-dan, yeni qaydalarla Yasamal rayonu Mirəli Seyidov küçəsi, 65, M 8, m 2-dən çıxarılması, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma görə vəkilə ödədiyi 500 manat və dövlət rüsumuna görə ödədiyi 100 manat, cəmi 600 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh keçmiş həyat yoldaşıdır. xx.xx.2019-cu il tarixdə aralarındaki nikah pozulmuşdur. Ailə münasibətləri pozulduğu andan cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu M.Seyidov küç. ev 25, m.30-da yaşayır. İddiaçı isə iki övladı ilə cavabdehin mülkiyyətində olan Bakı şəhəri, M.Hadi küç, ev 152 m.3-də yaşayır. Cavabdeh mülkiyyatinda olan mənzildən çıxmadığı üçün mülkiyyət hüquqlarını pozur, odur ki, hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddia ərizəsinə əlavə etdiyi: nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, cavabdehlə aralarındakı nikah Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2019-cu ilin 11-ci ayının 02 günündə 551 nömrə ilə qeyd edilmişdir. Hüquqların Dövlat qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlat reyestrindən Çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi ev 25 yerləşən 30 saylı mənzil iddiaçının mülkiyyətindədir. ÖM Seriyalı 201811 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri M.Hadi küçəsi ev 152-də yerləşən 3 saylı mənzil Cavabdeh mülkiyyatindədir. DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən Cavabdeh Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi ev 152 m. 3-də qeydiyyatdadır. "Ekspresbank” ASC-nin "Ekspresspay” ödəniş sisteminin 484 nömrəli terminalın verdiyi 22843 saylı qəbzdən görünür ki, X1 "Pro Bono” Vəkil Bürosunun vəkilinə hüquqi yardıma görə 500 manat ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi ev 25, mənzil 30 bağlı iddiaçının mülkiyyət hüquqlarını pozulmasının aradan qaldırılması, Cavabdeh iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hərəkətlərinə son qoyulması və onun Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi ev 25 m.30-dan, yeni qaydalarla Yasamal rayonu Mirəli Seyidov küçəsi, 65, M 8, m 2-dən çıxarılmasını xahiş edir. Əlavə olaraq bildirir ki, tərəflər arasında nikah pozulana qədər onlar hazırda cavabdehin adına olan mınzildə yaşamışlar. Daha sonra 2018-ci ildə mübahisəli mənzili almış və mənzil iddiaçının adına qeydiyyatdan keşmişdir. 2018-ci idən ba.layaraqda tərəflər arasında münasibətlər pozulmağa başlamış və nikahları 2019-cu ildə pozulmuşdur. Tərəflər arasında münasibətləri pozulduqdan sonra onlar ayrı yaşamağa başladılar. Hazırda iddiaçı tələb edir ki, onun mülkiyyətində olan evdən cavabdeh çıxsın və hərə öz evində yaşasın. Bununla bağlı mübahisə uzanır və cavabdehin iddiaçının mülkiyyətində olan evdən çıxmaq niyyəti yoxdur. Buna səbəb cavabdehin hazırda yaşadığı ev onun iş yerinə yaxın olmasıdır. Amma iddiaçının uşaqları var oda rahatlıq istəyir. Lakin cavabdeh evdən çıxmaq istəmir. İddiaçıda bildirdi ki, əgər ev ona rahatdırsa o evi satır. Sonaradan cavabdeh evi almaq isdədiyini bildirmiş, belə razılığa gəlinmişdirlər ki, qeyri iş günləri makler gəlsin evə baxsın və qiymət qoysun. Lakin cavabdeh tərəfindən xəbər çıxmadığı üçün iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə gedişatında da, evə baxış keçirilmiş, lakin iddiaçının təklif etdiyi qiymətlə cavabdeh razılaşmamışdır. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yaşayır. İddiaçı cavabdehin mülkiyyətində olan ünvan 2 yaşayır. Hər iki mınzil birgə nikah dövründə əldə edilmişdir. Cavabdehlə iddiaçı arasındakı nikah Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuş və bu barədə nikahın pozuilması haqqında akt qeydləri kitabında 2019-cu ilin 11 ayının 02 günündə 551 nömrə ilə qeyd edilmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin cavabdehin bu illər ərzində əmlak bölgüsünə dair tələi olmadığından və artıq müddəti də, ötürdüyündən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən evin cavabdehə satlıması və qeyri-iş günlərində maklerin gəlib evi qiymətləndirilməsi barədə razılığa gəlinsə də həmin vaxt cavabdehdə müəyyən səbəblərdən alınmamışdır. İkinci dəfə danışılanda qarşı tərəfdən onlar cavab gözləmiş lakin onlardan bir xəbər çıxmamışdır. Cavabdeh tərəf evin ona satılmasına təklif etmiş, lakin bir şərtlə ki, cavabdehə məxsus mənzildən hamı qeydiyyatdan çıxsın və mənzili boşaltsınlar. Çünki cavabdeh həmin mənzili satmalıdır ki, iddiaçıya mənzilin alınmasına görə pulu ödəyə bilsin. Lakin sonradan da, iddiaçı mənzilə real omayan qiymət demişdir ki, tərəflərdə buna razılaşmamlşdlrdırlar. Hər iki mənzil birgə nikah dövründə əldə edilmişdir. Cavabdeh 2019-cu ildən tərəflər arasında nikah pozulandan əvvəl birgə yaşadıqları və hazırda da cavabdehin mülkiyyətində olan, iddiaçının da, yaşadığı mənzildən çıxaraq mübahisəli mənzildə yaşamış, tərəflər arasında heç bir rəsmi saziş və məhkəmə qaydasında əmlak bölgüsü olmasa da, öz aralarında xanımın cavabdehin adına olan mənzildə, cavabdehin isə iddiaçının adına olan mənzildə yaşamasına dair razılaşmışlar. Bu üç ildən artıq müddətdə də, bu qaydada yaşasalar da, iddiaçı hazırda cavabdehin mənzildən çıxarılmasını tələb edir. Tərəflər arasında şifahi razılaşma olduğundan və bu cavabdehi qane etdiyindən, tərəflər, eləcə də, cavabdeh nikah pozulandan sonra keçən müddət ərzində əmlak bölgüsünə dair iddia qaldırmamışıar. Cavabdeh bu müddət ərzinə həmin mənzildə təmir işləri də, aparmışdır. Bundan başqa iddiaçı hazırda qaldığı mənzil ilə qonşuluqda anası qalır. Ona görə iddiaçı anasına yaxın olmaq üçün həmin mənzildə qalmağı isdəmişdir. Cavabdehin qaldığı mənzil isə onun iş yerinə yaxındır. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* seriya nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi ev 25 m.30, yeni qaydalarla Yasamal rayonu Mirəli Seyidov küçəsi, 65, M 8, mənzil 2 05 sentyabr 2018-ci il tarixdən İddiaçı tam mülkiyyətindədir. - Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfinnəd verilmiş ÖM seriyalı 201811 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri M.Hadi küçəsi ev 152-də yerləşən 3 saylı mənzil 14 avqust 2004-cü il tarixdən Cavabdeh mülkiyyatindədir. - Nikahın pozulması haqqında AZ-İ № 448945 seriya nömrəli şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2019-cu ilin 11-ci ayının 02 günündə 551 nömrə ilə qeyd edilmişdir. - DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən Cavabdeh Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi ev 152 m. 3-də qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh birgə nikah dövründə Bakı şəhəri M.Hadi küçəsi ev 152-də yerləşən 3 saylı mənzili və Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi ev 25 m.30, yeni qaydalarla Yasamal rayonu Mirəli Seyidov küçəsi, 65, M 8, 2 saylı mənzili əldə etmişlər. Bakı şəhəri M.Hadi küçəsi ev 152də yerləşən 3 saylı mənzil cavabdehin mülkiyyətində, Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi ev 25 m.30, yeni qaydalarla Yasamal rayonu Mirəli Seyidov küçəsi, 65, M 8, mənzil 2 isə iddiaçının mülkiyyətindədir. Tərəflər arasında bağlanmış nikah Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuş və nikahın pozulması haqqında akt qeydləri kitabında 2019-cu ilin 11-ci ayının 02 günündə 551 nömrə ilə qeyd edilmişdir. Tərəflər arasındakı nikah pozulduqdan sonra aralarında olan şifahi razılaşmaya əsasən iddiaçı cavabdehin, cavabdeh isə iddiaçının mülkiyyətində olan hər biri birgə nikah dövründə əldə edilmiş mənzilllərdə yaşamışlar. Hazırda iddiaçı cavabdehin yaşadığı mənzilin xüsusi mülkiyyət hüququ ilə ona məxsus olduğunu əsas gətirərək cavabdehin həmin mənzildən çıxarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli mənzilin onun mülkiyyətində olduğunu əsas gətirərək cavabdehin mənzildən çıxarılmasını tələb etsə də, işin mübahisəsiz halı odur ki, mənzil birgə nikah dövründə alınmışdır. Mənzil birgə nikah dövründə əldə edildiyindən, hazırki dövrədək tərəflər arasında əmlak bölgüsü həyata keçirilmədiyindən, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətində olsa da tərəflərin ümumi birgə mülkiyyəti hesab edilməlidir. Belə olan halda iddiaçının qeyd olunan əsaslarla cavabdehin mübahisəli mənzildən çıxarılması barədə iddiası əsassızdır. Eyni zamanda məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin həmçinin cavabdehin tərəflər arasında nikah pozulduqdan sonra üç il ərzində əmlak bölgüsünə dair iddia qaldırmadığından, əmlak bölgüsünə dair iddia müddətini ötürdüyündən iddianın təmin edilməsi barədə mülahizəsinə münasibətdə qeyd edir ki, hazırki mübahisənin predmeti ərarvadın birgə nikah dövründə əldə etdikləri ümumi əmlakın bölgüsü deyil, mənzildən çıxarılmadır. Belə olan halda məhkəmə əmlak bölgüsünə dair 3 illik iddia müddətinin ötürülüb-ötürülməməsinin müazikirəsini məqsədə müvafiq hesab etmir. Lakin bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin axımı tərəfin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlanır. İşin hallarından göründüyü kimi tərəflər arasında nikah 2019-cu ildən pozulsa da, ötən müddət ərzində onlar arasında əmlak bölgüsünə dair iddia qaldırılmamış və ya rəsmi notariat qaydada razılıq əldə edilməmişdir. Tərəflərin şifahi razılığına əsaəsn iddiaçı cavabdehə məxsus, cavabdeh isə iddiaçıya məxsus evdə yaşamışdır. Tərflərin gəldiyi razılaşma hər iki tərəfin iradə ifadəsini əks etdirdiyindən isdər iddiaçı, isdərsə də, cavabdeh ötən müddət ərzində aralarında olan razılaşmaya əsasən biri digərinin mülkiyyətində olan mənzilərdə yaşamaqla əmlak bölgüsünə dair iddia tələbi ilə məhkəməyə müraciət etməmişlər. Mənzildən çıxarılma ilə bağlı iddia hal-hazırda irəli sürüldüyündən, məhkəmə hesab edir ki, cavabdeh tərəfin də hüquqlarının pozulduğunu bildiyi andan əmlak bölgüsü tələbi ilə müraciət etmək hüququ onun subyektiv hüququdur. Lakin belə bir iddia olmadığından və nə qədərki əmlak bölgüsü məhkəmə qaydasında həyata keçirlimədiyindən, eləcə də, tərəflər arasında əmlak bölgüsünə dair saziş olmadığından, mübahisəli mənzil birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan və beləliklə də, tərəflərin ümumi paylı mülkiyyəti sayıldığından iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin barəsində iddia tələbində göstərdikləri faktların təsdiqi ilə bağlı sübut təqdim edib-etməməsindən asılı olmayaraq iddia tələblərinin əsası kimi istinad edilən hallar iddianın əsaslı olmasının təsdiqi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi birgə mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləğivə s.) daxildir. Ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması və mənzildən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-4167/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4167/2023
17.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver