Məhkəmə qərarları › İş №e-2(004)-4181/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4181/2020

21.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4181/2020 21.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızı, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdehnə qarşı “sağlamlıq imkanlarının məhdud olması faktının müəyyən edilməsi” barədə ərizəsini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdehnə qarşı “sağlamlıq imkanlarının məhdud olması faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X1 doğulduğu gündən sağlamlıq imkanlarının məhdud olması faktının müəyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki ərizə geri qaytarılmalıdır. Belə ki, ərizədə ərizəçinin faktiki yaşayış yerinin Hacıqabul rayonu, Meyniman kəndi olması qeyd edilmişdir. Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəddən müəyyən olunur ki, hazırki iddia ərizəsinə görə dövlət rüsumu Hacıqabul rayon məhkəməsinə ödənilmişdir. Azərbaycan Respublikası MPM-in309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının MPM-nin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim izah edir ki, ərizəçi “sağlamlıq imkanlarının məhdud olması faktının müəyyən edilməsi” barədə ərizə ilə yaşadığı yerin məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152-ci və 268-ci maddələrinə əsasən QƏRARA ALDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdehnə qarşı “sağlamlıq imkanlarının məhdud olması faktının müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar