Məhkəmə qərarları › İş №e-2(004)-4187/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4187/2023

04.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4187/2023 04.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Binəqədi rayon icra şöbəsi cəlb edilməklə “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, istifadədə olan 5 mərtəbəli binanın 4 otaqlı, 83,95 kv.m ümumi, 59,85 kv.m yaşayış, 24,1 kv.m yardımçı sahədən ibarət mənzillə bağlı "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Məhkəməsinin 2(001)- 895/2014 saylı, 14 may 2014-cü il tarixli qətnaməsi ilə cavabdeh “X9” ATSC-dən "xxxx" ASC-nin xeyrinə cəmi 1.315.409,64 manatın tutulması, tələb üzrə tutmanın fiziki şəxs X2 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində istifadədə olan 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 189,6 kv.m. ümumi, 69,8 yaşayış, 119,8 kv.m. köməkçi sahədən ibarət bina evinə, X1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllədə istifadədə olan 0,00793 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 53,9 yaşayış, 66 kv.m. köməkçi sahədən ibarət 72 nömrəli fərdi yaşayış evinə, fiziki şəxs İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X7 prospekti, ev 64, mənzil 14 ünvanında yerləşən, istifadədə olan 5 mərtəbəli binanın, mərtəbəsində 4 otaqlı, 83,95 kv.m. ümumi, 59,85 kv.m. yaşayış, 24.1 kv.m. yardımçı sahədən ibarət mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləği "xxxx" ASCyə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4753/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə “Göyçay- Konyak Zavodu” ATSC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilərək X2 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində istifadədə olan 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 189,6 kv.m. ümumi, 69,8 yaşayış, 119,8 kv.m. köməkçi sahədən ibarət bina evinin satış qiyməti 189000 manat, X1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllədə istifadədə olan 0,00793 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 53,9 yaşayış, 66 kv.m. köməkçi sahədən ibarət 72 nömrəli fərdi yaşayış evinin satış qiyməti 80000 manat, fiziki şəxs İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X7 prospekti, ev 64, mənzil 14 ünvanında yerləşən, istifadədə olan 5 mərtəbəli binanın, mərtəbəsində 4 otaqlı, 83,95 kv.m. ümumi, 59,85 kv.m. yaşayış, 24.1 kv.m. yardımçısahədən ibarət mənzilin satış qiyməti 110000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-1280/15 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4753/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Qeyd edilən qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Bununla bağlı, "xxxx" MMC-dən 16 sentyabr 2022-ci il tarixli bildiriş təqdim edilmişdir. Həmin bildirişdən aydın olmuşdur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X7 prospekti, ev 64, mənzil 14 ünvanında yerləşən, istifadədə olan 5 mərtəbəli binanın 4 otaqlı, 83,95 kv.m ümumi, 59,85 kv.m yaşayış, 24,1 kv.m yardımçı sahədən ibarət mənzil hərraca çıxarılmış və sözügedən hərrac 11 oktyabr 2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Tərəfindən Nəsimi rayon Məhkəməsinə müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edilərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X7 prospekti, ev 64, mənzil 14 ünvanında yerləşən, istifadədə olan 5 mərtəbəli binanın 4 otaqlı, 83,95 kv.m ümumi, 59,85 kv.m yaşayış, 24,1 kv.m yardımçı sahədən ibarət mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin e-16(006)-83/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı müvəqqəti təminat tədbirinə dair ərizəsi qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X7 prospekti, ev 64, mənzil 14 ünvanında yerləşən, istifadədə olan 5 mərtəbəli binanın 4 otaqlı, 83,95 kv.m ümumi, 59,85 kv.m yaşayış, 24,1 kv.m yardımçı sahədən ibarət mənzilin özgəninkiləşdirilməsi qadağan edilməsi qərara alınmışdır. Həmin qərarı hərrac təşkilatına göndərmişlər. Lakin bir müddət sonra İddiaçı ünvanlanan "xxxx" ASC-nin 14 iyul 2023-cü il tarixli məktubu ilə bank Bakı şəhəri, Binəqədi rayonu, X7 prospekti, ev 64, mənzil 14 ünvanında yerləşən, istifadədə olan 5 mərtəbəli binanın 4 otaqlı, 83,95 kv.m ümumi, 59,85 kv.m yaşayış, 24,1 kv.m yardımçı sahədən ibarət mənzilin boşaldılıb təhvil verilməsi xahiş edilmişdir. Qeyd edilən hərracın nə vaxt həyata keçirildiyini, əmlakın nə vaxt hərracda satıldığını öyrənmək istəyəndə "xxxx" MMC-dən bildirmişlər ki, hərrac onlar tərəfindən həyata keçirilməmişdir. İcra ilə əlaqə saxladıqda məlum olmuşdur ki, "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Hərracın keçirilməsi barədə ümumiyyətlə məlumatlı olmamış, hərrac təşkilatı tərəfindən məlumatlandırılmamışdır. Hesab edir ki, bununla bağlı iddiaçının hüquqları pozulmuş və pozulan hüquqları bərpa edilməlidir. Bundan başqa məlumat üçün bildirir ki, qanun hərracın bu sahədə 5 il daimi fəaliyyət göstərən şirkətlərin həyata keçirməsini xüsusilə şərtləndirmişdir. "xxxx" MMC 5 il daimi fəaliyyət göstərən hərrac təşkilatı deyildir. Nəzərə çatdırır ki, sözügedən şirkət xx.xx.2016-cı il tarixində dövlət qeydiyyatına alınmışdır. Buna görə də onun tərəfindən həyata keçirilən hərrac etibarsız hesab edilməlidir. Həmin təşkilat dövlət qeydiyyatına alındığı tarixdən deyil, yalnız son 2 ildi hərrac fəaliyyəti ilə məşğuldur. Azərbaycan Respublikasında fəaliyyət göstərən hərrac təşkilatları sırf Ədliyyə Nazirliyi və onun müvafiq qurumları ilə (icra və probasiya şöbələri ilə) müqavilə bağlamış, onların sifarişi əsasında hərracların keçirilməsi ilə məşğul olan təşkilatlardır. Ədliyyə Nazirliyinin icra qurumları ilə müqavilə əsasında hərrac təşkil edənlərdən başqa şirkətlər barədə məlumat aşkar edə bilməmişlər. Dövlət hərracları istisna olmaqla, qanunvericilik belə bir hərrac təşkilatının fəaliyyət göstərməsinə icazə vermir. Daimi fəaliyyət göstərən dedikdə qanun hərrac sahəsində 5 il daimi fəaliyyət göstərmək şərtini qoyur. Digər sahələrdə (hərracdan kənar) vaxtilə fəaliyyət göstərmiş, sonradan nizamnaməsinə dəyişikliklər edilərək hərrac keçirilməsi səlahiyyətləri qoyulmuş hərrac təşkilatları həmin şirkətin əvvəlki dövr üzrə fəaliyyətini 5 illik fəaliyyətə daxil edə bilməz. Hal-hazırda hərrac təşkilatlarını araşdırmış və öyrənmişlər ki, 2016, 2017, 2018, 2019-cu, hətta 2020-ci ildə belə bu şirkət hərrac təşkilatı kimi fəaliyyət göstərməmişdir. Buna görə "xxxx" MMC tərəfindən keçirilmiş hərrac etibarsız hesab edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil AZEMİS vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılaraq yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru C.Quliyev İddiaçı iddiasına əsasən keçiriləcək məhkəmə prosesinə iştirakları olmadan baxılması və qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Binəqədi rayon icra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndə heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş, məhkəmə, işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin ərizələrini və iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4753/2014 saylı 07 noyabr 2014-cü il tarixli icra vərəqəsinin sürətindən görünür ki, X3 məxsus Bakı şəhəri Binəqədi rayonu X7 prospekti ev 64 mənzil 14-də yerləşən və istifadədə olan 5 mərtəbəli binanın 2-ci mərtəbəsində 4 otaqlı tam mülkiyyətində yaşayış mənzilinin ilkin satış qiyməti 110000 manat müəyyən edilməklə həmin əmlakların açıq hərracda satılmalı və satışdan əldə olunan vəsait hesabına ümumi borc ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin "xxxx" MMC-nə və X4 ünvanladığı 27 dekabr 2022-ci il tarixli “Hərracın keçirilməsi haqqında” Sifarişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4753/2014 saylı 07 noyabr 2014-cü il tarixli icra vərəqəsinə əsasən X3 məxsus Bakı şəhəri Binəqədi rayonu X7 prospekti ev 64 mənzil 14-də yerləşən və istifadədə olan 5 mərtəbəli binanın 2-ci mərtəbəsində 4 otaqlı tam mülkiyyətində yaşayış mənzilinin ilkin satış qiyməti 110 000 manat müəyyən edilmişdir. Mənzilin açıq hərracda satışını təşkil edib, satışdan əldə olunan məbləğin Binəqədi Rayon İcra Şöbəsinin depozit hesabına köçürülməsi xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin 28 dekabr 2022-ci il tarixli 488/22 saylı hərrac bildirişində qeyd edilir ki, Binəqədi Rayon İcra Şöbəsinin xx/xx-76861-20 saylı, xx.xx.2022ci il tarixli sifariş məktubuna əsasən, borclu X3 məxsus olan Bakı şəhəri Binəqədi rayonu X7 prospekti 64 saylı evin 14 nömrəli mənzilinin ilkin satış qiyməti 110000 manat təşkil edir. Hərrac 26 yanvar 2023-cü il tarixdə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 26 yanvar 2023-cü il tarixli 488/22 saylı hərrac bildirişində qeyd edilir ki, Binəqədi Rayon İcra Şöbəsinin xx/xx-76861-20 saylı, xx.xx.2022ci il tarixli sifariş məktubuna əsasən, borclu X3 məxsus olan Bakı şəhəri Binəqədi rayonu X7 prospekti 64 saylı evin 14 nömrəli mənzilinin ilkin satış qiyməti 93500 manat təşkil edir. Hərrac 15 fevral 2023-cü il tarixdə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında 070901 qaimə nömrəli 03 yanvar 2023-cü il tarixli və 072605 qaimə nömrəli 30 yanvar 2023-cü il tarixli xəbərnamələrin surətlərindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu X7 prospekti 64 saylı evin 14 nömrəli mənzilinə göndərilmiş hərrac bildirişləri təyinatı üzrə çatdırılmışdır. İş materiallarına əlavə edilmiş “Market” reklam və elanlar qəzetinin 30 dekabr 2022-05 yanvar 2023-cü il tarixli sayından görünür ki, Bakı şəhəri Binəqədi rayonu X7 prospekti 64 saylı evin 14 nömrəli mənzilinin ilkin satış qiyməti 110000 manat müəyyən edildiyini və açıq hərracın 26 yanvar 2023-cü il tarixdə 11:00-da keçirilməsi barədə məlumat dərc olunmuşdur. İş materiallarına əlavə edilmiş “Market” reklam və elanlar qəzetinin 27 yanvar-02 fevral 2023-cü il tarixli sayından görünür ki, Bakı şəhəri Binəqədi rayonu X7 prospekti 64 saylı evin 14 nömrəli mənzilinin ilkin satış qiyməti 93500 manat müəyyən edildiyini və təkrar hərracın 15 fevral 2023-cü il tarixdə 11:00-da keçirilməsi barədə məlumat dərc olunmuşdur. İş materiallarına əlavə edilmiş “Market” reklam və elanlar qəzetinin 17 fevral-23 fevral 2023-cü il tarixli sayından görünür ki, Bakı şəhəri Binəqədi rayonu X7 prospekti 64 saylı evin 14 nömrəli mənzilinin satışına dair 15 fevral 2023-cü il tarixdə 11:00-da keçirilən təkrar hərrac baş tutmamışdır. İş materiallarında olan 03 mart 2023-cü il tarixli, 488/22 nömrəli "xxxx" MMC tərəfindən ipoteka predmetnin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolunun surətindən müəyyən olur ki, keçirilmiş hərracda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4753/2014 saylı 07 noyabr 2014-cü il tarixli icra sənədinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu X7 prospekti 64 saylı evin 14 nömrəli mənzilinin ipoteka saxlayan Ləğv prosesində olan "xxxx" ASC tərəfindən 70125 manata əldə edilmişdir. İş materiallarında olan 03 mart 2023-cü il tarixli "xxxx" MMC ilə Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X6 arasında bağlanılmış ipoteka predmetnin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilənin surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu X7 prospekti 64 saylı evin 14 nömrəli mənzili 70125manat dəyərində olmaqla X6 tərəfindən alınmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, "xxxx" MMC 12 fevral 2016-cı il tarixdən dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun: 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414-cü maddəsinə əsasən: 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. “İpoteka haqqında” AR Qanununun 41.2-ci maddəsiən əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.10-cu maddəsinə əsasən sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun: 62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 53.3-cü maddəsinə əsasən, əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 62.1-ci madəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. 62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi hərrac təşkilatı icra məmurunun sifarişi əsasında hərracı keçirir və hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi barədə (vaxtı və yeri barədə) icra sənədi üzrə tələbkar və borcluya məlumat verilir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4753/2014 saylı 07 noyabr 2014-cü il tarixli icra sənədi ilə iddiaçıya məxsus əmlakın açıq hərracda satılması və satışdan əldə olunan pulun KredoBank ASC-nə ödənilməsinə yönəldilməsi qərara alınmışdır. Keçirilmiş hərrac nəticəsində əmlak satılmışdır. İş materiallarından da göründüyü kimi, hərracın keçirilməsi qaydalarına riayət olunmuş, iddiaçının ünvanına rəsmi qaydada məlumat göndərilmişdir. Hərracların keçirilməsi barədə “Market” reklam və elanlar qəzetinin müxtəlif buraxılışlarında rəsmi məlumat dərc olunmuşdur. İddiaçı "xxxx" MMC tərəfindən hərracın keçirilməsinin qanunsuz olduğunu bildirsə də məhkəmə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsaslanaraq hesab edir ki, "xxxx" MMC xx.xx.2016-cı il tarixdən fəaliyyət göstərir və bugünə qədər fəaliyyətinin dayandırılması barədə hər hansı rəsmi məlumat olmadığından iddiaçının bu əsası qəbuledilməzdir. Məhkəmə qeyd edir ki, hərracların keçirilməsində qanunvericiliyin tələblərinə riayət edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hazırkı mübahisə üzrə isə hərracın yekunları barədə protokolun etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, sözügedən mənzilə dair keçirilən hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və hərracın yekunları barədə protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən hərracın nəticələrinin etibarsız hesab edilməsinə əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Həmçinin iddiaçı tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Binəqədi rayon icra şöbəsi cəlb edilməklə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, istifadədə olan 5 mərtəbəli binanın 4 otaqlı, 83,95 kv.m ümumi, 59,85 kv.m yaşayış, 24,1 kv.m yardımçı sahədən ibarət mənzillə bağlı "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrini etibarsız barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar