Məhkəmə qərarları › İş №e-2(004)-4223/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4223/2023

21.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4223/2023 21.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı " dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı " dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində iddiaçıya dəymiş, 3615 (üç min altı yüz on beş manat) maddi ziyanın, 1500 manat məbləğində mənəvi zərərin, iddianın verilməsi ilə bağlı ödənilmiş 56,15 manat dövlət rüsumunun, hüquqi yardımla bağlı vəkil bürosuna ödənilmiş 120 (yüz iyirmi) manat ümumilikdə 5291,15 (beş min iki yüz doxsan bir manat on beş qəpik) manatın Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi ilə xx.xx.2022-ci il tarixində 0394 saylı Payçı müqaviləsi imzalamışdır. Müqaviləyə əsasən “MTK” pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” Yaşayış Kompleksinin 3-cü binasında 3-cü blok 2-ci mərtəbədə 1 Nömrəli 1 otaqlı mənzili tikib payçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş, payçı həmin müqaviləyə əsasən yuxarıda qeyd olunan ünvanda yerləşən həmin mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 78995 (yetmiş səkkiz min doqquz yüz doxsan beş manat) təşkil etmişdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ilkin ödəniş müqavilənin ümumi dəyərinin 20%-ni təşkil etməklə 15895 (on beş min səkkiz qüz doxsan beş) manat öncədən payçı tərəfindən MTK-ya avans ödənişi etmişdir. Müqavilə üzrə ödənişin qalıq hissəsi Payçı MTK və Payçı"xxxx" ASC arasında bağlanmış olan müqavilələrə əsasən payçının bankdan götürdüyü 63 100 (altmış üç min yüz) manat kredit borcu ilə ödənilmişdir. İddiaçı ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi MMC ilə müqavilə imzalanarkən "xxxx" ASC-yə ödəniş edilməsi üçün iddiaçıya qaimə fakturası təqdim edilməli olduğu və həmin qaimə fakturada alqı-satqı ilə bağlı ödənilmiş məbləğin ƏDV-si hesablanmalı olduğu halda bu edilməmişdir ki, nəticədə də İddiaçı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, yaşayış sahəsinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödəməyə məcbur olmuşdur. Bundan sonra iddiaçı nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş 12050 (on iki min əlli ) manat əlavə dəyər vergisinin 30%-nin qaytarılması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş, lakin, qeyd olunan orqanın “10”mart 2023-cü il tarixli yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında qərarı ilə İddiaçı tərəfindən yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi əsas gətirilərək xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Nəticədə iddiaçının nağdsız qaydada almış olduğu yaşayış sahəsinə görə ödədiyi 12050,08 manat ƏDV-nin 30%-i olan 3615 (üç min altı yüz on beş) manat hissəsi ona qaytarılmamış və iddiaçıya maddı ziyan dəymişdir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDVnin 30 faizini təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatlarında bildirmişdirlər ki, iddiaçı tərəfindən müxtəlif vaxtlarda mənzilin dəyəri olaraq ödənişlər edilmiş, lakin hazıradək ƏDV-nin geri qaytarılması tələb olunsa da, geri qaytarılmamışdır. Odur ki, məhkəmədən ödənilən məbləğin ƏDV-sinin geri qaytarılmasını tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 16 iyul 2022-ci il tarixli 0394 nömrəli payçı müqaviləsinə əsasən tərəflər aralarında razılığa gəlmişlər. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən 78995 manat ödəniş edilmiş və 12050,08 manat ƏDV miqdarı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 10 mart 2023-cü il tarixli yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında **********246300 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli fərmanı ilə “fiziki şəxs olan istehlakçılar tərəfidnən Azırbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti il məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və qaydası”nın 5.1.2-ci bəndinə əsasən alınmış yaşaış və qeyri-yaşayış sahələrinin tam dəyərinin nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödəniləcəyi halda ƏDV məbləğinin qaytarılması nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, X1 ilə "xxxx" Group MTK arasında bağlanmış 16 iyul 2022-ci il tarixli 0394 nömrəli payçı müqaviləsi üzrə razılığa gəlmişlər. İddiaçı tərəfindən mənzilin dəyəri "xxxx" Group MTK-ya ödənilmişdir. İddiaçı ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi MMC ilə müqavilə imzalanarkən "xxxx" ASC-yə ödəniş edilməsi üçün iddiaçıya qaimə fakturası təqdim edilməli olduğu və həmin qaimə fakturada alqı-satqı ilə bağlı ödənilmiş məbləğin ƏDV-si hesablanmalı olduğu halda bu edilməmişdir ki, nəticədə də İddiaçı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, yaşayış sahəsinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödəməyə məcbur olmuşdur. Bundan sonra iddiaçı nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş 12050 (on iki min əlli ) manat əlavə dəyər vergisinin 30%nin qaytarılması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş, lakin, qeyd olunan orqanın “10”mart 2023-cü il tarixli yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında qərarı ilə İddiaçı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi əsas gətirilərək xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Nəticədə iddiaçının nağdsız qaydada almış olduğu yaşayış sahəsinə görə ödədiyi 12050,08 manat ƏDV-nin 30%-i olan 3615 (üç min altı yüz on beş) manat hissəsi ona qaytarılmamış və iddiaçıya maddı ziyan dəymişdir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir.Odur ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırda İddiaçı 16 iyul 2022-ci il tarixli 0394 nömrəli payçı müqaviləsinə əsasən mənzilin dəyərinin "xxxx" Group MTK-nin bank hesabına köçürülmüş ƏDV məbləğinin, yəni 3615 manatın birdəfəlik alınaraq ona ödənilməsini xahiş edir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən məzilin dəyəri olaraq ödənilmiş məbləğin ƏDV-si "xxxx" MTK tərəfindən İddiaçı qaytarılmalıdır. Odur ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində hesab edir ki, iddia tələbi qismən təmin edilməli və 3615 manat ƏDV məbləği "xxxx" MTK tərəfindən İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin 1500 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsində hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının mənəvi ziyanın ödənilməsi tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 27536 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardımla bağlı “Pro Bono” vəkil bürosuna 120 (yüz iyirmi) manat ödənilmişdir. Odur ki, iddia tələbi bu hissədə təmin edilməli və cavabdeh "xxxx" MTK-dan hüquqi yardımla bağlı vəkil bürosuna ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bununla bağlı məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşqul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və qaydası" nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıçının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV deposit hesabına ödəməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 57 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 57 manat məbləğində pul cavabdeh "xxxx" MTK-dan tutularaq iddiaçıya ödənilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi ondan şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MTK-dan 3615 (üç min altı yüz on beş manat) maddi ziyan, iddianın verilməsi ilə bağlı ödənilmiş 56,15 manat dövlət rüsumu və hüquqi yardımla bağlı vəkil bürosuna ödənilmiş 120 (yüz iyirmi) manat olmaqla, ümumilikdə 3791,15 manat məbləğində pul vəsaiti tutularaq idiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar