Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4236/2021 14.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1, onun vəkili X7 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ əsasında 31265.97 manat məbləğin tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ əsasında 31265.97 manat məbləğin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 03 iyun 2015-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 idarə etdiyi “X14 111 CDİ” markalı **- FL-*** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Z.Əliyeva küçəsi ilə R.Zorge küçəsinin kəsişməsində hərəkət edən zaman yol nişanının tələbini pozmuş, nəticədə "xxxx" ASC-də “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası” növü üzrə sığortalanmış Porsche Cayenne markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhər Səbail RPİ-nin İstintaq Şöbəsi tərəfindən tərtib olunmuş 22 iyun 015-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi barədə qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs Cavabdeh1 müəyyən edilmiş və şəxs barəsində AR İXM-nin 151.3-cü maddəsi ilə inzibati məsuliyyət tədbirləri görülməsi üçün toplanmış material Səbail RPİ-nin DYPŞ-yə göndərilmişdir. Beləliklə, qeyd edilən yolnəqliyyat hadisəsi nəticəsində Porsche Cayenne markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobilə 36603 manat maddi zərər dəymişdir. MİB ******* saylı sığorta şəhadətnaməsinə və K 23/340 saylı 28 iyul 2015-tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 36103 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin mulki məsuliyyəti "xxxx" ASC-də sığortalandığından 4867,03 manat sığorta ödənişi "xxxx" ASC-dən alınmışdır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 31235.97 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rusumu, ümumilikdə 31265.97 manatın tutularaq "xxxx" ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 2016-cı il tarixdə artıq bir dəfə məhkəməyə müraciət edilmiş, cavabdehin vəkilinin vəsatəti ilə iddia ərizələri baxılmamış saxlanılmışdır. Daha sonra onlar Tern Trasporta qarşı 2 saylı inzibati iqtisadi məhkəmədə iddia qaldırmış və iddia tələbləri rədd edilmişdir. Həmin qərardan yuxarı instansiyalara şikayətlər edilmiş, lakin məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbən də, yenidən məcbur olaraq hazırki cavabdehlərə qarşı belə bir iddia ilə məhkəməyə müraciət etmişlər. Baş vermiş hadisə nəticəsində xəsarət almış şəxs olduğu üçün ilk növbədə cinayət işi açılmış, sonra isə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra Cavabdeh1 barəsində inzibati protokol tərtib edilmişdir. Cavabdehin təqsirkar olması barədə forma 4 arayışı vardır. Avtotexniki ekpsertiza nəticəsində də, Cavabdeh1 yolnəqliyyat hadisəsində günahkar olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X13 iddia tələbinə etiraz edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs hər hansı bir qərarla təqsirli bilinməmişdir. Təqsiri bilinmədiyi üçün ona qarşı hər hansı bir iddianın irəli sürülməsi əsassızdır. Yolnəqliyyat hadisəsi nəticəsində Porsche Cayenne markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobil günahkardır. Belə ki, həmin nəqliyyat vasitəsinin sahibi yolda quraşdırılmış nişanların tələbinə məhəl qoymadan baş yolda olan və cavabdeh tərəfindən idarə edilmiş avtomobillə toqquşaraq qəza törətmişdir. Ekpertin rəyi mülki prosessual qanunvericiliyə görə predusial əhəmiyyət daşımır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 oğlu iddia tələbinə etiraz edərək bildirdi ki, sözü gedən nəqliyyat vasitəsi Tern Trasporta məxsusdur və həmin avtomobillə fəhlələri evlərinə aparırdı. Daima həmin yoldan istifadə etmiş və heç zaman belə bir hadisə ilə qarşılaşamamışdır. Belə ki, onun yolundan baş yol nişanı, iddiaçının sığortaladığı nəqliyyat vasitəsinin qarşısında isə yol ver nişanı olmuşdur. O, həmin nişana arxayın olaraq hərəkət etmiş, digər nəqliyyat vsaitəsi olan Porsche Cayenne markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobil qarşı yola çıxaraq qəza törətmişdir. Qadın sürücünün əri ona bildirmişdir ki, Porsche Cayenne markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü artıq ikinci maşını yararsız hala salmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Fiziki şəxslərin sahibliyində olan avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsinin surətindən görünür ki, Porsche Cayenne markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən 08.08.2014-cü il tarixdən 07.08.2015-ci il tarixədək sığortalanmışdır. "xxxx" MMC-nin təmir xərcləri barədə 18.06.2015-ci il tarixli arayışından görünür ki, Porsche Cayenne markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobilin təmiri üçün ümumilikdə 36603 manat məbləğində xərc tələb olunur. Sığorta aktının surətindən görünür ki, Porsche Cayenne markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği 36603 manat təşkil etmiş, azad olmaməbləği çıxıldıqdan sonra nəqliyyat vasitəsinin sahibinə 36103 manat ödəniş edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22.06.2015-ci il tarixli qərardan görünür ki, vətəndaş X1 YNH nəticəsində xəsarət alması barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və sürücü Cavabdeh1 AR İXM-nin 151.3-cü maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Səbail RPİ DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Ekspertiza Mərkəzinin 17.06.2015-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, istintaq tərəfindən göstərilən şəraitdə Porsche Cayenne markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “X12” AR Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. İstintaq tərəfindən göstərilən şəraitdə “X14 111 CDİ” markalı **-FL-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində “X12” AR Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bakı şəhəri BPİ DYPİ-nin 29.06.2015-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası ərazisində yol hərəkətinin təşkili sahəsində istifadə olunar bütün yol nişanları Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “X3 Komıssiyası”nın qərarı əsasında DİN BDYPi-nin «Siqnal» İLİ İdarəsi tərəfindən quraşdırılır. Müraciətlə bağlı 25.06.2015-ci il tarixdə Z.Əliyeva və R.Zorge küçələrinin kəsişməsində yol nişanlarının vəziyyəti müayinə olunarkən Z.Əliyeva küçəsində K.Səfərəliyeva küçəsi tərəfdən 2.4 “Yol verin”, 4.1.4 “Düzüna və ya sağa hərəkət”, Puşkin küçəsi tərəfdən isə 2.5 “Dayanmadan keçmək qadağandır”, 4.1.5 “Düzünə və ya sola nərəkət” yol nişanlarının mövcud olması muəyvən edilmişdir. Lakin qeyd olunan yol ayrıcındakı yol nişanları ərazidə quraşdırılmış müşahidə izləmə kameralarının görüntü dairəsinə daxil olmadığından yol nəqliyyat hadisəsi baş vermiş anda həmin yol sahəsindəki nişanların vəziyyəti barədə dəqiq məlumat əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-383/19 saylı, 04.09.2019-cu il tarixli qərarından görünür ki, iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.04.2019-cu il tarixli, 2-2(103)- 176/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, 03 iyun 2015-ci il tarixdə Bakı şəhəri, Z.Əliyeva küçəsi ilə R.Zorge küçəsinin kəsişməsində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 idarə etdiyi “X14 111 CDİ” markalı **-FL-*** dövlət nömrə nişanlı avtomobil ilə "xxxx" ASC-də “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası” növü üzrə sığortalanmış X2 idarə etdiyi Porsche Cayenne markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobil toqquşmuşdur. Hadisə nəticəsində Porsche Cayenne markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobilə 36103 manat məbləğində maddi ziyan dəymiş və həmin ziyan iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 31235.97 manat ödənişinin tutulmasını xahiş etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.03.2018-ci il tarixli 2-2(82)-259/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Daha sonra iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 07.08.2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-383/19 saylı, 04.09.2019-cu il tarixli qərarına əsasən, iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.04.2019-cu il tarixli, 2-2(103)-176/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31235.97 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, iddiaçı baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olmasını bildirsə də, bu barədə məhkəməyə hər hansı bir tutarlı sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bunun əksi olaraq, iş materiallarında olan Bakı şəhəri BPİ DYPİ-nin 29.06.2015-ci il tarixli məktubuna əsasən, 25.06.2015-ci il tarixdə yəni, hadisə baş verən zaman Z.Əliyeva və R.Zorge küçələrinin kəsişməsində yol nişanlarının vəziyyəti müayinə olunarkən Z.Əliyeva küçəsində K.Səfərəliyeva küçəsi tərəfdən 2.4 “Yol verin”, 4.1.4 “Düzüna və ya sağa hərəkət”, Puşkin küçəsi tərəfdən isə 2.5 “Dayanmadan keçmək qadağandır”, 4.1.5 “Düzünə və ya sola nərəkət” yol nişanlarının mövcud olması muəyyən edilmişdir. Göründüyü kimi baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yol-nəqliyyat hadisəsi işitrakçısı olmuş Porsche Cayenne markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X5, 2.5 “Dayanmadan keçmək qadağandır” yol nişanının tələblərini pozaraq yolkəsişməsinə daxil olarkən soldan gələn nəqliyyat vasitəsini gözləməmiş, düzünə hərəkət edərək Cavabdeh1 idarət etdiyi nəqliyyat vasitəsinin sağ orta hissəsi ilə toqquşmuşdur. İşin bu halı məhkəmə iclası zamanı tədqiq edilmiş hadisə zamanına aid olan video görüntülə ilə də, öz təsdiqini tapmışdır. Eyni zamanda işin araşdırılmış halları ilə cavabdehin Cavabdeh1 yol-nəqliyyat hadisəsini törətməkdə təqsirkar olunmasına dair nə inzibati protokol, nə də inzibati qərarın mövcudluğu müəyyən edilməmişdir. İddiaçı tərəf yalnız müvafiq iş üzrə keçirilmiş ekspert rəyinə istinad edərək, cavabdeh tərəfin yol-nəqliyyat hadisəsində təqsirkar olduğunu iddia etmişdir. Məhkəmə ekspertiza rəyinə digər sübutlarla yanaşı qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, hazırki rəy iddianın əsaslı olmasının təsdiqi kimi qəbul edilə və qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-nin: - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. - 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ əsasında 31265.97 manat məbləğin tutulması tələbinə dair iddiası təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ əsasında 31265.97 manat məbləğin tutulması tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-4236/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4236/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver