Məhkəmə qərarları › İş №e-2(004)-426/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-426/2023

24.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-426/2023 24.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onların xeyrinə 36000 manat, mənəvi ziyana görə 2000 manat, hüquqi xidmətə görə 1000 manat və 201 olmaqla cəmi 39201 manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona məxsus sənədləşməsi başa çatmayan 200 kv.m torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 81 kv.m olan fərdi yaşayış evini 36.000 (otuz altı min) manata almış, bu barədə cavabdeh Hökuməli Bələdiyyəsinin adına ərizə verdi və cavabdehin həyat yoldaşı ailə üzvləri ilə birlikdə ona söz verdi ki, iki ay müddətində sözügedən mənzili boşaldaraq ona təhvil verəcəklər. Həmin mənzilin kommunal xərclərini onun adına rəsmiləşdirdilər və o işıq və qaz pullarını ödəməyə başladı. Lakin onların qarşılıqlı razılığından xeyli müddət keçsə də Cavabdeh yoxa çıxdı və onun ailə üzvləri mənzili boşaltmaqdan imtina etdilər. Hazırda cavabdeh mənzili boşaldıb təqdim etmir və pulumu da qaytarmaqdan yayınır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndə və vəkili Vəkil iddia tələbini müdafiə edərə iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən Hökuməli Bələdiyyəsinə göndərilən ərizədən görünür ki, Atyalı yaşayış massivində ona məxsus 200 kv.m torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 81 kv.m olan fərdi yaşayış evini 36.000 (otuz altı min) manata İddiaçı1 satmış, cavabdehin həyat yoldaşı ailə üzvləri ilə birlikdə iki ay müddətində sözügedən mənzili boşaldaraq ona təhvil verəcəyinə dair söz vermiş və onun tərəfindən imzalanmışdır. “Azəriqaz” İB ilə İddiaçı1 arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli AKX-03822xx/xx-2022 saylı müqavilədən görünür ki, paylayıcı - “Azəriqaz” İB istehlakçını - İddiaçı1 keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının gəstəricisnə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməli olduğuna dair razılaşmışlar. İddiaçı2 xx.xx.2022-ci il tarixdə DİN-in “102” xidmətinə müraciət edərək bildirmişdir ki, Atyalı qəsəbəsində yerləşən evi 2022-ci ilin fevral ayında arvadı İddiaçı1 adına alması, lakin evin keçmiş sahibini evdən çıxara bilməmişlər. Abşeron RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Zaur Əkbərovun 18 avqust 2022-ci il tarixli qərarına əsasən İddiaçı1 oğlunun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materillarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı2 tərəfindən 9 saylı Vəkil bürosuna hüquqi xidmətlərin əvəzi olaraq 1000 manat ödəniş etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh Atlay massivində yerləşən 200 kv.m torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 81 kv.m olan fərdi yaşayış evini 36.000 (otuz altı min) manata İddiaçı1 satmış və 2 ay ərzində evdən çıxmasına söz verilməsinə dair yazılı ərizə təqdim etmişdir. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbinin maddi zərərin ödənilməsi hissəsi məhkəmə tərəfindən sübut olunduğundan maddi zərərin əvəzi olaraq Cavabdeh 36.000 manat tutularaq İddiaçı1 ödənilməlidir. İddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsində isə məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən mənəvi zərərin dəyməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. Həmçinin iddia tələbinin İddiaçı2 münasibətdə təmin edilməməlidir.Belə ki, İddiaçı2 ilə Cavabdeh arasında hər hansı müqavilə və pul öhdəliyi ilə bağlı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, və Mülki Məcəllənin 739-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 36000 (otuz altı min) manat, hüquqi xidmətə görə 1000 (bir min) manat və 201 (iki yüz bir) olmaqla, cəmi 37201 (otuz yeddi min iki yüz bir) manat pul tutularaq İddiaçı1 xeyrinə ödənilsin. İddia tələbi İddiaçı2 münasibətdə təmin edilməsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar