Məhkəmə qərarları › İş №e-2(004)-4269/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4269/2023

15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4269/2023 15.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh su basma hadisəsi nəticəsində verilmiş sığorta ödənişi olan 945,20 (doqquz yüz qırx beş manat 20 qəpik) manat məbləği və 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu, ümumilikdə 975, 60 (doqquz yüz yetmiş beş manat, altmış qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmişdir. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX, ******* saylı çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, ev 68, mənzil 7 tam mülkiyyət hüququ üzrə X2 məxsusdur. İş materiallarında olan müstəqil ekspert Əmrulla Kərimovun "xxxx" ASC-yə ünvanladığı Akt-038/23 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, ev 68, 7 saylı mənzilin mülkiyyətçisi X2 dəymiş zərərin həcmi 1360 manat təşkil edir. İş materiallarında olan ƏS23006 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən əmlak 69,50 % dəyərində sığortalandığına görə 945,20 (doqquz yüz qırx beş manat, iyirmi qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, "xxxx" ASC-də “İpoteka predmeti olan əmlakın sığortası” növü üzrə sığortalanmış X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, ev 68, 7 saylı mənzilə xx.xx.2023-cü il tarixində subasma hadisəsi nəticəsində maddi zərər dəymişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Yasamal rayonu 24 saylı MKİS nümayəndələrinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli arayışa əsasən, subasma hadisəsinin baş verməsinə səbəb kimi Cavabdeh mülkiyyətində olan H.ünvan 2 ünvanında mənzil daxili istilik xəttində yaranmış nasazlıq göstərilmişdir. Beləliklə, yuxarıda göstərilmiş X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, ev 68, 7 saylı mənzilə su axması nəticəsində ona məxsus mənzilin tavanı və divar kağızlarına, döşəməsinə, habelə mənzilin qapısına 1360 (bir min üç yüz altmış) manat məbləğində zərər dəymiş və ƏS23006 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən əmlak 69,50 % dəyərində sığortalandığına görə 945,20 (doqquz yüz qırx beş manat, iyirmi qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma. Beləliklə Azərbaycan Respublikasının MM-nin 21, 936, 1096, 1097, 1111, 1114, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsi, «İcbari Sığortalar Haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 945,20 (doqquz yüz qırx beş manat 20 qəpik) manat məbləğində sığorta ödənişi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 945,20 (doqquz yüz qırx beş manat 20 qəpik) manat məbləğində sığorta ödənişi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar