Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-427/2023 19.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyanın əvəzi olaraq 3565 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 56 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.2022-ci il tarixdə Yestel MMCdən iPhone 13 Pro Max 128 GB markalı, İMEİ kodu **********69406 olan telefon almışdır. Razılaşmaya uyğun olaraq mobil mobil telefonun dəyərini təşkil 3565 manatın 1100 manat hisssəsini həmin gün ilkin ödəniş kimi ödəmiş, qalıq 2465 manatı isə ödəniş cədvəlinə uyğun olaraq hər ay 205,42 manat olmaqla 12 ay ərzində ödəməyi öz öhdəsinə götürmüşdür. Telefonu aldıqdan sonra uzaq qohumu olan cavabdehlə görüşən zaman, müvəqqəti istifadə adı ilə telefonu ondan almış, lakin geri qaytarmamışdır. Telefonu ondan tələb etsə də, telefondan xoşu gəldiyini, qaytarmaq istəmədiyini, telefona görə ödədiyi pulu ona verəcəyini və qalan aylıq ödənişləri də özünü edəcəyini bildirmişdir. Lakin telefona görə ödədiyi 1100 manat ilkin ödənişi ödəməmiş, aylıq kreditin isə iki ayını ödəsə də, qalan ayları ödəməmişdir. Beləliklə o, aldığı təzə telefonundan məhrum olmuş, onu 1 gün belə istifadə edə bilməmişdir. Artıq bir ilə yaxındır ki, mobil telefon cavabdehin istifadəsindədir və yararsız hala düşmüşdür. O, məcbur qalıb Yasamal RPİ-nin 27-ci PB-nə şikayət etmişdir. Polisdə araşdırma aparılan zaman qeyd etdikləri öz təsdiqini tapmış, lakin mülki xarakterli mübahisə olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdeh təərfindən ona vurulmuş ziyan aradan qaldırılmalı, 3565 manat məbləğində pul vəsaiti cavabdehdən onun xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, tərəf sadəcə tanışlıqlarından istifadə edərək həmin telefonu götürmüş, ilkin ödəniş 1100 manat ödəcəyini, daha sonra isə aylıq ödənişləri edəcəyini bildirmiş, tanış münasibətlərində olduqları üçün iddiaçı buna etiraz bildirməyərək imtina etməmişdir. Lakin buna baxmayaraq cavabdeh iki ayın ödənişini etdikdən sonra daha heç bir ödəniş etməmişdir. Hal-hazırda da o, telefonu qaytarmır, bundan başqa eşitdiklərinə görə, artıq telefon işləndiyindən, iddiaçı o, telefonu heç geri də istəmir. Cavabdeh telefonun ona hədiyyə olunmasını bildirsə də, məhkəməyə onların təqdim etdiyi səs yazısından da görsənir ki, qız telefonun ona iddiaçı tərəfindən bağışlanmadığını bildirərək, cari ödənişləri etməyini boynuna götürmüş, lakin öz öhdəliyini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş (sms vasitəsilə məlumatlandırılmış) Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı Yestel MMC-dən adığı iPhone 13 Pro Max 128 GB markalı, İMEİ kodu **********69406 olan mobil cihaz almış, 1100 manat ilkin ödəniş etmiş və qalan məbləği hər ay 205,42 manat olmaqla 12 ay müddətində ödəməyi öhdəsinə götürmüş, həmin telefona görə 1100 manat ilkin ödəniş etmiş, qalan məbləği ayda 205,42 manat olmaqla 12 aymüddətinə ödəməyi öhdəsinə götürmüş, daha sonra telefonu Cavabdeh vermişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə izahatı alınmış Cavabdeh bildirmişdir ki, uzaq qohumu olan İddiaçı ilə təxminən 4 ildir ki, münasibətləri var və son zamanlarda onların münasibətləri var və son zamanlarda onların münasibəti daha da yaxınlaşmışdır. Onların münasibətləri yaxınlaşdıqdan sonra İddiaçı öz istəyi əsasında xx.xx.2022-ci il tarixdə sevgililər günü münasibətilə iPhone 13 Pro Max markalı telefonu ona hədiyyə etmişdir. Lakin İddiaçı valideyni onun üçü elçi gəldikdə Cavabdeh fikirləşərəm cavabından sonra İddiaçı mobil telefonun aylıq ödənişini ödəməyini tələb etmişdir. Cavabdeh isə maddi imkanının olmaması və İddiaçı maddi telefonu ona hədiyy etməsini nəzərə alıb mart və aprel aylarının ödənişini etsə də, mobil telefonun növbəti aylar üçün krediti ödəməkdən imtina etmişdir. Bundan sonra İddiaçı mütəmadi olaraq onun yaşadığı evə gəlib ünvanına nalayiq sözlər söyləmiş və öldürəcəyi ilə hədələmişdir. İş materiallarına əlavə edilmiş fləş kartdakı səs yazılarından görünür ki, həmin səs yazılarında Cavabdeh telefonun ona iddiaçı tərəfindən hədiyyə edilmədiyini, ilkin ödənişinin ona geri qaytarılacağını və aylıq ödənişlərin ödəcəyini etiraf etmiş, lakin hal-hazırda maddi imkanı olmadığından ödəməyəcəyini bildirmişdir. Yəni cavabdeh ödənişlərin həyata keçirilməsi öhdəliyini öz üzərinə götürsə də buna əməl etməmişdir. Yestel MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli 24/212 saylı müqaviləyə əsasən İddiaçı YESTEL MMC-dən adığı iPhone 13 Pro Max 128 GB markalı, İMEİ kodu **********69406 olan mobil cihaza görə YESTEL MMC-yə 1990 manat qalıq borcu vardır. Beləliklə, cavabdehin əsassız varlanması nəticəsində iddiaçıya maddi ziyan dəymiş və iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı tərəfindən ilkin olaraq ödənilmiş 1100 manat, həmçinin arayışa əsasən qalmış 1990 manat, cəmi 3090 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən tələb edildiyindən İddiaçı tərəfindən ödənilmiş 56 manat dövlət rüsumunun 48 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməli, 8 manatı isə İddiaçı özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3090 (üç min doxsan) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 56 manat dövlət rüsumunun 48 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin, 08 manatı isə İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-427/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-427/2023
19.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver