Məhkəmə qərarları › İş №e-2(004)-4276/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4276/2025

11.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4276/2025 11.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 Arı̇ f oğluna və Cavabdeh2 qarşı “qanunsuz şlaqbaum quraşdırılmasının cavabdehlərə qadağan edilməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Arı̇ f oğluna və Cavabdeh2 qarşı “qanunsuz şlaqbaum quraşdırılmasının cavabdehlərə qadağan edilməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı yaşadığı ünvan 1 ünvanındakı binanın girişinə şlaqbaum quraşdırılmasının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qadağan edilməsi, maddi və mənəvi ziyana görə cavabdehlərdən müştərək qaydada 2000 (iki min) manat və iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 140 (bir yüz qırx) manat pul vəsaitlərinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsinin “xahiş etdim” hissəsində göstərilən tələb qeyri müəyyəndir. Belə ki, iddiaçı yaşadığı ünvan 1 ünvanındakı binanın girişinə şlaqbaum quraşdırılmasının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qadağan edilməsi, maddi və mənəvi ziyana görə cavabdehlərdən müştərək qaydada 2000 (iki min) manat tutulmasını tələb edir. Lakin iddiaçı ərizədə cavabdehlərin hər birinə qarşı yönələn tələbini, eləcə də cavabdehlərə qarşı maddi və mənəvi ziyan tələbinin ayrı-ayrılıqda məbləğini göstərməmişdir. Bu halda, qeyd olunan tələbin nədən ibarət olduğunu müəyyən etmək mümkün deyil. Həmçinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı iddia tələbini təsdiq edən əsaslandırılmış ilkin sübutları məhkəməyə təqdim etməmişdir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsi 152.4-cü maddə). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarına riayət edilmədiyi üçün İddiaçı cavabdehlər Cavabdeh1 Arı̇ f oğluna və Cavabdeh2 qarşı “qanunsuz şlaqbaum quraşdırılmasının cavabdehlərə qadağan edilməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, ona qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 Arı̇ f oğluna və Cavabdeh2 qarşı “qanunsuz şlaqbaum quraşdırılmasının cavabdehlərə qadağan edilməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar