Məhkəmə qərarları › İş №e-2(004)-428/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-428/2025

12.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-428/2025 12.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X21 oğlunun katibliyi ilə, İddiaçı1, İddiaçı2 nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri Yasamal rayon icra şöbəsi və Ağcabədi rayon icra şöbəsinə qarşı "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə hərrac protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri Yasamal rayon icra şöbəsi və Ağcabədi rayon icra şöbəsinə qarşı hərrac protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2011-ci il buraxılışlı "Mercedes Benz G55" minik markalı avtomaşın barədə Cavabdeh1 tərəfindən keçirilmiş hərrac üzrə xx.xx.2023-cü il tarixli Hərrac yekunları barədə 2164/23 saylı protokolun etibarsız hesab edilməsi, təkrar hərrac keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və "xxxx" ASC-nin Yevlax Filialı arasında olan xx.xx.2019-cu il tarixli, 19003-036/738586 saylı kredit və ipoteka (avtomobil) müqaviləsinə əsasən ümumilikdə 60.000 manat kredit götürülmüşdür. xx.xx.2019-cu il tarixli, 19003-036/738586 saylı kredit və ipoteka müqaviləsi üzrə 13.943,66 manat kredit borcu yaranmış, həmin kredit borcuna görə girov predmeti olan avtomobilin satılması nəzərdə tutulmuş və 2011-ci il buraxılışlı "Mercedes Benz G55" minik markalı avtomaşına xx.xx.2021-ci il tarixdə icra qeydi əsasında tutma yönəldilərək hərraca çıxarılmış eləcə də həmin avtomobil 40.000 manata "xxxx" ASC-yə satılmışdır. Hansı ki, həmin avtomobilin bazar dəyəri 149.600 manat təşkil edir. Buna baxmayaraq cavabdeh bank iddiaçıya məlum olmayan vaxtda maşını guya satmış və bundan sonra belə iddiaçının banka borcu qalmışdır. İddiaçının iştirakı təmin edilmədən hərrac keçirilmiş və real dəyərindən 3 dəfə az qiymətə satışı formal olaraq təşkil edilmişdir. İddiaçının mülkiyyətində olan əmlakın məlumatı və razılığı olmadan hərraca çıxarılmasına sifariş verilməsi qanunsuz olduğu kimi, həmin sifariş üzrə hərracın keçirilməsi və satışı barədə Protokol tərtib olunması kimi hərəkətlər də qanunsuz olmaqla iddiaçının mülkiyyətində olan əmlakın ələ keçirilməsidir, hazırda mübahisələndirilən hərrac mülkiyyət hüququmun pozulmasına səbəb olmuşdur. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Lakin hazırki işdə hərracın keçirilməsini sifariş edən icra məmuru əmlakın qiymətləndirilməsini həyata keçirməmişdir. Avtomobil hərraca çıxarılan vaxtda həqiqi dəyəri 149600 manat olmuşdur. Hazırda isə həmin avtomobilin dəyəri hərrac üçün müəyyən olunmuş satış qiymətindən dəfələrlə artıqdır. Ancaq Cavabdeh “İcra haqqında” Qanunun tələblərinə zidd olaraq, əmlakda yenidən qiymətləndirmə həyata keçirməmiş, bununla da, əmlak dəyərindən qat-qat aşağı qiymətləndirilməklə hərraca çıxarılmış və hərrac keçirilmişdir. Hərrac təşkilatı tərəfindən hərrac keçirilən zaman İddiaçıya heç bir məlumat verilməmiş və bununla bağlı 30 gün qalmış bildiriş göndərilməmişdir. Cavabdeh Hərracın keçirilməsi ilə bağlı bildirişlərin tələbkara çatdırmamış əmlak hərracda satılmadığı halda, tələbkara təklif olunması barədə qaydalara riayət edilməmişdir. Daha sonra İddiaçı2 nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bank Respublika" Açıq Səhmdar Cəmiyyətinin və Cavabdeh3 cavabdeh qismində işə cəlb edilməsi, 90RS070 dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı "Mercedes Benz G55" minik markalı nəqliyyat vasitəsinin alqı-satqısına dair Cavabdeh2 və Cavabdeh3 arasında olan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 2011-ci il buraxılışlı "Mercedes Benz G55" minik markalı avtomaşın barədə Cavabdeh1 tərəfindən keçirilmiş hərrac üzrə xx.xx.2023-cü il tarixli Hərrac yekunları barədə 2164/23 saylı protokolun etibarsız hesab edilməsi, təkrar hərrac keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra 15 may 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iddiaçının razılığı ilə Cavabdeh3 cavabdeh qismində, “Bank Respublika" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və İddiaçı2 nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bank Respublika" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edərək, hərracın keçirilməsində heç bir pozuntuya yol verilmıdiyini, eləcə də avtomobilin qiymətləndirilməsində də heç bir pozuntu olmadığı bildirmişdir. Belə ki, iöpoteka müqaviləsində ipoteka qoyan ilə ipoteka saxlayan arasında olan razılıq əsasında qiymətləndirici təşkilatlar müəyyən edilmiş və həmin qiyməndiricilərdən biri seçilərək müvafiq rəy tərtib edilmişdir. Avtomobilə qiymət qoyularkən onun motoru belə üzərində olmamışdır ki, hamıya da məlum haldır ki avtomobilin əsas detalı elə motorudur. Bundan başqa hesba edirlər ki, burada vicdanlı alıcı məsələsinə də məhkəmə diqqət yetirməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri Yasamal rayon icra şöbəsi və Ağcabədi rayon icra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndələri məhkəməyə gəlməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin müddəalarını nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Bank Respublika ASC ilə X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, kreditverən borcalana 300000 manat məbləğində 120 ay müddətinə 19 iyul 2029-cu il tarixinədək kredit limiti ayırmış, illik faiz dərəcəsi 26 faiz təşkil etmişdir. - 19 iyul 2019-cu il tarixli razılaşmadan görünür ki, kreditverən kredit limiti çərçivəsində illik 18 faiz dərəcəsi ilə xx.xx.2021-ci il tarixədək güzəşt olmaqla 60000 manat pul vəsaitini borcalanın mülkiyyətinə verməyi, borcalan isə 600 manat məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrasına görə təminat zaminlik müqaviləsidir. - Ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 2996 manat məbləğində vəsait ödənilməlidir. - xx.xx.2019-cu il tarixli kreditor Bank Respublika ilə zamin X17 arasında bağlanmış Zaminlik müqaviləsindən görünür ki, zaminliklə təmin olunmuş öhdəlik və onun məzmunu kreditor ilə borclu X3 arasında bağlanmış 19 iyul 2019-cu il tarixli kredit müqaviləsidir. - İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli icra qeydindən görünür ki, ipoteka predmeti olan "Mercedes Benz G55 AMG" markalı buraxılı ili 2011 olan nəqliyyat vasitəsinə tutma yönəldilməsi qeyd edilmişdir. - İS Price Consulting MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, "Mercedes Benz G55 AMG" markalı 2011 il buraxılışlı, ** RS *** nömrəli nəqliyyat vasitəsinin real bazar dəyəri 149600 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli Bank Respublika ASC tərəfindən X11 göndərilmiş məktubdan görünür ki, borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2023-cü il tarixli Bank Respublika ASC tərəfindən X2 göndərilmiş məktubdan görünür ki, borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. - Arayışdan görünür ki, kreditin məbləği 60000 manat, verilmə tarixi xx.xx.2019-cu il, faiz dərəcəsi 18%, kreditin qaytarılmalı olduğu tarix xx.xx.2021-ci il, ödənilmiş faiz məbləği 5281,39 AZN, ödənilmiş əsas kredit məbləği 53751,91 AZN, iddia qaldırılan günə kredit borcunun məbləği 6248,09, faiz borcunun məbləği 6622,57 AZN, penya məbləği 870AZN, borc üzrə iddia tələbinin cəmi 13740,66 AZN olmuşdur. - xx.xx.2023-cü il tarixli borclunun əmlakının üzərinə həbs qoyulması barədə qərardan görünür ki, X1 istifadəsində olan Mercedez Benz G55 minik markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. - Əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, Mercedes Benz G55 markalı avtomobilin 27 aprel 2025-ci il tarixinə likvid dəyəri 70000 AZN təşkil etməkdədir. - Bank Respublika ASC tərəfindən Yasamal rayon icra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "Mercedes Benz G55 AMG" markalı 2011 il buraxılışlı, ** RS *** nömrəli nəqliyyat vasitəsinin qiymətləndirilməsi üçün Legal Prime MMC-yə göndərilməsi xahiş edilmişdir. - Mütəxəssis dəvət edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Ağcabədi Rayonu Notariat ofisinin 8i-2291 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Legal Prime MMC-dən mütəxəssis dəvət edilməsi və icra sənədində göstərilən əmlakın mütəxəssis tərəfindən qiymətləndirilməsi qərara alınmışdır. - Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ağcəbədi Rayonu Notariat Kontoru tərəfindən verilmiş 8İ-2291 saylı xx.xx.2021-ci il tarixli sənədi üzrə icraatda olan borclu X2 məxsus əmlak barədə hərracın keçirilməsi xahiş edilmişdir. - Açıq hərracın keçirilməsinə dair X2 və Bank Respublika ASC-yə ünvanlanmış bildirişdən görünür ki, ilkin hərracın keçirilmə tarixi 16 iyun 2023-cü il saat 10:00, hərracın predmeti avtomobil, hərracda ilkin satış qiyməti 40000 manat müəyyən edilmişdir. Bildirişdə qeyd edilmişdir ki, ilkin herracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi statuslu "Birjanyus" internet informasiya Ehtiyatında (Portalında) (www.birjanews.az) derc olunmuş və həmin elan eyni tarixdə hərrac təşkilatının rəsmi internet səhifəsində ("E-herrac.com") yerləşdirilmişdir. - Cavabdeh2 tərəfindən verilmiş 13 iyun 2023-cü il tarixli ərizədən görünür ki, o, qeyd edilən hərracda iştirak etmək arzusunda olduğunu bildirmiş və açıq hərracda iştirak etmək üçün 2000 manat behi ödəmişdir. - X14 tərəfindən verilmiş 14 iyun 2023-cü il tarixli ərizədən görünür ki, o, qeyd edilən hərracda iştirak etmək arzusunda olduğunu bildirmiş və açıq hərracda iştirak etmək üçün 2000 manat behi ödəmişdir. - X14 tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli ərizədən görünür ki, o xx.xx.2023cü il tarixdə keçirilmiş hərracda qalib alıcı olduğunu, lakin 151/23 saylı protokolu imzalamaqdan imtina etdiyini bildirmişdir. - xx.xx.2023-cü il tarixli təklifdən görünür ki, Cavabdeh2 ilkin hərracda qalib alıcının protokolu imzalamaqdan imtina etdiyi bildirilmiş və Cavabdeh2 avtomobili 54500 manata almaq təklif edilmiş, lakin N.Məmmədov təklifi qəbul etməkdən imtina etmişdir. - xx.xx.2023-cü il tarixli hərracın baş tutmamasına dair protokoldan görünür ki, ilkin hərracda qalib alıcı protokolu imzalamaqdan imtina etdiyindən ilkin hərrac baş tutmamışdır. - Təkrar hərracın keçirilməsinə dair bildirişdən görünür ki, təkrar tərrac xx.xx.2023-cü il tarixinə təyin edilmiş, avtomobilin satış qiyməti 34000 manat müəyyən edilmişdir. - Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, qeyd edilən hərracda iştirak etmək arzusunda olduğunu bildirmiş və açıq hərracda iştirak etmək üçün 1700 manat behi ödəmişdir. - X7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, qeyd edilən hərracda iştirak etmək arzusunda olduğunu bildirmiş və açıq hərracda iştirak etmək üçün 1700 manat behi ödəmişdir. - Hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli 164/23 saylı protokoldan görünür ki, "Mercedes Benz G55 AMG" markalı minik avtomobilinin açıq hərracda satışı 40000 manat olmuş, qalib alıcı Cavabdeh2 olmuşdur. - Yasamal Rayon icra şöbəsinə ünvanlanmış məktubda nəqliyyat vasitəsinin Cavabdeh2 satıldığı və bununla bağlı protokol tərtib edildiyi qeyd edilmiş, növbəti tədbirlərin görülməsi üçün yekun protokolun sifarişçi olaraq icra şöbəsinə göndərildiyi bildirilmişdir. - Qaimə reyestrlərdən görünür ki, hərracın keçirilməsi barədə bildirişlər iddiaçı X1 və Bank Respublika ASC-nin ünvanına göndərilmişdir. - Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, o nəqliyyat vasitəsini 40000 manata hərrac yolu ilə aldığını, iclas bitdikdən sonra sənədlər ona verildikdə qeydiyyat şəhadətnaməsinin ona təhvil verilmədiyini bildirmişdir. - AR DİN BDYPİ tərəfindən Sabirabad rayon Polis Şöbəsinə ünvanlanmış məktubda Cavabdeh2 Mercedes Benz G 55 markalı 90RS070 dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin naməlum şəraitdə itdiyinə görə xx.xx.2023-cü il tarixdə Şirvan regional qeydiyyat imtahan və texniki baxış şöbəsinə müraciət etdiyi, itirilmiş AD- 542720 nömrəli qeydiyyat şəhadətnaməsinin əvəzinə yeni BD-425554 nömrəli qeyidyyat şəhadətnaməsinin veridliyi bildirilmişdir. - xx.xx.2023-cü il tarixli icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Ağcabədi Rayon Notariat ofisinin 8i-2291 nömrələi, xx.xx.2021-ci il tarixli icra sənədi Ağcabədi rayon icra və probasiya şöbəsinə göndərilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(009)-404/2020 saylı qətnaməsindən görünür ki, "xxxx" ASC-dən İddiaçı2 xeyrinə sığorta hadisəsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi olaraq 2200 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 2230 (iki min iki yüz otuz) manat məbləğində pul tutulmuşdur. - Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubu ilə "Mercedes Benz G55 AMG" markalı **-RS-*** (**-LE-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sonrakı qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin surəti və qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı məhkəməyə göndərilmişdir. Məktubda həmçinin qeyd edilmişdir ki, "Mercedes Benz G55 AMG" markalı **-RS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əvvəlki qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. "Mercedes Benz G55 AMG" markalı **-LE- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə məhkəmə orqanları tərəfindən məhdudiyyətin qoyulması barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyil. Məktuba əlavə edilmiş çıxarışdan görünür ki, "Mercedes Benz G55 AMG" markalı **- LE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə İddiaçı2 adına qeydiyyatdan keçmişdir. İpoteka müqaviləsinə əsasən özgəninkiləşdirilməsi qadağan edilmişdir. xx.xx.2023-cü il tarixdə hərrac protokolu əsasında qeydiyyatdan çıxarılmışdır. xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsi alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Qeydiyyat üçün əsas xx.xx.2023-cü il tarixli, 164/23 №-li hərrac protokolu olmuşdur. xx.xx.2023-cü il tarixdə alqı satqı müqaviləsi əsasında qeydiyyatdan çıxmış, həmin tarixdə nəqliyyat vasitəsi 77LE555 dövlət qeydiyyat nömrəsi ilə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. Həmin nəqliyyat vasitəsindən istifadə hüququ Cavabdeh3 tərəfindən X15 (xx.xx.2023), X4 (xx.xx.2024), X5 (xx.xx.2024), X10 (xx.xx.2024), Seyidov X9 (xx.xx.2024) verilmişdir. Məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 "Mercedes Benz G55 AMG" markalı **-LE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh3 satmışdır. -Ağcabədi Rayon İcra və probasiya şöbəsi tərəfindən X11 ünvanlanmış xx.xx.2024cü il tarixli məktubdan görünür ki, A. Hüseynov icra və probasiya şöbəsinə məktub ünvanlayaraq xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən borcuna görə girov predmeti olan “Mercedes Benz G55” minik markalı avtomobilin hərraca çıxarılaraq 40000 manata qiymətləndirilərək satılmasından narazı olduğunu bildirərək, təkrar qiymətləndirmə aparılmasını tələb etmişdir. Bildirilmişdir ki, Ağcabədi rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlanılmış və tərəflərə məlumat verilmişdir. xx.xx.2023-cü il tarixdə ipoteka predmeti olan “Mercedes Benz G55” minik markalı avtomobil Bakı şəhəri Yasamal rayon ərazisində saxlanılıb dayanacağa yerləşdirildiyi üçün Ağcabədi rayon Notariat Kontorunun 8İ-2291 saylı, xx.xx.2021-ci il tarixli icra qeydi icra şöbəsi tərəfindən “İcra Haqqında” qanunun 24.1.2-ci maddəsinə əsasən aidiyyəti üzrə icra olunması üçün Yasamal Rayon icra şöbəsinə göndərilmişdir. “Mercedes Benz G55” minik markalı avtomobilin qiymətləndirmə, hərraca çıxarılma və satış məsələləri Yasamal rayon icra şöbəsi tərəfindən həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli 164/23 saylı Hərracın yekun protokoluna əsasən (sifarişçi Yasamal rayon icra şöbəsi) “Mercedes Benz G55” minik markalı avtomobil hərracda qalib alıcı Cavabdeh2 40000 manata satılmışdır.Yasamal rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən icra sənədi üzrə tədbirlərin davam etdirilməsi üçün Ağcabədi rayon icra və probasiya şöbəsinə gönədrilmişdir. - “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ümumilikdə "Mercedes Benz G55 " markalı 2011-ci il buraxılışlı, ** LE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2023-cü il may ayına olan bazar dəyəri 102000 manat təşkil edir. Vizual baxış keçirilən və həmin zaman 2011-ci il buraxılışlı, "Mercedes Benz G55 " markalı ** LE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2023-cü il may ayına olan bazar dəyəri (yuvarlaq şəkildə) 51000 manat təşkil edir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Ağcəbədi Rayonu Notariat Kontoru tərəfindən verilmiş 8İ-2291 saylı xx.xx.2021-ci il tarixli sənədinə əsasən X2 məxsus olan "Mercedes Benz G55 AMG" markalı 2011 il buraxılışlı nəqliyyat vasitəsi Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli hərracın keçirilməsi haqqında sifarişi əsasında açıq hərracın keçirilərək satılması üçün Cavabdeh1 MMC-yə göndərilmiş, Cavabdeh1 MMC tərəfindən borclu X6 və tələbkar "xxxx" ASC-yə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə keçiriləcək hərrac barədə bildirişlər göndərilmişdir. İpoteka predmetinin ilkin satış qiyməti 40000 manat məbləğində müəyyən edilmişdir. X14 və Cavabdeh2 ərziə verərək hərracda iştirak etmək arzularını bildirmişlər. Lakin ilkin üzrə hərrac qalib alıcı X14 151/23 saylı hərrac protokolunu imzalamaqdan imtina etdiyindən, Cavabdeh2 avtomobili 54500 manata almaq təklif edilmiş, lakin Cavabdeh2 təklifi qəbul etməkdən imtina etmiş və beləliklə ilkin hərrac baş tutmamışdır. Növbəti hərrac xx.xx.2023-cü il tarixdə keçirilmiş və Cavabdeh2, X7 hərracda iştirak etmək arzularını bildirmiş, beh ödəmişlər, avtomobilin satış qiyməti 34000 manat müəyyən edilmişdir. Açıq hərracda "Mercedes Benz G55 AMG" markalı minik avtomobilinin satışı 40000 manat olmuş, qalib alıcı Cavabdeh2 olmuş, onunla hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli 164/23 saylı protokol imzalanmış, nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir. xx.xx.2023-cü il tarixdə alğı-satqı müqaviləsi əsasında qeydiyyatdan çıxmış, həmin tarixdə nəqliyyat vasitəsi ** LE *** dövlət qeydiyyat nömrəsi ilə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. Hal-hazırda İddiaçı1 və İddiaçı2 hərracın iddaçının iştiakı olmadan keçirildiyini, nəqliyyat vasitəsinin real dəyərindən 3 dəfə az qiymətə satıldığını, hərracın qanunvericiliyin tələblərini pozmaqla keçirildiyini iddia edərək 2011-ci il buraxılışlı "Mercedes Benz G55" minik markalı avtomaşın barədə Cavabdeh1 tərəfindən keçirilmiş hərrac üzrə xx.xx.2023-cü il tarixli Hərrac yekunları barədə 2164/23 saylı protokolun etibarsız hesab edilməsini və yenidən hərrac keçirilməsini xahiş edir. Məhkəmə vurğulayır ki, iş materiallarında olan bildirişlərdən və qaimələrdən açıq hərracın keçirilməsi barədə iddiaçı X2 bildiriş göndərildiyi öz təsdiqini tapır. Bundan başqa iş üzrə keçirilmiş ekspertizadan görünür ki, hərrac keçirilən tarixə, 2023-cü il may ayına Mercedes Benz G55 AMG" markalı 2011 il buraxılışlı, nəqliyyat vasitəsinin bazar dəyəri 51000 manat təşkil etmiş, nəqliyyat vasitəsi isə açıq hərracda 40000 manata satılmışdır. Məhkəmə ekspert rəyinin nəqliyyat vasitəsinə vizual baxış olmadan, həmçinin 2 il əvvəlki tarixə keçirilməsini nəzərə alaraq nəqliyyat vasitəsinin satışı ilə ekspert rəyinə əsasən həmin dövrə olan qiyməti arasındakı fərqin ola bilmə ehtimalını məqsədə müvafiq hesab edərək cuzi fərq kimi qiymətləndirir və qeyd edir ki, iddia nəqliyyat vasitəsinin real dəyərindən 3 dəfə az qiymətə satılması barədə iddia ərizəsinin dəlili də əsassızdır. Bu qənaətə gələrkən, məhkəmə eyni zamanda onu da qeyd edir ki, ilkin qiymətləndirmə keçirilən zaman avtomobilin üzərində motorunun olmaması da tərəflərin izahatı ilə işin mübahisəsiz halı kimi müəyyən edildi. Hal-hazırda Cavabdeh2 tərəfindən avtomobilin üzərində müəyyən təmir işlərinin aparıldığı da istinda deyildir. Belə olan halda 40000 manata ilkin qiymətləndirilmiş avtomobilin 51000 manata qiymətləndirilməsi ağlabatandır. Bu zaman iddiaçı tərəfin “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindəki 102000 manat məbləğini əsas götürülməsi ilə bağlı arqumenti də əsassızdır. Belə ki rəydən də görünür ki, sözügedən qiymət ümumilikdə həmin markalı avtomobilin saz vəziyyətdə qiymətidir, 51000 manat isə məhz iddia predmeti olan avtomobilə baxış keçirilməklə müəyyən edilmiş qiymətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.3-cü maddəsinə əsasən, əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 415.4-cü maddəsinə əsasən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 416.1 və 416.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Beləliklə, qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla da, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. İddiaçının iddia ərizəsində istinad etdiyi digər hallar cavabdeh qismində cəlb etdiyi hüquqi şəxsin səlahiyyət dairəsinə deyil, müvafiq icra qurumunun səlahiyyətlərinə aid olan məsələlərdir. Nəzərə alınmalıdır ki, müvafiq hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Beləliklə işin hallarından müəyyən edildiyi kimi cavabdeh qismində cəlb edilmiş hərrac təşkilatı verilmiş sifariş çərçivəsində hərəkət etmiş, hərracların keçirilməsi ilə bağlı bütün iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. İddiaçı tərəf də hərrac mərhələləri barədə məlumatlı olmasına baxmayaraq icra məmurunun sifarişini və s. hərəkətlərini mübahisələndirməmişdir. Belə ola halda, hazırki vəziyyətdə hərrac təşkilatının verilmiş sifariş əsasında keçirmiş olduğu hərrac prosedurunda hər hansı pozuntu aşkar edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh2 nəqliyyat vasitəsini əldə etdikdən bir neçə ay sonra həmin avtomobili Cavabdeh3 satmış və hazırda sonuncunun mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, əqd hüquqi nəticələr yaratdığından və nəqliyyat vasitəsi daşınar əşya olsa da, dövlət qeydiyyatına alındığından və qanunvericiliyin tələbinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan məhkəmə Cavabdeh3 vicdanlı alıcı olması qənaətinə gəlir. Məhkəmə Cavabdeh3 vicdanlı alıcı olmasının müəyyən edilməsini nəzərə alıb, qanunvericiliyin sadalanan normalarının tələblərinə və müvafiq məsələ üzrə Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Məhkəmə Cavabdeh3 vicdanlı alıcı olması barədə nəticəyə gələrkən nəzərə almışdır ki, xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsi alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Qeydiyyat üçün əsas xx.xx.2023-cü il tarixli, 164/23 №-li hərrac protokolu olmuşdur. xx.xx.2023-cü il tarixdə alqı satqı müqaviləsi əsasında qeydiyyatdan çıxmış, həmin tarixdə nəqliyyat vasitəsi 77LE555 dövlət qeydiyyat nömrəsi ilə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. Həmin nəqliyyat vasitəsindən istifadə hüququ Cavabdeh3 tərəfindən X15 (xx.xx.2023), X4 (xx.xx.2024), X5 (xx.xx.2024), X10 (xx.xx.2024), Seyidov X9 (xx.xx.2024) verilmişdir. Beləliklə iş materiallarından müəyyən edildiyi kimi nəqliyyat vasitəsi cavabdeh X22 tərəfindən əldə edilərkən, onda əqdin legitimsizliyi barədə şübhə yaranması, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbərinin olması müəyyən edilmir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı). Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 10 mart 2020-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı).” Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.” Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Cavabdeh1 MMC tərəfindən mübahisə predmeti olan hərracın etibarsızlığına dəlalət edən və bunun nəticəsində bağlanmış protokolun ləğv edilməsini şərtləndirən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilməmişdir, hərracların özü-özlüyündə etibarsız olması halı isə öz təsdiqini tapmamışdır. “Azərbaycan Respublikasında “İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 1.2-ci maddəsinə görə, heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı). Bundan əlavə məhkəmə bildirir ki, İddiaçı1 İddiaçı2 19 iyul 2019-cu il tarixli müqaviləsi üzrə zamindir. Mübahisəli avtomobil İddiaçı2 məxsus olmuşdur. Haızrda avtomobilə dair keçirilmiş hərrac mübahisələndirilir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən - “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Göründüyü kimi İddiaçı1 dair hissədə də iddia əsassız olduğundan rədd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri Yasamal rayon icra şöbəsi və Ağcabədi rayon icra şöbəsinə qarşı “Bank Respublika" Açıq Səhmdar Cəmiyyətinin və Cavabdeh3 cavabdeh qismində işə cəlb edilməsi, **-RS-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı "Mercedes Benz G55" minik markalı nəqliyyat vasitəsinin alqı-satqısına dair Cavabdeh2 və Cavabdeh3 arasında olan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 2011-ci il buraxılışlı “Mercedes Benz G55” minik markalı avtomaşın barədə Cavabdeh1 tərəfindən keçirilmiş hərrac üzrə xx.xx.2023-cü il tarixli Hərrac yekunları barədə 2164/23 saylı protokolun etibarsız hesab edilməsi, təkrar hərracın keçirilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri Yasamal rayon icra şöbəsi və Ağcabədi rayon icra şöbəsinə qarşı “Bank Respublika" Açıq Səhmdar Cəmiyyətinin və Cavabdeh3 cavabdeh qismində işə cəlb edilməsi, **-RS-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı "Mercedes Benz G55" minik markalı nəqliyyat vasitəsinin alqı-satqısına dair Cavabdeh2 və Cavabdeh3 arasında olan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 2011-ci il buraxılışlı “Mercedes Benz G55” minik markalı avtomaşın barədə Cavabdeh1 X8 tərəfindən keçirilmiş hərrac üzrə xx.xx.2023-cü il tarixli Hərrac yekunları barədə 2164/23 saylı protokolun etibarsız hesab edilməsi, təkrar hərracın keçirilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar