Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4345/2025 14.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri 12 saylı Notariat ofisi, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı maddi və mənəvi zərərin tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: əldən çıxmış fayda, zərər) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədzadə Ülkər Təbriz qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 12 saylı Notariat ofisi, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı maddi və mənəvi zərərin tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh4 arasında Bakı şəhəri 46 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli İcarə Müqaviləsinə əsasən, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m-dən iibarət qeyri-yaşayış sahəsini Cavabdeh4 aylıq 1000 manat icarə haqqı məbləği ödəmək şərti ilə 1 (bir) il müddətinə icarəyə vermişdir.
2. Müqavilənin 2-ci bəndinə əsasən müddətin bitməsinə 1 ay qalmış tərəflərdən müqavilənin pozulmasına dair təklif irəli sürülməzsə icarə müddəti daha 1 il müddətinə uzanmış hesab edilir.
3. İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi, Cavabdeh4, Cavabdeh3, X2 və Bakı şəhəri 12 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh4 ilə, Cavabdeh3 arasında ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair xx.xx.2022-ci il tarixdə ünvan 3iat ofisində bağlanmış AN-İ N ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Cavabdeh3 adına ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsinə DƏDRX tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli ********** nömrəli çıxarışın etibarsız sayılaraq ləğv edilməsi, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin cavabdehlərdən alınaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Cavabdeh3 cavabdehlər İddiaçı, Cavabdeh4, X1 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alğı-satqısı üçün ödənilmiş 280000 manat pulun, ödənilmiş dövlət rüsumunun, vəkil xərcinin İddiaçı, Cavabdeh4 və Bakı şəhəri 12 saylı Notariat Ofisinin xüsusi notariusu Hünər Hacıyevdən müştərək qaydada tutularaq vicdanlı alıcı olan Cavabdeh3 ödənilməsinə dair qətnamə qəbul olunmasını, İddiaçı, Bakı şəhəri 12 saylı Notariat Ofisinin xüsusi notariusu Hünər Hacıyev və Cavabdeh4 barəsində xüsusi qərardad şəxararaq prokurorluğa göndərilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 789/2023 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddiaların rədd edilməsi qət olunmuşdur.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-4013/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ilk iddia tələbi təmin edilmiş, İddiaçı (Cavabdeh4 tərəfindən imzalanmış) ilə Cavabdeh3 arasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair ünvan 6 xx.xx.2022-ci il tarixli, AN-İ № ******* nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022- ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin cavabdehdən alınaraq İddiaçı təhvil verilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alğı-satqısı müqaviləsi üzrə ödənilmiş 280.000 manat pulun, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 570 manatın, vəkil xərci olaraq 500 manat məbləğində pulun Cavabdeh4 iddiaçı Cavabdeh3 xeyrinə tutulması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin qarşılıqlı iddia üzrə cavabdeh X1 münasibətdə qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və işin ləğv edilən hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5636/2024 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-789/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh3 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alğı-satqısı müqaviləsi üzrə ödənilmiş 280000 manat pulun, ödənilmiş dövlət rüsumunun və vəkil xərcinin Bakı şəhəri 12 saylı Notariat ofisinin xüsusi notariusu Hünər Hacıyevdən tutulub ona ödənilməsi tələbinin təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(102)- 704/2025 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)- 5636/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
10. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada vurulmuş maddi zərərin əvəzi kimi 1560 manat, əldən çıxmış fayda kimi 28800 manat, mənəvi zərərin əvəzi kimi 10000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 211,08 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddianın əsaslarına görə, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. Cavabdehlərdən Cavabdeh4 ona müraciət edərək, əmlakı icrayə götürmək istədiyini bildirmiş və razılaşdıqdan sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhər 46 saylı notariat ofisində icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi bağlandıqdan bir müddət sonra cavabdehlərdən Cavabdeh4 saxta sənədlər əsasında onun adından Rusiya Federasiyasının Tümen Vilayətində saxta etibarnamə hazırlatdırmaqla xx.xx.2022-ci il tarixdə 12 saylı Bakı Notariat ofisində müqavilə alqı satqı müqaviləsi bağlamaqla Cavabdeh3 satmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddiaların rədd edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılmış və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq ilk iddia tələbinin təmin edilməsi, İddiaçı (Cavabdeh4 tərəfindən imzalanmış) ilə Cavabdeh3 arasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair ünvan 6 xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair verilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin cavabdehdən alınaraq İddiaçı təhvil verilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alqı-satqısı müqaviləsi üzrə ödənilmiş 280000 manat pulun, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 570 manatın, vəkil xərci olaraq 500 manat məbləğində pulun Cavabdeh4 Cavabdeh3 xeyrinə tutulması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən Kassasiya Şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin qarşılıqlı iddia üzrə cavabdeh X1 münasibətdə qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və işin ləğv edilən hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5636/2024 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-789/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh3 “ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alqı-satqısı üçün ödənilmiş 280 000 manat pulun, ödənilmiş dövlət rüsumunun və vəkil xərcinin Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu Hünər Hacıyevdən tutulub ona ödənilməsi” tələbinin təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılsı qət edilmişdir. İş üzrə İddiaçı münasibətdə yekun məhkəmə aktı qəbul edilmiş və qanuni qüvvəsini almışdır. Əqdin etibarsız hesab edilməsinə dair ilk iddia Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim edilərkən, Bakı 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ilə müqavilə imzalanmış və hüquqi xidmətin göstərilməsi üçün xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsində müdafiə üçün 996 nömrəli müqavilə üzrə 200 manat, xx.xx.2024-cü il tarixdə Ali Məhkəmədə hüquqi yardım üçün 695 nömrəli müqavilə üzrə 350 manat, xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsində hüquqi yardım üçün 1468 nömrəli müqavilə üzrə 350 manat, hazırkı iddianın verilməsi EM-1181VK-13521/24 nömrəli müqavilə üzrə 500 manat Bakı 18 saylı Vəkil Bürosuna ödənilmişdir. Bundan başqa, Dövlət büdcəsinə ilkin iddianın verilməsi üçün 100 azn dövlət rüsumu, apellyasiya şikayətinin verilməsi üçün 50 azn, dövlət rüsumu və MTT barədə qərarın verilməsi üçün 10 azn dövlət rüsumu İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2022-ci il tarixdən cavabdehlərdən Cavabdeh4 tərəfindən ödənilməli olan icarə haqqı hazırkı günə kimi ödənilməmiş, 24 ay müddətində aylıq 1200 manat olmaqla ümumilikdə 28800 manat əldən çıxmış fayda olmuşdur. Bundan başqa saxta etibarnamə ilə iddiaçıya məxsus əmlakın digər şəxsə satılması və cavabdehlərin qanunsuz hərəkəti nəticəsində mənəvi olaraq sarsıntılar keçirmiş, Azərbaycanda və Gürcüstan Respublikasında 1 il ərzində müayinə və müalicələrdə olmuşdur ki, bu da ona dəyşmiş mənəvi zərər kimi qiymətləndirilməlidir.
b) iddiaya etiraz
12. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
14. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 vəkili və nümayəndəsi Qanuni nümayəndə Ağakişi oğlu izahatında bildirmişdir ki, iddianı onlara münasibətdə qəbul etmirlər, əlavə olaraq bildirmişdir ki, Cavabdeh4 və Hacıyev Hünər qeyd olunan məsələ ilə bağlı notariat orqanına müraciət edirlər, hansı ki onlara da qeyd olunan məsələ ilə bağlı zərər vurulmuşdur. Cavabdeh3 adı çəlkilən qeyri-yaşayış sahəsini məhz həmin notariusda öz mülkiyyətinə almış və ondan sonra iddiaçı tərəfindən məhz həmin iş üzrə müvafiq iddia qaldırılmışdır. Son nəticə bundan ibarətdir ki, Cavabdeh4 ödədiyi 280000 manatın tutulub geri qaytarılmasına dair müvafiq məhkəmə aktları var. Hazırda həmin məhkəmənin qərarı ilə Cavabdeh4 və qeyrilərinin barəsində Bakı Appelyasiya Məhkəməsinin qətnaməsi ilə məhkəmə qərardadı çıxarılıb və orqana verilmişdir. Ona görə də bu hissədə onlara da zərər vurulmuşdur. Amma Cavabdeh3 hazırkı iş üzrə tələb predmetinə dair aidiyyəti belə yoxdur. Belə ki, şəxs əmlakı alıb, əmlakın açarı təqdim olunub, alqı-satqı həyata keçirilib. Şəxs qarşı tərəfdən ona verilmiş hüquq əsasında əmlaka sahiblik etmişdir. Növbəti mərhələdə isə, məhkəmə aktı çıxdıqdan sonra isə müvafiq icraa qurumu vasitəsilə əmlak şəxsə geri qaytarılmışdır. Amma Cavabdeh4 və notariat ofisindən məhz Cavabdeh3 iddia tələb etdiyi hissə də məhkəmənin səlahiyyətindədir. O sadəcə ona aid olan hissənin bərpa olunmasını, qalan hissədə isə təmin olunmasının tərəfdarıdır. Müvafiq xüsusi qərardad Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə göndərilnmişdir. Hər iki tərəfin müvafiq izahatları alınmışdır.
15. Digər cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iclaslarda iştirak etməmişlər.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrıayrı zaman hissələrinin sonunda ödənilir; Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
19. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı və Cavabdeh4 arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50 kv.m-dən iibarət qeyri-yaşayış sahəsini Cavabdeh4 aylıq 1000 manat icarə haqqı məbləği ödəmək şərti ilə 1 il müddətinə icarəyə vermiş, müqavilə şərtinə əsasən müddətin bitməsinə 1 ay qalmış, müqavilənin ləğvi barədə təklif irəli sürməsə icarə müddətinin daha 1 il müddətinə uzadılmış hesab edilməsi razılaşdırılmışdır.
20. İş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə aktlarından müəyyən olunur ki, cavabdehlərdən Cavabdeh4 əmlakı icarəyə götürdükdən sonra saxta etibarnamə ilə özgəninkiləşdirilmiş, lakin məhkəmə tərəfindən bu müqavilə etibarsız hesab edilmiş, əmlak iddiaçıya təhvil verilmişdir.
21. İddiaçı icarə müqaviləsi üzrə ödənilməli olan icarə haqqlarını tələb etməklə, tələbini onunla əsaslandırılır ki, o əmlakı icarəyə vermiş, lakin icarə haqqları ödənilməmiş, əmlak qanunsuz özgəninkiləşdirildiyindən o əmlakı geri qaytarana qədər yenidən icarəyə verə bilməmiş, nəticədə əldən çıxmış fayda formasında zərər vurulmuşdur.
22. Məhkəmə bu hissədə iddiaçının tələbi ilə ümunən razılaşır.
23. Zərər dedikdə həmçinin şəxsin hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırkı işin halları baxımından da iddiaçıya zərər vurulduğu - əmlakından qanunsuz məhrum olduğu sübut olunur, nəticədə əmlakdan adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri əldə edə bilməməsi aşkardır.
24. Bu halda iddiaçı vurulan zərərin əvəzi ödənilməlidir. Zərərin hesablanması ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir.
25. Əmlaka dair xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmış, lakin müqavilə bağlandıqdan və əmlak Cavabdeh4 tərəfindən təhvil alındıqdan qısa bir müddət sonra əmlak saxta etibarnamə ilə özgəninkiləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə mübahisəli əmlakın iddiaçıya qaytarılması qət edilmiş, bu qətnamədən verilmiş şikayət üzrə Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə əmlakın qaytarılması hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Lakin mübahisə tam yekunlaşmadığından, qətnamə bir hissədə ləğv edilib, yenidən apellyasiya baxışına göndəriliyindən iş üzrə sonralar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarları qəbul olunmuşdur. İddiaçının bildirdiyinə görə mübahisə tam yekunlaşdıqdan sonra, cari ilin iyul ayında əmlak akt əsasında iddiaçıya qaytarılmışdır. Lakin bu akt iş materiallarına əlavə edilməmişdir.
26. Göründüyü kimi, iddiaçının əmlakından məhrum olduğu başlanğıc tarix bəlli olsa da, məhrumetmənin sonu - əmlakın iddiaçıya faktiki qaytarıldığı tarix hazırkı işin halları baxımından müəyyən olunmur. Bu halda iddiaçının özünün göstərdiyi 24 aylıq müddət rəhbər götürülməli, icarə müqaviləsində göstərilmiş qiymətə uyğun, aylıq 1000 manat olmaqla, cəmi 24000 manat məbləğdə əldən çıxmış fayda – zərər hesablanmalıdır.
27. Məhkəmə qeyd edir ki, iddiaçı əmlaka dair tərəflərin razılaşdıqları icarə haqqı məbləğinin 1200 manat olduğunu qeyd etsə də, bu hal öz təsdiqini tapmır. Ona görə də əmlakın mülki dövriyyədəki real icarə məbləği olaraq elə müqavilədə göstərilmiş 1000 manat məbləğ qəbul edilməlidir.
28. Eyni zamanda, cavabdehlərdən Cavabdeh3 və 12 saylı Notariat ofisinin iddiaçıya qarşı təqsirli hərəkətləri sübut olunmadığından, iddia onlara münasibətdə rədd edilməli, zərər məbləği yalnız cavabdehlərdən Cavabdeh4 tutulmalıdır.
29. Əvvəlki məhkəmə mübahisələri üzrə ödənilmiş vəkil haqqları isə hazırkı mübahisə çərçivəsində zərər qismində cavabdehlərdən tutula bilməz.
30. MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
31. Göründüyü kimi, vəkilə ödənilmiş xidmət haqqının tam həcmdə, birmənalı olaraq qarşı tərəfdən tutulmalı olması qanunvericilikdə təsbit edilməmişdir. Bu zaman konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, ağlabatan məbləğ müəyyən edilməlidir ki, digər mübahisədəki işin hallarına uyğun ağlabatanlıq meyarı hazırkı mübahisə çərçivəsində qiymətləndirilə bilməz.
32. Hazırkı iddia üzrə isə vəkil xidmət haqqının ödənilməsinə dair qəbz iş materiallarına əlavə edilməmişdir.
33. İddiaçı eyni zamanda mənəvi zərərin əvəzinin tutulmasını da xahiş edir ki, məhkəmə bu hissədə də iddia tələbinin təmin olunmaması qənaətinə gəlir.
34. Ali Məhkəmə Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən mənəvi zərərin tutulması barədə iddiaların təmin olunması üçün şəxsin mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır.
35. Hazırkı işin halları baxımından isə işin bu faktiki hallarının heç biri iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 211,08 manat dövlət rüsumunun iddia təmin olunan hissəyə münasib 162 manat hissəsi də Cavabdeh4 tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçının özünə aid edilməlidir.
38. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 24000 manat məbləğində pul və 162 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 24162 manat məbləğdə pul Cavabdeh4 tutularaq İddiaçı ödənilməlidir.
39. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. 24000 manat məbləğində pul və 162 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 24162 manat məbləğdə pul Cavabdeh4 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM Aytəkin Əsədzadə