Məhkəmə qərarları › İş №e-2(004)-4354/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4354/2023

16.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4354/2023 16.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 578742, 85 manat pul vəsaitinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin1(101)- 1109/2019 saylı 05 dekabr 2019-cu il tarixli hökmünə əsasən Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh2 18 aprel 2019-cu il tarixdən 05 dekabr 2019-cu il tarixə kimi yəni 07 ay 17 gün həbsdə olduğu müddət təyin olunan cəzadan çıxmaqla üzərində qəti olaraq 04 il 04 ay 13 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Cavabdeh2 təyin edilmiş cəza 03 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh2 tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Cavabdeh1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında İddiaçı böyük məbləğdə kredit götürülməsi üçün digər şəxsin adına olduğu halda Xanların əmlakı kimi təqdim edilən Bakı şəhəri, Səbail rayonu, Hərbçi küçəsi,16 ünvanda yerləşən qeyri-yaşayış sahəsini banka girov qoyacaqları adı ilə aldadıb 2014-cü ilin may ayının axırlarında 150 000 manat, daha sonra banka təqdim etmək üçün həmin daşınmaz əmlaka qiymətləndirmə aktının alınması adı ilə aldadıb 2014-cü ilin iyun ayının əvvəllərində 2100 manat, daha sonra həmin əmlakla bağlı mülki məhkəmə mübahisələri öz xeyirlərinə həll etmək adı ilə aldadıb 2014cü ilin sentyabr ayının əvvəllərində 100 000 manat, bundan 3 gün sonra Yasamal rayonu, “Qələbə” dairəsinin yaxınlığında yerləşən ofisdə 50000 manat, bundan 2-3 gün sonra “Su səsi” restoranında 15000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə İddiaçı cəmi 317100 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Cavabdeh2 təkrarən İddiaçı qısa müddətdə qaytaracağına yalandan vəd verib şəxsi problemlərini həll etmək adı ilə aldadaraq 2014-cü ilin noyabr ayında Nəsimi rayonu, Vaqif prospekti, 11A ünvanda yerləşən “İrşad” otelində həmin dövrün məzənnəsi ilə 1961 manat təşkil edən 2500 ABŞ dolları və 600 manat pulu alıb ələ keçirməklə İddiaçı cəmi 2561 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Cavabdeh2 təkrarən tanışı Xanlar adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında İddiaçı etibarından sui-istifadə edib ona müəyyən vəsait qoyduğu halda Moldovadan ucuz qiymətə ət alıb Türkiyədə baha qiymətə satmaqla gəlir əldə edəcəklərini yalandan vəd edib həmin ticarətin təşkil olunması üçün 260000 ABŞ dolları lazım olduğunu, həmin pulu verdiyi təqdirdə təminat kimi 2 daşınmaz əmlak verəcəklərini vəd verərək Türkiyədə danışıqların aparılması üçün həmin dövrün məzənnəsi ilə 1574,85 manat təşkil edən 1500 ABŞ dolları, 05 avqust 2015-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 209980 manat təşkil edən 200000 ABŞ dolları, 07 avqust 2015-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 62982 manat təşkil edən 60000 ABŞ dolları ələ keçirdikdən sonra İddiaçı aldığı puldan 168000 manatını X6 verməklə mülkiyyətində olan daşınmaz əmlak- torpaq sahəsi və fərdi yaşayış evini, 36750 manatını isə X4 verməklə mülkiyyətində olan fərdi yaşayış evini İddiaçı mülkiyyətinə verib qalan 69786, 85 manat məbləği ələ keçirərək İddiaçı 69786, 85 manat ziyan vurmuşdur. Bundan başqa Cavabdeh2 təkrarən tanışı Xanlar adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında İddiaçı etibarından sui-istifadə edib ona Moskvada yaşayan qohumlarının Bakı şəhərinə külli miqdarda pul keçirmək istədiklərini, pulların artıq Dağıstanla sərhəddə olmaqla onları sərhəddən keçirtmək üçün müəyyən şəxslərə 175000 ABŞ dolları vermək lazım olduğunu və pulu sərhəddən keçirilərsə ona olan bütün borcları qaytaracağını vəd verib aldadaraq İddiaçı 19 oktyabr 2015-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 136162 manat təşkil edən 130000 ABŞ dollar və həmin günü İddiaçı sürücüsü X2 vasitəsi ilə həmin dövrün məzənnəsi ilə 47133 manat təşkil edən 45000 ABŞ dolları pulu ələ keçirib İddiaçı cəmi 183295 manat ziyan vurmuşdur. Bundan başqa Cavabdeh2 təkrarən tanışı Xanlar adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında İddiaçı etibarından sui-istifadə edib ona olan borclarının əvəzində Xanlara məxsus olan fərdi yaşayış evini vərəcəyini, lakin evin sənədlərinin borclu olduğu başqa şəxsdə olduğunu və 5000 manat verdiyi təqdirdə borclu olan şəxsə ödəyib evin sənədlərini götürəcəyini yalandan vəd verib aldadaraq 2016-cı ilin may ayında İddiaçı qohumu X1 vasitəsilə 5000 manat pul alıb ələ keçirməklə İddiaçı 5000 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Cavabdeh2 təkrarən tanışı Cavabdeh1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında İddiaçı etibarından sui-istifadə edib yalandan olaraq Cavabdeh1 ispanlarla qurduğu layihə ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya getməli olmasını bildirib yol pulu adı ilə aldadaraq ondan 2016-cı ilin dekabrının ortalarında 1000 manat pulunu alıb ələ keçirməklə İddiaçı 1000 manat məbləğində ziyan vurmuşdur. Beləliklə, Cavabdeh2 Cavabdeh1, Cavabdeh3 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında İddiaçı etibarından sui-istifadə edib onun cəmi (317100+ 2561+ 69786, 85+ 183295+ 5000+ 1000= 578742, 85) 578742, 85 manat pulunu ələ keçirməklə İddiaçı 578742, 85 manat məbləğində ziyan vurmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Cavabdeh2 tərəfindən yazılmış və imzalanmış onun İddiaçı müxtəlif məbləğlərdə pullar alması barədə qəbzlər əlavə edilmişdir. Belə ki, 07.08 2015-ci il tarixli qəbzdə Cavabdeh2 İddiaçı 60000 ABŞ dolları, xx.xx.2015-ci il tarixli qəbzdə Cavabdeh2 İddiaçı 200000 ABŞ dolları alması göstərilmişdir. Bundan başqa xx.xx.2015-ci il tarixli qəbzdə Cavabdeh2 İddiaçı 819000 manat borcu olması, həmin pulları Cavabdeh1 və Cavabdeh3 verdiyi göstərilmişdir. Bundan əlavə xx.xx.2015-ci il tarixli qəbzdə Cavabdeh2 İddiaçı 175000 ABŞ dolları alması qeyd olunmuşdur. Həmin hökmdən narazı qalan zərərçəkmiş şəxs İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli hökmünün ləğv olunaraq məhkum edilmiş Cavabdeh2 daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı zamanı məhkum Cavabdeh2 İddiaçı yenə də yalandan vəd verərək 3 il ərzində zərərçəkmiş şəxs İddiaçı borcunu qaytaracağını söyləmişdir. Sonuncu Cavabdeh2la razılaşmış, yazılı ərizə ilə məhkəməyə müraciət edib Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli hökmündən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirərək şikayətdən imtinasının qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-885/2021-saylı xx.xx.2021-ci tarixli qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli hökmündən zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilmişdir. Lakin Cavabdeh2 vədindən 2 il 3 ay keçməsinə baxmayaraq Cavabdeh2 yenə də İddiaçı aldatmış, borcundan heç nə ödəməmişdir. Cavabdeh1 iddiaya etiraz ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı istintaqa verdiyi ifadələrində göstərmişdir ki," Valehə pul verəndə, o Xanları tanımamışdır və Xanların həmin proseslərdə heç bir iştirakı olmamışdır. O, məhkəməyə ifadə verməklə yanaşı, həm də rəsmi müraciət etməklə bildirmişdir ki, " Valeh ona vurduğu ziyanı tam ödəmişdir, ona görə də Valehə qarşı heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. Xanlara qarşı isə ümumiyyətlə heç bir iddiası yoxdur və ola bilməz, çünki o, ona nə pul verib, nə də ondan pul alınıb, Valehə pul verəndə İddiaçı Xanları tanımamışdır və sonuncunun həmin proseslərdə heç bir iştirakı olmamışdır. xx.xx.2020-ci il tarixdə notarial formada da təsdiqləmişdir ki, “İddiaçı Xanlara heç bir pul verməmişdir, Xanların ona heç bir borcu yoxdur, ona görə də Xanlara qarşı heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaqdır.” İddiaçı apellyasiya məhkəməsinə göndərdiyi xx.xx.2021-ci il tarixli şikayətində Xanların ona qarşı heç bir cinayət törətmədiyini, Valehə pul verərəkən onu tanımadığını,bütün pulları Valehə verdiyini, onun bu proseslərdə heç bir iştirakının olmadığını, ona pul vermədiyini, buna görə də ona qarşı hər hansı bir iddiasının olmadığını bildirməklə, Xanlarla əlaqədar epizodun hökmdən çıxarılmasını xahiş etmiş, məhkəməyə verdiyi izahatlarında da şikayətini müdafiə etmişdir.O eyni məzmunlu şikayətlə Azərbaycan Respublikası Ali Məhkəməsinə, Azərbaycan Respublikanın Baş Prokurorluğu və Bakı şəhər prokurorluğuna müraciət etmiş, Xanlar barəsində cinayət işinin xitam olunmasını xahiş etmişdir. Daha sonra, Xanlar həm Valeh, həm də ona pul borc verən, şikayətçi-zərərçəkmiş Azər Abdllayevlə üzləşdirilmişdir. Üzləşmə zamanı hər iki şəxs ifadələrində Xanlara qarşı heç bir iddialarının olmamasını bildirmişlər. X14 pul verəndə onu tanımamışdır, Valehin Xanlara verdiyi pulu isə tam məbləğdə qaytarmışdır. Beləliklə, istintaq nəticəsində Xanlar azad buraxılmış və həm Bakı şəhər prokururluğu, həm də Nərimanov RPİ tərəfindən haqqında qoyulmuş məhdudiyyətlər xx.xx.2017-ci il tarixdə aradan qaldırılmışdır. Cavabdeh2 iddiaya etiraz ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, zərərçəkmiş şəxs İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1109/2019 saylı, 05 dekabr 2019-cu il tarixli hökmündən verdiyi apellyasiya şikayəti əsasında sözügedən cinayət işinə Bakı Apellyasiya Məhkəməsində baxılarkən zəzərçəkmiş şəxs İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, “təqsirləndirilən şəxs Cavabdeh2 tərəfindən mənə dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayətim və tələbim yoxdur. Həmçinin bildirmək istəyirəm ki, gələcəkdə təqsirləndirilən şəxs Cavabdeh2 qarşı heç bir şikayətim və tələbim olmayacaqdır”. Göründüyü kimi, zərərçəkmiş şəxs İddiaçı dəymiş ziyan ona tam şəkildə ödənildiyi üçün heç bir kənar təsir olmadan özü ərizə ilə məhkəməyə müraciət edərək, vermiş olduğu apellyasiya şikayətindən imtina etdiyi üçün, məhkəmə onun ərizəsini nəzərə alaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1109/2019 saylı, 05 dekabr 2019-cu il tarixli hökmündən zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilmişdir. Lakin, buna baxmayaraq İddiaçı əsassız olaraq Cavabdeh2 həmin pulları yenidən tələb edir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İş materiallarından görünür ki, iddiaçı qeyd edilən pul məbləğlərini Cavabdeh2 2015-ci ildə verdiyini bildirir. İddiaçı isə hazırki iddia tələbi ilə 2023-cü ilin avqust ayında, yəni təxminən 8 il sonra məhkəməyə müraciət etmişdir. iddia ərizəsi iddia müddəti ötürüldükdən sonra məhkəməyə təqdim edildiyi üçün, İddiaçı qanunla müəyyənləşdirilmiş iddia müddətini ötürdüyündən onun iddiası əsaslı qəbul edilə bilməz və belə bir iddianın təmin edilməsi mülki hüquq münasibətlərində qeyrimüəyyənliyə, qeyri-sabitliyə gətirib çıxarar. Cavabdeh3 iddiaya etiraz ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cavabdeh3 təqsiri sübuta yetirilmişdir və buna görə də bu fakt məhkəmə üçün məcburidir. Halbuki Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə nəzər saldıqda cavabdehlərdən Cavabdeh2 bir neçə epizod üzrə ittiham irəli sürüldüyünü, Cavabdeh3 təqsirləndirilən şəxs qismində cəlb olunmadığını və ona qarşı ittiham irəli sürülmədiyini görünür. Cavabdeh2 pulları guya Cavabdeh3 verməsi hər hansı bir epizodda təsdiqlənmir. Belə olan halda İddiaçı tələbi tamamilə əsassızdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Cavabdeh3 məhkum edilmişdir ona görə ki, o, İddiaçı külli miqdarda zərər vurmuşdur. Eyni hökmdən (vərəq 15, 1-ci abzas) görünür ki, İddiaçı dəymiş ziyanla əlaqədar bir neçə adda daşınmaz əmlaklar təqdim olunmuş, həmin əmlakları pul əvəzi qəbul edən İddiaçı notariat qaydasında təsdiq olunmuş ərizə yazaraq Cavabdeh3 qarşı heç bir maddi tələbinin olmamasına dair ərizə vermişdir. Həmçinin, həmin hökmün 18-ci vərəqəsinin 2-ci abzasında qeyd olunur ki, məhkəməyədək icraat zamanı 06 may 2016-cı il tarixdə X3 ərizə ilə müraciət edərək, Cavabdeh3 təqsirləndirilməsinə dair cinayət işi üzrə sonuncu tərəfindən İddiaçı vurulmuş ziyanın onun tərəfindən tam olaraq ödənilməsi qeyd olunmuşdur. Habelə, məhkəmə kollegiyası həmin hökmdə (vərəqə 18, abzas 6) qeyd edir ki, iş üzrə vurulmuş ziyanın tamamilə ödənilməsi, ondan - şikayət və tələbin olmaması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Buradan belə qənaətə gəlinir ki, Cavabdeh3 ziyanı tamamilə ödəmiş və İddiaçı heç bir borcu qalmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündə isə qeyd olunan epizodlar 2014 və 2015-ci illərdə baş vermişdir, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək isə Cavabdeh3 həbsdə olmuşdur. Başqa sözlə, 06 may 2016-cı il tarixdə İddiaçı tərəfindən yazılmış və notariat qaydasında təsdiq edilmiş ərizə ilə müəyyən olunur ki, Cavabdeh3 sonuncuya heç bir borcu olmamışdır, həmin tarixdən sonrakı dövrdə isə Nəsirov həbsdə olduğundan hər hansı bir əməldə iştirakı istisna olunur. Bütün bu qeyd olunanlar ona dəlalət edir ki, iddiaçının tələbi Cavabdeh3 münasibətdə əsassızdır, təmin oluna bilməz. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 cavabdehin etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi cavabdehin etirazına uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, Cavabdeh1 və Cavabdeh2 nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş: Bakı Ağlr Cinayətlər Məhkəməsinin 1(101)-1109/2019 saylı, 05 dekabr 2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə istintaqa məlum olan tanışı Xanlar adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında İddiaçı etibarından sui-istifadə edərək, onu müxtəlif vaxtlarda müxtəlif işlər görülməsi barədə aldadaraq sonuncudan ümumilikdə 578742, 85 manat pul alaraq İddiaçı 578742, 85 manat məbləğində ziyan vurmuşdur. Həmin hökmlə törətdiyi cinayət əməlinə görə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (dələduzluq) təqsirli bilinərək məhkum edilmişdir. Eyni zamanda həmin hökmdən görünür ki, İddiaçı ilə Cavabdeh2 qohumu X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli barışıq sazişinə əsasən İddiaçı dəymiş ziyan X7 tərəfindən tam şəkildə ödənilmiş və İddiaçı Cavabdeh2 qarşı heç bir iddia və maddi tələbi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021ci il tarixli 1(102)-1702/2021 saylı Qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1109/2019 saylı, 05 dekabr 2019-cu il tarixli hökmündən zərərçəkmiş, hazırki iş üzrə iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, lakin iddiaçı sonradan öz şikayətindən imtina etdiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 396-cı maddəsinə əsasən apelyasiya şikayətinin baxılmasına xitam verilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda Ali Məhkəmənin qərarından görünür ki, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından şikayət verərək, qərarın qismən dəyişdirilərək Cavabdeh1 Cavabdeh2 iə qabaqcadan əlbir olması epizodunun öz sübutunu tampadığına görə hökmdən çıxarılması və Cavabdeh2 təyin olunmuş cəzanın dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 barəsində cinayət işinin materiallarının ayrıca icraata ayrılması səbəbindən onun əməlində cinayət tərkibinin olmaması barədə məsələyə baxılması mümkün olmamış və iddiaçının kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə yuxarıda istinad olunan məhkəmə qərarları ilə Cavabdeh2 tərəfindən iddiaçıya qarşı törədilmiş dələduzluq cinayəti nəticəsində iddiaçının 578742, 85 manat məbləğində pul vəsaitinin ələ keçirilməsi müəyyən edilmişdir. Eyni zamanda həmin məhkəmə qərarları ilə Cavabdeh2 tərəfindən iddiaçıya vurulmuş zərərin tam şəkildə ödənilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlarla Cavabdeh2 tərəfindən iddiaçıya vurulmuş zərərin tam şəkildə ödənilməsi müəyyən edildiyindən iddia təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 870 (səkkiz yüz yetmiş) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar