Məhkəmə qərarları › İş №e-2(004)-4382/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4382/2023

21.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4382/2023 21.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə, üçüncü şəxs Sabunçu rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikasının Əmlak X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa olunması, çıxarışın və cavabdehin mülkiyyət hüquqlarının qeydiyyatının ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə, üçüncü şəxs Sabunçu rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikasının Əmlak X7 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa olunması, çıxarışın və cavabdehin mülkiyyət hüquqlarının qeydiyyatının ləğv olunması” tələbinə dair iddia ərizəsi və sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngə, 21 ünvanda yerləşən və İddiaçı məxsus olan 0,06 ha torpaq sahəsinə dair Cavabdeh QSC-nin mülkiyyət hüquqlarını təsdiq edən, 09 dekabr 2019-cu il tarixli ********* qeydiyyat nömrəli, **********48-10301 reyestr nömrəli çıxarış Cavabdeh QSC-nin 0,06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən hissəsində etibarsız hesab edilsin və həmin torpaq sahəsinə İddiaçı mülkiyyət hüquqlarının bərpa olunması, Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngə, 21 ünvanda yerləşən və İddiaçı məxsus olan 0,06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını həyata keçrilməsi ilə bağlı istənilən hər hansı bir özbaşına maneə və (və ya) müdaxilələrə cavabdeh və digər hər hansı bir üçüncü şəxsə (və ya şəxslərə) qadağan olunması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 (bir yüz yetmiş bir) manatın cavabdehdən alınaraq (tutularaq) iddiaçıya ödənilməsi (verilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, 32-ci ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuşdur. Hər iki daşınmaz əşya müvafiq kredit müqaviləsinin təminatı üsulu kimi, Cavabdeh QSCdə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən, Cavabdeh QSC tərəfindən iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət edərək yaranmış kredit borcunun tutulması və tutmanın da həm yaşayış evinə, eləcə də orada yerləşən 0,06 ha torpaq sahəsinə yönəldilməsi barədə qətnamənin çıxarılması istənilmişdir. İşə baxmış Sabunçu rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli, 2(008)- 471/2018 nömrəli qətnaməsi ilə iddia tələblərini qismən təmin edərək, pul vəsaitinin tutulması və tutmanın da Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1- ci küçə, 3-cü döngədə yerləşən 21 nömrəli fərdi yaşayış evinə və həmin ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə yönəldilməsi barədə qətnamə qəbul etmişdir. Həmin iş üzrə bağlanmış kredit müqaviləsi üzrə əsas öhdəliyin təminatı üsulu kimi göstərilən bu iki daşınmaz əşya çıxış etmişdir. Sabunçu rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsinə baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 12034/2018 nömrəli qətnaməsi ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra, apellyasiya instansiyasının qətnaməsindən müvafiq qaydada AR-nın Ali Məhkəməsinə kassasiya şikayəti verilmiş və işə baxmış kassasiya instansiyası şikayətin qismən təmin olunması barədə xx.xx.2019-cu il tarixli, 2(102)-2464/2019 nömrəli Qərar qəbul etmişdir. Qərara əsasən, ipoteka predmeti olan yaşayış evinin hərracda satıldıqdan sonra Cavabdeh QSC-yə təhvil verilməsi hissəsində ləğv edilmiş və iddia həmin hissədə təmin olunmamışdır (Ali Məhkəmənin qərarının kserosurəti iddia ərizəsinə əlavə olunur). Məhkəmə mübahisəsi üzrə iş bitdikdən sonra, icra olunması üçün Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(102)-2464/2019 nömrəli icra vərəqəsi tərtib olmuşdur. İcra hərəkətlərinin həyata keçirlməsi zamanı müvafiq qaydada hərrac həyata keçirilsə də, ancaq hərracın keçirilməsi ilə bağlı icra Şöbəsinin təklifi olmamışdır. Buna baxmayaraq, "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixli, 58/02 nömrəli hərracın yekunları barədə Protokol tərtib olunmuş və həmin protokolun yekun əsası kimi, həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilə də imzalanmışdır. Qeyd edilən bu iki sənəd üzrə Sabunçu rayon Məhkəməsinin qətnaməsinin icrası üzrə ipoteka predmetlərindən yalnız Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngədə yerləşən 21 nömrəli fərdi yaşayış evi çıxış etmişdir. Digər ipoteka predmeti olan və yuxarıda adı çəkilən ünvanda yerləşən 0,06 ha torpaq sahəsi barədə hərrac keçirilməmişdir. Həmiçinin, hərracın keçirilməsi ilə bağlı bütün hüquqi prosedurlara riayət olunmamış və ümumiyyətlə İddiaçı bu barədə lazımi qaydada məlumatlandırılmamışdır. Baxmayaraq ki, ipoteka predmeti barədə hərracın keçirilməsi ilə əlaqədar, “İpoteka haqqında” Qanunun tələb və göstərişlərinə raiyət olunmalı idi. Ən əsası da, məhkəmə qərarının özündə də tutmanın hər iki əşyaya yönəldilməsi nəzərdə tutulmuş olsa da, ancaq hərracda yalnız fərdi yaşayış evi satışa çıxarılmışdır. Mübahisəli torpaq sahəsinin hərracda satılması haqqında məhkəmə qərarında qeyd edilməmişdir. Bütün bu yuxarıda deyilənlərə istinadən, qeyd edilən hərracın nəticələri barədə proptokol və o cümlədən həmin protokol üzrə də Müqavilə üzrə, fərdi yaşayış evi ilə yanaşı 0,06 ha torpaq sahəsi barədə Cavabdeh QSC-nin mülkiyyət hüquqları qeydə alınmış və bu barədə də xx.xx.2019-cu il tarixli müvafiq çıxarış verilmişdir. Həmin çıxarışın hüquqi əsasları kimi isə, yalnız istinad edilən hərracın yekun protokolu və müqavilə çıxış etmişdir. Həmin yekun sənədlərdə isə torpağın hərrac yolu ilə satılması olmamışdır. Beləliklə, vaxtı ilə Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-471/2018 nömrəli Qətnaməsinin icra olunması üçün nəzərdə tutulmuş icra icraatı zamanı hazırki iş üzrə iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsi qanunsuz və əsassız olaraq Cavabdeh QSC-nin mülkiyyətinə keçirilmişdir. Bu isə onu bildirir ki, torpaq sahəsinə Bankın mülkiyyət hüquqalrının qeydə alınması ləğv olunmalı, İddiaçı mülkiyyət hüquqları bərpa olunmalı və DƏDRX tərəfindən cavabdehin adına verilmiş, xx.xx.2019-cu il tarixli mülkiyyət hüquqlarını təsdiq edən çıxarış ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbi ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, torpaqla bağlı hərrac keçirilməmişdir, Hərrac protokolunda torpaqla bağlı heçnə yoxdur. Sorğu nəticəsində göndərilən protokoldan da görünür ki, torpaqdan söhbət getmir. Bununla bağlı ayrıca tələb olmalıdır. Torpaq sahəsi müqavilədə, protokolda və bildirişdə yoxdur, yalnız çıxarışda var. Torpaq sahəsinin hansı əsasla cavabdehin mülkiyyətinə keçməsi məlum deyildir. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə2 etiraz edərək bildirmişdir ki, hərrac keçirilən zaman heçbir pozuntu olmamışdır, 2019-cu ildən məhkəmələrdə bu cür proseslər davam edir. Hər şey qanunauyğun formada keçirilmişdir. Uzun müddətdir ki, mübahisələr gedir. Banka xeyli ziyan dəymişdir. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2(008)-471/2018 saylı qətnaməsi ilə (hakim V.Həsənov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh QSC ilə cavabdehlər X3, X1, X4, X5 və X2 müştərək qaydada iddiaçının xeyrinə 93055,15 ABŞ dolları əsas borcun, 26605,74 ABŞ dolları faiz borcunun və 200 ABŞ dolları dəbbə, cəmi 119860,89 ABŞ dolları məbləğinin qətnamənin icra olunduğu gunə olan Azərbaycan manatı məzənnəsi ilə olmaqla borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manata xidmət haqqının tutularaq "xxxx" QSC-yə ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu 32-ci Salyan yolu 1-ci küçə 3-cü döngədə olan 0.06 ha torpaq sahosi və həmin torpaq sahəsi üzərində yerləşən 21 saylı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması satışdan əldə olunan vəsaitin hesabına banka olan borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 329606 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetı olan Bakı şəhəri Səbail rayonu 32-ci Salyan yolu 1-ci küçə 3-cü döngədə İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 21 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən İddiaçı Okbər qızının çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılaraq Cavabdeh QSC-yə təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(003)-12034/2018 saylı, 14 noyabr 2018-cı il tarixli qətnaməsi ilə (hakimlər: X.Sarıyev, M.Məmmədov, Ş.Məhərrəmova) Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2(008)-471/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-2464/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(003)- 12034/2018 saylı, 14 noyabr 2018-ci il tarixli qətnaməsi qismən dəyişdirilmiş, evin hərracda satıldıqdan sonra Cavabdeh QSC-yə təhvil verilməsi hissəsində ləğv edilərək, iddia tələbi həmin hissədə rədd edilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 58/02 nömrəli xx.xx.2019-cu il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1ci küçə, 3-cü döngədə yerləşən 21 saylı fərdi yaşayış evini Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2464 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə, Sabunçu rayon İcra və Probasiya Şöbəsinin 5328-77593/17 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubunun və "xxxx" QSC-nin müvafiq məktubunun icrasına hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 329606 manat, əmlakın təkrar hərracdakı satış qiyməti 280165,10 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti 210123,83 manat olmuş, əmlak tələbkar tərəfindən alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09 dekabr 2019-cu il tarixli ********* qeydiyyat nömrəli, **********48-10301 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngə, ev 21 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə "xxxx" QSC-nin adına qeydə alınmışdır. Beləliklə, işin məhkəmə baxışında araşdırılmış sübutlarla müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuş Bakı şəhəri, Səbail rayonu, 32-ci ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi kredit müqaviləsinin təminatı üsulu kimi Cavabdeh QSC-də ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən, Cavabdeh QSC tərəfindən iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət edərək yaranmış kredit borcunun tutulması və tutmanın da həm yaşayış evinə, eləcə də orada yerləşən 0,06 ha torpaq sahəsinə yönəldilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Sabunçu rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli, 2(008)-471/2018 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, pul vəsaitinin tutulması və tutmanın da Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1- ci küçə, 3-cü döngədə yerləşən 21 nömrəli fərdi yaşayış evinə və həmin ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə yönəldilməsi barədə qətnamə qəbul etmişdir. Sabunçu rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsinə baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-12034/2018 nömrəli qətnaməsi ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra, apellyasiya instansiyasının qətnaməsindən müvafiq qaydada AR-nın Ali Məhkəməsinə kassasiya şikayəti verilmiş və işə baxmış kassasiya instansiyası şikayətin qismən təmin olunması barədə xx.xx.2019-cu il tarixli, 2(102)- 2464/2019 nömrəli Qərar qəbul etmişdir. Qərara əsasən, ipoteka predmeti olan yaşayış evinin hərracda satıldıqdan sonra Cavabdeh QSC-yə təhvil verilməsi hissəsində ləğv edilmiş və iddia həmin hissədə təmin olunmamışdır. Məhkəmə mübahisəsi üzrə iş bitdikdən sonra, icra olunması üçün Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(102)- 2464/2019 nömrəli icra vərəqəsi tərtib olmuşdur. "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixli, 58/02 nömrəli hərracın yekunları barədə Protokol tərtib olunmuş və həmin protokolun yekun əsası kimi, həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilə də imzalanmışdır. Sabunçu rayon Məhkəməsinin qətnaməsinin icrası üzrə ipoteka predmetlərindən yalnız Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngədə yerləşən 21 nömrəli fərdi yaşayış evi çıxış etmişdir. Digər ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngədə yerləşən 0,06 ha torpaq sahəsi barədə hərrac keçirilməmişdir. Məhkəmə qərarında tutmanın hər iki əşyaya yönəldilməsi nəzərdə tutulmuş olsa da, ancaq hərracda yalnız fərdi yaşayış evi satışa çıxarılmışdır. Mübahisəli torpaq sahəsinin hərracda satılması haqqında məhkəmə qərarında qeyd edilməmişdir. Bütün bu yuxarıda deyilənlərə istinadən, qeyd edilən hərracın nəticələri barədə protokol və o cümlədən həmin protokol üzrə də Müqavilə üzrə, fərdi yaşayış evi ilə yanaşı 0,06 ha torpaq sahəsi barədə Cavabdeh QSC-nin mülkiyyət hüquqları qeydə alınmış və bu barədə də xx.xx.2019-cu il tarixli müvafiq çıxarış verilmişdir. Hazırda isə iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa olunması, çıxarışın və cavabdehin mülkiyyət hüquqlarının qeydiyyatının ləğv olunmasını məhkəmədən xahiş edir. Beləliklə məhkəmə hesab edir ki, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(102)- 2464/2019 nömrəli icra vərəqəsinə əsasən hərrac keçirilərkən tutma həm Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngədə yerləşən 21 nömrəli fərdi yaşayış evinə, həm də torpaq sahəsinə yönəldilməli idi, lakin icra vərəqəsi icra olunan zaman yalnız Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngədə yerləşən 21 nömrəli fərdi yaşayış evi hərracda satışa çıxarılmış və həm yaşayış sahəsi, həm də torpaq Cavabdeh QSC-nin adına qeydə alınmışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(102)-2464/2019 nömrəli icra vərəqəsi icra olunan zaman yalnız Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngədə yerləşən 21 nömrəli fərdi yaşayış evi hərraca çıxarıldığından iddia tələbi qismən təmin edilərək Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngə, 21 ünvanda yerləşən və İddiaçı məxsus olan 0,06 ha torpaq sahəsinə dair Cavabdeh QSC-nin mülkiyyət hüquqlarını təsdiq edən, 09 dekabr 2019-cu il tarixli ********* qeydiyyat nömrəli, **********48-10301 reyestr nömrəli çıxarış Cavabdeh QSC-nin 0,06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən hssəsində etibarsız hesab edilməli, həmin torpaq sahəsinə İddiaçı mülkiyyət hüquqları bərpa olunmalı və Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngə, 21 ünvanda yerləşən və İddiaçı məxsus olan 0,06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını həyata keçirilməsi ilə bağlı istənilən hər hansı bir özbaşına maneə və (və ya) müdaxilələrə Cavabdeh QSC-yə qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikası mülkiyyətin növündən asılı olmayaraq, mülkiyyətin toxunulmazlığına təminat verir və heç kəs öz mülkiyyətindən qeyri-qanuni yolla və ya əsassız qaydada mərhum oluna bilməz. Qeyd olunan bu anlayış mülkiyyətin özünün hüquqi anlayışıdır və onun iqtisadi mənada olmaqla hüquq normaları çərçivəsində mühafizə olunmasını qeyd edir. Lakin mülkiyyətin hüquqi cəhətdən anlayışı, Konstitusiyanın 29-cu maddəsində göstərilir. Yəni, mülkiyyət özü iqtisadi mənada müəyyən olunursa, mülkiyyət hüququ isə həmin iqtisadi mənada özünü əks etdirən maddi aləmin əşyasını hüquq cəhətdən qoruyur və əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngə, 21 ünvanda yerləşən və İddiaçı məxsus olan 0,06 ha torpaq sahəsinə dair Cavabdeh QSC-nin mülkiyyət hüquqlarını təsdiq edən, 09 dekabr 2019-cu il tarixli ********* qeydiyyat nömrəli, **********48-10301 reyestr nömrəli çıxarış Cavabdeh QSC-nin 0,06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən hssəsində etibarsız hesab edilsin və həmin torpaq sahəsinə İddiaçı mülkiyyət hüquqları bərpa olunsun. Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan yolu, 1-ci küçə, 3-cü döngə, 21 ünvanda yerləşən və İddiaçı məxsus olan 0,06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını həyata keçrilməsi ilə bağlı istənilən hər hansı bir özbaşına maneə və (və ya) müdaxilələrə Cavabdeh QSC-yə qadağan edilsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 (bir yüz yetmiş bir) manat pul Cavabdeh QSC-dən tutularaq iddiaçıya ödənisin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar