Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4407/2023 07.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və onun vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh "xxxx" MMC – nin qanuni təmsilçisi X3 iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və "xxxx" MMC – yə qarşı “qeyriyaşayış sahəsindən (qarajlardan) başqa şəxslərin istifadəsinin qadağan edilməsi və qeyri-yaşayış sahəsinin (qarajların) boşaldılması” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “əqdin etibarsız hesab edilməsi, cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi və əmlakların qanunsuz sahiblikdən alınması” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Şərq Memarlığı 2010“ MMC-yə qarşı (Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "mülkiyyətə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən binanın -6,6 səviyyəsində olan zirzəmi hissəsində yerləşən iki ədəd, 15 və 16 nömrəli maşın yerlərindən “Şərq Memarlığı 2010“ MMC tərəfindən maşın yerlərinin sahibindən başqa digər şəxs tərəfindən istifadəsinə şərait yaradılmasının qadağan edilməsi və iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən binanın - 6.6 səviyyəsində olan zirzəmi hissəsində yerləşən iki ədəd, 15 və 16 nömrəli maşın yerlərindən Cavabdeh2 əmlakı (avtomobilləri) ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı 36 ünvanda yerləşən binanın idarəçiliyi "xxxx" MMC-yə (VÖEN **********) həvalə edilmişdir. O, 2006-cı ildə göstərilən binada mənzil alarkən, həmin binanın -6,6 m səviyyədə olan zirzəmi hissəsində iki ədəd maşın üçün (qaraj) dayanacaq yeri də almışdır. 2014-cü ildə həmin 15 və 16 saylı (qarajlar) maşın yerləri iddiaçı tərəfindən özəlləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 15 saylı qaraj RX seriyalı ******* nömrəli və 16 saylı qaraj isə RX seriyalı ******* nömrəli çıxarışlara və texniki pasporta əsasən hər ikisi iddiaçının mülkiyyətindədir. Həmin maşın dayanacaq yerlərində (qarajlarda) hazırda başqa şəxslərə məxsus maşınların saxlandığının şahidi olmuşdur. Əldə etdiyi məlumata əsasən bəlli olmuşdur ki, maşınları, binada müvəqqəti yaşayan Cavabdeh2 saxlamışdır. Dəfələrlə etdiyi müraciətlərə məhəl qoymayaraq, ona məxsus maşın yerləri (15 və 16 saylı qarajlar) qarajlar başqa şəxs tərəfindən istifadə edilir. Binanı idarə edən "xxxx" MMC-nin rəhbəri Rahat Qəribova bir ay öncə rəsmi məktubla müraciət etmişdir. Rahat Qəribov və işçiləri-binada işləyən mühafizəçi vasitəsi ilə, maşın yerini boşaltmaq haqqında tələbinə, Cavabdeh2 tərəfindən rədd cavabı almışdır. xx.xx.2023-cü il tarixində Yasamal RPİ 26-cı bölməsinə müraciət etmiş, lakin ona məxsus maşın yerləri (15 və 16 saylı qarajların) başqa şəxlər tərəfindən istifadə edilməməsinə nail ola bilməmişdir. Qeyd edilənlər ona dəlalət edir ki, ona məxsus maşın yerlərinin başqa şəxslər tərəfindən istifadə edilməsinə "xxxx" MMC-nin məsul işçiləri şərait yaradırlar. Daha sonra, Cavabdeh2 cavabdehlər “Şərq Memarlığı 2010“ MMC-yə və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında inşa edilmiş hündür mərtəbəli yaşayış binasının (2+4 otağın birləşməsi olan) 96 saylı mənzilinə dair və həmin binanın qeyri-yaşayış hissəsində yerləşən, ümumi sahəsi 17 kv.metr olan 15 saylı (qaraja) və ümumi sahəsi 17,5 kv.metr olan 16 saylı (qaraja) qeyri-yaşayış sahələrinə dair cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən, cavabdeh İddiaçı adına verilmiş sənədlərin, o cümlədən cavabdeh “Şərq" Mənzil Tikinti Kooperativi ilə cavabdeh İddiaçı arasında bağlanmış (alğı-satqı) müqavilələrinin etibarsız sayılması, qeyri-yaşayış sahələrinin (15 və 16 saylı qarajların) dövlət reyestrində cavabdeh İddiaçı adına aparılmış qeydiyyatlarının ləğv edilməsi və qeyri-yaşayış sahələrinin (15 və 16 saylı qarajlar), cavabdeh İddiaçı qanunsuz sahibliyindən alınaraq, cavabdehlərin hesabına boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, keçmiş əri cavabdeh İddiaçı onunla faktiki yaşadıqları dövrdə onun inam və etibarından sui-istifadə edərək, cavabdeh MTK-ya yalan məlumat verməklə ödənişlərini etdiyi mənzilin və iki qarajın sənədlərini öz adına yazdıraraq ona məxsus əmlakları mənimsəmişdir. Belə ki, cavabdeh “Şərq" Mənzil Tikinti Kooperativi tərəfindən, ünvan 3 ünvanında inşa edilmiş hündür mərtyəbəli yaşayış binasının (2+4 otağın birləşməsi olan) 96 saylı mənzilinin və həmin binanın qeyri-yaşayış hissəində olan ümumi sahələri 17 və 15 kv.metr olmaqla cəmi 34,5 kv metr olan iki qarajın hər biri üçün 25000 (iyirmi beş min) manatdan olmaqla iki qaraj üçün cavabdeh MTK-ya onun tərəfindən 50000 manat pul köçürülmüşdür. Son günlərə kimi, qarajların sənədlərinin öz adına olduğunu bildiyi halda bir neçə gün öncə cavabdeh İddiaçı “Rentekar”a aid maşını gətirib onun qarajına yerləşdirmişdir. O, binaya nəzarət edən nəzarətçidən bunu soruşduqda cavabdeh İddiaçı qarajların ona məxsus olduğunu və sənədlərin dövlət reyestrində onun adına qeydiyyata alındığını bildirdiyini demişdir. Üstəlik ondan da şikayətçi olduğunu və guya ona maşınlarımı qarjda yerləşdirməyə onun şərait yaratdığını, buna görə də polisə şikayət etdiyini bildirmişdir. O, dərhal MTK rəhbərliyi ilə əlaqə yaradaraq bunlara aydınlıq gətirməsini istəmişdir. Cavabdeh MTK-dan da ona istər evin istərsə də qeyr-yaşayış sahələrindən ibarət əmlakların dəyərini ödəsə də sənədləşmə zamanı İddiaçı ər- arvad olduqlarını və əmlakların onun adına yazılmasına iddiaçının etirazı olmaqığını qeyd etdiyini bildirmişlər. MTK rəhbərliyi də onları bir ailə olaraq tanıdığından əmlakların sənədlərini İddiaçı adına yazmışlar. Bundan sonra, İddiaçı vəsatəti əsasında Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmiş və bu səbəbdən Cavabdeh2 iddia ərizəsi qarşılıqlı iddia ərizəsi kimi nəzərə alınmışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahatında bildirmişdir ki, ona məxsus olan mülkdən qeyri-qanuni istifadə olunur. Qarşılıqlı iddiaya gəlincə məhkəmə instansiyalarının yetərincə qətnamələri və qərarları vardır. Qarşılıqlı iddia tam əsassızdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili Vəkil1 qarşılıqlı iddianı müdafiə edərək, ilk iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, qarajların sənədləşdirilməsi, rəsmiləşdirilməsi, çıxarışın alınması qanunvericiliyə uyğun aparılmamışdır. Tərəflərindən və MTK tərəfindən təqdim edilmiş sənədlərdən aydın olur ki, həmin mənzilin və qarajların ödənişlərinin bir hissəsi Cavabdeh2 tərəfindən icra edilmişdir. Bununla bağlı məhkəməyə arayış təqdim edilmişdir. Bu səbəbdən də hesab edir ki, həmin protokol düzgün tərtib edilməmişdir. Hesab edir ki, protokol və əqd, bununla bağlı digər sənədlər etibarsız hesab edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Həmçinin, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı sualına cavab olaraq bildirmişdir ki, yalnız mənzilə dair istifadə hüququnun müəyyən edilməsi tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktları vardır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkilinin izahatı ilə razı olduğunu bildirmiş və məhkəmədən qarşılıqlı iddianın təmin, ilk iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh "xxxx" MMC – nin qanuni təmsilçisi X5 izahatında bildirmişdir ki, o, 12 ildir ki, "xxxx" MMC-də işləyir. İddiaçı Qasim oğlunu və Cavabdeh2 mehriban ailə olaraq tanımışdır. Əvvəlki komendantlardan və müdirlərdən evin və qarajın Cavabdeh2 tərəfindən alındığını eşitmişdir. Hal-hazırda evdə Cavabdeh2 qızı yaşayır. Qarajdan da Cavabdeh2 istifadə edir. Kommunal xərcləri həmişə Cavabdeh2 ödəmişdir. Binanın altında yerləşən restoranın havalandırma sisteminin qarajın içindən çəkilməsi üçün Cavabdeh2 icazə alınmışdır. Havalandırma sisteminin sökülməsinə görə İddiaçı Qasim oğlu müraciət etmişdir. Cavabdeh2 mənzil və qaraja görə pul verəndə görməsə də, bu barədə eşitmişdir və eşitdiklərini deyir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən binanın -6,6 səviyyəsində yerləşən sahəsi 17,5 kv.m olan qeyri-yaşayış sahəsi (16 saylı qaraj) üzərində İddiaçı xüsusi müıkiyyət hüququ xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən binanın -6,6 səviyyəsində yerləşən sahəsi 17 kv.m olan qeyri-yaşayış sahəsi (15 saylı qaraj) üzərində İddiaçı xüsusi müıkiyyət hüququ xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-702/2019 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdeh2 və uşaqları xx.xx.2003-cü il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X1 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 488-89 məhəllədə yerləşən 36 saylı evin 96 saylı mənzilinə istifadə hüquqlarının tanınması tələbinə dair iddiasının təmin edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12354/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi ilə, cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 702/2019 saylı qətnaməsinin ləğv olunaraq iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən işin mübahisəsiz hallarına əsasən müəyyən edilmişdir ki, "xxxx" MTK-ya məxsus ünvan 3 ünvanında yerləşən 96 saylı mənzil İddiaçı tərəfindən tam dəyəri ödənilməklə əldə edilmişdir. Cavabdeh2 2007-ci ilin yanvar ayından etibarən qızları ilə birlikdə həmin mənzildə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-4332/2020 nömrəli qərarına əsasən, iddiaçı Cavabdeh2 kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12354/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 58/2021 saylı qətnaməsinə əsasən, iddia tələbinin təmin edilərək, cavabdehlər Cavabdeh2, X2 və X1 ünvan 4 ünvanında yerləşən 96 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6971/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-3213/2022 nömrəli qərarına əsasən, Cavabdeh2 kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6971/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-467/2023 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2974/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-467/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3188/2022 nömrəli qərarına əsasən, iddiaçı Cavabdeh2 kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2974/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2926/2023 saylı qətnaməsinə əsasən, iddiaçı X2 cavabdehlər Cavabdeh2 və İddiaçı qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5267/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, iddiaçı X2 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2926/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışından görünür ki, ünvan 5 ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 2-ci giriş, 16-cı mərtəbəsində, ümumi sahəsi 314,21 kv.m, yaşayış sahəsi 144,66 kv.m olan 6 otaqlı, 96 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 ünvan 5 ünvanda yerləşən 96 saylı mənzilinə görə "xxxx" MTK-ya borcu yoxdur. İş materiallarında olan "xxxx" MTK-nın təsisçilərinin ümumi iclasının 4 № -li protokolundan çıxarışa görünür ki, payçı İddiaçı MTK-ya ərizə ilə müraciət edərək Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi ev 36-da yerləşən 96 saylı mənzilini özəlləşdirmək istədiyini bildirmiş və sənədlərın payçıya yuxarıda göstərilən mənzili özəlləşdirib tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması və reystrdən çıxarış və texniki pasport verilməsi üçün Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Bakı Şəhər Ərazi İdarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahələri (qarajlar) iddiaçının mülkiyyətindədir, həmin qeyri-yaşayış sahələri Cavabdeh2 qanunsuz sahibliyində və istifadəsindədir. İddiaçı hazırda həmin qeyri-yaşayış sahələrindən (qarajlar) istifadə edə bilmir, iddiaçı bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehin bu hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, Cavabdeh2 hazırda hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan özünə məxsus əşyalarla birlikdə mübahisəli qeyri-yaşayış sahələrindən (qarajlar) istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalıdır. Odur ki, ilk iddia tələbi təmin edilməli, İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən binanın -6,6 m səviyyəsində olan zirzəmi hissəsində ümumi sahəsi 17 kv.m olan 15 saylı qeyri-yaşayış sahəsindən (qarajdan) və ümumi sahəsi 17.5 kv.m olan 16 saylı qeyri-yaşayış sahəsindən (qarajdan) iddiaçıdan başqa digər şəxslərin istifadə edilməsinə şərait yaradılması "xxxx" MMC-yə qadağan edilməli və İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən binanın -6,6 m səviyyəsində olan zirzəmi hissəsində ümumi sahəsi 17 kv.m olan 15 saylı qeyri-yaşayış sahəsindən (qarajdan) və ümumi sahəsi 17.5 kv.m olan 16 saylı qeyri-yaşayış sahəsindən (qarajdan) Cavabdeh2 əmlakı avtomobilləri ilə birlikdə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 324.1-ci maddəsinin tələblərinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onlar arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş preyudisial əhəmiyyətə malik məhkəmə qərarlarına əsasən, "xxxx" MTK-ya məxsus ünvan 3 ünvanında yerləşən 96 saylı mənzilin İddiaçı tərəfindən tam dəyəri ödənilməklə əldə edildiyi müəyyən edilmişdir. Bundan başqa, "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışından mənzilin pay dəyərinin payçı İddiaçı tərəfindən tam ödənildiyi təsdiq edilir. İddiaçı Cavabdeh2 tərəfindən bunun əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Borcun olmamasına dair MTK tərəfindən Cavabdeh2 arayışın verilməsi pulun onun tərəfindən ödənilməsini təsdiq etmir. Bundan başqa, iddiaçı məhkəməyə qeyri-yaşayış sahələrinin dəyərinin də onun tərəfindən ödənilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Qeyd edilənlərdən əlavə, müqavilə bağlanılmaqla eyni zamanda və bundan sonra pay haqqının dəyəri ödənilir. Mübahisəli mənzil və qeyri-yaşayış sahələrinə dair müqavilə payçı İddiaçı ilə bağlandığından, payın dəyərinin Cavabdeh2 tərəfindən ödənildiyi halda belə, bu əmlakların onun tərəfindən əldə edilməsinə əsas ola bilməz. Belə ki, müqavilələr üzrə payçı İddiaçı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən mənzilə və qeyri-yaşayış sahələrinə dair İddiaçı adına verilmiş sənədlərin, o cümlədən cavabdeh “Şərq" Mənzil Tikinti Kooperativi ilə cavabdeh İddiaçı arasında bağlanmış (alğı-satqı) müqavilələrinin etibarsız sayılması üçün heç bir əsas mövcud deyildir. Həmçinin məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi mübahisələndirilən mənzilə və qeyriyaşayış sahələrinə dair İddiaçı adına verilmiş sənədlərin və onunla bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, qeyri-yaşayış sahələrinin (15 və 16 saylı qarajların) dövlət reyestrində cavabdeh İddiaçı adına aparılmış qeydiyyatlarının ləğv edilməsi və qeyri-yaşayış sahələrinin (15 və 16 saylı qarajlar) cavabdeh İddiaçı qanunsuz sahibliyindən alınaraq, cavabdehlərin hesabına boşaldılması hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən binanın -6,6 m səviyyəsində olan zirzəmi hissəsində ümumi sahəsi 17 kv.m olan 15 saylı qeyri-yaşayış sahəsindən (qarajdan) və ümumi sahəsi 17.5 kv.m olan 16 saylı qeyri-yaşayış sahəsindən (qarajdan) iddiaçıdan başqa digər şəxslərin istifadə edilməsinə şərait yaradılması "xxxx" MMC-yə qadağan edilsin. İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən binanın -6,6 m səviyyəsində olan zirzəmi hissəsində ümumi sahəsi 17 kv.m olan 15 saylı qeyri-yaşayış sahəsindən (qarajdan) və ümumi sahəsi 17.5 kv.m olan 16 saylı qeyri-yaşayış sahəsindən (qarajdan) Cavabdeh2 əmlakı avtomobilləri ilə birlikdə çıxarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “əqdin etibarsız hesab edilməsi, cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi və əmlakların qanunsuz sahiblikdən alınması” tələbi barədə qarşılıqlı iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-4407/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4407/2023
07.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver