Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-444/2025 05.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X6 oğlunun katibliyi ilə, İddiaçı Turəddin qızının, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh “Accessbank" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Тurəddi̇n qızının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti və 3-cü şəxs qismində müstəqil tələb irəli sürməyən şəxslər Göyçay rayon icra şöbəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsi cəlb edilməklə hərrac protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Тurəddi̇n qızının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti və 3-cü şəxs qismində müstəqil tələb irəli sürməyən şəxslər Göyçay rayon icra şöbəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsi cəlb edilməklə hərrac protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış 10 may 2024-cü il tarixli, 051/24 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun və həmin tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 01 iyun 2011-ci il tarixli kredit razılaşması üzrə 164.184,61 ABŞ dolları əsas, 49.684,10 ABŞ dolları, 1.000 ABŞ dolları cərimə olmaqla, cəmi 214.868,71 ABŞ dollarının ödəniş günü milli manata məzənnədə İddiaçı tutulub Cavabdeh3 QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan İddiaçı məxsus Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyri-yaşayış binasına yönəldilməsi, həmin həmin qeyriyaşayış binasının ilkin satış qiymətinin 820.000 manat müəyyən edilməklə açıq hərracda satılması, əldə edilən vəsait hesabına 214.868,71 ABŞ dolları kredit borcunun Cavabdeh3 QSC-yə ödənilməsi, satıldıqdan 1 ay ərzində İddiaçı məxsus Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyri-yaşayış binasının boşaldılması, qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh3 QSC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli qətnaməsinin “ipoteka predmeti olan Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 820.000 manat müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyri-yaşayış binasının hazırkı vəziyyətdə likvid dəyərinin 430.000 manat həddində müəyyən edilməsi qət edilmiş, Göyçay Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki kollegiyasının 04 may 2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2(107)-593/2020 saylı icra sənədinə əsasən Göyçay rayon İcra Şöbəsinin böyük icra məmuru Hikmət Quliyev tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Göyçay rayon İcra Şöbəsinin "xxxx" MMC-nə ünvanladığı xx.xx.2022-ci il tarixli, 151030/21-61-6 saylı sifariş məktubuna əsasən Cavabdeh3 ASC-nin kredit tələbi üzrə tutmanın yönəldildiyi və İddiaçı məxsus Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 430 000 (dörd yüz otuz min) manat məbləğində olmaqla "xxxx" MMC tərəfindən açıq hərracda satışa çıxarılmışdır. "xxxx" MMC-nin 25 fevral 2022-ci il tarixli hərrac bildirişinə əsasən, borclu İddiaçı və tələbkar Cavabdeh3 QSC-nə 23 fevral 2022-ci il və 14 mart 2022-ci il tarixlərdə keçiriləcək hərrac barədə hərrac bildirişi göndərilmişdir. Hərrac təşkilatçısı "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində ipoteka predmetinin açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiyməti 430000 (dörd yüz otuz min) manat olmaqla ilkin hərrac keçirilmiş və alıcı olmadığından ilkin hərrac baş tutmamışdır. Belə ki, alıcı X2 "xxxx" MMC-nin direktoruna ünvanladığı 10 fevral 2022-ci il tarixli ərizəsinə əsasən, o, ünvan 2 ünvanda olan 0.06 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin hərracında iştirak etmək üçün ərizəsinin qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin 10 fevral 2022-ci il tarixli qəbzinin surətinə əsasən, X1 şəhəri, Natəvan küçəsi 65 saylı ünvanda olan 0.06 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi üçün 21.500 manat məbləğində beh ödəmişdir. Alıcı hərracda iştirak etsə də, fərdi mülahizələri əsasında əmlakı ilkin hərracda almaq fikrindən daşınmış, bununla da hərrac iştirakçı olduğu halda alıcı olmaması əsası ilə baş tutmamışdır. Hərrac təşkilatçısı "xxxx" MMC tərəfindənxx.xx.2022-ci il tarixində ipoteka predmetinin açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiymətindən 15% aşağı qiymətə 365500 (üç yüz altmış beş min beş yüz) manata təkrar hərraca çıxarılmış və alıcı olmadığından təkrar hərrac baş tutmamışdır. Bu zaman hərrac təşkilatçısı “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinin tələbini pozaraq ilkin hərracda iştirakçı olmasına baxmayaraq əmlakın ilkin satış qiymətini 15% aşağı salmaqla onu təkrar hərraca çıxarmışdır. Hərrac təşkilatçısı "xxxx" MMC tərəfindən 048/049/22 saylı, xx.xx.2022-ci il tarixli məktubla ipoteka predmeti təkrar hərrac qiymətindən 25% aşağı qiymətə 274125 (iki yüz yetmiş dörd min yüz iyirmi beş) manata ipoteka saxlayan "xxxx" ASC-yə təklif edilmişdir. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 28 mart 2022-ci il tarixli protokol və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 28 mart 2022-ci il tarixli müqavilədən görünür ki, ipoteka saxlayan Cavabdeh3 QSC İddiaçı mülkiyyətində olan Göyçay şəhəri, Natəvan küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyriyaşayış binasını 274.125 manata satın almışdır. Həmçinin, Hərrac təşkilatçısı "xxxx" MMC ilə ipoteka saxlayan Cavabdeh3 ASC arasında xx.xx.2022-ci il tarixli, 048/22 saylı ipoteka predmetinin əldə edilməsinə dair Hərracın yekunları barədə protokol imzalanmışdır. Müvafiq hərrac protokolu əsasında Cavabdeh3 QSC Göyçay şəhəri, Natəvan küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyriyaşayış binasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən xüsusi mülkiyyət hüququna dair ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarış almışdır. Bundan sonra İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh3 QSC və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi və Göyçay rayon icra şöbəsinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022ci il tarixli, 048/22 saylı Hərracın yekunları barədə protokol və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, e-2(004)-3580/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış 28 mart 2022-ci il tarixli, 048/22 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 2(103)-7955/2022 saylı qətnaməsi ilə Cavabdeh3 QSC-nin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1336/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarına əsasən Cavabdeh3 QSC-nin kassasiya şikayəti təmin edilməməsi, İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 2(103)- 7955/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1336/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarının əsaslandırıcı hissəsindən göründüyü kimi kassasiya instansiyası məhkəməsinin "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış 28 mart 2022- ci il tarixli, 048/22 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun etibarsız hesab edilməsinin əsasları üzrə hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur: “...Apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 QSC-nin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, X3 21.500 manat məbləğində beh ödəyərək "xxxx" MMC tərəfindən 23 fevral 2022-ci il tarixində keçirilmiş ilkin hərracda iştirakçı olmuş və bu səbəbdən də, yəni ilkin hərracda iştirakçı olduğundan təkrar hərracda ipoteka predmetinin dəyəri 15% aşağı düşməməli, ilkin hərrac qiyməti olan 430.000 manat qiymətlə təkrar hərrac keçirilməli idi. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, hərracın təşkilatçısı tərəfindən, cavabdehə təklif edildiyi kimi, ipoteka predmeti ilkin satış qiymətindən 25% aşağı olan qiymətə ipoteka saxlayana da, təklif edilməli idi. …Bu baxımdan kassasiya instansiyası məhkəməsi, Cavabdeh3 QSC-nin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.” Beləliklə, sözügedən məhkəmə icraatının predmeti yalnız "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış 28 mart 2022- ci il tarixli, 048/22 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol olmuş, həmin protokol etibarsız hesab edilmiş, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsaslandırıcı hissəsində yalnız "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində keçirlmiş təkrar hərrac ipoteka predmetinin qiymətinin düzgün təyin edilməməsi əsası ilə etibarsızlığına münasibət bildirilmiş, hərrac təşkilatçısı tərəfindən xx.xx.2022-ci il tarixində keçirilmiş ilkin hərracla bağlı hər hansı qanun pozuntusu müəyyən edilməmiş və həmin hərrac qüvvədə qalmışdır. Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli Qərarının 16.1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə, onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Beləliklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, e-2(004)-3580/2022 saylı qətnaməsi iddia tələbinin həcmində qətnamə çıxararaq hərrac protokolunu təkrar hərracın düzgün qiymətlə keçirilməməsi əsası ilə etibarsız hesab etmiş, bu zaman haqlı olaraq iddia tələbində mübahisələndirilmədiyindən və hər hansı qanun pozuntusuna yol verilmədiyindən əmlakın xx.xx.2022-ci il tarixində keçirilmiş ilkin hərracını ləğv etməmişdir. Lakin buna baxmayaraq, ipoteka predmetinin hərracı etibarsız hesab edilmiş təkrar hərracı mərhələsindən yenidən keçirilməklə davam etdirilmək əvəzinə Göyçay rayon icra və probasiya şöbəsi tərəfindən "xxxx" MMC-yə 13 mart 2024-cü il tarixli sifariş məktubu ilə yenidən hərrac sifarişi verilmiş, sonuncu isə nəticələri qüvvədə olan, mübahisələndirilməmiş və hər hansı məhkəmə aktı ilə ləğv edilməmiş xx.xx.2022-ci il tarixli ilkin hərracı nəzərə almadan xx.xx.2024-cü il tarixdə yenidən ilkin hərrac və xx.xx.2024-cü il tarixdə isə təkrar hərrac keçirmiş, bununla da ipoteka predmetinin nəticə etibarilə 3 hərracı keçirilmiş, həmin hərraclar da baş tutmamış elan edilmiş və əmlak 051/24 saylı 10 may 2024-cü il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola və həmin tarixli müqaviləyə əsasən 274 125 manata ipoteka saxlayan Cavabdeh3 QSC-yə satılmışdır. Hesab edirik ki, aşağıdakı əsaslarla 051/24 saylı 10 may 2024-cü il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol və həmin tarixli müqavilə qanunsuz və etibarsızdır: 1.Belə ki, qeyd olunduğu kimi eyni tərəflər arasında qanuni qüvvəyə minmiş və preyudisial əhəmiyyət daşıyan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, e-2(004)-3580/2022 saylı qətnaməsinin əsaslandırıcı və nəticə hissələrindən göründüyü kimi sözügedən ipoteka predmetinin açıq hərracdan satışı ilə bağlı cavabdeh "xxxx" MMC tərəfindən 2022ci ildə keçirilmiş hərraclardan yalnız xx.xx.2022-ci il tarixli təkrar hərracın qanunsuz keçirilməsi müəyyən edilmiş, xx.xx.2022-ci il tarixli ilkin hərracla bağlı nə iddiaçı tərəfindən, nə də məhkəmə və məhkəmə kollegiyaları tərəfindən hər hansı qanunsuzluq və ya nöqsan müəyyən olunmamışdır. Bununla da əmlakın xx.xx.2022-ci il tarixdə keçirilmiş ilkin hərracı və onun nəticələləri qüvvədə qalmışdır. Bu baxımdan hərracın təşkilatçısı tərəfindən xx.xx.2024-cü il tarixdə əmlakın yenidən ilkin hərracının keçirilməsi “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin tələbinə zidd olmuş, nəticə etibarilə əmlakın 3 dəfə hərracı keçirilmişdir. 2.Həmçinin, "xxxx" MMC xx.xx.2024-cü il tarixdə ipoteka predmetinin təkrar hərracını keçirərkən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, e-2(004)-3580/2022 saylı qətnaməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 2(103)-7955/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş nöqsanları yenidən təkrarlamışdır. Belə ki, əmlakın açıq hərracdan satışı ilə bağlı xx.xx.2022-ci il tarixli ilkin hərrac və onun nəticələri qüvvədə olduğundan, hər hansı bir formada mübahisələndirilmədiyindən, onun ləğvi ilə bağlı qanuni qüvvəyə minmiş hər hansı məhkəmə aktı mövcud olmadığından "xxxx" MMC xx.xx.2024-cü il tarixə təkrar hərrac təyin edərkən və təkrar hərrac barədə elanı dərc edərkən əmlakın xx.xx.2024-cü il tarixdə keçirilmiş ilkin hərracının nəticələrini nəzərə almamış, bu zaman yenidən “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinin tələbini pozaraq əmlakın ilkin satış qiymətini 15 faiz aşağı salmış, daha sonra isə yenidən 25% aşağı salaraq ipoteka saxlayana satmışdır. Halbuki, eyni tərəflər arasında qanuni qüvvəyə minmiş, preyudisial əhəmiyyət daşıyan yuxarıda istinad olunmuş məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, əmlakın ilkin hərracında iştirakçı qeydə alınmış, beh qoymuş və hərracın keçirildiyi gün iştirak etmişdir. İş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının istinad olunmuş 2(102)-1336/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarının əsaslandırıcı hissəsində göstərilmişdir: “Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hərrac təşkilatçısı "xxxx" MMC tərəfindən 23 mart 2022-ci il tarixində ipoteka predmetinin açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiyməti 430.000 manat olmaqla ilkin hərrac keçirilmiş və təklif olmadığından ilkin hərrac baş tutmamışdır. Bundan sonra hərrac təşkilatçısı tərəfindən 14 mart 2022-ci il tarixində ipoteka predmetinin açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiymətindən 15% aşağı qiymətə 365.500 manata təkrar hərraca çıxarılmış və alıcı olmadığından təkrar hərrac baş tutmamışdır. Daha sonra hərrac təşkilatçısı tərəfindən 048/049/22 saylı, 18 mart 2022-ci il tarixli məktubla ipoteka predmeti təkrar hərrac qiymətindən 25% aşağı qiymətə 274.125 manata ipoteka saxlayan Cavabdeh3 ASC-yə təklif edilmiş, hərrac təşkilatçısı "xxxx" MMC ilə ipoteka saxlayan Cavabdeh3 ASC arasında 28 mart 2022-ci il tarixli, 048/22 saylı ipoteka predmetinin əldə edilməsinə dair Hərracın yekunları barədə protokol imzalanmışdır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 QSC-nin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, X3 21.500 manat məbləğində beh ödəyərək "xxxx" MMC tərəfindən 23 fevral 2022-ci il tarixində keçirilmiş ilkin hərracda iştirakçı olmuş və bu səbəbdən də, yəni ilkin hərracda iştirakçı olduğundan təkrar hərracda ipoteka predmetinin dəyəri 15% aşağı düşməməli, ilkin hərrac qiyməti olan 430.000 manat qiymətlə təkrar hərrac keçirilməli idi. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, hərracın təşkilatçısı tərəfindən, cavabdehə təklif edildiyi kimi, ipoteka predmeti ilkin satış qiymətindən 25% aşağı olan qiymətə ipoteka saxlayana da, təklif edilməli idi.” Göründüyü kimi hərracın təşkilatçısı yenidən eyni qanun pozuntusunu təkrarlamış və 23 fevral 2022-ci il tarixdə keçirilmiş ilkin hərracda alıcı iştirakı faktını nəzərə almadan ipoteka predmetinin qiymətini xx.xx.2024-cü il tarixli təkrar hərracda 15%, ipoteka saxlayana təqdim edərkən isə yenidən 25% aşağı salmışdır. 3.Tərəflər arasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, e-2(004)-3580/2022 saylı qətnaməsinin əsaslandırıcı və nəticə hissəsindən göründüyü kimi qətnaməyə əsasən yalnız "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış 28 mart 2022-ci il tarixli, 048/22 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun etibarsız hesab edilməsi qət edilmiş, həmin protokol əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən xüsusi mülkiyyət hüququna dair ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarış mübahisələndirilməmiş, iddia tələbinin predmeti olmamış, ləğv edilməmiş və qüvvədə olmuşdur. Təsadüfi deyildir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3580/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə Cavabdeh3 QSC həmin məhkəməyə ərizə ilə müraciət edərək Göyçay şəhəri Natəvan küçəsində 65 nömrəli 3 girişli, 818.1 kv.m ümumi, 714 kv.m əsas, 104.1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasınınCavabdeh3 QSC-nin adına mülkiyyət kimi qeyd alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməklə həmin əmlakın əvvəlki mülkiyyətçi İddiaçı mülkiyyətinə qaytarılması, bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması, eyni zamanda Göyçay şəhəri Natəvan küçəsində 65 nömrəli 3 girişli, 818.1 kv.m ümumi, 714 kv.m əsas, 104.1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının üzərində Cavabdeh3 QSC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində bərpa edilməklə həmin əmlakın üzərində Cavabdeh3 QSC-nin xeyrinə əvvəlki ipoteka yüklülüyünün qeydiyyatının aparılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2024cü il tarixli, 2(004)-3580/2022 saylı qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4092/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadına əsasən qərara alınmışdır ki, Cavabdeh3 QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(004)-3580/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad onunla əsaslandırılmışdır ki, “İş materiallarından isə görünür ki, hazırki halda məhkəmə irəli sürülmüş iddia həcmində sadəcə hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə baxmış və etibarsızlığın nəticələrinin tətbiq olunması halları kimi məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Kollegiya hesab edir ki, icrada dönüşün həyata keçirilməsinə əsas verən, qanunvericiliklə konkret müəyyən edilmiş hallar hazırki iş üzrə müəyyən edilmədiyindən məhkəmə ərizəni təmin etməməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.Həmçinin iş materiallarına əlavə edilmiş iddia ərizəsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh3 QSC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı (Göyçay rayon İcra və Probasiya şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair 2(004)-3180/2024 saylı mülki işi var və iddia ərizəsi 2(004)-3180/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardad ilə icraata götürülmüş və həmin iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə, saat 11:00-a təyin edilmişdir.” Beləliklə, "xxxx" MMC tərəfindən 09 aprel 2024-cü il və 29 aprel 2024-cü il tarixlərinə təyin edilmiş ilkin (əslində faktiki olaraq təkrar) və təkrar (əslində faktiki olaraq 3-cü) hərraclar keçirilərkən və bu barədə elanlar verilərkən əmlak iddiaçının deyil, məhz Cavabdeh3 QSC-nin mülkiyyətində olmuşdur. Beləliklə əmlakdaşınmaz əmlakın dövlət reyestrində bankın adında qaldığı halda iddiaçının əmlakı kimi yenidən hərraca çıxarılmış, əmlak faktiki olaraq bankın adına olmasına baxmayaraq hərracın keçirilməsi ilə bağlı sənədlərdə (hərrac sifarişi, hərrac bildirişləri, KİV-də dərc olunan elanlar, məktublar, habelə hərracın yekunlarına dair protokol) mülkiyyətçi qrafasında həqiqi məlumatlar təhrif edilərək iddiaçı göstərilmişdir. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra yaranır. Əmlakın DƏDRX-də bankın adında qalmasına baxmayaraq iddiaçının adına olan əmlak kimi hərraca çıxarılması daşınmaz əmlak bazarında potensial alıcılar arasında çaşqınlıq yaratmaq imkanına malik olmuş, bununla da digər potensial alıcılar hərracdan qeyri-səhih məlumatlar əsasında süni surətdə kənarlaşdırılmış, beləliklə bank tərəfindən əmlakın mübahisəli hərrac protokolu və müqavilə əsasında dəyərdəyməzinə əldə edilməsinə şərait yaradılmışdır. Hərrac təşkilatı və icra qurumu tərəfindən banka əmlakı alternativsiz əldə etmək üçün o qədər münbit şərait yaradılmışdır ki, bankın sözügedən hərrac protokolu əsasında yeni çıxarış almasına da ehtiyac qalmamışdır. Hətta iş materiallarından görünür ki, həmin protokolda əmlakın əvvəlki mülkiyyətçisi qismində iddiaçı göstərilsə də, əmlak hərraca çıxarılan zaman faktiki olaraq DƏDRX qeydlərinə əsasən bankın qanunsuz mülkiyyətində olmuşdur. Beləliklə, 2024-cü ildə hərracı ilə bağlı bütün sənədləşmələrdə aparılmış qeydlər əsassız, təhrif edilmiş məlumatlardır. “İpoteka haqqında” Qanunun 42.1, 42.8. 44-cü maddəsi, Mülki Məcəllənin 415.2, 416-cı maddələrinə müvafiq olaraq hərracın keçirilməsi barədə elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Hərrac predmeti daşınmaz əmlak olduqda onun təsvirinin mühüm elementlərindən biri də əmlakın faktiki mülkiyyətçisidir. Daşınmaz əmlakın mülkiyyət hüququnun faktiki olaraq kimə məxsus olması faktı onun bazar marketinqi üçün mühüm əhəmiyyət kəsb edir. Məsələ burasındadır ki, mübahisəli hərrac sənədlərində (bildiriş, elan, protokol və s.) əks olunan məlumatlarla daşınmaz əmlakın reyestindəki məlumatlar ziddiyyət təşkil etmişdir. Yəni, başqa sözlə, hərrac sənədləri ilə dövlət reyestrindəki məlumatlar ziddiyyət təşkil etdiyindən bankda qeyri alıcı əmlakı hərracdan əldə etdiyi halda onunla bağlı hüquqlarını DƏDRX-də qeydə aldıra bilməyəcəkdi. Mülki Məcəllənin 146.2- ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Bu baxımdan hərracın keçirildiyi dövrdə əmlakın sərəncam hüququ sahibi kimi bank qeydiyyatdan keçdiyi halda hərrac sənədlərində buna zidd olaraq əmlak sərəncam hüququ iddiaçıya məxsus olması göstərilmişdir. Hərrac sənədlərində əmlakın təsviri iddiaçıya məxsus mənzil göstərilsə də DƏDRX məlumatlarına əsasən iddiaçıya məxsus qeyd olunan mənzil mövcud olmamışdır. Beləliklə hərrac təhrif edilmiş, yalnış və əmlakın xüsusiyyətləri barədə düzgün olmayan təsvirin verildiyi məlumatlar əsasında keçirilmiş, belə təhrif olunmuş məlumatlar KİV-də elanda öz əksini tapmış və potensial alıcılar arasında çaşqınlıq yaratmaq imkanına malik olmuşdur. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyi baxımdan analoji mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, 2(103)-5578/2023 nömrəli qətnaməsi ilə (hakim F.Abdıyevin sədrliyi və məruzəsi ilə, hakimlər F.Qasımov və X.Sarıyevdən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti və iddia tələbi təmin edilərkən daşınmaz əmlakın dövlət reyestrindəki cari hüquqi statusu nəzərə alınmadan növbəti hərracları keçirilmiş ipoteka predmetinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etmişdir: “xx.xx.2020-ci il tarixli hərracın yekunları barədə protokolun və əmlakın alqı-satqı müqaviləsinin mübahisələndirilməsinə dair iş üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktı olmadan (birinci instansiya məhkəməsinin bu barədə qətnaməsinə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman), bu baxımdan hüquqi nəticə etibarı ilə xx.xx.2020-ci il tarixli protokol və müqavilənin qüvvədə olduğu və bu sənədlərin ipoteka predmetini təşkil edən əmlakın "xxxx" BOKT ASC-nin mülkiyyətinə keçməsi üçün əsas yaratdığı bir halda, eyni icra qurumunun sifarişi əsasında eyni hərrac təşkilatçısı tərəfindən iş üzrə eyni tərəflərə, o cümlədən "xxxx" BOKT ASC-yə bu barədə bildiriş göndərilməklə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə yenidən ilkin və təkrar hərraclar keçirilmiş, hərrac baş tutmadığından əmlak təklif əsasında yenidən ipoteka saxlayan "xxxx" BOKT ASC tərəfindən əldə edilmişdir. Bununla da, eyni ipoteka predmeti barəsində eyni tərəflərin təşkilatçılığı və iştirakı ilə ümumilikdə 2 dəfə hərrac proseduru, o cümlədən 2 dəfə ilkin və 2 dəfə təkrar hərrac keçirilmişdir. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilir. Əvvəlki hərracın nəticələri, o cümlədən xx.xx.2020-ci il tarixli protokol və müqavilə qüvvəsini itirmədiyindən həmin hərracın predmeti olan əmlakla bağlı "xxxx" MMC tərəfindən yenidən xx.xx.2021-ci il tarixdə ilkin və xx.xx.2021-ci il tarixdə təkrar hərracın keçirilməsi qanunsuz olmuşdur. Hərracın nəticələrinə əsasən mübahisələndirilən əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatına aldırılması hüququ əldə etmiş "xxxx" BOKT ASC-yə həmin əmlakın satın alınması ilə bağlı yenidən təklif irəli sürülməsi və yekun olaraq yenidən eyni əmlakın eyni mülkiyyətçiyə satılması nəinki qanunvericiliyin, ümumilikdə mülki hüququn təbiətinə uyğun deyil. Əmlakı hərracdan əldə etdikdən sonra hüquqi nəticə etibarı ilə ona məxsus olan əmlakı hər hansı əsas olmadan yenidən hərrac prosedurunda iştirak edərək, əldə etməsi ilə bağlı "xxxx" BOKT ASC-nin hərəkətləri ümumiyyətlə anlaşılmazdır. Hər bir halda, bu sahədə ixtisaslaşan "xxxx" MMC tərəfindən keçirilmiş hərraclar və bu hərraclara çıxarılmış əmlakların qeydiyyatı aparılır. "xxxx" BOKT ASC-nin bu qaydada əldə etdiyi əmlaklar barədə məlumatlı olmaması isə mümkün deyil.” Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1579/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarına əsasən kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5578/2023 nömrəli iş üzrə 19 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmış və məhkəmə kollegiyası yuxarıda istinad olunmuş hüquqi mövqe ilə razılaşmışdır. Ona görə də hesab edir ki, "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış 10 may 2024-cü il tarixli, 051/24 saylı ipoteka predmetinin (Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyriyaşayış binasının) ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol və həmin tarixli müqavilə etibarsız hesab edilməlidir. Daha sonra iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış 10 may 2024-cü il tarixli, 051/24 saylı ipoteka predmetinin (Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyri-yaşayış binasının) ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol və həmin tarixli müqaviləsi ilə yanaşı, "xxxx" MMC tərəfindən mübahisə obyekti olan ipoteka predmetinin açıq hərracdan satışı ilə bağlı keçirilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli hərraclar da etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən, MPM-in 149-151-ci maddələrini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin həcminin artırılması barədə hazırki ərizəsinin nəzərə alınmasını, iddia ərizəsinin təmin edilməsi, "xxxx" MMC tərəfindən 13 mart 2024-cü il tarixli sifariş məktubuna əsasən ipoteka predmetinin (Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyri-yaşayış binasının) açıq hərracdan satışına dair xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə keçirilmiş hərracların və onların doğurduğu hüquqi nəticələr qismində: "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış 10 may 2024-cü il tarixli, 051/24 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun və həmin tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin hərrac protokolu əsasında Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyri-yaşayış binası üzrə mülkiyyət hüquqlarına dair Cavabdeh3 QSCnin adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən ləğv edilməsi və həmin əmlak üzərində iddiaçının mülkiyyət hüquqlarının bərpasına dair qeydlərin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 QSC iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı 10 may 2024-cü il tarixli, 051/24 saylı hərracın yckuıı protokollarının və müqavilənin etibarsizlığı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmışdır ki, İddiaçı hərrac keçirilərkən bildirşlər göndərilmiş, hərracların keçirilməsindən xəbərdar olmuşdur və hətta hərracın keçirildiyini bilərək, dəfələrlə bank tərəfindən müraciətlər edilmiş, güzəştlər edilmiş, razlığa gəlmək üçün cəhdlər edilsədə nəticə olmamışdır. Eyni predimet üzrə bir dəfə hərrac və nəticələri ləğv olduğu üçün, tələbkar Cavabdeh3 QSC-ni illərdir maddi itkilərə məruz qoyduğu üçün, qanunvericiliyin verdiyi hüquqlardan sui-istifadə etdiyi üçün və yenə edəcəyini öncədən aşkar bəyan etdiyi üçün hərrac və aidyyatı şəxslər tərəfindən bu işə daha da qiqqətli yanaşılmışıdr. Borcundan, icra sənədindən və hərraclardan tam məlumatlı olmuşdur. Qeyd etmişdir ki, İddiaçı hərracı mübahisələndirmiş və bu mübahisə ilə bağlı e-2(004)- 358ö/2022-saylı iş üzrə Yasamal Rayon Məhkəməsində iddia tələbi təmin edilmiş və yuxarı instansiya məhkəmələrində qüvvədə qalmışdır. Hal-hazırda eyni predimet üzrə təkrar şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, guya Yasamal Rayon Məhkəməsi ilkin hərracı yox təkrar hərracı ləğv edib, təkrar hərracın etibarsızlığını müəyyən edib. Halbu ki, 2022-ci il tarixindəki iddia ərizəsində "xxxx" MMC ilə Cavabdeh3 ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 048/22 saylı hərracin yekunları barədə protokol və onun nəticələrinin etibarsız hesab edilməsinə dair tələb irəli sürülmüş və e- 2(004)-3580/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə ilə tələbi təmin edilmişdir. Hərracın nəticələri deyil, hər hansı hərrac hərəkətinin və ya onun bir hissəsinin mübahisələndirməsi aydındır ki, Yasamal Rayon Məhkəməsində aidiyyata əsasən baxıla bilinməzdi. xx.xx.2022-ci il tarixli qətnamədən də görünür ki, hərrac və onun nəticələrinin etibarsız hesab edilməsi qət edilib, hərracın hər hansı bir hissəsinin yox. Qanunvericiliklərə əsasən məlumdur ki, hərrac bütöv bir proses olduğu üçün, onun hissə-hissə mübahisələndirilməsi nəzəri və praktiki cəhətdən mümkün deyildir. Çünki bu prosesi tənzimliyən “İpoteka haqqında” qanunvericiliyin 42-ci maddəsi mövcuddur və hərracın prosesual müddətləri müəyyən olmuşdur ki, bütövlük, tamlıq zamanında icra edilə bilsin. Qanunvericilikdə qeyd edildiyi kimi hərracın keçirilməsində hər hansı bir hissəsində pozuntu olduqda hərracın və nəticələrinin etibarsızlığına səbəb və hüquqi əsas yaranır. Çünki hərracın keçirilməsi üçün sifariş verilməsindən yekun nəticələrinə kimi tənzimlənən, bir biri ilə bağlı olan, bir-birini əhatə edən normalar mövcuddur. Xüsusən bildirmişdir ki, Bankın etdiyi güzəştləri dəyərləndirməmiş, 1 manat borcundan ödəməmiş, əksinə əvvəllər bəyan etdiyi kimi eyni qaydada taktikanı iddiaçının seçməsi hesab edir, qanununvericiliyin verdiyi hüquqlardan sui-istifadə haldır. Bir daha bildirmişdir ki, iddia tələbi əsassız olduğu üçün iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır. Bütün bunlardan görünür ki, verilən bu iddia ərizəsi tam əsassızdır, hüquqlardan sui-istifadə edilməsi iddiaçıya da aydındır, iddianı verməkdə məqsəd Bank qarşısında götürülmüş öhdəliklərdən yayınmaq, barəsində qət edilmiş icra sənədinin icrasına mane olmaq, tələbkarı maddi itkilərə qərəzli olaraq məruz qoymaq, əlavə vaxt qazanmaq və bu əməllərinə məhkəmə vasitəsi ilə hüquqi don geyindirməkdir. İddiaçı məxsus Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyri-yaşayış binasını Tələbkar Cavabdeh3 QSC 2024-cü ildə təkrar balansına qəbul etmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 154-cü maddəsinin tələblərinə əsasən İddiaçı Cavabdeh3 QSCyə qarşı və digər şəxslərə qarşı 10 may 2024-cüil tarixli, 051/24 saylı hərracın yekun protokollarının/müqavilənin etibarsizlığı” tələbinə dair iddia ərizəsinin əsassız olduğu üçün etiraz edir və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə ünvanlayaraq bildirmişdir ki, sifariş üzrə Göyçay rayon icra və probasiya şöbəsinin № 2(107)-593/2020, xx.xx.202024 il tarixli sifarişinə əsasən borclu İddiaçı məxsus əmlakın (Göyçay şəhəri, Natəvan küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binası) xx.xx.2024 il tarixində ilkin hərracı və xx.xx.2024 il tarixinə təkrar hərrac keçirilmiş lakin alıcı olmadığı üçün hərraclar baş tutmamışdır. Əmlakı almaqla bağlı tələbkar "xxxx" QSCyə müraciət olunmuşdur. Əmlak 051/24 saylı, xx.xx.2024 il tarixli protokolla tələbkar "xxxx" QSC-yə satılmışdır. Qeyd etmişdir ki, hərraclar tam qanuna uyğun keçirilmiş, ipotekasaxlyan və borclu poçt qəbzlərinə imza etməklə xəbərdar olmuşdur. Hal-hazırki iddia tələbi üzrə hərracın etibarsızlığına heç bir hüquqi əsas yoxdur. İpoteka haqqında ARnın qanuna əsasən ipoteka predimeti “Sifariş” əsasında ixtisalaşdırılmış hərrac təşkilata göndərilir və açıq hərrac keçirilir. İcra şöbəsi Sifarişində nə qeyd edilibsə hərrac o məlumatlar üzrə, sifarış əsasında açıq hərracı keçirir. İddiaçının məhkəmə prseslərində və iddia tələbində qeyd etdikləri bilavasitə icra məmurlarının, icra şöbələrinin əməlləri ilə bağlı olan hallara aiddir. Hərrac təşkilatı istəsə belə edilmiş sifarişdən kənara çıxa bilməz və cıxmayıb. İddiaçı hətta icra mərhələsində belə borcundan və əmlakının ipoteka ilə təminatlı olmasından xəbərdar olmuşdur. Borclunun bu iş üzrə hər-hansısa bir ödənişinin olması barədə icra şöbəsindən hərrac mərkəzinə heç bir məlumat daxil olmamışdır. İcra məmurunun verdiyi sifarişdə hər hansı bir çatışmazlıq olduğunu hesab edirdisə izah istənilməsi ilə bağlı məhkəməyə müraciət edə də bilərdir və ya icra şöbəsindən sifaişin düzəldilməsi ilə bağlı müraciət edə bilərdi. İddiaçı Yasamal Rayon Məhkəməsində ikinci hərracın baş tutmaması haqqında xx.xx.2022-ci il tarixli protokolu deyil, alqı-satqı müqaviləsi qüvvəsinə malik olan protokolu mübahisələndirib və iddiası təmin edilib. Əgər qətnamənin nəticə hissəsində ikinci hərracın baş tutmaması haqqında protokolunu qeyd etsə idi və ya təmin edilsə idi o zaman indiki iddiasına hüquqi əsas yaranardı. Hesab edirlər ki, iddiaçı hüquqlarından sui-istifadə etmək məqsədi ilə iddia tələbini irəli sürmüş və tam qanunsuz əsassızlığı iddiaçıya da yaxşı məlumdur. Yuxarıda qeyd edilənləri, işin hüquqi-faktiki hallarını nəzərə alaraq məhkəmə prosesinə iştirakları olmadan baxılmasını, idiaçının hüquqlarından sui-istifadə edərək vaxt uzatdığını nəzərə alaraq iddia tələbinin rədd edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Turəddin qızı və onun nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək, məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Digər cavabdeh "xxxx" MMC-yə və üçüncü şəxs qismində müstəqil tələb irəli sürməyən şəxslər Göyçay rayon İcra Şöbəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndələri məhkəməyə gəlməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin müddəalarını nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3580/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 048/22 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun etibarsız hesab edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1336/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh3 QSC-nin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 2(103)-7955/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyevin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3580/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4092/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Cavabdeh3 QSC tərəfindən verilmiş şikayət təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3580/2022 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - “Market reklam və elanlar” qəzetinin xx.xx.2024 və xx.xx.2024-ci tarixli qəzetlərin surətindən görünür ki, Göyçay şəhəri, Natəvan küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binası üzrə hərracın keçirilməsi barədə məlumat dərc olunmuşdur. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli və 09 aprel 2024-cü il tarixli hərrac bildirişindən görünür ki, borclu İddiaçı və tələbkar Cavabdeh3 QSC-yə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə keçiriləcək hərrac barədə hərrac bildirişi göndərilmişdir. - "xxxx" MMC-nin 10 may 2024-cü il tarixli 051/24 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair protokoldan görünür ki, Göyçay rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli sifariş məktubuna əsasən, ipoteka saxlayan Cavabdeh3 QSC İddiaçı mülkiyyətində olan Göyçay şəhəri, Natəvan küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasını 274125 manata almışdır. - İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2024cü il tarixli müqavilədən görünür ki, ipoteka saxlayan Cavabdeh3 QSC İddiaçı mülkiyyətində olan Göyçay şəhəri, Natəvan küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasını 274125 manata almışdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-593/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı məxsus olan Göyçay şəhəri, Natəvan küçəsi 65 ünvanında 0.06 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası Göyçay Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli hərracın keçirilməsi haqqında sifarişi əsasında açıq hərracın keçirilərək satılması üçün "xxxx" MMC-yə göndərilmiş, "xxxx" MMC tərəfindən borclu İddiaçı və tələbkar Cavabdeh3 QSCyə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə keçiriləcək hərrac barədə hərrac bildirişlər göndərilmişdir. İpoteka predmetinin ilkin satış qiyməti 430000 manat məbləğində müəyyən edilmişdir. X3 "xxxx" MMC-nin direktoruna xx.xx.2022-ci il tarixdə ərizə ünvanlayaraq, ünvan 7eyri-yaşayış sahəsinin hərracında iştirak etmək üçün ərizəsinin qəbul edilməsini xahiş etmiş və hərracda iştirak üçün "xxxx" MMC-yə 21500 manat məbləğində beh qoymuşdur. xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracda tərəflər iştirak etmiş, lakin sonuncular tərəfindən təklif verilmədiyində, hərrac baş tutmamışdır. Növbəti hərrac xx.xx.2022-ci il tarixdə yenidən keçirilmiş, həmin vaxt isə X3 müvafiq hərracda iştirak etməmişdir. Daha sonra xx.xx.2022-ci il tarixli, 048/049/22 saylı oferta məktubu ilə cavabdehə təklif edilmiş və cavabdeh (ipoteka saxlayan) Cavabdeh3 QSC İddiaçı mülkiyyətində olan Göyçay şəhəri, Natəvan küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasını 25 faiz ucuzuna, 274125 manata almış və bu barədə 048/22 saylı, xx.xx.2022-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol və İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilə bağlanmışdır. İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh3 QSC və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi və Göyçay rayon icra şöbəsinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh3 ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 048/22 saylı Hərracın yekunları barədə protokol və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3580/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 048/22 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun etibarsız hesab edilməsi qət edilmişdir. Daha sonra Göyçay rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən hərrac proseduru başlanılmış, Bakı Hərrac Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli və 09 aprel 2024-cü il tarixli hərrac bildirişi ilə borclu İddiaçı və tələbkar Cavabdeh3 QSC-yə ilkin satış qiyməti 430 000 manat olmaqla xx.xx.2024-cü il tarixdə ilkin hərrac, daha sonra 15 faiz aşağı satış qiyməti 365500 manat olmaqla xx.xx.2024-cü il tarixdə keçiriləcək hərrac barədə hərrac bildirişi göndərilmiş, hərraclar alıcı olmaması səbəbindən baş tutmamış, 10 may 2024-cü il tarixində "xxxx" MMC-nin 051/24 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair protokol əsasında Göyçay rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli sifariş məktubuna əsasən, ipoteka saxlayan Cavabdeh3 QSC Göyçay şəhəri, Natəvan küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasını “İpoteka haqqında” AR qanununun 43.7-cü maddəsinə əsasən 25% aşağı qiymətə 274125 manata almışdır. Hal-hazırda İddiaçı "xxxx" MMC tərəfindən 13 mart 2024-cü il tarixli sifariş məktubuna əsasən ipoteka predmetinin (Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyri-yaşayış binasının) açıq hərracdan satışına dair xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə keçirilmiş hərracların və onların doğurduğu hüquqi nəticələr qismində: "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış 10 may 2024-cü il tarixli, 051/24 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun və həmin tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin hərrac protokolu əsasında Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyri-yaşayış binası üzrə mülkiyyət hüquqlarına dair Cavabdeh3 QSC-nin adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən ləğv edilməsi və həmin əmlak üzərində iddiaçının mülkiyyət hüquqlarının bərpasına dair qeydlərin aparılmasını tələb edir, cavabdehlər iddia tələbinə etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.3-cü maddəsinə əsasən, əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 415.4-cü maddəsinə əsasən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 416.1 və 416.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3580/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 048/22 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun etibarsız hesab edilmişdir. Bundan sonra Göyçay rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli sifariş məktubu əsasında hərrac prosedurunu başlatmışdır. Məhkəmə qeyd edir ki, qətnamə ilə yekun protokol etibarsız hesab edildiyindən icra şöbəsi tərəfindən ilkin hərracın keçirilməsi, yəni hərracın əvvəldən başlanılması ilə bağlı sifariş verilmişdir. Cavabdeh qismində cəlb edilmiş hərrac təşkilatı verilmiş sifariş çərçivəsində hərəkət etmiş, hərracların keçirilməsi ilə bağlı bütün iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmiş, kütləvi informasiya vasitələrində elanlar dərc edilmişdir. İddiaçı tərəf də hərrac mərhələləri barədə məlumatlı olmasına baxmayaraq icra məmurunun sifarişini və s. hərəkətlərini mübahisələndirməmişdir. Belə ola halda, hazırki vəziyyətdə hərrac təşkilatının verilmiş sifariş əsasında keçirmiş olduğu hərrac prosedurunda hər hansı pozuntu aşkar edilməmişdir. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Beləliklə, qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla da, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. İddiaçının iddia ərizəsində istinad etdiyi digər hallar cavabdeh qismində cəlb etdiyi hüquqi şəxsin səlahiyyət dairəsinə deyil, müvafiq icra qurumunun səlahiyyətlərinə aid olan məsələlərdir. Nəzərə alınmalıdır ki, müvafiq hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cavabdeh "xxxx" MMC tərəfindən mübahisə predmeti olan hərracların etibarsızlığına dəlalət edən və bunun nəticəsində bağlanmış protokolun ləğv edilməsini şərtləndirən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilməmişdir, hərracların özü-özlüyündə etibarsız olması halı isə öz təsdiqini tapmamışdır. “Azərbaycan Respublikasında “İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 1.2-ci maddəsinə görə, heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı). Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Тurəddi̇n qızının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti və 3-cü şəxs qismində müstəqil tələb irəli sürməyən şəxslər "Göyçay rayon icra şöbəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsi cəlb edilməklə, "xxxx" MMC tərəfindən 13 mart 2024-cü il tarixli sifariş məktubuna əsasən ipoteka predmetinin (Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyri-yaşayış binasının) açıq hərracdan satışına dair xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə keçirilmiş hərracların və onların doğurduğu hüquqi nəticələr qismində "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış 10 may 2024-cü il tarixli, 051/24 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun və həmin tarixli müqavilənin etibarsız hesab edilməsi; həmin hərrac protokolu əsasında Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyri-yaşayış binası üzrə mülkiyyət hüquqlarına dair Cavabdeh3 QSC-nin adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən ləğv edilməsi və həmin əmlak üzərində iddiaçının mülkiyyət hüquqlarının bərpasına dair qeydlərin aparılması tələbinə dair iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Тurəddi̇n qızının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti və 3-cü şəxs qismində müstəqil tələb irəli sürməyən şəxslər "Göyçay rayon icra şöbəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsi cəlb edilməklə, "xxxx" MMC tərəfindən 13 mart 2024-cü il tarixli sifariş məktubuna əsasən ipoteka predmetinin (Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyri-yaşayış binasının) açıq hərracdan satışına dair xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə keçirilmiş hərracların və onların doğurduğu hüquqi nəticələr qismində "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış 10 may 2024-cü il tarixli, 051/24 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun və həmin tarixli müqavilənin etibarsız hesab edilməsi; həmin hərrac protokolu əsasında Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyri-yaşayış binası üzrə mülkiyyət hüquqlarına dair Cavabdeh3 QSCnin adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən ləğv edilməsi və həmin əmlak üzərində iddiaçının mülkiyyət hüquqlarının bərpasına dair qeydlərin aparılması tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-444/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-444/2025
05.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver