Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4450/2024 31.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nın cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “subroqasiya qaydasında vurulmuş zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “subroqasiya qaydasında vurulmuş zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 9661 manat məbləğində əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 117,01 manat, ümumilikdə, 9778,01 (doqquz min yeddi yüz yetmiş səkkiz manat bir qəpik) məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində "xxxx" ASC-də "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” üzrə sığorta təminatı almış cavabdeh "RRC” MMC-yə məxsus olan "Mercedes Benz S320L” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 yolnəqliyyat hadisəsi törədərək iddiaçı "AZSİĞORTA” ASC tərəfindən "daşınmaz əmlakın icbari sığorta” təminatı almış Abşeron, Bakı-Quba yolu, 11,5-ci kilometrliyində yerləşən "xxxx" MMC-yə məxsus yanacaq doldurma məntəqəsinə və X1 məxsus olan “Mercedes Benz E220” minik markalı, ** OM *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Abşeron rayon DYP-nin TP5174019 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərarına əsasən Cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. “Mercedes Benz S320L” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 mülki məsuliyyətinə icbari sığorta təminatı vermiş "xxxx" ASC tərəfindən zərərçəkən Abşeron, Bakı-Quba yolu, 11,5-ci kilometrliyində yerləşən "xxxx" MMC-yə məxsus yanacaq doldurma məntəqəsinə dəymiş maddi zərərə görə 3639 (üç min altı yüz otuz doqquz) manat məbləğində sığorta ödənişi faydalanan şəxsə ödənilmişdir. (digər zərərçəkən "Mercedes Benz E220” minik markalı, ** OM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən maddi zərər nəzərə alınaraq) CFİ-0108/2022- AKT8621/22 saylı sığorta aktına əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Abşeron, Bakı-Quba yolu, 11,5-ci kilometrliyində yerləşən "ROSOİL” MMC-yə məxsus yanacaq doldurma məntəqəsinə dəymiş maddi zərərə 15800 (on beş min səkkiz yüz) manat məbləğində müəyyən edilmiş, 2500 (iki min beş yüz) manat azadolma məbləği və "AtaSığorta” ASC tərəfindən ödənilmiş 3639 (üç min altı yüz otuz doqquz) manat məbləğində sığorta ödənişi çıxılaraq, 9661 (doqquz min altı yüz altmış bir) manat məbləğində sığorta ödənişi "AZSİğoRtA” ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. İş materiallarında olan yol vərəqəsinə əsasən Cavabdeh1 hadisə zamanı "RRC” MMC-nin işçisi olmuşdur. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxaraq, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Abşeron rayon DYP-nin TP5174019 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərarına əsasən "Mercedes Benz S320L” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 03 avqust 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Abşeron DYP tərəfindən verilmiş Avtonəqliyyatvasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 29 avqust 2022-ci il tarixli arayışdan görünür ki, 2022-08-03 -il tarixdə saat 14:40 dəqiqədə Bakı-Sumqayıt köməkçi yolunda baş vermiş yol-nəqliyyat hadisəsində "Mercedes Benz S320L” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 təqsirli bilinmişdir. "Mercedes Benz S320L” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2 MMC-dır. "Rosoil” MMC zərərçəkən qismində müəyyən edilmişdir. Sürücü avtomobili yol vərəqi əsasında idarə etmişdir. “Bakı Ekspertiza Mərkəzi” tərəfindən verilmiş 0018 saylı, 13 oktyabr 2022-ci il tarixli Ekspert rəyindən görünür ki, 03 avqust 2022-ci il tarixində baş vermiş hadisə Bakı-Quba yolunun 11-ci km də yerləşən "xxxx" MMC yanacaqdoldurma məntəqəsinin əmlakına ekspert baxışına təqdim olunan hazırki vəziyyətdə ümumi dəymiş zərər təxminən 15800 manat müəyyən olunur. 007322 saylı, 19 oktyabr 2022-ci il tarixli Ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "ROSOİL” MMC-nın hesabına 3639 manat vəsait köçürülmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin CFİ-0108/2022-AKT8621/22 saylı sığorta aktından görünür ki, 03 avqust 2021-ci il tarixdə yer üstü nəqliyyat vasitəsinin dəyməsi nəticəsində "ROSOİL” MMC-yə məxsus yanacaq doldurma məntəqəsinə dəymiş maddi zərər 15800 (on beş min səkkiz yüz) manat məbləğində müəyyən edilmiş, 2500 manat azadolma məbləği, "xxxx" ASC tərəfindən ödənilmiş 3639 manat vəsait çıxılaraq, faktiki ödənilən məbləğ 9661 manat təşkil etmişdir. 09 dekabr 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Rosoil MMC-nın hesabına 9661 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarının 1-ci bəndinə əsasən əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmış "RRC” MMC-yə məxsus olan "Mercedes Benz S320L” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 yol-nəqliyyat hadisəsini törədərək, "AZSİĞORTA” ASC tərəfindən icbari sığorta növündə sığortalanmış "xxxx" MMC-yə məxsus yanacaq doldurma məntəqəsinə və V.Babayeva məxsus olan “Mercedes Benz E220” minik markalı, ** OM *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Rzayev X2 rayon DYP-nin TP5174019 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Sığorta hadisəsi nəticəsində "xxxx" MMC-yə dəymiş zərər 15800 manat müəyyən edilmiş, 2500 manat azadolma məbləği, və "xxxx" ASC tərəfindən "xxxx" MMCyə ödənilmiş 3639 manat vəsait çıxılaraq,iddiaçı tərəfindən "xxxx" MMC-yə faktiki ödənilən məbləğ 9661 manat təşkil etmişdir. Abşeron DYP tərəfindən verilmiş arayışla Cavabdeh1 avtomobili yol vərəqi əsasında idarə etdiyi görsənir, bu isə cavabdehin Cavabdeh2 MMCnın işçisi olduğunu təsdiq edir. Hazırda iddiaçı "xxxx" ASC Cavabdeh1 təqsirli bilindiyi yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq ödədiyi 9661 manat məbləğində pulun cavabdehlərdən subroqasiya qaydasında onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada 9661 (doqquz min altı yüz altmış bir) manat məbləğində əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 117,01 manat (yüz on yeddi manat bir qəpik) pul vəsaiti tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 121, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 9661 (doqquz min altı yüz altmış bir) manat məbləğində əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 117,01 manat (yüz on yeddi manat bir qəpik) pul vəsaiti tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-4450/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4450/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver