Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4454/2022 03.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" KB ASC cəlb edilməklə) Cavabdehnə qarşı hərracın yekunları barəsində protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" KB ASC cəlb edilməklə Cavabdehnə qarşı hərracın yekunları barəsində protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC tərəfindən keçirilmiş hərrac və həmin tarixdə hərracın keçirilməsi barədə 140/22 saylı protokolun etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzinin notarisunun 5803 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan 23237.87 manat əsas borc, 914.50 manat faiz borcu və 33,83 manat dəbbə pulunun tutulub "xxxx" ASC-yə ödənilməsi və tutmanın ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, ev 120 yaşayış evinə yönəldilməsi qərara alınmışdır. İcra qeydi icraya yönəldilmiş və Gəncə şəhər üzrə İcra İdarəsi tərəfindən Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, ev 120-nin hərracdan satılmasına dair sifariş verilmiş və 26 iyul 2022-ci il tarixdə sonuncu hərrac baş tutaraq Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, ev 120 açıq hərracdan 25.500 manata satılmışdır. O hesab edir ki, həmin evə dair keçirilmiş hərrac etibarsız hesab edilməlidir. Belə ki, əmlakın ilkin satış qiyməti barədə razılıq olsa da müqavilə bağlandığı tarixdən hərrac keçirilənədək xeyli müddət keçmiş və fərdi yaşayış evinin qiyməti əhəmiyyətli dərəcədə dəyişmişdir, yəni bahalanmışdır. İşin xüsusi ilə mühüm əhəmiyyətli halı ondan ibarətdir ki, sözügedən əmlaka heç vaxt qiymətləndirici tərəfindən qiymət qoyulmamış, evin likvid qiyməti hesablanmamışdır. Bundan başqa Cavabdeh MMC açıq hərracın keçirilməsinə dair ona bildirişlər göndərməmiş və bu barədə öz təşəbbüsü ilə İcra İdarəsindən məlumat almışdır. Göründüyü kimi, "xxxx" ASC özgə əmlakını su qiymətinə ələ keçirmək üçün cavabdehlərlə razılığa gəlib birgə hərəkət etməklə şəxsi mənafeləri naminə onun qanunla qorunan mənafeyinə ağır zərər vurmuşlar. Bundan başqa, onun əmlakının banka keçməsi qanunamüvafiq deyildir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319-cu maddəsinin tələbinə görə Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Beləliklə, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən keçirilmiş hərrac və həmin tarixdə hərracın keçirilməsi barədə 140/22 saylı protokol etibarsız hesab edilməlidir. Odur ki iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, "xxxx" ASC-dən krediti dövriyyənin artırılması, yəni “çiyələk və moruğun becərilməsi” üzrə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə götürmüşdür. Ödənişləri vaxtında etsə də, sonradan pandemiya səbəbindən məhsulların ixracı və satışında problemlər yaranmışdır. Ödənişləri bir müddət edə bilməmişdir. Məhkəmənin mülki işin kommersiya məhkəməsində baxılmasına fikir bildirərək, etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş "xxxx" KB ASC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixli, 007mk-1/21 saylı əlavə kredit müqaviləsi üzrə "xxxx" ASC tərəfindən İddiaçı 25.000 manat məbləğində kreditin təyinatı əsas və dövriyyə vəsaitlərinin artırılması olmuşdur. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir və səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, iddiaçı vergi ödəyicisi olan fiziki şəxs, cavabdeh isə hüquqi şəxs olduğundan və tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan elektron sistemdən çıxarışdan görünür ki, İddiaçı “çiyələk və moruğun becərilməsi” üzrə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçmişdir. VÖEN (**********) İş materiallarında olan elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh hüquqi şəxsdir. Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçmişdir. VÖEN (**********) İş materiallarında olan "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 007mk/21 saylı əsas kredit müqaviləsinin 1.2-ci bəndində əsasən kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri bu müqavilə çərçivəsində bağlanan Əlavə Kredit müqavilələri ilə tənzimlənir. İş materiallarında olan "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 007mk-1/21 saylı əlavə kredit müqaviləsinə əsasən İddiaçı 24 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə əsas və dövriyyə vəsaitlərinin artırılması məqsədilə 25.000 manat kredit verilmişdir. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-in 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-in 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə nəticə etibarilə şəxslərin subyektiv tərkibi, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alınmaqla kommersiya məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" KB ASC cəlb edilməklə) Cavabdehnə qarşı hərracın yekunları barəsində protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(004)-4454/2022 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4454/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4454/2022
03.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver