Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-446/2023 19.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı avtomobilinə dəymiş 8666,40 manat məbləğində zərərin və ödənilmiş 106 manat miqdarında dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 aprel 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “The Location” adı altında fəaliyyət göstərən gecə klubunda baş vermiş partlayış nəticəsində açılmış cinayət işi üzrə zərərçəkmiş şəxs, bu iş üzrə İddiaçı məxsus “BMW” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilə ciddi ziyan dəymişdir. “İmproteks Motors” ММC-də texniki xidmət mərkəzindən təqdim edilmiş xx/xx/2022-ci il tarixli, 208 nömrəli qüsur aktına əsasən sözügedən avtomobilin hadisə nəticəsində ön şüşə, kapot, dam, sağ qapılar, arxa qanad, sağ stoyka və s. ehtiyyat hissələri zədələnmiş və onların dəyişdirilməsi və bərpası üçün 8.266,40 (ƏDV daxil) manat və 400.00 manat servis tərəfindən qüsurun hesablama xərci, ümumillikdə 8.666,40 manat pul vəsaiti tələb olunur. Məlum cinayət işi üzrə icraat zamanı zərərçəkmiş şəxs qismində tanınan İddiaçı təqsirləndirilən şəxslər ilə barışmamış və ona dəymiş ziyan tam şəkildə ödənilməmişdir. Eyni zamanda, zərərçəkmiş şəxs İddiaçı sözügedən cinayət işi üzrə nə istintaq icraatında, nə də ki, məhkəmə icraatında mülki iddiaçı qismində tanınmamışdır. Qeyd olunmalıdır ki, digər zərərçəkmişlərin bir qisminə dəymiş maddi ziyanlar “’The Location” adlı gecə klubu ictimai iaşə obyektində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə zal müdiri, administrator, eyni zamanda həmin iaşə obyektində qeyd olunan Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru və hal hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh tərəfindən ödənilmişdir. Beləliklə, iddiaçının avtomobilinə dəymiş ziyanın ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin həmin məktuba orada qeyd olunmuş müddət ərzində heç bir cavab gəlməmişdir. Daha sonra cavabdehin nümayəndəsi və vəkili Nümayəndə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş idarəsində xx.xx.2018-ci il tarixdə ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 26 yanvar 2022-ci il tarixli müqavilə əsasında icarəyə götürdüyü, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 172,9 kvadrat metr təşkil edən qeyri-yaşayış sahəsində “The Location” adı altında fəaliyyət göstərən gecə klubunda baş vermiş partlayış nəticəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində AR CM-nin 225.3 və 314.3-cü maddəlləri ilə ********* nömrəli cinayət işi başlanmışdır. İddiaçı sözügedən cinayət işi üzrə nəqliyyat vasitəsinə dəymiş ziyanla bağlı ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış ibtidai istintaqda və məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmişdir. İbtidai istintaq zamanı İddiaçı məxsus **-FR-*** dövlət qeydiyyat nişanlı «BMW 320İ» markalı avtomobilinə baxış keçirilməsi haqqında 03 aprel 2022-ci il tarixli protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyun 2022-ci il tarixli, 3/441-6/1922-9/24xx-xx/2161-102196 nömrəli rəyindən görünür ki, **-FR-*** dövlət qeydiyyat nişanlı, ”BMW 320İ” markalı avtomobilə dəymiş ziyan 750 manat təşkil etmişdir. Cinayət işi üzrə zərərçəkmiş İddiaçı dəymiş zərərlə bağlı məhkəmə tərəfindən araşdırmalar aparılmış və zərər 750 manat miqdarında müəyyən edilmişdir. Bu məbləğ İddiaçı ödənilməsi üçün depozit hesabına yerləşdirilmişdir. Qeyd olunanlar, xx.xx.2022-ci il tarixili Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə öz təsdiqini tapmışdır, iddiaçı məhkəmə iclasında iştirak etsə də, dəymiş zərərin 750 manat məbləğində müəyyən edilməsinə etiraz etməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən depozit hesabına yerləşdirilmiş 750 manat pulun zərərçəkmiş şəxs İddiaçı ödənilməsinin təmin olunması barədə xx.xx.2022-ci il tarixili 1(101)-1384/2022 nömrəli hökm qəbul edilmişdir. Bu səbəbdən iddiaçının iddia ərizəsi əssasız və qanunsuzdur. Belə ki, İddiaçı tərəfindən verilən iddia ərizəsində Cavabdeh qismində qoyulmuşdur. Lakin qeyd iddia üzrə maddi zərərin əsası olan hadisə-partlayış “The Location” adı altında fəaliyyət göstərən gecə klubunda baş vermişdir. “The Location” adlı gecə klubu isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 26 yanvar 2022-ci il tarixli müqavilə əsasında icarəyə götürülmüşdür. Bu səbəbdən cavabdeh qismində Cavabdeh deyil, "Merser Food” Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilməlidir. Cavabdeh isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisidir. "xxxx" MMC-nin nizamnaməsinə əsasən cəmiyyətin təsisçiləri X1 təsisçisi olduğu "xxxx" MMC və Cavabdeh olmaqla, hüquqi ünvanı ünvan 3rin nizamnamə kapitalındakı payları bərabər 50% olmaqla, xalis mənfəətin iştirakçılar arasında paylarına münasib bölüşdürülməsi, cəmiyyətin Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olması, cəmiyyətin ali idarəetmə orqanı təsisçilərin ümumi yığıncağı olması, cəmiyyətin fəaliyyətinə rəhbərlik icraedici orqan və qanuni təmsilçilik funksiyasına malik olan direktor tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hökmündən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinə əsasən ali idarəetmə orqanı olan təsisçilərin ümumi yığıncağının qərarına əsasən cəmiyyətin təsisçisi X1 xx.xx.2020-ci il tarixli qərarı və eyni tarixli 39 saylı əmrlə Cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin olunmuş, xx.xx.2022-ci il tarixi əmrlə ərizəsi əsasında həmin vəzifədən azad olunmuşdur. Ondan sonra Cavabdeh "xxxx" MMC-nin yalnız təsisçilərindən biri kimi qalmış, cəmiyyətin idarə olunmasında heç bir iştirakı olmamışdır. Məlumdur ki, qanunvericiliyə əsasən Məhdud Məsuliyyətli Cəmiyyət bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyətdir. Belə cəmiyyətin təsisçiləri onun öhdəlikləri üzrə məsuliyyət daşımır. Qanunvericiliyə əsasən təsisçi MMC-nin öhdəlikləri üçün yalnız qoyduğu mayanın dəyəri həddində məsuliyyət daşıyır, təsisçi cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün öz əmlakı ilə cavabdeh hesab edilə bilməz. Bu səbəbdən "xxxx" MMC-nin təsisçisi Cavabdeh cəmiyyətin öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin öhdəlikləri üzrə verilən iddialarda cavabdeh qismində tanına bilməz. Odur ki yuxarıda qeyd edilənlər nəzərə alınmaqla İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddialarını müdafiə edirlər. İddia ərizəsində ətraflı şəkildə bütün məqamlar qeyd olunub. Partlayış nəticəsində hüquqlarını müdafiə etdiyi şəxsin avtomobili həmin dayanacaqda yerləşdiyi üçün ziyan görüb. Şəkillər təqdim olunub. Əlavə şəkillər, ərazinin şəkilləri də var. Partlayış nəticəsində iddiaçıya xeyli ziyan dəyib, ümumilikdə 8666 manat. Bütün qəbzlər də təqdim olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə qeyd olunub ki, iddiaçı ilə cavabdeh arasında barışıq əldə olunub, zərər tam şəkildə ödənilib. Lakin o, hüquqlarını müdafiə etdiyi şəxsdən bununla əlaqədar soruşduqda ona bildirmişdir ki, ona heç kim heç nə ödəməyib, o heç yerə imza atmamışdır. Daha sonra o, araşdırmış, cavabdehin vəkilindən də soruşduqda o da bildirmişdir ki, burada texniki səhv olub. Ona görə də, onlar belə qərara gəlmişlər ki, mülki iddia ilə məhkəməyə müraciət etsinlər. Həmin iş üzrə orada bir çoxlarına dəymiş ziyan məhkəmə çərçivəsində cavabdeh tərəfindən ödənilmişdir. İddiaçıya heç nə ödənilməmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs hökmdə zərərçəkən şəxs kimi tanınıb, lakin mülki iddiaçı kimi tanınmayıb, sonrada da heç kəs çağırmayıb. Sadəcə olaraq bir dəfə danışığa cəhd edilib, orada da 1500 manat məbləğ təqdim olunub. Lakin qüsur aktından da göründüyü kimi “BMW” markalı maşına partlayış nəticəsində daha çox ziyan dəyib. Maşın da hal-hazırda həmin vəziyyətdədir. İddiaçının hökmlə bağlı məlumatı olmayıb. Ona görə də şikayət verə bilməyib. Həmçinin qarşı tərəf qeyd edir ki, niyə məhz Cavabdeh qarşı iddia qaldırılıb. Hökmdə də qeyd olunub ki, zərərlər zərərçəkən şəxslərə Cavabdeh tərəfindən ödənilmişdir. Həmçinin vəkil qeyd edir ki, ekspert rəyi var. İddiaçı cinayət işində mülki iddiaçı kimi tanınmayıb və ona təklif olunan zərərlə də tanış olmayıb. Məhkəmə məbləği depozitə qoysa belə, şəxsin ondan xəbəri olmayıb, məbləği də götürməyib, heç bir sənədə də imza atmayıb. Digər təqsirləndirilən şəxslərdən biri Fövqəladə Halların əməkdaşıdır, digəri də administratordur. Əsasən kluba rəhbərlik edən şəxs, şirkətin rəhbəri Cavabdehdır. Şirkət "xxxx" MMC-dir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinin ibtidai istintaqı aparılıb. "xxxx" MMC-nin icarəyə götürdüyü “Location” klubda partlayış nəticəsində 4 nəfərin ölməsi, 36 nəfərin yaralanması, 13 nəqliyyat vasitəsinin zədə alması faktı ilə bağlı ibtidai istintaq aparılıb. Həmin cinayət işi üzrə İddiaçı zərərçəkən şəxs qismində tanınır. Həmin iş üzrə “BMW” markalı nəqliyyat vasitəsinə müstəntiqlər tərəfindən baxış keçirilib və iş üzrə həm əmtəəşünaslıq, həm yanğın təhlükəsizlik, həm də tikinti-texniki ekspertizaları olmaqla, kompleks ekspertizalar təyin olunub. Məhkəməyə ekspert rəyi təqdim olunub. Əmtəəşünaslıq ekspertizası tərəfindən İddiaçı avtomobilinə dəymiş ziyanın məbləği 750 manat məbləğində müəyyən edilib. Həmin iş üzrə məhkəmə baxışındə onlar 750 manatı İddiaçı "xxxx" MMC-nin adından təklif etmişlər. Lakin o demişdir ki, onun maşınına 8666 manat ziyan dəyib, qüsur aktı var. Qarşı tərəf 750 manatı qəbul etmədikdən sonra onlar onu aparıb depozit hesaba qoymuşlar. Hökmün də nəticə hissəsində qeyd olunub ki, depozit hesaba yerləşdirilmiş 750 manat pulun zərərçəkmiş şəxs İddiaçı ödənilməsi təmin edilsin. 750 manatın ödənilməsi ilə bağlı “Kapital Bank”ın qəbzi də təqdim olunmuşdur. Onlar belə hesab edirlər ki, ibtidai istintaq mərhələsində iş üzrə kifayət qədər istintaq aparılıb, məhkəmə istintaqı da var. Məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi mübahisələndirilməyib, hökmdən apellyasiya şikayəti verilməyib, hökm ona dair hissədə qanuni qüvvəsini alıb və həmin hissədə də məhkəmə öz mövqeyini bildirib. Məbləğ də tərəflərindən ödənilib. Növbəti məsələ, iddianın niyə məhz Cavabdeh qarşı verildiyini başa düşə bilmirlər. Əgər təqsirləndirilən şəxslər mövqeyindən baxsalar, orada 3 təqsirləndirilən şəxs olub: Məmmədov Ruslan, Rəsul Rəsulov, Cavabdeh. Cavabdeh "xxxx" MMC-nin təsisçisidir. Yəni o, "xxxx" MMC ilə bağlı öhdəliklər daşımır. Mülki Məcəllənin 52-ci maddəsində qeyd olunur ki, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdeh deyildir. Burada iddia "xxxx" MMC-yə qarşı verilməli idi. Hökmdə də qeyd olunur ki, "xxxx" MMC-yə faktiki rəhbərlik edən şəxs olduğu üçün onun barəsində hökm çıxarılıb. Onlar hökmü mübahisələndirmişlər, hazırda Bakı Apellyasiya Məhkəməsindədir. Onlar belə hesab edirlər ki, iddia iki istiqamətdə rədd olunmalıdır. Birinci əsas odur ki, 750 manat maddi ziyan müəyyən olunub, əmtəəşünaslıq ekspertizasının rəyi var. Qarşı tərəfin də təqdim etdiyi qüsur aktı əsassızdır. Çünki ekspert rəyinə əsasən müəyyən olunub ki, nəqliyyat vasitəsinin dam örtüyündə rəngində xırda pozuntular var. İddiaçı özü etiraf edib ki, 400 manat özü “BMW”-nin servisinə pul vermişdir, qüsur aktını ona təqdim ediblər. İşin içində mötəbər ekspert rəyi var və qüsur aktının heç bir hüquqi əsası yoxdur. Hesab edirlər ki, zərərçəkmiş şəxsə 8666 manat ziyan dəyməsi ilə bağlı hissə tamamilə əsassızdır. İkinci məsələ isə, Cavabdeh qarşı iddianın verilməsi həm Mülki Məcəllə, həm də Mülki Prosessual Məcəllənin tələbləri ilə ziddir. Hökm iddiaçıya nisbətdə qanuni qüvvəsini alıb, onlara nisbətdə isə almayıb. Həmin iş üzrə 53 nəfər zərərçəkən şəxs, 3 nəfər təqsirləndirilən şəxs olub. Zərərçəkən şəxslərin heç biri hökmdən şikayət və ya protest verməyib. Hökmdən Cavabdeh və Məmmədov Ruslan apellyasiya şikayəti verib. Məmmədov Ruslanın müdafiəçisi kimi Muxtar bəy, Cavabdeh müdafiəçisi kimi isə o çıxış edir. Yəni iki nəfərə münasibətdə hökm qanuni qüvvəsini almayıb. Onlar da bəraət istəmişlər. Onlar təqsiri qəbul etmirlər. 750 manatı Cavabdeh ödəməyib. Cavabdeh "xxxx" MMC-nin təsisçisidir. Şirkətin digər təsisçisi də var – İsrail Yusubov. Cinayət işində onun da adı gedirdi. Onlar onu çağırdılar, dedilər ki, get zərərçəkmişlərlə danış. Şirkət konkret olaraq hansı zərərçəkmiş varsa, onlarla razılaşacaq. O, pulu götürüb 53 zərərçəkmişin 52-i ilə razılaşmışdır, hamısının pulunu ödəmişdir. Sadəcə İddiaçı 750 manat maddi ziyanın dəyməyi müqabilində 8666 manat pul tələb edib. Ona görə də, onlar pulu verməkdən imtina etmişlər. O, pul Cavabdeh tərəfindən yox, şirkət tərəfindən ödənilib. X2. Təsisçi isə İsrail Yusubov və Cavabdehdir. Prokurorluq direktorla digər təsisçini yox, məhz Cavabdeh tutmuşdur. Lakin bütün ziyanlar "xxxx" MMC tərəfindən ödənilib, Cavabdeh tərəfindən yox. Hökmdə İddiaçı ifadə hissəsində qeyd olunub ki, onun heç bir şikayəti yoxdur, onun ziyanı ödənilib. Bu hissədə də texniki səhv ona görə olub ki, 53 zərərçəkmişin 52-də belə qeyd olunub və səhvən İddiaçı aid hissədə də elə qeyd olunub. Onlar ziyanı konkret olaraq depozit hesaba qoymuşlar. İddiaçıla barışıq olmayıb. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə təqdim olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan “İmprotex Motors” tərəfindən təqdim edilmiş 22 iyul 2022-ci il tarixli qüsur aktına əsasən “BMW 320i” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə nəticəsində ön şüşə, kapot, dam, sağ qapılar, arxa qanad, sağ stoyka və s. ehiyat hissələri zədələnmiş və onların dəyişdirilməsinə və bərpasına 8266,4 (ƏDV daxil) manat pul vəsaiti tələb olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hesab qaimə fakturasından görünür ki, qüsur aktının hazırlanması üçün “İmprotex Motors”a 400 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan İddiaçı nümayəndəsi və vəkili Vəkil Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1384/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə məhkum edilmiş və hazırda Bakı İstintaq Təcridxanasındasaxlanılan Cavabdeh təqdim olunması üçün Bakı İstintaq Təcridxanasına ünvanladığı Xəbərdarlıq məktubundan görünür ki, İddiaçıKazım oğlunun avtomobilinə dəymiş 8666,40 manat məbləğində zərərin və servis hesabama xərcinin əvəzinin 10 gün ərzində ödənilməsi ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1384/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, **-FR-*** dövlət qeydiyyat nişanlı, ”BMW 320İ” markalı avtomobilin təmir-bərpa xərci təxminən 750 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ********* nömrəli cinayət işi üzrə 01 iyun 2022-ci il tarixli, 3/441- 6/1922-9/24xx-xx/2161-102196 nömrəli Ekspert Rəyinə əsasən **-FR-*** dövlət qeydiyyat nişanlı, ”BMW 320İ” markalı avtomobilin təmir – bərpa xərci təxminən 750 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. İlk öncə məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən verilən iddia ərizəsində Cavabdeh qismində qoyulmuşdur. Lakin qeyd iddia üzrə maddi zərərin əsası olan hadisə-partlayış “The Location” adı altında fəaliyyət göstərən gecə klubunda baş vermişdir. “The Location” adlı gecə klubu isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müqavilə əsasında icarəyə götürülmüşdür. Cavabdeh isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisidir. Məhkəmə hökmündən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinə əsasən ali idarəetmə orqanı olan təsisçilərin ümumi yığıncağının qərarına əsasən cəmiyyətin təsisçisi X1 08.10. 2020-ci il tarixli qərarı və eyni tarixli 39 saylı əmrlə Cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin olunmuş, xx.xx.2022-ci il tarixi əmrlə ərizəsi əsasında həmin vəzifədən azad olunmuşdur. Ondan sonra Cavabdeh "xxxx" MMC-nin yalnız təsisçilərindən biri kimi qalmış, cəmiyyətin idarə olunmasında heç bir iştirakı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “The Location” adı altında fəaliyyət göstərən gecə klubunda baş vermiş partlayış nəticəsində İddiaçı nəqliyyat vasitəsinə dəymiş ziyanla bağlı ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyun 2022-ci il tarixli, 3/441-6/1922-9/24xx-xx/2161-102196 nömrəli rəyindən görünür ki, **-FR-*** dövlət qeydiyyat nişanlı, ”BMW 320İ” markalı avtomobilə dəymiş ziyan 750 manat təşkil etmişdir. Cinayət işi üzrə zərərçəkmiş İddiaçı dəymiş zərərlə bağlı məhkəmə tərəfindən araşdırmalar aparılmış və zərər 750 manat miqdarında müəyyən edilmişdir. Bu məbləğ İddiaçı ödənilməsi üçün depozit hesabına yerləşdirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 106 manat dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi məhkəmə tərəfindən rədd edildiyi üçün iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-446/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-446/2023
19.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver