Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4489/2022 02.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh3 MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və Cavabdeh3 MMC-yə qarşı “qiymətləndirmənin ləğv edilməsi və hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və Cavabdeh3 MMC-yə qarşı “qiymətləndirmənin ləğv edilməsi və hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan **-PD-*** dövlət qeydiyyat nişanlı Toyota Hilux minik markalı avtomobilin qiymətləndirilməsinə dair Cavabdeh3 MMC-nin rəyi üzrə qiymətləndirmənin nəticələrinin ləğv edilməsi və Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərracın yekunları barədə 157/22 saylı, xx.xx.2022ci il tarixli protokolun etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçınə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19979,4 manat, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 manat və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə prosesində iddiaçı Cavabdeh1 iddianın təmin edilməsi barədə ərizəsi əsasında Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-535/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı adına qeydiyyatda olan **-AC-*** dövlət qeydiyyat nişanlı Toyota Hilux minik markalı avtomobilinin, **-AC-*** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 minik markalı avtomobilinin, **-PE-*** dövlət qeydiyyat nişanlı Toyota Hilux minik markalı avtomobilinin və **-PD-*** dövlət qeydiyyat nişanlı Toyota Hilux minik markalı avtomobilinin üzərinə həbs qoyulmuşdur. Həmin qətnamə tərəflərindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 535/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi icra olunması üçün Abşeron Rayon İcra Şöbəsinə göndərilmişdir. Qətnamənin icrası məqsədilə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-535/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş **-PD-*** dövlət qeydiyyat nişanlı Toyota Hilux minik markalı avtomobilin hərrac vasitəsulə satılması üçün onun qiymətləndirilməsi Cavabdeh3 MMC-yə həvalə olunmuşdur. Cavabdeh3 MMC-nin rəyi ilə **-PD-*** dövlət qeydiyyat nişanlı Toyota Hilux minik markalı avtomobil 27000 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh3 MMC-nin rəyində nə tarix qeyd edilməmişdir. Yəni bu qiymətləndirilmənin hansı tarixdə baş tutduğu qeyri-müəyyən olaraq qalır. Bundan sonra Abşeron Rayon İcra Şöbəsi tərəfindən qiymətləndirilmə rəyi icra sənədi ilə birlikdə digər Cavabdeh2 MMC-yə göndərilmiş və **- PD-*** dövlət qeydiyyat nişanlı Toyota Hilux minik markalı avtomobil açıq hərracda satılması üçün çıxarılmışdır. Avtomobil hərraca çıxarılarkən nə icra şöbəsində, nə də Cavabdeh2 MMC-də **-PD-*** dövlət qeydiyyat nişanlı Toyota Hilux minik markalı avtomobilin texniki pasportu olmamışdır. 27000 manatla avtomobilin satışa çıxarıldığı birinci hərrac baş tutmamış, təkrar hərracda 157/22 saylı xx.xx.2022-ci il tarixli protokola əsasən **-PD-*** dövlət qeydiyyat nişanlı Toyota Hilux minik markalı avtomobil digər cavabdeh olan tələbkar Cavabdeh1 tərəfindən 24750 manata satın alınmışdır. Bir neçə dəfə hərrac keçirilməsinə baxmayaraq həmin hərracların vaxtı və yeri barədə iddiaçının heç bir məlumatı olmayıb. Halbuki "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Həmçinin həmin qanunun 42.3-cü maddəsində qeyd olunur ki, hərracın təşkilatçısı, və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Keçirilmiş qiymətləndirmə və hərracdan tələbkarın xəbəri olduğu kimi, iddiaçıya bildiriş göndərilməli, onların da keçirilmiş qiymətləndirmə və hərraclarda iştirakları təmin olunmalı idi. Lakin həm qiymətləndirilmə zamanı Cavabdeh3 MMC, həm də hərracın keçirilməsi zamanı Cavabdeh2 MMC tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq qiymətləndirmə və hərracların keçirilmə vaxtı və yeri barədə iddiaçıya heç bir bildiriş göndərilməmiş, onların məlumatı olmadığı üçün də Cavabdeh3 MMC avtomobili real bazar dəyərindən aşağı qiymətləndirmiş və Cavabdeh2 MMCvəziyyətdən sui-istifadə edərək hərracda iştirakı təmin edilmiş tələbkara avtomobili aşağı qiymətə satmışdır. Bu səbəbdən də hərracın qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilməməsi nəticəsində ən çox iddiaçının hüquqları pozulmuşdur. Cavabdeh3 MMC-nin rəyi həqiqəti əks etdirmir, bu səbəbdən qiymətləndirmənin nəticələri ləğv olunmalı, Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən keçirilmiş hərracın nəticələri etibarsız hesab olunmalıdır. Daha sonra Cavabdeh2 MMC-nin direktoru X9 İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və Cavabdeh3 MMC-yə qarşı “qiymətləndirmənin ləğv edilməsi və hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, sifariş üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas yoxdur. Əlavə olaraq bildurmişdir ki, hazırki işə məhkəmədə baxılarkən etiraz mülahizələrində ifadə edilən hüquqi mövqelərini nəzərə alaraq işə Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılsın. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh3 MMC tərəfindən verilən rəydə Toyota Hilux markalı minik avtomobili 27000 manat dəyərində göstərilmişdir. Lakin rəydə ümumiyyətlə qiymətləndirilmənin hansı tarixdə aparılması da göstərilməyib. Eyni zamanda Abşeron Rayon İcra Şöbəsi tərəfindən qiymətləndirilmə işi də icra sənədi ilə birlikdə digər cavabdeh "xxxx" MMC-yə göndərilmiş və **-PD-*** dövlət qeydiyyat nişanlı Toyota Hilux minik avtomobili açıq hərracda satılması üçün çıxarılmışdır. Lakin bu maşının texniki pasportu belə yoxdur. Eyni zamanda hərracın keçirilməsi ilə bağlı onlara heç bir bildiriş də daxil olmayıb. Hərracın keçirilməsi, nəticəsi barədə onların heç bir məlumatları olmamışdır. X13 4 ünvanını iddia edir. Həmin ünvan “Bravo” supermarketinin Əhmədli filialı ilə üst-üstə düşür. "xxxx" MMC tərəfindən təqdim olunmuş sənədlərlə tanış olmuşdur. Hesab edir ki, qiymətləndirilmə yenidən keçirilməlidir. Onlar hərracın yekunları haqqında protokolun etibarsız hesab edilməsi ilə bağlı iddia tələblərini müəyyənləşdirmişlər. Hesab edirlər ki, iddiaları əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, icra şöbəsində sistemə vurulan zaman bütün məlumatlar bilinir. Qətnamə icra olunursa, deməli bu barədə tərəfin məlumatı var. Qətnamə icra şöbəsinə gedir, sonra icra şöbəsindən tərəfə bildiriş gedir. İştirak etməyiblərsə, bu onların problemləri deyil. Bu məsələlərlə bağlı məlumatlıdırlar. Qiymətə gəldikdə isə hazırki bazar qiymətini təsdiq edən sənəd təqdim olunmayıb. Hesab edir ki, maşının üzərinə tam ədalətli şəkildə qiymət qoyulub. Belə ki, qarşı tərəfə məlumat verilir. İlk öncə onlara təklif olunur, sonra isə onlara təklif olunub və onlar borclunun əmlakını almışlar. Əmlakı başqa alan olmayıb deyə onlar almışlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 MMC-nin nümayəndəsi Nümayəndə3 izahatında bildirmişdir ki, uzun müddət servis müdiri işləyib. Nəqliyyat sektorundadır. Rəylə müəyyən olunmuş 27000 manat tam düzgün qiymətdir. Belə ki, hərraca çıxarılan maşının ön şüşəsinin sınıq olduğunu və digər tüxniki nasazlıqlarını nəzərə alınsa qoyulan qiymət çoxdur ki, az deyil. Buna görə də iddianı qəbul etmirlər. Maşın bazarından və ya hər hansısa digər yerdən maşın alan zaman satış qısa müddət çəkir. Lakin bu maşının üzərində həbs vardır, hərrac yolu ilə satılır. Bu prosesin özü ən azı 20 gün-1 ay çəkir. Habelə bu proses zamanı yaranan xərclər nəzərə alınsa maşına dəyərindən çox qiymət qoyulub. Adi qaydada maşın alınan zaman belə maşın deyilən qiymətə alınmır, ən azı 1000-1500 manat daha aşağı alınır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli www.birjanews.az saytında yerləşdırılmış X6 dair elanda qeyd edilmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2- 2(119)-535/2021 saylı, xx.xx.2021-ci il tarixli (xx.xx.2021-ci il tarixdə verilmiş) icra vəqəqəsinə əsasən, Abşeron Rayon İcra Şöbəsinin 127525214N saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə İddiaçınə məxsus olan Toyota Hilux minik markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, ağ rəngli minik avtomobili açıq hərracda satılmalıdır. İlkin hərrac açıq auksion qaydasında keçirilməklə 22 iyul 2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Hərrac Bakı şəhəri, Yasamal rayonu, M.Rahim 4A ünvanında keçiriləcəkdir. Əmlakın ilkin satış qiyməti 27000 manat məbləğində müəyyənləşdirilmişdir. Hərracın təşkilatçısı Cavabdeh2 MMC-dir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli www.birjanews.az saytında yerləşdirilmış X3 dair elanda qeyd edilmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 535/2021 saylı, xx.xx.2021-ci il tarixli (xx.xx.2021-ci il tarixdə verilmiş) icra vəqəqəsinə əsasən, Abşeron Rayon İcra Şöbəsinin 17/7525214N saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə İddiaçınə məxsus olan Toyota Hilux minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair 22 iyul 2022-ci il saat 11:00-a təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmamamsı səbəbindən baş tutmadığından 24.300 manata təkrar açıq hərraca çıxarılmışdır. Təkrar hərrac 05 avqust 2022-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Hərracın təşkilatçısı Cavabdeh2 MMC-dir. İş materiallarında olan Abşeron Rayon İcra və Probasiya Şöbəsinin Cavabdeh2 MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli “Hərracın keçirilməsi haqqında” Sifarişdən görünür ki, xx.xx.2022-ci il tarixli qərarla icraatına başlanılmış Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-535/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən İddiaçınə məxsus ilkin satış qiyməti 22000 manat müəyyən edilmiş Toyota Hilux minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması ilə bağlı hərracın keçirilməsi xahiş olunmuşdur. İş materiallarında olan Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-535/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh İddiaçındən 19979,04 mапаt pul vasaiti tutularaq iddiaçı Cavabdeh1 ödənilməlidir. İş materiallarında olan Abşeron Rayon İcra Şöbəsinə, İddiaçınə və Cavabdeh1 ünvanlanmış xx.xx.2022-ci il tarixli X6 dair bildirişdə qeyd edilmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-535/2021 saylı, xx.xx.2021-ci il tarixli (xx.xx.2021ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən Abşeron Rayon İcra Şöbəsinin 17/7525214N saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə İddiaçınə məxsus olan Toyota Hilux minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili açıq hərracda satılmalıdır. Bununla əlaqədar olaraq 22 iyul 2022-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim 4a ünvanında keçiriləcək açıq hərracda iştirak etməyə dəvət olunursunuz. İlkin hərracda ilkin satış qiyməti 27000 manat müəyyən edilmişdir. İş materiallarında olan 22 iyul 2022-ci il tarixli “Hərracın baş tutmamasına dair” Protokolda qeyd edilmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-535/2021 saylı, xx.xx.2021-ci il tarixli (xx.xx.2021-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən Abşeron Rayon İcra Şöbəsinin 17/7525214N saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə İddiaçınə məxsus olan Toyota Hilux minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin açıq hərracda satışının keçirilməsi üçün ilkin hərrac 22 iyul 2022-ci il tarixinə saat 11:00-a təyin edilmişdir. Yuxarıda göstərilən hərracın keçirilməsinin tarixi və yeri barədə kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X1 (www.birjanews.az) eləcə də Cavabdeh2 MMC-nin rəsmi internet saytında elan verilməklə, maraqlı tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. 22 iyul 2022-ci il, saat 11:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, 22 iyul 2022-ci il tarixinə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İş materiallarında olan Abşeron Rayon İcra Şöbəsinə, İddiaçınə və Cavabdeh1 ünvanlanmış xx.xx.2022-ci il tarixli X3 dair bildirişdə qeyd edilmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-535/2021 saylı, xx.xx.2021-ci il tarixli (xx.xx.2021ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən Abşeron Rayon İcra Şöbəsinin 17/7525214N saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə İddiaçınə məxsus olan Toyota Hilux minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair 22 iyul 2022-ci il saat 11:00-a təyin edilmiş ilkin açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və bununla əlaqədar olaraq təkarar hərrac 05 avqust 2022-ci il tarixinə təyin edilmişdir. Bununla əlaqədar olaraq aşağıda 05 avqust 2022-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim 4a ünvanında keçiriləcək açıq hərracda iştirak etməyə dəvət olunursunuz. Hərracda satış qiyməti 24300 manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh1 Cavabdeh2 MMC-yə ünvanladığı 03 avqust 2022ci il tarixli, 156/22 saylı “Abşeron Rayon İcra Şöbəsinin 17/7525214N saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə keçirilən açıq hərracda iştirak etmək üçün” ərizəsində qeyd edilmişdir ki, rəsmi qaydada tanış edildiyi “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur Qaydaları”na uyğun olaraq satış dəyəri 24300 manat məbləğində müəyyənləşdirilməklə 05 avqust 2022-ci il tarixə saat 11:00-a təyin edilmiş təkrar açıq hərracda satışa çıxarılmış Toyota Hilux minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə dair keçirilən açıq hərracda iştirak etmək arzusundadır. Tələbkarın beh məbləğini ödəməkdən azad olunduğunu nəzərə alıb, hərracda iştirakının təmin olunmasını xahiş edir. Cavabdeh1 ərizəsində əl yazması ilə xx.xx.2022-ci il tarixli, 01 saylı bileti təhvil aldığını qeyd etmişdir. İş materiallarında olan X5 Cavabdeh2 MMC-yə ünvanladığı 03 avqust 2022-ci il tarixli, 157/22 saylı “Abşeron Rayon İcra Şöbəsinin 17/7525214N saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə keçirilən açıq hərracda iştirak etmək üçün” ərizəsində qeyd edilmişdir ki, rəsmi qaydada tanış edildiyi “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur Qaydaları”na uyğun olaraq satış dəyəri 24300 manat məbləğində müəyyənləşdirilməklə 05 avqust 2022-ci il tarixə saat 11:00-a təyin edilmiş təkrar açıq hərracda satışa çıxarılmış Toyota Hilux minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə dair keçirilən açıq hərracda iştirak etmək arzusundadır. Açıq hərracda iştirak etməyi üçün tərəfindən 2430 manat məbləğində beh Cavabdeh2 MMC-nin hesabına ödənilmişdir. Hərracda iştirakının təmin olunmasını xahiş edir. X7 ərizəsində əl yazması ilə xx.xx.2022-ci il tarixli, 02 saylı bileti təhvil aldığını qeyd etmişdir. İş materiallarında olan 152609 nömrəli, 03 avqust 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, 2430 manat məbləğində vəsait X7 tərəfindən Cavabdeh2 MMC-nin hesabına ödənilmişdir. İş materiallarında olan X2 Cavabdeh2 MMC-yə ünvanladığı 03 avqust 2022-ci il tarixli, 158/22 saylı “Abşeron Rayon İcra Şöbəsinin 17/7525214N saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə keçirilən açıq hərracda iştirak etmək üçün” ərizəsində qeyd edilmişdir ki, rəsmi qaydada tanış edildiyi “Əmlakın açıq hərracda satışı üzrə sifarişin verilməsi, hərracın təşkili, keçirilməsi və rəsmiləşdirilməsinin prosedur Qaydaları”na uyğun olaraq satış dəyəri 24300 manat məbləğində müəyyənləşdirilməklə 05 avqust 2022-ci il tarixə saat 11:00-a təyin edilmiş təkrar açıq hərracda satışa çıxarılmış Toyota Hilux minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə dair keçirilən açıq hərracda iştirak etmək arzusundadır. Açıq hərracda iştirak etməyi üçün tərəfindən 2430 manat məbləğində beh Cavabdeh2 MMC-nin hesabına ödənilmişdir. Hərracda iştirakının təmin olunmasını xahiş edir. X4 ərizəsində əl yazması ilə xx.xx.2022-ci il tarixli bileti təhvil aldığını qeyd etmişdir. İş materiallarında olan 152610 nömrəli, 03 avqust 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, 2430 manat məbləğində vəsait X4 tərəfindən Cavabdeh2 MMC-nin hesabına ödənilmişdir. İş materiallarında olan Abşeron Rayon İcra Şöbəsinə, İddiaçınə və Cavabdeh1 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1550/22 saylı məktubda qeyd edilmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-535/2021 saylı, xx.xx.2021-ci il tarixli (xx.xx.2021ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən Abşeron Rayon İcra Şöbəsinin 17/7525214N saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə İddiaçınə məxsus olan Toyota Hilux minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili təkrar hərracda 24750 manat olmaqla Cavabdeh1 satılmış və bununla əlaqədar olaraq hərracın təşkilatçısı tərəfindən Hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 157/22 nömrəli protokol tərtib edilmişdir. Hərracın yekunları barədə protokol növbəti tədbirlərin təmin edilməsi məqsədi ilə sifarişçi olaraq sizə göndərilir (Abşeron Rayon İcra Şöbəsinə). İş materiallarında olan 05 avqust 2022-ci il tarixli, 157/22 nömrəli hərracın yekunları barədə protokola əsasən müəyyən olunur ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2- 2(119)-535/2021 saylı, xx.xx.2021-ci il tarixli (xx.xx.2021-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən Abşeron Rayon İcra Şöbəsinin 17/7525214N saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə İddiaçınə məxsus olan Toyota Hilux minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili təkrar hərracda 24750 manat olmaqla Cavabdeh1 satılmışdır. Hərracın yekunları barədə bu protokol İddiaçınə məxsus olan Toyota Hilux minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yeni mülkiyyətçi Cavabdeh1 adına dövlət qeydiyyatına alınması üçün əsasdır. İş materiallarında olan Cavabdeh3 MMC tərəfindən Abşeron Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış rəydə qeyd edilmişdir ki, İddiaçınə məxsus olan Toyota Hilux minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin xx.xx.2022-ci il tarixinə olan yekun bazar dəyəri 27000 manatdır. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun: 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakının hərrac yolu ilə satılması vergi orqanının sifarişi əsasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə həyata keçirilir. Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin (vergi borcuna görə siyahıya alınmış daşınar əmlaka münasibətdə vergi orqanının) müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414-cü maddəsinə əsasən: 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsinə əsasən: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-535/2021 saylı, xx.xx.2021-ci il tarixli (xx.xx.2021ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən Abşeron Rayon İcra Şöbəsinin 17/7525214N saylı, xx.xx.2022-ci il tarixli sifarişi ilə borclu İddiaçınə məxsus “Toyota Hilux” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması Cavabdeh2 MMC-yə sifariş olunmuşdur. Sözügedən sifarişdə qeyd olunan əmlakın hərracda ilkin satış qiyməti 27000 manat məbləğində müəyyənləşdirilmişdir. Belə ki, iş materiallarında olan Cavabdeh3 MMC tərəfindən Abşeron Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış rəydən görünür ki, İddiaçınə məxsus olan Toyota Hilux minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin xx.xx.2022-ci il tarixinə olan yekun bazar dəyəri 27000 manatdır. İddia tələbində göstərilən rəy üzrə qiymətləndirmə nəticələrinin ləğv olunması xahiş edilsə belə, iddiaçı tərəf həmin rəyin əsassız və qanunsuz olmasına dair və nəqliyyat vasitəsinin qiymətinin real bazar dəyərinə uyğun olmamasına dair hər hansı tutarlı sübuta təqdim etməmişdir. Belə oldu halda iddia tələbi həmin hissədə təmin edilə bilməz. Daha sonra hərrac sifarişi Cavabdeh2 MMC-yə daxil olduqdan sonra həmin hərrac sifarişinə əsasən satılmalı olan avtomobilə dair ilkin hərracın keçirilməsi 22 iyul 2022-ci il tarixə saat 11:00-a təyin edilmiş və hərracın qeyd olunan tarixə təyin edilməsi barədə elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Birjanyus” X1 (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (E-herrac.com) yerləşdirilmişdir. İş materiallarında olan Abşeron Rayon İcra Şöbəsinə, İddiaçınə və Cavabdeh1 ünvanlanmış xx.xx.2022-ci il tarixli X6 dair bildirişdə qeyd edilmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-535/2021 saylı, xx.xx.2021-ci il tarixli (xx.xx.2021-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən Abşeron Rayon İcra Şöbəsinin 17/7525214N saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə İddiaçınə məxsus olan Toyota Hilux minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili açıq hərracda satılmalıdır. Bununla əlaqədar olaraq 22 iyul 2022-ci il tarixdə saat 11:00da Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim 4a ünvanında keçiriləcək açıq hərracda iştirak etməyə dəvət olunursunuz. İlkin hərracda ilkin satış qiyməti 27000 manat müəyyən edilmişdir. Bununla yanaşı qeyd olunan bildiriş Abşeron Rayon İcra Şöbəsinə, İddiaçınə və Cavabdeh1 poçt vasitəsi ilə göndərilmişdir. İş materiallarında olan 22 iyul 2022-ci il tarixli “Hərracın baş tutmamasına dair” Protokoldan görünür ki, 22 iyul 2022-ci il tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və bununla əlaqədar təkrar hərrac 05 avqust 2022-ci il tarixinə təyin edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində “Birjanyus” X1 (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (E-herrac.com) yerləşdirilmişdir. Daha sonra sifariş olunan avtomobilə dair təkrar X6 dair xx.xx.2022-ci il tarixli bildiriş eyni qaydada hərracın sifarişçisi Abşeron Rayon İcra Şöbəsinə, icra sənədi üzrə borclu İddiaçınə və tələbkara Cavabdeh1 poçt vasitəsilə göndərilmişdir. Hərrac sifarişi üzrə 05 avqust 2022-ci il, saat 11:00-a təyin edilmiş təkrar hərracda iştirak etmək üçün Cavabdeh1, X7 və X4 05.08.202-ci il, saat 11:00-a təyin edilmiş açıq hərracda iştirak etmək niyyətlərini bildirmişlər. İş materiallarında olan 05 avqust 2022-ci il tarixli, 157/22 nömrəli hərracın yekunları barədə protokola əsasən müəyyən olunur ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-535/2021 saylı, xx.xx.2021-ci il tarixli (xx.xx.2021-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən Abşeron Rayon İcra Şöbəsinin 17/7525214N saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə İddiaçınə məxsus olan Toyota Hilux minik markalı, **-PD- *** dövlət qeydiyyat nişanlı minik avtomobili təkrar hərracda satış dəyərindən 450 manat məbləğindən artıq qiymətə - 24750 manat olmaqla Cavabdeh1 satılmışdır. Protokolda qeyd edilmişdir ki, hərracın yekunları barədə bu protokol İddiaçınə məxsus olan Toyota Hilux minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yeni mülkiyyətçi Cavabdeh1 adına dövlət qeydiyyatına alınması üçün əsasdır. 05 avqust 2022-ci il tarixli, 157/22 nömrəli hərracın yekunları barədə protokoldan görünür ki, protokol qalib alıcı, eləcə də hərracın təşkilatçısının protokol bölməsinin rəhbərinin və direktorunun imzası, həmçinin hərracın təşkilatçısının möhürü ilə təsdiq edilmişdir. Təsdiq edildikdən sonra elektron qaydada hərracın sifarişçisinə göndərilmişdir. Eyni zamanda kağız daşıyıcıda tərtib və təsdiq olunmuş protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə hərracın qalibi vasitəsilə sifarişçi icra qurumuna göndərilmişdir. Yuxarıda qeyd edilən xüsusatlardan, eləcə də iş materiallarında olan sənədlərdən görünür ki, sözügedən hərrac sifarişi üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına və avtomobilin qiymətləndirməsinin ləğv edilməsinə hər hansı hüquqi əsas yoxdur. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində “Birjanyus” X1 (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (E-herrac.com) yerləşdirilmişdir. Daha sonra sifariş olunan avtomobilə dair təkrar X6 dair xx.xx.2022-ci il tarixli bildiriş hərracın sifarişçisi Abşeron Rayon İcra Şöbəsinə , icra sənədi üzrə borclu İddiaçınə və tələbkara Cavabdeh1 poçt vasitəsilə göndərilmişdir. Nəticədə hərraca çıxarılmış avtomobil qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar Cavabdeh1 satılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hərraca çıxarılmış avtomobil “İcra haqqında” və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hazırkı mübahisə üzrə isə Cavabdeh2 İddiaçınə məxsus olan Toyota Hilux minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair keçirdiyi hərracın və hərracın yekunları barədə 05 avqust 2022-ci il tarixli, 157/22 protokolunun etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 İddiaçınə məxsus olan Toyota Hilux minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair keçirdiyi hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və hərracın yekunları barədə protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və avtomobilin qiymətləndirilməsinin ləğv edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Həmçinin iddiaçı tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-4489/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4489/2022
02.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver