Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-449/2021 16.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh QSC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “xx.xx.2013-cü və xx.xx.2015-ci il tarixli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “xx.xx.2013-cü və xx.xx.2015-ci il tarixli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh QSC ilə onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli və xx.xx.2015-ci il tarixli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və cavabdeh tərəfindən törədilən qanun pozuntuları səbəbi ilə iddiaçıya dəyən mənəvi zərər üçün Cavabdeh QSC-dən 20.000 manat kompensasiyanın tutulub ona ödənilməsi baradə qənamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, tərəflər arasında xx.xx.2013-cü ildə və xx.xx.2015-ci il tarixdə iki ipoteka müqaviləsi bağlanmışdır. xx.xx.2013-ci il tarixli ipoteka müqaviləsi ilə iddiaçının mülkiyyətində olan ünvan 2 D, mənzil 7 ünvanda yerləşən mənzil (sənədi: Çıxarış Seriya RX0100264); xx.xx.2015-ci il tarixdə isə iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri 14-cü məhəllə ünvanda olan 39,9 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (sənədi: Çıxarış Seriya RX0604224). X15 ilə cavabdeh bank arasında xx.xx.2013-cü ildə bağlanmış “X19 Müqaviləsi” və bu müqavilənin ayrılmaz hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyasının verilməsi” haqqında müqavilə, "Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan razılaşmalar üzrə borclu X11 öhdəliklərinin cavabdeh bank qarşısında icrasının təmin etmək üçün ipoteka qoyulmuşdur. xx.xx.2013-cü ildə bağlanmış “X19 Miiqaviləsi”ndə kredit müqaviləsinin mühüm şərti olan faiz dərəcəsi barədə razılıq əldə edilməmiş və borc həmin ipoteka müqaviləsində iddiaçının konkret olaraq borclu X11 hansı öhdəliyin icrasını təmin etmək üçün hansı faiz dərəcəsi ilə hansı müddətdə mülkiyyətində olan əmlakının ipoteka qoyduğu göstərilmir. Bu durum iddiaçının hüquqlarını pozduğu kimi, ipoteka haqqında qanunun imperativ normalarına da ziddir. Bu səbəblə hesab edir ki, ipoteka müqavilələri etibarsız sayılmalıdır. Belə ki, İpoteka Müqavilələrinin 1.1-ci bəndinin 1-ci cümləsində deyilir ki, əmlak “X15 ilə cavabdeh bank arasında xx.xx.2013-cü ildə bağlanmış “X19 Müqaviləsi” və bu müqavilənin ayrılmaz hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyasının verilməsi” haqqında müqavilə, “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan razılaşmalar üzrə borclu X11 öhdəliklərinin icrasının təmin etmək üçün bankın xeyrinə ipotekaya qoyulur. Bu ifadədən məlum olduğu kimi, borclunun öhdəliyi konkret deyil, iddiaçı mülkiyyətində olan əmlakı borclunun məchul, ucu-bucağı bilinməyən öhdəliyi üçün ipoteka ilə yüklü etmişdir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. İpoteka müqaviləsinin mühüm şərtləri barədə tərəflərin iradə ifadəsi tam olaraq müəyyən edilməli olduğu halda hazırkı vəziyyətdə müqavilənin mühüm şərtləri barədə razılıq əldə edilməmişdir. Bundan başqa ipoteka müqaviləsinin 1.1-ci bəndinin 1-ci cümləsində deyilir ki, X19 xəttinin məbləği 2.000.000 ABŞ dollarıdır. Lakin burada faiz dərəcəsi ifadə edilmir. Bu durum da iddiaçının təminat verdiyi öhdəliyinin məbləğinin konkret təyin edilməsinə mane olduğu kimi, sonrakı razılaşmalarda faiz məbləğinin yüksək göstərilməsi ilə “X19 xəttinin məbləği”-nin keçməsinə imkan verir. Bu durum isə iddiaçının hüquqlarını pozur. Müqavilənin bağlanması anının dəqiq müəyyənləşdirilməsi müqavilə iştirakçılarının mülki hüquq münasibətlərinin tənzimlənməsində böyük əhəmiyyətə malikdir. Məhz müqavilənin bağlandığı andan tərəflərin konkret hüquq və vəzifələri yaranmış olur. Odur ki, iddiaçı (ipoteka qoyan) İddiaçı ilə cavabdeh “Cavabdeh QSC (ipoteka saxlayan) arasında bağlanmış xx xxxxxx 2013-cü il və xx xxxx 2015-ci il tarixli ipoteka müqaviləsində və onun bağlanmasına səbəb olan xx xxxxxx 2013-cü il tarixli X19 müqaviləsində ipoteka müqaviləsinin və kredit müqaviləsinin mühüm şərti olan əsas öhdəliyin mahiyyətini təşkil edən faiz dərəcəsi müəyyən edilmədiyinə görə həmin ipoteka müqaviləsi əhəmiyyətsiz əqddir və etibarsız hesab edilməlidir. Qeyd edilənlərdən başqa cavabdehin bu qanunsuz hərəkətləri səbəbi ilə iddiaçı və onun ailəsi uzun müddətdir stres altında, evini itirmə qorxusu içində yaşayır, mənəvi olaraq sarsıntı və iztirab keçirmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh QSC-nin nümayəndəsi X12 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, borclu bank qarşısında öhdəliklərini yerinə yetirməmişdir, kredit müqaviləsi və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldiləməsi ilə bağlı qanuni qüvvəyə minmiş yekun məhkəmə qətnamələri var. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mübahisəsiz qaydada sübuta yetirilir ki, xx.xx.2013-cü il tarixli uzunmüddətli kredit razılaşmasına əsasən Cavabdeh QSC-nin Sumqayıt filialı X2na 2.000.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Kreditlər tərəflər arasında “kredit razılaşması”, “bank qarantiyasının verilməsi haqqında müqavilə” və “akkreditiv açılması üçün razılaşma” formasında bağlanmış ayrıca razılaşma əsasında veriləcəkdir. Kredit müqaviləsi və kredit razılaşması əsasında istənilən məbləğ 120 ay xx.xx.2023-cü il tarixdən gec olmayaraq verilməlidir. Verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması ilə müəyyən edilir. Cavabdeh QSC-nin Sumqayıt filialı ilə X7 arasında xx xxxxxx 2013-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. X1 ilə Cavabdeh” QSC arasında xx xxxxxx 2013-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh QSC-nin “Sumqayıt” filialı ilə X15 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinin təminatı kimi X8 özünə məxsus Sumqayıt şəhəri 1-ci mikrorayon 45D nömrəli evin 47 nömrəli mənzilini ipotekaya qoymuşdur. Bu müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka qoyulan əmlak bank tərəfindən 52.155,95 manat məbləğində qiymətləndirilir. Cavabdeh QSC-nin “Sumqayıt” filialı ilə X8 arasında xx xxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə X15 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinin təminatı kimi X8 özünə məxsus Sumqayıt şəhəri 14-cü məhəllədə icarədə olan 0,005 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 39,9 kv.m-dən ibarət qeyri-yaşayış binasını ipotekaya qoymuşdur. RX seriyalı ******* saylı çıxarışa əsasən ipotek ilə yüklü edilmiş Sumqayıt şəhəri 1-ci mikrorayon 45D nömrəli evin 47 nömrəli mənzili X4 tam mülkiyyətində olmuşdur. Eyni zamanda RX seriyalı ******* saylı çıxarışa əsasən ipotek ilə yüklü edilmiş Sumqayıt şəhəri 14-cü məhəllədə yerləşən qeyri-yaşayış sahəsi icarə hüququ əsasında X4 tam mülkiyyətində olmuşdur. X8 Mülki Məcəllənin 152.4-cü maddəsinin tələbinə uyğun olaraq mülkiyyətçi kimi ipoteka müqaviləsini bağlamaqda səlahiyyətli olmuşdur. İpoteka müqaviləsi notarial qaydada bağlanmış və dövlət qeydiyyatına alınmışdır. İpoteka müqavilələri bağlanarkən qanunvericiliyin tələbinə əməl edilmişdir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “İpoteka haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. “İpoteka haqqında” Qanunun 10.4-cü maddəsinə əsasən İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. X2 kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyinə görə Cavabdeh QSC X13, X6 və qeyrilərinə qarşı “borcun tutulması, tələbin ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayı şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-6430/2016 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər X9, X10 və İddiaçı müştərək qaydada Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 62.421,50 ABŞ dolları kredit borcu, 3.130,95 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 65.602,45 ABŞ dolları borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutulmuş, tutma İddiaçı məxsus Sumqayıt şəhəri 14-cü məhəllədə icarədə olan 0,005 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 39,9 kv.m-dən ibarət qeyri-yaşayış binasına və ünvan 2 D mənzil 47-ə yönəldilmiş, Sumqayıt şəhəri 14-cü məhəllədə icarədə olan 0,005 ha torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 39,9 kv.m-dən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 24.000 ABŞ dolları (hərracın keçirildiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla); ünvan 2 D mənzil 47-nin ilkin satış qiyməti isə 52.155,95 manat müəyyən edilmiş, torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasının və mənzilin açıq hərracdan satılması və onların satışından əldə edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 65.602,45 ABŞ dolları borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla iddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan vəsaitin isə İddiaçı qaytarılması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(105)-100/2018 nömrəli qətnaməsi ilə cavabdeh X11 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi - ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan ünvan 2 D ünvanda yerləşən 47 saylı mənzilin ilkin satış qiyməti 69.596 manat və Sumqayıt şəhəri 14-ci məhəllə ünvanında icarədə olan 0,005 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 39,9 kv.metrdən ibarət qeyriyaşayış binasının ilkin satış qiyməti 40.096 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)- 8907/18 nömrəli qərarı ilə cavabdeh X11 verdiyi kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(105)-100/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3542/2019 nömrəli qətnaməsi ilə iddiaçı X11 Cavabdeh QSC-yə qarşı “xx.xx.2013-cu il tarixli 03L000009842 nömrəli kredit razılaşmasının etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanuni qüvvəyə minmiş məhkəmə aktları və işin müəyyən edilmiş həqiqi halları ilə təsdiq edilir ki, Cavabdeh QSC ilə X8 arasında bağlanmış xx.xx.2013-cü il və xx.xx.2015-ci il tarixli ipoteka müqavilələri bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir, müqavilənin etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Çünki, müqavilənin tərəfləri ipoteka müqaviləsinin bağlanması anında bütün şərtlər barəsində razılığa gəlmişlər və öz iradələri ilə həmin müqaviləni bağlayaraq imzalamışlar. Həmçinin mübahisə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktları vardır. O cümlədən X8 xx.xx.2013-cü il və xx.xx.2015-ci il tarixli ipoteka müqavilələrinin bağlanmasından 7 il və 5 il keçdikdən sonra xx.xx.2020-ci il tarixdə bu əqdləri məhkəmədə mübahisələndirmişdir. Bu halın mövcud olması da iddianın rədd edilməsi üçün müstəqil əsasdır. Çünki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Nəhayət, məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edilməli, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013cü və xx.xx.2015-ci il tarixli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 manat kompensasiya ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-449/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-449/2021
16.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver