Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4509/2024 05.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər “X24 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 MMC-yə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Abşeron rayon İcra və Probasiya şöbəsi və Abşeron rayon 2 saylı notariat ofisi cəlb edilməklə “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “X24 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 MMC-yə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Abşeron rayon İcra və Probasiya şöbəsi və Abşeron rayon 2 saylı notariat ofisi cəlb edilməklə “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi, ümumi sahəsi 207.5 kv.m olan fərdi yaşayış evini tələbkar “X24 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əldə edilməsi barədə X1 nəzdində olan Cavabdeh2 MMC-nin 11 dekabr 2023-cü il tarixli, 287/23 nömrəli X16 barədə protokolunun etibarsız hesab edilməsi, həmin protokol əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Abşeron Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X17 tərəfindən X10 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi, ümumi sahəsi 207.5 kv.m olan fərdi yaşayış evinə tutmanın yönəldilməsinə dair İcra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 06 dekabr 2018-ci il tarixdə “X24 Kredit Təşkilatı”ndan 2018/00504 saylı Kredit müqaviləsinə əsasən 12000 manat kredit götürüb. Həmin kredit müqaviləsinə təminat kimi atası X10 məxsus ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi, ümumi sahəsi 207.5 kv.m olan fərdi yaşayış evini ipoteka qoymuşdur. Bildirir ki, 06 dekabr 2018-ci il tarixdə “X24 Kredit Təşkilatı”ndan 2018/00504 saylı kredit müqaviləsinə əsasən 12000 manat kreditə görə ödəniş cədvəlinə uyğun olaraq 12000 manat əsas borc, 6339 manat isə faiz borcu tərəfindən ödənilməli idi. 2019-cu il tarixdən o və atası tərəfindən BOKT hesabına 10000 manat pul ödənilib. Bunu ödəniş qəbzləri ilə də sübut etmək mümkündür. Qeyd edir ki, koronovirus pandemiyasından əvvəl işləri yaxşı olduğuna görə ödənişlər onun tərəfindən, koronovirus yarandıqdan və onun işləri korlandıqdan sonra banka olan borcunu atası X13 tərəfindən aparılıb. 2021-ci ilin 13 iyulunda atası rəhmətə getdikdən sonra o fərdi yaşayış evinə bütün ödənişlərin edildiyini düşünüb. Uzun müddət ümumiyyətlə bank ilə bağlı hər hansı bir problemin olmadığını, kreditin atası tərəfindən ödənildiyini düşünüb.Bu ilin iyun ayında icra şöbəsindən icra məmuru onu çağırıb ki, atası X10 məxsus fərdi yaşayış evi satılıb, borc çıxıldıqdan sonra satış pulu onun hesabına köçürüləcək. Bu müddət ərzində nə qədər borcun olduğu, fərdi yaşayış evinin hansı formada satıldığını sonradan sənədlərə baxaraq öyrənmişdir. Ona məlum olub ki , “Notariat haqqında” AR Qanunun, “İcra haqqında” AR qanunun, “İpoteka haqqında” AR Qanunun və Mülki Məcəllənin tələblərini kobud formada pozaraq atasına məxsus olan ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi, ümumi sahəsi 207.5 kv.m olan fərdi yaşayış evi hərrac vasitəsi ilə satılması təşkil edilmiş, satılmadığı təqdirdə cavabdeh “X24 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə təklif edilmiş, o təklifi qəbul etmiş və öz mülkiyyətinə keçirmişdir. Hesab edir ki, bütün bu hərəkətlər onun və digər vərəsələrin mülkiyyət hüququnun kobud formada pozulmasıdır. İpoteka qoyanı həm notariat ofisi, həm icra və probasiya şöbəsi, həm də hərracı keçirən təşkilat məlumatlandırmalıdır. İş üzrə sənədlərlə tanış olduqda məlum olur ki, həmin sənədlərdə ipoteka qoyanın məlumatlandırılması mümkün olmur, hərracı keçirən təşkilat öz məktub və bildirişlərində ipoteka qoyana göndərilən bildirişlər ünvanına çatmır. Amma baxmayaraq ki, əllərində olan məlumata görə ipoteka qoyan şəxs atası X13 13 iyun 2021-ci ildə rəhmətə gedib, yenə qanunvericiliyin tələblərinə əməl etməyərək onun vərəsələri məlumatlandırılmır. Ümumiyyətlə ipoteka qoyan atası X13 rəhmətə getdikdən sonra, onların vərəsələrini məlumatlandırmadan, onları bu prosesə cəlb etmədən keçirilən hərrac və onun yekun nəticələri ləğv edilməlidir. Bundan başqa bildirilir ki, Abşeron Rayon 2 saylı Notariat Ofisi 2021-ci ilin 10 fevralında ipoteka predmetinə tutmanın yönəldilməsinə dair İcra Qeydi verib. İcra Qeydi 11 iyun 2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olub. Qeyd edilir ki, İcra qeydinə görə İddiaçı həmin günə qədər 12323 manat borcu olub. Əlavə olaraq cavabdeh “X24 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti 4866 manat heç bir qanuna və müqaviləyə əsaslanmayan peniya tələb edib. Cavabdeh“X24 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti elektron kabinet vasitəsilə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, e-2(004)-4509/2024 saylı mülki iş üzrə İddiaçı tərəfindən verilən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər "X24 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2nə qarşı yekun protokolun və icra qeydinin ləğvi tələbinə dair mülki iş icraatdadır. Qeyd olunanlara əsasən, iddia tələbini əsassız hesab edirlər. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Bildirilir ki, tərəflər arasında Kredit müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən Kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilməmişdir. Abşeron rayonu 2 saylı notariat ofisinin 8İ-874 saylı xx.xx.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan "xxxx" MMC-nin tələbi ilə ipoteka predmeti olan Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 10A saylı fərdi yaşayış evinə tutma yönəldilmişdir. İcra qeydi xx.xx.2021-ci il tarixində aparılmışdır. Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən icra qeydi qanunvericiliyin tələblərinə uyğun aparılmışdır. İcra qeydi üzrə verilmiş icra vərəqəsi Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Kredit müqaviləsi üzrə borcun ödənilməsində güzəşt edilməsi ilə əlaqədar İddiaçı tərəfindən "xxxx" MMC-yə müraciətlər edilmişdir. Həmçinin, İddiaçı bu işlə əlaqədar dəfələrlə Abşeron rayon İcra və probasiya şöbəsində olmuşdur. Abşeron rayon İcra və probasiya şöbəsinin icraatında olan Abşeron rayon 2 saylı notariat ofisinin 8İ-874 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 10A saylı fərdi yaşayış evi "KƏPƏZ BOKT” MMC tərəfindən açıq hərracdan alınmışdır. Hərracın keçirilməsi ilə bağlı sifariş qanunvericiliyə əsasən icra məmuru tərəfindən verilir, hərrac təşkilatı isə qanunla üzərinə düşən öhdəlikləri etməklə, hərracı təşkil edir. Daşınmaz əmlakın ilkin satış qiymətini qiymətləndirilmə sahəsi üzrə ixtisaslaşdırılmış təşkilat tərəfindən həyata keçirilmişdir. İcra məmuru tərəfindən görülən tədbirlər qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Hesab edirlər ki, hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, Abşeron rayon 2 saylı notariat ofisinin 8İ-874 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən 10A saylı fərdi yaşayış evi "xxxx" MMC tərəfindən açıq hərracdan alınmışdır. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Beləliklə qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla da, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. İcra qeydinin aparılması, daşınmaz əmlakın qiymətləndirilməsi və hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “X24 Kredit Təşkilatı" MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Ə.Sabir küçəsində 0.09 ha torpaq sahəsi və üzərində yerləşən 207.5 kv m ümumi, 111.9 kv.m yaşayış, 92.6 kv.m köməkçi sahəsindən ibarət 2 mərtəbəli, 6 otaqlı, 10A saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X9 adına xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X9 mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Ə.Sabir küçəsində 0.09 ha torpaq sahəsi və üzərində yerləşən 207.5 kv m ümumi, 111.9 kv.m yaşayış, 92.6 kv.m köməkçi sahəsindən ibarət 2 mərtəbəli, 6 otaqlı, 10A saylı fərdi yaşayış evinin "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ 176500 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X13 13 iyun 2021-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 849 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 07 fevral 2019-cu il tarixli xəzinə mədaxil orderinin surətinə əsasən "xxxx" MMC-nin hesabına İddiaçı tərəfindən kredit üzrə 509 manat ödənilmişdir. İş materiallarında olan 26 aprel 2019-cu il tarixli xəzinə mədaxil orderinin surətinə əsasən "xxxx" MMC-nin hesabına İddiaçı tərəfindən kredit üzrə 1000 manat ödənilmişdir. İş materiallarında olan 08 may 2019-cu il tarixli xəzinə mədaxil orderinin surətinə əsasən "xxxx" MMC-nin hesabına İddiaçı krediti üzrə X18 tərəfindən 420 manat ödənilmişdir. İş materiallarında olan 20 avqust 2019-cu il tarixli xəzinə mədaxil orderinin surətinə əsasən "xxxx" MMC-nin hesabına İddiaçı tərəfindən kredit üzrə 400 manat ödənilmişdir. İş materiallarında olan 31 oktyabr 2019-cu il tarixli xəzinə mədaxil orderinin surətinə əsasən "xxxx" MMC-nin hesabına İddiaçı tərəfindən kredit üzrə 250 manat ödənilmişdir. İş materiallarında olan 4 dekabr 2019-cu il tarixli xəzinə mədaxil orderinin surətinə əsasən "xxxx" MMC-nin hesabına İddiaçı krediti üzrə X19 tərəfindən 400 manat ödənilmişdir. İş materiallarında olan 25 dekabr 2019-cu il tarixli xəzinə mədaxil orderinin surətinə əsasən "xxxx" MMC-nin hesabına İddiaçı krediti üzrə X19 tərəfindən 2400 manat ödənilmişdir. İş materiallarında olan 03 mart 2020-ci il tarixli xəzinə mədaxil orderinə əsasən"xxxx" MMC-nin hesabına İddiaçı krediti üzrə X13 tərəfindən 410 manat ödənilmişdir. İş materiallarında olan 13 aprel 2021-ci il tarixli xəzinə mədaxil orderinin surətinə əsasən "xxxx" MMC-nin hesabına İddiaçı krediti üzrə X13 tərəfindən 500 manat ödənilmişdir. İş materiallarında olan 06 sentyabr 2021-ci il tarixli xəzinə mədaxil orderinin surətinə əsasən "xxxx" MMC-nin hesabına İddiaçı tərəfindən kredit üzrə 500 manat ödənilmişdir. İş materiallarında olan 8i-874 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Abşeron rayonu 2 saylı Notariat Ofisinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən "X24 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti X7 tələbi ilə ipoteka qoyan İddiaçı, X8 12323 manat 76 qəpik tutulması və X10 məxsus ipoteka predmeti olan Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Ə.Sabir küçəsində 0.09 ha torpaq sahəsini və üzərində yerləşən 207.5 kv m ümumi, 111.9 kv.m yaşayış, 92.6 kv.m köməkçi sahəsindən ibarət 2 mərtəbəli, 6 otaqlı, 10A saylı fərdi yaşayış evi ünvanında yerləşən əmlaka tutma yönəldilməsi və əmlak 30 gün müddətinə boşaldılması qeyd olunmuşdur. Bundan əlavə ipoteka qoyan X8 (borclu İddiaçı) 4866 manat 00 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 17209 manat 76 qəpik pul tutulması qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən Abşeron rayonu 2 saylı Notariat Kontorunun 874 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Abşeron Rayon İcra və probasiya şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən “Hərracın keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 17/759272V sifarişə əsasən xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmış Abşeron rayonu 2 saylı Notariat ofisinin 874 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı X9 mülkiyyətində olan və ilkin satış qiyməti 120.000 (yüz iyirmi min) manat dəyərində qiymətləndirilən Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Ə.Sabir küçəsi ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və üzərindəki 10A saylı fərdi yaşayış evinin satılması ilə bağlı hərracın keçirilməsini xahiş etmişdir. İş materiallarında olan Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 17/75-8İ1750 nömrəli məktuba əsasən Abşeron rayonu 2 saylı Notariat Kontorunun 874 nömrəli xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Abşeron rayon icra və probasiya şöbəsinin “Qiymətləndiricinin dəvət edilməsi” qərarı icra olunması üçün göndərilmiş, icra sənədinin icrası ilə əlaqədar əmlaka baxış keçirilməsi xx.xx.2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Odur ki. mütəxəssisin qeyd edilən tarixdə Abşeron rayon icra və probasiya şöbəsində olmasına göstəriş verməyi xahiş olunmuşdur. “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarın surəti tərəflərə göndərilməklə tərəflərdən əmlaka baxış keçirilməsi ilə əlaqədar Abşeron rayon icra və probasiya şöbəsinə gəlmələri xahiş olunmuşdur. İş materiallarında olan “Qiymətləndiricinin dəvət edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərara əsasən Abşeron rayonu 2 saylı Notariat Kontorunun 874 nömrəli, xx.xx.2021ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə tələb borclu X10 məxsus ipoteka predmeti olan Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Ə.Sabir küçəsində 0.09 ha torpaq sahəsini və üzərində yerləşən 207.5 kv m ümumi, 111.9 kv.m yaşayış, 92.6 kv.m köməkçi sahəsindən ibarət 2 mərtəbəli, 6 otaqlı, 10A saylı fərdi yaşayış evinə yönəlməli, ilkin qoyulmasından ötrü "xxxx" MMC-dən qiymətləndirici-mütəxəssis dəvət edilməsi və və əmlaka baxış keçirilməsi xx.xx.2021-ci il tarixə saat 11:00-a təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan hərracın təşkilatşısı Cavabdeh2 MMC tərəfindən İddiaçı, X13, "xxxx" MMC və Abşeron rayon İcra Şöbəsinə ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 2040/23 nömrəli bildirişə əsasən Abşeron rayon 2 saylı Notariat Ofisinin 8İ-874 saylı, xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən Abşeron rayon icra Şöbəsi tərəfindən verilmiş 17/75 927 2V saylı, xx.xx.2023-cü il tarixli sifariş üzrə, tələbkar "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, X9 mülkiyyətində olan ilkin satış qiyməti 120000 manat müəyyənləşdirilmiş Abşeron rayonu. Hökməli qəsəbəsi, M.Ə.Sabir küçəsində 0.09 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 207.5 kv.metr ümumi, 111.9 yaşayış, 92.6 kv.metr köməkçi sahədən ibarət, 2 mərtəbəli, 6 otaqlı, 10A saylı fərdi yaşayış evi açıq hərracda satılmalıdır. Bununla əlaqədar olaraq 24 oktyabr 2023-cü il saat 10:00-da keçiriləcək açıq hərracda iştirak etməyə dəvət olunmuşdur. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X4 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni tarixdə hərrac təşkilatçısının rəsmi internet səhifəsində (“E-herrac.com”) yerləşdirilmişdir. İş materiallarında olan 2130/23 nömrəli, xx.xx.2023-cü il tarixli Cavabdeh2 MMC-nin Abşeron Rayon İcra şöbəsinə ünvanladığı məktuba əsasən Abşeron rayon 2 saylı Notariat Ofisinin 8İ-874 saylı, xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən Abşeron rayon icra Şöbəsi tərəfindən verilmiş 17/75 927 2V saylı, xx.xx.2023-cü il tarixli sifariş üzrə, tələbkar "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, X9 mülkiyyətində olan, Abşeron rayonu. Hökməli qəsəbəsi, M.Ə.Sabir küçəsində 0.09 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 207.5 kv.metr ümumi, 111.9 yaşayış, 92.6 kv.metr köməkçi sahədən ibarət, 2 mərtəbəli, 6 otaqlı, 10A saylı fərdi yaşayış evi açıq hərracda satılmalıdır. Abşeron rayon 2 saylı Notariat Ofisinin 8İ-874 saylı, xx.xx.2021-ci il tarixli icra qeydində X9 və İddiaçı ünvanda Abşeron rayonu,At yalı ərazisi olaraq göstərildiyi, göstərilən ünvana göndərilmiş bildiriş rabitə orqanının “ünvan tam deyil” qeyd şərti ilə geri qaytarıldığı, göstərilənləri nəzərə alıb icra işinin materiallarından X9 və İddiaçı digər ünvanları və ya digər əlaqə vasitələri barədə müvafiq məlumatların verilməsinin təmin edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh2 MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli hərracın baş tutmamasına dair protokola əsasən Abşeron rayon 2 saylı Notariat Ofisinin 8İ-874 saylı, xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən Abşeron rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/75 927 2V saylı, xx.xx.2023-cü il tarixli sifariş üzrə, tələbkar 'Kəpəz BOKT’ MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, X9 mülkiyyətində olan, Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Ə.Sabir küçəsində 0.09 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 207.5 kv.metr ümumi, 111.9 yaşayış, 92.6 kv.metr köməkçi sahədən ibarət, 2 mərtəbəli, 6 otaqlı, 10A saylı fərdi yaşayış evinin açıq hərracda satışının keçirilməsi üçün ilkin hərrac 24 oktyabr 2023-cü il tarixinə, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmişdir. Göstərilən hərracın keçirilməsinin tarixi və yeri barədə kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X4 (Portalında) (www.birjanews.az), eləcə də Cavabdeh2 MMC-nin rəsmi internet saytında elan verilməklə, maraqlı tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. 24 oktyabr 2023-cü il, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmiş hərracda iştirak etmək üçün müraciət (ərizə) daxil olmamışdır. Odur ki, 24 oktyabr 2023-cü il tarixinə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İş materiallarında olan hərracın təşkilatşısı Cavabdeh2 MMC tərəfindən İddiaçı, X13, "xxxx" MMC və Abşeron rayon İcra Şöbəsinə ünvanlanmış təkrar hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli 2153/23 nömrəli bildirişə əsasən Abşeron rayon 2 saylı Notariat Ofisinin 8İ-874 saylı, xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən Abşeron rayon icra Şöbəsi tərəfindən verilmiş 17/75 927 2V saylı, xx.xx.2023-cü il tarixli sifariş üzrə, tələbkar "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, X9 mülkiyyətində olan, Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Ə.Sabir küçəsində 0.09 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 207.5 kv.metr ümumi, 111.9 yaşayış, 92.6 kv.metr köməkçi sahədən ibarət, 2 mərtəbəli, 6 otaqlı, 10A saylı fərdi yaşayış evinə dair 24 oktyabr 2023-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və bununla əlaqədar olaraq təkrar hərrac 13 noyabr 2023-cü il tarixə saat 10:00-a təyin edilmişdir. Təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X4 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni tarixdə hərrac təşkilatçısının rəsmi internet səhifəsində (“E-herrac.com”) yerləşdirilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli hərracın baş tutmamasına dair protokola əsasən Abşeron rayon 2 saylı Notariat Ofisinin 8İ-874 saylı, xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən Abşeron rayon icra Şöbəsi tərəfindən verilmiş 17/75 927 2V saylı, xx.xx.2023-cü il tarixli sifariş üzrə, tələbkar "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, X9 mülkiyyətində olan, Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Ə.Sabir küçəsində 0.09 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 207.5 kv.metr ümumi, 111.9 yaşayış, 92.6 kv.metr köməkçi sahədən ibarət, 2 mərtəbəli, 6 otaqlı, 10A saylı fərdi yaşayış evinin açıq hərracda satışının keçirilməsi üçün təkrar hərrac 13 noyabr 2023-cü il tarixinə, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmişdir. Hərracın keçirilməsinin tarixi və yeri barədə kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X4 (Portalında) (www.birjanews.az), eləcə də Cavabdeh2 MMC-nin rəsmi internet saytında elan verilməklə, maraqlı tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmişdir. 13 noyabr 2023-cü il, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmiş hərracda iştirak etmək üçün müraciət (ərizə) daxil olmamışdır. Odur ki, 13 noyabr 2023-cü il tarixinə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İş materiallarında olan Cavabdeh2 MMC-nin 28 sentyabr 2023-cü il tarixli reyestrinə əsasən İddiaçı və X10 Abşeron rayon At yalı ərazisi və ünvan 8 ünvanına məktublar göndərilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin 25 oktyabr 2023-cü il tarixli reyestrinə əsasən İddiaçı və X10 Abşeron rayon At yalı ərazisi və ünvan 8 ünvanına məktublar göndərilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin 14 noyabr 2023-cü il tarixli reyestrinə əsasən İddiaçı və X10 Abşeron rayon At yalı ərazisi və ünvan 8 ünvanına məktublar göndərilmişdir. İş materiallarında olan qəbzlərə əsasən Cavabdeh2 MMC tərəfindən İddiaçı və X10 Abşeron rayon At yalı ərazisi və ünvan 8 ünvanına göndərilmiş bildirişlər “ünvan tam deyil”, “ünvan düzgün deyil” qeydləri ilə geri qaytarılmışdır. İş materiallarında olan Cavabdeh2 MMC tərəfindən İddiaçı, X13, "xxxx" MMC və Abşeron rayon İcra Şöbəsinə göndərilmiş 14 noyabr 2023-cü il tarixli 2229/23 nömrəli ipoteka predmetinin əldə edilməsi barədə təklifə əsasən Abşeron rayon 2 saylı Notariat Ofisinin 8İ-874 saylı, xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən Abşeron rayon icra Şöbəsi tərəfindən verilmiş 17/75 927 2V saylı, xx.xx.2023-cü il tarixli sifariş üzrə, tələbkar "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, X9 mülkiyyətində olan, Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Ə.Sabir küçəsində 0.09 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 207.5 kv.metr ümumi, 111.9 yaşayış, 92.6 kv.metr köməkçi sahədən ibarət, 2 mərtəbəli, 6 otaqlı, 10A saylı fərdi yaşayış evini təkrar hərracdakı satış qiymətindən (təkrar hərracda satış qiyməti 102.000(bir yüz iki min) manat) 25 faiz az olmayan qiymətə əldə edilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Ə.Sabir küçəsində 0.09 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 207.5 kv.metr ümumi, 111.9 yaşayış, 92.6 kv.metr köməkçi sahədən ibarət, 2 mərtəbəli, 6 otaqlı, 10A saylı fərdi yaşayış evini təkrar hərracdakı satış qiymətindən (təkrar hərracda satış qiyməti 102.000(bir yüz iki min) manat) 25 % az olmayan qiyməti 76.500 (yetmiş altı min beş yüz) manat təşkil etmişdir. Bu təklifi qəbul etdiyi təqdirdə müvafiq rəsmiləşdirmənin aparılması üçün səlahiyyətli nümayəndənin Cavabdeh2 MMC-nə gəlməsinin təmin edilməsi xahiş edilmişdir. İpoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 (otuz) təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi təqdirdə, ipotekaya xitam verilir. İş materiallarında olan "xxxx" MMC-nin 28 noyabr 2023-cü il tarixli, 2724 nömrəli cavab məktubuna əsasən xx.xx.2023-cü il tarixli 2229/23 saylı məktubununa cavab olaraq bildirilir ki, Abşeron rayon 2 saylı Notariat Ofisinin 8İ-874 saylı, xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən. Abşeron rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/75 927 2V saylı. xx.xx.2023-cü il tarixli sifariş üzrə, ipoteka ilə yüklü edilmiş, X9 mülkiyyətində olan Abşeron rayonu. Hökməli qəsəbəsi, M.Ə.Sabir küçəsində 0.09 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 207.5 kv.metr ümumi, 111.9 yaşayış. 92.6 kv.metr köməkçi sahədən ibarət, 2 mərtəbəli. 6 otaqlı, 10A saylı fərdi yaşayış evini, təkrar hərracdakı satış qiymətindən təkrar hərracda satış qiyməti 102.000 (bir yüz iki min) manat 25% az olmayan qiyməti 76.500 (yetmiş altı min beş yüz) manat olmaqla tərəflərindən əldə edilməsi barədə təklifi qəbul edirlər. İş materiallarında olan 11 dekabr 2023-cü il tarixli X16 barədə 287/23 nömrəli Protokola əsasən X9 mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Ə.Sabir küçəsində 0.09 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 207.5 kv.metr ümumi, 111.9 yaşayış, 92.6 kv.metr köməkçi sahədən ibarət, 2 mərtəbəli, 6 otaqlı, 10A saylı fərdi yaşayış evi 76.500 (yetmiş altı min beş yüz) manat qiymətə "xxxx" MMC-yə satılmışdır. İş materiallarında olan Cavabdeh2 MMC tərəfindən İddiaçı, X13, "xxxx" MMC və Abşeron rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən Abşeron rayon 2 saylı Notariat Ofisinin 8İ-874 saylı, xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən Abşeron rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/75 927 2V saylı, xx.xx.2023-cü il tarixli sifariş üzrə, tələbkar “Kəpəz BOKT’ MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, X9 mülkiyyətində olan, Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Ə.Sabir küçəsində 0.09 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 207.5 kv.metr ümumi, 111.9 yaşayış, 92.6 kv.metr köməkçi sahədən ibarət, 2 mərtəbəli, 6 otaqlı, 10A saylı fərdi yaşayış evi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.7-ci maddəsinin tələbinə uyğun olaraq təkrar hərracdakı satış dəyərinin 25 faizindən az olmamaqla xx.xx.2023-cü il tarixli, 2229/23 saylı, “İpoteka predmetinin əldə edilməsi barədə məktub"la ipoteka saxlayan “Kəpəz BOKT’ MMC -nə təklif olunmuşdur. İpoteka saxlayan “Kəpəz BOKT’ MMC ipoteka predmetini təklif edilən qiymətə əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən “X5” nəzdində “Əmlak Hərrac Mərkəzi" MMC tərəfindən 11 dekabr 2023-cü il tarixində hərracın yekunları barədə 287/23 saylı protokol tərtib olunmuşdur. İş materiallarında olan Abşeron rayon 1 saylı notariat ofisində rəsmiləşmiş 2V-140 saylı xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmış- X9 vərəsələri: oğlu X11, oğlu X19, oğlu İddiaçı, arvadı X14 və onların hər biri miras əmlakdan 1/4 irs almalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü ıl tarixli 17/75148828 2V nömrəli məktubuna əsasən mərhum X9 borclu olduğu Abşeron rayon 2 saylı notariat ofisinin 874 saylı, xx.xx.2021-ci il tarixli icra sonədinin icrası ilə bağlı "Kəpəz BOKT” MMC tərəfindən xx.xx.2024-cü il tarixdə Abşeron rayon icra və probasiya söbəsinin depozit hesabına 61085,56 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Miras payın bağışlanması müqaviləsinə əsasən X11, X19, X2 rayon 1 saylı notariat ofisində rəsmiləşmiş 2V-140 saylı xx.xx.2024cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmış X8 miras qalmış miras paylarını İddiaçı bağışlamışlar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. 414.4-cü maddəsinə əsasən hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 414.5-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-cı maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun: 61.1-ci maddəsinə əsasən vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 62.1-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. 62.2-ci maddəsinə əsasən hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. 42.4-cü maddəsinə əsasən hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir. 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun: 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, AR MM-nin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 2018-ci ildə “X24 Kredit Təşkilatı” MMC-dən kredit götürmüş və kredit müqaviləsinin təminatı kimi atası X9 mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Ə.Sabir küçəsində 0.09 ha torpaq sahəsi və üzərində yerləşən 207.5 kv m ümumi, 111.9 kv.m yaşayış, 92.6 kv.m köməkçi sahəsindən ibarət 2 mərtəbəli, 6 otaqlı, 10A saylı fərdi yaşayış evi "xxxx" MMCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Borclu İddiaçı müqavilə üzrə öhdəliklərini icra etmədiyindən xx.xx.2021-ci il tarixdə Abşeron rayonu 2 saylı Notariat Ofisində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi aparılmışdır. İcra məmurunun xx.xx.2023-cü il tarixli sifarişinə əsasən ilkin satış qiyməti 120.000 manat dəyərində qiymətləndirilən X9 mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Ə.Sabir küçəsində 0.09 ha torpaq sahəsi və üzərində yerləşən 207.5 kv m ümumi, 111.9 kv.m yaşayış, 92.6 kv.m köməkçi sahəsindən ibarət 2 mərtəbəli, 6 otaqlı, 10A saylı fərdi yaşayış evinin açıq hərracdan satılması "xxxx" MMC-yə sifariş olunmuşdur. İlkin hərracın keçirilməsi 24 oktyabr 2023-cü il saat 10:00-da təyin edilmiş, hərracın keçirilməsinə dair bildirişlər maraqlı tərəflərə göndərilmiş, ilkin hərracın həmin tarixə keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X4 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni tarixdə hərrac təşkilatçısının rəsmi internet səhifəsində (“E-herrac.com”) yerləşdirilmiş, lakin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərrac 13 noyabr 2023-cü il tarixə saat 10:00-a təyin edilmiş, təkrar hərracın keçirilməsinə dair bildirişlər maraqlı tərəflərə göndərilmiş, təkrar hərracın həmin tarixə keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X4 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni tarixdə hərrac təşkilatçısının rəsmi internet səhifəsində (“Eherrac.com”) yerləşdirilmiş, lakin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. “X24 Kredit Təşkilatı” MMC "xxxx" MMC-nin təkrar hərracdakı satış qiymətindən (təkrar hərracda satış qiyməti 102.000 manat) 25% az olmayan qiyməti 76.500 manata əldə edilməsi barədə təklifi qəbul etmiş, 11 dekabr 2023-cü il tarixli X16 barədə protokola əsasən X9 mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Ə.Sabir küçəsində 0.09 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 207.5 kv.metr ümumi, 111.9 yaşayış, 92.6 kv.metr köməkçi sahədən ibarət, 2 mərtəbəli, 6 otaqlı, 10A saylı fərdi yaşayış evi 76.500 manat qiymətə "xxxx" MMC-yə satılmışdır. X13 13 iyun 2021-ci il tarixdə vəfat etmiş, oğlu X11, oğlu X19, oğlu İddiaçı, arvadı X14 onun vərəsələri kimi tanınmış, xx.xx.2024-cü il tarixli Miras payın bağışlanması müqaviləsinə əsasən X11, X19, X3 Rizvan Teymur oğlundan miras qalmış miras paylarını İddiaçı bağışlamışlar. Hazırda İddiaçı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsində atasının 13 iyun 2021-ci il tarixdə vəfatından sonra bütün ödənişlərin edildiyini, kredit ödənişlərinin atası tərəfindən ödənildiyini düşündüyünü, uzun müddət ümumiyyətlə bank ilə bağlı hər hansı bir problemin olmadığını, icra məmurunun onu çağırıb ipoteka predmeti olan əmlakın satılması və borc çıxıldıqdan sonra qalan pulun hesabına köçürülməsi ilə bağlı məlumat verməsindən sonra icra qeydi və hərrac nəticəsində ipoteka predmeti olan əmlakın satılmasından xəbərdar olduğunu bildirmişdir. Lakin iş materiallarında olan xəzinə mədaxil orderlərindən görünür ki, İddiaçı atası X9 ölümündən əvvəl, həmçinin ölümündən sonra müxtəlif tarixlərdə "xxxx" MMC-nin hesabına kredit müqaviləsi üzrə ödənişlər etmişdir. (07 fevral 2019, 26 aprel 2019, 20 avqust 2019, 31 oktyabr 2019, 06 sentyabr 2021). Bu fakt İddiaçı atası mərhum X9 vəfatından sonra borcunun tam ödənilmədiyindən xəbərdar olmasını, Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Ə.Sabir küçəsində 0.09 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 207.5 kv.metr ümumi, 111.9 yaşayış, 92.6 kv.metr köməkçi sahədən ibarət, 2 mərtəbəli, 6 otaqlı, 10A saylı fərdi yaşayış evinin ipoteka ilə yüklülüyü barədə və mövcud borcun ödənilmədiyi halda yaranacaq hüquqi vəziyyətdən məlumatının olduğunu göstərir. Bundan başqa xx.xx.2021-ci il tarixdə icra qeydi aparılarkən iddiaçının atası ipoteka qoyan X6 olmuşdur. Məhkəmə qeyd edir ki, qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Göründüyü kimi hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərmiş, kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X4 (portalında) (www/birjanews.az) və eləcədə Cavabdeh2 MMC-nin rəsmi internet səhifəsində (“E-herrac.com”) elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmişdir. Nəzərə almaq lazımdır ki, hərrac təşkilatı və icra orqanının vəzifəsi müvafiq bildirişlərin maraqlı şəxslərə göndərilməsinin təmin edilməsi və subyektlərin lazımi qaydada məlumatlandırılmasıdır. Sözügedən bildirişlər maraqlı şəxslərə göndərildiyi təqdirdə həmin bildirişlərin əldə olunub-olunmamasına görə məsuliyyətin hərrac təşkilatı və ya icra orqanının üzərinə qoyulması əsaslı və qanuni hesab edilmir. Məhkəmə qeyd edir ki, ipoteka predmeti olan əmlakın satılması ilə əlaqədar keçirilmiş X16 barədə protokolunun etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi üçün kifayət qədər əsaslar yoxdur, hərrac icra qeydi əsasında qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara riayət edilməklə keçirilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Abşeron rayon İcra və Probasiya şöbəsi və Abşeron rayon 2 saylı notariat ofisi cəlb edilməklə cavabdehlər “X24 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 MMC-yə qarşı ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi, ümumi sahəsi 207.5 kv.m olan fərdi yaşayış evinin tələbkar “X24 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əldə edilməsi barədə X1 nəzdində olan Cavabdeh2 MMC-nin 11 dekabr 2023-cü il tarixli, 287/23 nömrəli X16 barədə protokolunun etibarsız hesab edilməsi, həmin protokol əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Abşeron Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X17 tərəfindən X10 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi, ümumi sahəsi 207.5 kv.m olan fərdi yaşayış evinə tutmanın yönəldilməsinə dair icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İdida təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-4509/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4509/2024
05.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver