Məhkəmə qərarları › İş №e-2(004)-4544/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4544/2022

05.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4544/2022 05.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirak ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ogluna və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ogluna və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oglu iddiaçıdan aldıqları 16000 (on altı min) manat pulu, torpagın icərisində olan evə çəkdiyi 3000 (üç min) manat pulu və 147 (yüz qırx yeddi) manat məhkəməyə ödədiyi dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o 2021-ci il oktyabrın axırlarında ev axtararkən Abşeron rayonunun Südçülük sovxozu 2-ci sahədə yerləşən həmin bu mübahisəli evin divarında, evin satılması haqqında elan görmüşdür. İddiaçı həmin nömrəyə zəng vurmuş, Rəsul adlı şəxs telefona cavab vermiş, evin onun olmasını, satdığını, görüşüb söhbət edəcəyini bildirmişdir. İddiaçı evin sənədini soruşduqda etibarnamə olduğunu bildirmişdir. Buna görə də iddiaçı ev almağa razılaşmamışdır. Bir həftə sonra Rəsul iddiaçıya zəng vuraraq torpağın sənədinin, yəni çıxarışının olduğunu demişdir. İddiaçı evi almağa razılaşmışdır. Torpağın qiymətini soruşduqda 18000 (min səkkiz yüz) manat demişdir. Sonda 16000 (on aıtı min) manatla razılaşmışlar. İddiaçı 12000 (on iki min) manatı nağd verəcəyini, 4000 (dörd min) manatı isə ay ərzində verəcəyini bildirmişdir. Rəsul da onunla razılaşmışdır. Rəsul onu Şuşa qəsəbəsində yerləşən evinə apraraq burda yaşadığını demişdir. Sonra danışmaq üçün atasının nömrəsini vermişdir. Alqı-satqıya atsı ilə gedəcəklərini bildirmişdir. O da demişdir ki, atası İsmayıllıdan gələcək və bu torpagı atası Mehman Əhmədova alır. Sonra iddiaçı Rəsulun atası ilə danışmışdır. Rəsulla belə bir razılığa gəlmişlər. İddiaçı təkrar onun atasından sənədlərdə bir problem olub-olmadığını soruşmuşdur. Narahat olmamağını demişdir. İddiaçı Rəsul və atasından alqı-satqını hansı notariusda edəcəklərini soruşduqda notorus işləri üçün Zirəyə getdiyini demiş, sonra iddiaçı Rəsulun atası ilə danışmış, sabah saat 9:00-da ya da 9:30 da Ulduz metrosunun yanında Əmlak Məsələləri Mərkəzində görüşəcəklərini demişdir. İddiaçı və atası dediyi vaxtda həmin yerə getmişlər və Elxanı orada görmüşlər. Aradan 5 dəqiqə keçdikdən sonra Rəsul da öz maşını ilə ora gəlmişdir. Orda onlara bu torpaq Abşeronun torpağı olduğu ücün Abşeronda yerləşən Əmlak Məsələləri Məkanına getməli olduğu deyilmişdir. Ordan çıxanda iddiaçı dedi ki, torpagın vergisini ödəməyi sonra alqı-satqıya getməyi təklif etmişdir. Bələdiyəyə gəldikdən sonra oranın işcisi olan Ceyhun müəllimlə rastlaşmışdırlar. İddiaçı bir bələdiyyə işçisi kimi onun bu sənədlərə baxmasını xahiş etmişdir. Ceyhun müəllim sənədlərə baxıb heç yerə getməyə ehtiyac olmadığını bildirmişdir. Alqı-satqıda cox pulu çıxacağını söyləyərək 3 qonşunun iştirakı ilə akt bağlamaqla torpağı almağı tövsiyyə etmişdir. Ceyhun müəllim demişdir ki, yerə baxaraq akt tərtib edərlər. Qonşular şahidlik eləsin ki, buranın sahibi Elxanla Rəsuldur. Yerə baxmağa gələndə iddiaçı və Ceyhun müəllimə sənədlərin düz olmasını, sonra problem yaşamaq istəmədiyini söyləmişdir. O da təkrar sənədlərə baxaraq Nüsrətdən (torpağın sonuncu alqı-satqı adına olan şəxs) Rəsula olan etibarnamə 5 aylıq olduğunu, sonra qüvvədən düşəcəyini demişdir. Onlara uzun müddətli etibarnamə alıb vermələrini deyəcəyini demişdir. Ceyhun müəllim dedi ki, Mehmanla və Rəsula bu aktı qonşuların şahidliyi ilə bu şərtlə bağlayır ki, gedib Nüsrətdən uzun müddətli etibarnamə gətirəsiniz. Onlar da razılaşmışdır. Elxanın çağırışı ilə 3 qonşu gəlmişdirdilər. İki qonşu və Elxanın şəxsiyyət vəsiqəsi ilə akt bağlamışdırlar. Sonra bir yerdə onların evinə gəlmiş, çay içə-içə Ceyhun müəllim Rəsulun dilindən torpagın sahibi kimi ərizə yazdırmışdır. Ceyhun müəllim Rəsula Nüsrətdən gedib etibarnamə alıb gətirməyini demişdir. Ceyhun müəllim bu işlərin qarşılığında 200 manat onlardan 200 manat da Elxan və Rəsuldan almışdır. Ceyhun müəllim gedəndən sonra 12000 manat pulu atası və o Elxan və Rəsul dördü bir yerdə onların evinin həyətində sayaraq Elxanla Rəsula vermişdirlər. Aradan 15 gün keçəndən sonra Rəsul ona zəng elədi ki, etibarnaməni almışdır. Gətirib etibarnaməni ona vermiş və qalıq pulu (4000 manat) ondan götürmüşdür. O da pul aldığını bir kağızda öz xətti ilə yazmasını və imzası ilə təsdiq etməsini demişdir. O da yazıb təsdiq etmişdir. Həmin yazılan kağız hal-hazırda ondadır. Həmin vaxt o, etibarnaməni oxumuş və görmüşdür ki, etibarnamə Nüsrətdən yox Qalibdən (torpagın Nüsrətdən qabaq sahibi) öz atası Elxana ondan da onun atasına alınmışdır. Aradan bir müddət keçdikdən sonra o, Ceyhun müəllimə torpağın sənədlərini verməsini demiş o da sənədlərin onlarda qalmasını demişdir. Torpağın içərisində evin divarları var idi (yarım tikili). Onlar da tikilini təmir etməyə başlamış və 3000 manat pul məbləğində xərc çəkmişlər. 18 may 2022-ci ildə Nüsrət torpağın onun olduğunu, Elxangilin onu aldadıb saxta sənədlər verdiklərini demişdir. Sonra Nüsrət və onun oğlanları ona hədə-qorxu gələrək torpaqdan çıxmasını tələb etmişlər. O da nə edəcəyini bilməmiş, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 ogluna və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan qəbzin məzmunundan görünür ki, Əhmədov X5 Rəsul Elxan oğluna Şuşa qəsəbəsində 3 sot torpaq, yarımtikili üçün 16000 (on altı min) manat pulu verdiyini, Cavabdeh2 isə İddiaçı 16000 (on altı min) manat pulu aldığını imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, həyat yoldaşı cavabdeh şəxslərlə torpaq sahəsi üzərində yarımtikili ev alqı-satqısı etmək üçün telefon vasitəsilə danışaraq razılaşmışdır. Hər iki cavabdeh bələdiyyənin bir nümayəndəsi ilə birlikdə evlərinə gəlmişdir. Həmin vaxt ərizə formasında akt tərtib olunmuşdur. Bələdiyyənin nümayəndəsi onlara bildirmişdir ki, notariusa getməyə ehtiyac yoxdur. Onlar da inanmışlar. Əvvəla yoldaşı və cavabdehlər notariusa alqı-satqının rəsmiləşdirilməsi ilə bağlı müraciət etsələr də, notariusdan bildirilmişdir ki, həmin yarımtikilinin müəyyən illik vergi rüsumu bələdiyyə vasitəsilə ödənilməli və çek təqdim olunmalıdır. Bələdiyyəyə rüsumu ödəmək üçün yaxınlaşdıqda da bələdiyyə işçisi onları əmin etmişdir ki, rəsmiləşdirmə üçün notariusa getməyə ehtiyac yoxdur. Cavabdehlər onların evinə gəlib, Cavabdeh2 torpaq sahəsinin yoldaşının atasının adına rəsmiləşdirilməsi ilə bağlı ərizə yazmış və imzalamışdır. Ona 12.000 manat pul əlbəəl təqdim olundu. Onlar 39 illik etibarnamə verən zaman isə yoldaşı cavabdehlərə 3750 manat pul da vermişdir. 250 manat isə qaynı Cavabdeh2 kart hesabına köçürmə etmişdir. Cəmi 16.000 manat pul verilmişdir. Sonradan çəkilən xərc məbləği barədə məlumatı yoxdur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 1.0 ha torpaq sahəsi X8 xeyrinə icarə hüququ üzrə yüklü edilmişdir. Daşınmaz əmlak üzərində hüquq xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 443 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. 03 noyabr 2021-ci il tarixli AR-İİ seriyalı 352380 nömrəli etibarnamənin surətindən görünür ki, X4 Azərbaycan Respublikasının bütün dövlət və qeyri-dövlət orqanlarında, idar, müəssisə və təşkilatlarında o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Dövlət Reyestrinin Abşeron Ərazi İdarəsində və digər aidiyyatı olan orqanlarda onun nümayəndəsi olmağı adından sənədləşmə işlərinin aparmağı, sənədlərin və arayışları təqdim etməyi və almağı,lazımlı sənədlərdə imza etməyi, adından ərizələr verməyi, ərizələrdə imza etməyi, dövlət rüsumu ödəməyi, kadastr planı, reyestrdən çıxarış almağı və ya dəyişdirməyi,əvəzindən imza etməyi və bu tapşırıqdan yerinə yetirilməsi ilə əlaqədar adından bütün diğər zəruri hərəkətləri etməyi Cavabdeh2 5 (beş) ay müddətinə, yəni 03 aprel 2022-ci il tarixədək etibarnamə verilmişdir. 01 dekabr 2021-ci il tarixdə təsdiq edilmiş AR-İİ seriyalı 536727 nömrəli etibarnamənin surətindən görünür ki, X14 tərəfindən Azərbaycan Respublikasının Abşeron Rayon icra Hakimiyyətinin Başcısının xx.xx.2011-ci il tarixli 1483 nömrəli sərəncamına əsasən Abşeron rayonu, Ramana Südcülük sovxozu ərazisində yerləşən 7.0 ha torpaq sahəsindən yalnız 0.06 ha torpaq sahəsinin icarə hüququnun 0.03 ha icarə hüququ üzərində sərəncam verməyi tikinti işləri aparmağı, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı,pulunu almağı buna dair müqaviləri imzalamağı bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar ərizə verməyi və digər hərəkətləri etməyi Cavabdeh1 və X9 39 (otuz doqquz) il müddətinə, yəni 01 dekabr 2060-ci il tarixədək etibarnamə verilmişdir. İş materiallarında olan 09 sentyabr 2013-ci il tarixli X8 əvəzinə X10 ilə X4 arasında bağlanan torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı Abşeron rayonu, Ramana Südcülük sovxozu ərazisində ərazisində olan 1.0 ha torpaq sahəsindən 0,03 torpaq sahəsinin icarə hüquqlarını alıcıya 6000 (altı min) manata satmışdır. İş materiallarında olan 08 avqust 2022-ci il tarixində qonşular X3, X1 və X12 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Ramana qəsəbəsi Südcülük sovxozu ərazisində yarıtikili üzərində görüən işlər yəni tavan milləri, tavanüstü döşəmənin, 650 ədəd daşın, 3 ədəd dəmir turba, 2 kub kum, 8 ədəd sementin həmin məkana gətirilərək istifadə edilməsi İddiaçı tərəfindən icra edilmişdir . Məhkəmə ilk növbədə iddia ərizəsinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh2 torpaq almaq üçün razılaşmış, 16000 manat məbləğində pulu Cavabdeh2 vermiş, lakin sonradan torpaq cavabdehə məxsus olmadığından iddiaçı digər şəxslər tərəfindən torpaqdan çıxarılmışdır. Məhkəmə araşdırması zamanı, eyni zamanda müəyyən olunmuşdur ki, iddiaçı Əhmədov X6 rayonunun Südçülük sovxozu 2-ci sahədə yerləşən Cavabdeh2 16.000 (on altı min) manat məbləğində pul vermişdir. İş materiallarında olan qəbzdən də aydın olur ki, pulun alınıb-verilməsi İddiaçı və Cavabdeh2 imzası ilə də öz sübutunu tapır. Məhkəmə şahid ifadəsini də mötəbər sübut kimi qiymətləndirir. Beləliklə, iddiaçı cavabdehin hüquqazid hərəkətləri nəticəsində 16000 manat məbləğində pulundan məhrum olmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı məxsus 16000 manat məbləğində pul hər hansı hüquqi əsas olmadan Cavabdeh2 saxlanılmış, bununla da Cavabdeh2 əssassız varlanmış və cavabdeh tərəfindən hüquqi əsas olmadan iddiaçının hesabına əmlak (pul) əldə etmə kimi qiymətləndirilməlidir. Odur ki, Cavabdeh2 16000 (on altı min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Digər cavabdehə dair hissədə iddia sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə iddianın “evə çəkilən 3000 (üç min) manat pulun tutulması” hissəsinə münasibətdə bildirir ki, iddiaçı yarımtikiliyə 3000 manat məbləğində xərcin çəkilməsi və eyni zamanda həmin xərcin iddiaçı tərəfindən çəkilməsinə dair mötəbər, təqzibolunmaz sübutlar məhkəməyə təqdim edilmədiyindən həmin hissədə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları r ədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə eyni zamanda, hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 147 (yüz qırx yeddi) manat məbləğində dövlət rüsumunun 100 (yüz) manat hissəsi Cavabdeh2 İddiaçı xeyrinə tutulmalı, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 16.000 (on altı min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 147 (yüz qırx yeddi) manat məbləğində dövlət rüsumunun 100 (yüz) manat hissəsi Cavabdeh2 İddiaçı xeyrinə tutulsun. Dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar