Məhkəmə qərarları › İş №e-2(004)-4554/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4554/2022

14.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4554/2022 14.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh4 BOKT QSC və “X2 Mərkəzi” MMC-yə qarşı hərrac nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə cavabdehin tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh1 işə cəlb olunmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlərə qarşı Sabail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “X3 Mərkəzi” MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 151 saylı Satış protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-1227/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(067)-1650/2015 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" Açq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsinə dair iddiası qismən təmin olunaraq cavabdeh İddiaçı 19915 manat əsas, 1981 manat faiz, 300 manat cərimə, cəmi 22196 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın cavabdehə məxsus ipoteka predmeti olan “Chevrolet Camaro” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı, kupe tipli, 2Ğ1FB1E39C9110576 ban nömrəli, ağ rəngli minik avtomobilinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etməzsə, qalan məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Daha sonra iddiaçının məlumatı olmadan ipoteka predmeti Cavabdeh1 sifarişinə əsasən “X1 Mərkəzi” MMC tərəfindən hərraca çıxarılmış və ipoteka qoyana məlumat verilmədən və onun iştirakı olmadan keçirilmiş hərracda ipoteka predmeti ipoteka saxlayan Cavabdeh4 BOKT QSC tərəfindən alınmışdır. Hərrac qanunla müəyyən edilmiş qaydalar pozulmaqla keçirildiyindən etibarsız hesab edilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə Cavabdeh4 QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh4 QSC-yə keçmişdir. İddiaçının da kredit borcu tələb hüququ güzəşt edilən borclara aiddir. Bu səbəbdən hərracın yekunlarına dair protokol ipotekasaxlayan kimi Cavabdeh4 QSC tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər və üçüncü şəxs məhkəmədə səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: M a d d ə 41. İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 41.5. Hərrac açıq auksion formasında keçirilir. M a d d ə 42. Hərracın keçirilmə qaydası 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. M a d d ə 43. Hərracın baş tutmamış elan edilməsi 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. İş materiallarından görünür ki: 17 may 2022-ci il tarixli məhkəmə bildirişində Səbail rayon Məhkəməsi tərəfindən hərrac işinin surətinin məhkəmə təqdim olunması “X2 Mərkəzi” MMC-dən tələb olunmuşdur. Məhkəmənin sorğusuna əsasən təqdim olunmuş hərrac işinin surətindən görünür ki: Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(067)-1650/2015 saylı qətnaməsinin icrası ilə bağlı xx.xx.2015-ci il tarixdə icra vərəqəsi verilmişdir. Cavabdeh1 xx.xx.2020-ci il tarixli hərracın keçirilməsi haqqında sifarişlə “X2 Mərkəzi” MMC-yə müraciət etmişdir. Həmin sifariş hərrac təşkilatına xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. “X2 Mərkəzi” MMC xx.xx.2021-ci il tarixdə 28 iyul 2021-ci il tarixə hərrac təyin etmişdir. Hərrac barədə xx.xx.2021-ci il tarixli 637 saylı bildirişin ipoteka qoyana, ipoteka saxlayana göndərilməsi və onlar tərəfindən bildirişin alınması, bildirişdə göstərilməsinə baxmayaraq hərrac barədə “Market” qəzetində və hərrac mərkəzinin rəsmi internet səhifəsində məlumat dərc edilməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. “X2 Mərkəzi” MMC-nin 20 avqust 2021-ci il tarixli 677 saylı bildirişindən görünür ki, 01 sentyabr 2021-ci il tarixə təkrar hərrac təyin edilmişdir. Lakin ilkin hərracın, yən xx.xx.2021-ci il tarixə təyin edilmiş hərracın baş tutmadığı barədə kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirməsinə dair hərrac mərkəzi tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Eyni zamanda təkrar hərrac barədə bildirişin ipoteka qoyan və ipoteka saxlayana da göndərilməsi və onların tərəfindən bildirişin alınmasına dair də məhkəməyə sübut təqdim edilməmişdir. Bundan əlavə 01 sentyabr 2021-ci il tarixdə keçirilən təkrar hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirilməsinə dair Hərrac Mərkəzi tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Hərrac Mərkəzi tərəfindən tərtib edilmiş 24 sentyabr 2021-ci il tarixli YP-151 saylı satış protokoluna və eyni tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləyə əsasən ipoteka qoyan İddiaçı mülkiyyətində olan “Chevrolet Camaro” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan Cavabdeh4 BOKT QSC tərəfindən alınmışdır. Beləliklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, keçirilmiş hərrac qanunvericiliyin tələblərinin pozuntusu ilə həyata keçirilmiş, hərracın təşkilatçısı icra məmurundan sifarişini aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirməmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməmişdir. Eyni zamanda təkrar hərrac barədə də eyni tələblərə əməl edilməmişdir. Bundan əlavə ilkin və təkrar hərracın baş tutmadığı barədə kütləvi informasiya vasitələrində və hərrac təşkilatçısının rəsmi internet səhifəsində məlumat dərc elətdirilməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: M a d d ə 44. Hərracın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə hesab edir ki, hərrac qanunvericiliyin tələblərini pozmaqla keçirildiyindən etibarsız hesab olunmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hərrac etibarsız hesab edildiyindən onun yekunlarına dair tərtib edilmiş protokol və müqavilə də etibarsız hesab edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, hərrac, hərracın yekunlarına dair protokol, alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən və qanunla nəzərdə tutulduğundan iddia tələblərindən kənara çıxılmaqla mübahisəli avtomobil iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı mülkiyyətində olmuş “Chevrolet Camaro” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı, kupe tipli, 2Ğ1FB1E39C9110576 ban nömrəli, ağ rəngli minik avtomobilin satılmasına dair “X3 Mərkəzi” MMC tərəfindən 01 sentyabr 2021-ci il tarixdə keçirilmiş hərrac etibarsız hesab edilsin. İddiaçı mülkiyyətində olmuş “Chevrolet Camaro” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı, kupe tipli, 2Ğ1FB1E39C9110576 ban nömrəli, ağ rəngli minik avtomobilin satılmasına dair “X3 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 24 sentyabr 2021-ci il tarixli YP No-151 saylı satış protokolu və 24 sentyabr 2021-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə etibarsız hesab edilsin. “Chevrolet Camaro” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verild iyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar