Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4584/2023 17.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin X10 üçüncü şəxs qismində cəlb olunmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı ödənilmiş sığorta məbləğinin geri alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı ödənilmiş sığorta məbləğinin geri alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmiş 1 901,42 (bir min doqquz yüz bir manat,qırx iki qəpik) manat sığorta ödənişinin, 39,41 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** PH *** dövlət qeydiyyat nişanlı Mercedes Benz G63 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" MMC-yə məxsus, Cavabdeh1 sahibliyində olan, Cavabdeh3 idarə etdiyi ** PK *** dövlət qeydiyyat nişanlı Kia Cerato markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Hadisə ilə bağlı icbari sığorta üzrə ** PK *** dövlət qeydiyyat nişanlı Kia Cerato markalı avtonəqliyyat vasitəsinə vurulmuş zərərin qiymətləndirilmsi və sığorta ödənişinin verilməsi məqsədi ilə cavabdeh "xxxx" MMC "xxxx" ASC-yə müraciət etmişdir. Müraciətin nəticəsində Sığorta şirkəti olaraq nəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş və 1 901,42 (bir min doqquz yüz bir manat,qırx iki qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixində tərəfimizdən sığortalı X8 qarşı subroqasiya tələbi irəli sürülmüş, X10 ərizə ilə şirkətə müraciət edərək bildirmişdir ki, cavabdehə məxsus ** PK *** dövlət qeydiyyat nişanlı Kia Cerato markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər onun tərəfindən tam olaraq ödənilmişdir. Araşdırmamız nəticəsində məlum olmuşdur ki, cavabdeh ilə zərərvuran sığortalı arasında razılıq olmuş və zərərvuran cavabdehin nəqliyyat vasitəsinə vurduğu zərəri aradan qaldırmış və bu səbəbdən Cavabdeh1 və Cavabdeh3 xx.xx.2020-ci il tarixində Səbail RPİ-yə məktub ünvanlayaraq sığortalı zərərvuran X5 onlara dəymiş zərəri tam ödədiyini və hər-hansı şikayətinin olmadığını qeyd etmişdir. Göründüyü kimi cavabdehlər X3 dəymiş zərər üzrə sığorta ödənişi aldığından "xxxx" ASC 1901,42 (bir min doqquz yüz bir manat,qırx iki qəpik) manat məbləği həcmində subroqasiya hüququndan məhrum edilmişdir. Belə olan halda tərəflərindən cavabdehlərə qarşı bildiriş ünvanlanmış və cavabdehlərdən ödənilmiş sığorta məbləği geri tələb olunmuşdur. Tələbin nəticəsində cavabdehlər tələb olunan məbləği "xxxx" ASC-nin bank hesabına geri ödəməkdən yayınmışdır. Beləliklə, "xxxx" ASC tərəfindən zərərçəkənə ödənilmiş 1 901,42 (bir min doqquz yüz bir manat,qırx iki qəpik) manat məbləğində vəsait əsassız varlanma ilə geri tutulmalıdır. Məhkəmə tərəfindən X10 işə 3-cü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər və 3cü şəxs məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavadehlər və 3-cü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortalı İLG Servis MMC 99PH183 dövlət qeydiyyat nişanlı, Mercedes G63 MG markalı nəqliyyat vasitəsini Paşa Sığorta ASC-də 1 il müddətinə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığorta etdirmişdir. Sığorta məbləği əmlaka vurulan zərərə görə 5000 manat təşkil edir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 18:54də 99PH183 dövlət qeydiyyat nişanlı, Mercedes G63 MG markalı nəqliyyat vasitəsini həmin an idarə edən sürücü X17 vəziyyətdə olmuşdur. Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş ərizələrdən görünür ki, həmin şəxslər İdris Nəbiyevin idarə etdiyi Mercedes Benz 99PH183 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törətdiyi yol-nəqliiya hadisəsi nəticəsində onlaar dəymiş ziyanın İdris Nəbiyev tərəfindən tam ödənildiyi, gələcəkdə ona qarşı hər hansı iddia və tələbinin olmayacağı bildirmiş və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. xx.xx.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 18:54 radələrində xx.xx.1983-cü il təvəllüdlü X10 alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi «Mersedes-Benz» markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomaşınla Səbail rayonu Niyazi küçəsi ilə hərəkətdə olub İstiqlaliyyət prospektinə dönərkən avtomaşının idarə etməsin itirərək dayanmış vəziyyətdə olan Cavabdeh1 idarə etdiyi «Kia Cerato» markalı ** PK *** dövlət qeydiyyat nişanlı, X2 idarə etdiyi «Kia Rio» markalı ** SA *** dövlət qeydiyyat nişanlı, X4 idarə etdiyi «MercedesBenz» markalı ** EZ *** dövlət qeydiyyat nişanlı və X1 idarə etdiyi «BMW» markalı 10DU868 dövlət qeydiyyat nişanlı avtomaşınlarla toqquşmuş, nəticədə «Kia Cerato» markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X11 və sərnişini Cavabdeh3, həmçinin «Kia Rio» markalı ** SA *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X6 müxtəlif dərəcəl bədən xəsarətləri alaraq 3 saylı ŞKX-na müraciət etmişlər. Hazırda isə zərərçəkmiş şəxslərin almış olduqları xəsarətin sağlamlığa zərərvurmayan yəni dərəcəsiz xəsarətlər olduğundan toplanmış material üzrə cinayət təqibinin həyata keçirilməsinə heç bir əsas və səbəb olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmalıdır. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü X10 öz hərəkətləri ilə AR İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan əməlləri törətmişdir və bu səbəbdən də qəbul edilmiş qərarın surəti inzibəti təsir tədbirlərinin görülməsi üçün Səbail RPİ-nin YPXŞ-na göndərilməlidir. Paşa Bank Sığorta tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “Zərərdəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”dan və Sığorta aktından görünür ki, 99PK416 dövlət qeydiyyat nişanlı, Kia Cerato markalı avtombilə dəymiş ziyanın məbləği 3850 manat təşkil edir. Sığorta ödənişi isə 1901,42 manatdır. Xəzər Lizing MMC tərəfindən Paşa Sığorta ASC-yə ünvanlanmış məktubdan görünür ki, MMC-yə məxsus 99PK416 dövlət qeydiyyat nişanlı, Kia Cerato markalı nəqliyyat vasitəsinə vurulmuş zərərin aradan qaldırılması üçün 1901,42 manat sığorta məbləğinin göstərilən hesaba köçürülməsi xahiş edilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Paşa Bank ASC tərəfindən Rabitəbank SKB-yə Xəzər Lizinq MMC-nin hesabına 1901,42 manat məbləğində pul köçürülmüşdür. Paşa Sığorta ASC tərəfindən İdris Nəbiyevə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İLG Servisə məxsus Mercedes Benz G63 AMG markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə nəqliyyat hadisəsi törədildiyini ** SA *** dövlət qeydiyyat nişanlı KİA RİO, 10DU868 dövlət qeydiyyat nişanlı BMW, 99PK416 dövlət qeydiyyat nişanlı, Kia Cerato markalı nəqliyyat vasitələrinə zərər vurulduğu, Paşa Sığorta ASC tərəfindən ümumilikdə 4606,38 manat məbləğində ödəniş həyata keçirlidiyi və həmin məbləğin Paşa Sığorta ASC-nin bank hesabına ödənilməsi bildirilmişdir. Paşa Sığorta ASC tərəfindən Xəzər Lizing MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Paşa Sığorta ASC tərəfindən sığortalanmış Mercedes Benz G63 AMG markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Xəzər Lizinq MMC-yə məxsus 99PK416 dövlət qeydiyyat nişanlı, Kia Cerato markalı nəqliyyat vasitəsinə zərər vurulduğu, baş vermiş hadisə ilə əlaqədar olaraq "xxxx" ASC tərəfindən 1901,42 manat məbləğində ödəniş həyata keçirildiyi, xx.xx.2022-ci il tarixdə tərəflərindən İdris Nəbiyevə qarşı subroqasiya tələbinin irəli sürüldüyü, İdris Nəbiyevin ərizə ilə müraciət edərək 99PK416 dövlət qeydiyyat nişanlı, Kia Cerato markalı nəqliyyat vasitəsinə dəymiş ziyanın onun tərəfindən aradan qaldırıldığını bildirdiyi qeyd edilmiş, həmin məbləğin MMC tərəfindən Paşa Sığorta ASC-nin bank hesabına ödənilməsi bildirilmişdir. Xəzər Lizing MMC tərəfindən Paşa Sığorta ASC-yə və eləcə də Yasamal rayon Məhkəməsinə ünvanlanmış məktublardan görünür ki, Cavabdeh2 MMC-yə məxsus "Kia” minik markalı **-PK-*** qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə ödenilmiş 1901.42 manat vəsait Paşa Sığorta tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən "xxxx" MMC-nin müvafıq bank rekvizitinə köçürülmüşdür. Eyni zamanda bildirilmişdir ki, həmin avtomobil 06/3125/DLlZ nömrəli xx.xx.2020-ci il tarixli X14 müqaviləsinə əsasən Cavabdeh3 istifadəsinə verilmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə borcunu başa çatdıraraq öhdəlikdən azad olunmuşdur. xx.xx.2021-ci il tarixdə Cavabdeh3 ərizə ilə müraciət edərək həmin vəsaiti onun təqdim etdiyi bank hesabına köçürülməsini xahiş etmişdir. MMC tərəfindən həmin ərizə xx.xx.2021-ci il tarixda icra olunaraq V. Məmmədova məxsus bank hesabına köçürülmüşdür. xx.xx.2020-ci il tarixli X7 görünür ki, Xəzər Lizinq MMC mülkiyyətində olan Kia Cerato minik markalı avtomobili lizinq müqaviləsinə əsasən Cavabdeh3 verməyi, lizinq alan isə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 36 ay müddətinə bağlanılmışdır. xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktından görünür ki, 99PK416 dövlət qeydiyyat nişanlı, Kia Cerato markalı nəqliyyat vasitəsi Xəzər Lizinq MMC tərəfindən Cavabdeh3 verilmişdir. Cavabdeh3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, 99PK416 dövlət qeydiyyat nişanlı, Kia Cerato markalı nəqliyyat vasitəsini lizinqlə götürdüyünü bildirmiş və Paşa Sığorta tərəfindən ödənilmiş 1901,42 manat məbləğində pul vəsaitinin onun hesabına köçürülməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Xəzər Lizinq MMC 1901,42 manat məbləğində pul vəsaitini Cavabdeh3 hesabına köçürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən əsassız varlanma və başqa şəxslərə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsində təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari Sığortalar haqqında” Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; halında sığortaçının subroqasiya hüququ yaranır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Beləliklə, işin halları ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə X10 alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi «Mersedes-Benz» markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomaşınla Səbail rayonu Niyazi küçəsi ilə hərəkətdə olub İstiqlaliyyət prospektinə dönərkən avtomaşının idarə etməsini itirərək dayanmış vəziyyətdə olan Cavabdeh1 idarə etdiyi «Kia Cerato» markalı ** PK *** dövlət qeydiyyat nişanlı, X2 idarə etdiyi «Kia Rio» markalı ** SA *** dövlət qeydiyyat nişanlı, X4 idarə etdiyi «MercedesBenz» markalı ** EZ *** dövlət qeydiyyat nişanlı və X1 idarə etdiyi «BMW» markalı 10DU868 dövlət qeydiyyat nişanlı avtomaşınlarla toqquşmuş, nəticədə X15 Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərədə tutulmuş (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) inzibati xətanı törətmişdir. Xəzər Lizinq MMC-yə məxsus 99PK416 dövlət qeydiyyat nişanlı, Kia Cerato markalı avtombilə dəymiş ziyanın məbləği 3850 manat, sığorta ödənişi isə 1901,42 manat təşkil etmiş, həmin məbləğ Paşa Sığorta ASC tərəfindən MMC-yə ödənilmişdir. Paşa Sığorta ASC tərəfindən sığorta olunmuş Mersedes-Benz markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X17 vəziyyətində olduğundan Paşa Sığorta ASC-nin ona qarşı subroqasiya hüququ yaranmışdır. Paşa Sığorta ASC İdris Nəbiyevə məktub ünvanlayaraq ödənilmiş sığorta vəsaitinin geri ödənilməsi tələb etmiş, İdris Nəbiyev məktuba cavab olaraq nəqliyyat vasitəsinin toqquşması nəticəsində dəymiş zərərin onun tərəfindən ödənildiyini bildirmiş, bundan sonra Paşa Sığorta Xəzər Lizinq MMC-yə müraciət edərək İdirs Nəbiyev tərəfindən dəymiş ziyanın aradan qaldırılmasını nəzərə alaraq ödənilmiş 1901,42 manat məbləğin geri ödənilməsi tələb edilmişdir. X19 MMC təərfindən Paşa Sığortaya ünvanlnamış məktubdan, eləcə də iş materiallarından da göründüyü kimi Kia Cerato markalı, 99PK416 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Xəzər Lizinq MMC tərəfindən Daxili Lizinq müqaviləsi əsasında Cavabdeh3 verildiyindən sonuncu MMC-yə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək Paşa Sığorta ASC tərəfindən ödənilmiş məbləğin onun hesabına ödənilməsini xahiş etmiş və Xəzər Lizinq MMC həmin məbləği Cavabdeh3 hesabına köçürmüşdür. Məhkəmə qeyd edir ki, iş materiallarında olan ərizələrdən də görünür ki, Cavabdeh3 İdris Nəbiyev tərəfindən ona vurulmuş ziyanın sonuncu tərəfindən tam ödənildiyini bildirmişdir. Həmin ərizələrin tarixi qeyd edilməsə də, məhkəmə nəzərə alır ki, qeyd edilən ərizələrdə cinayət işinin başlanmasının rədd edilməsi xahiş edilmiş və iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə, yəni İdris Nəbiyev tərəfindən vurulmuş ziyan ödənildikdən bir neçə ay sonra isə Cavabdeh3 ərizə ilə Xəzər Lizinq MMC-yə müraciət edərək sığorta ödənişi olan 1901,42 manat məbləğində vəsaitin onun hesabına köçürülməsini xahiş etmiş, beləliklə hüquqi əsas olmadan Paşa Sığorta ASC-nin hesabına vəsait əldə etmişdir. Məhkəmə 1901,42 manat məbləğində pul vəsaitinin həmçinin digər cavabdehlər Xəzər Lizinq MMC və Cavabdeh1 tutulması ilə bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, artıq işin halları ilə müəyyən edilmişdir ki, Paşa Sığorta tərəfindən ödənilmiş 1901,42 manat məbləğində pul vəsaiti Cavabdeh3 tərəfindən əldə edilmişdir. Belə olan halda digər cavabdehlərin pul vəsaitini əldə etməsi, yəni əsassız varlanması iş materialları ilə müəyyən edilmədiyindən iddia tələbi həmin cavabdehlərə münasibətdə əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 1901,42 (bir min doqquz yüz bir manat 42 qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, iddia qimən təmin edildiyindən iş üzrə ödənilmiş 39,41 (otuz doqquz manat 41 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh3 tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 1901,42 (bir min doqquz yüz bir manat 42 qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 39,41 (otuz doqquz manat 41 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh3 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-4584/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4584/2023
17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver