Məhkəmə qərarları › İş №e-2(004)-4614/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4614/2023

29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4614/2023 29.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri ərazisində hərəkət edən zaman “Mercedes Benz C200” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq nol nəqliyyat hadisəsi törətmiş və nəticədə idarəetməni itirərək "xxxx" ASC-yə məxsus elektron cihazların satışını həyata keçirən mağazaya zərər vurmuşdur. Nəsimi RPİ tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərar qəbul edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-in 332.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə iddiaçı "xxxx" ASC tərəfindən “Mercedes Benz C200” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı X1 2262,29 manat, "xxxx" ASC-yə məxsus elektron cihazların satışını həyata keçirən mağazaya dəymiş zərərlə bağlı "xxxx" ASC-yə 2593,36 manat sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan CML-2621/2020-AKT3361/20 nömrəli sığorta aktına əsasən müəyyən olunur ki, “Mercedes Benz C200” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı X1 2262,29 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan CML-2621/2020-AKT3676/21 nömrəli sığorta aktına əsasən müəyyən olunur ki, "xxxx" ASC-yə məxsus elektron cihazların satışını həyata keçirən mağazaya dəymiş zərərlə bağlı "xxxx" ASC-yə 2593,36 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli TP ******* nömrəli qərara əsasən müəyyən olunur ki, “Toyota Prius” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-in 332.1, 332.2 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 936-cı maddəsi çıxış edir. MM-in 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Beləliklə, müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri ərazisində hərəkət edən zaman “Mercedes Benz C200” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq nol nəqliyyat hadisəsi törətmiş və nəticədə idarəetməni itirərək "xxxx" ASC-yə məxsus elektron cihazların satışını həyata keçirən mağazaya zərər vurmuşdur. Nəsimi RPİ tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərar qəbul edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-in 332.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə iddiaçı "xxxx" ASC tərəfindən “Mercedes Benz C200” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı X1 2262,29 manat, "xxxx" ASC-yə məxsus elektron cihazların satışını həyata keçirən mağazaya dəymiş zərərlə bağlı "xxxx" ASC-yə 2593,36 manat sığorta ödənişi həyata keçirilmişdir. Bu səbəbdən, iddiaçı subroqasiya qaydasında ödənilmiş sığorta ödənişini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, ödənilmiş 69 (altmış doqquz) manat dövlət rüsumu qaydada Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Bu səbəbdən də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh subroqasiya qaydasında “Mercedes Benz C200” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı ödənilmiş 2262,29 (iki min iki yüz altmış iki manat iyirmi doqquz qəpik) manat və "xxxx" ASC-yə məxsus elektron cihazların satışını həyata keçirən mağazaya dəymiş zərərlə bağlı ödənilmiş 2593,36 (iki min beş yüx doxsan üç manat otuz altı qəpik) manat pul və ödənilmiş 69 (altmış doqquz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh subroqasiya qaydasında “Mercedes Benz C200” markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı ödənilmiş 2262,29 (iki min iki yüz altmış iki manat iyirmi doqquz qəpik) manat, "xxxx" ASC-yə məxsus elektron cihazların satışını həyata keçirən mağazaya dəymiş zərərlə bağlı ödənilmiş 2593,36 (iki min beş yüx doxsan üç manat otuz altı qəpik) manat pul və ödənilmiş 69 (altmış doqquz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar