Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4663/2022 23.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu – İddiaçı MMC-nin cavabdehlər Cavabdeh, X5, X1, X2 və X6 qarşı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək Müəyyənetdi: İddiaçı MMC cavabdehlər Cavabdeh, X5, X1, X2 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin forması və məzmunu Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı “Bakı ŞİHB-nın 255 saylı, xx.xx.2020-ci il tarixli sərəncamı ilə İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən cavabdehlər və onların ailə üzvlərinin yaşadıqları, iddia ərizəsində göstərilən mənzillərinə (Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq, hazırda Eldar Ağayev küçəsində yerləşən 102, 104 saylı binaların) dair mülkiyyət, istifadə hüquqlarına xitam verilməsi, onların çıxardılması ilə mənzillərin boşaldaılması və sökülməsi, iddiaçı tərəfindən sökülən binaların yerində tikiləcək yeni çoxmənzilli yaşayış binasında cavabdehlərin mənzillərin qanuni sahəsinə 20 faiz əlavə sahə olmaqla yeni və təmirli mənzillərin verilməsi, yeni bina tikilənədək cavabdehlərlə birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün aylıq 400 manat məbləğində kirayə haqqı ödənilməsi” barədə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb irəli sürmüşdür. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı müxtəlif cavabdehlərə qarşı birbiri ilə əlaqədar olmayan tələbləri birləşdirmişdir. Ona görə də iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində hər bir cavabdehə aid mənzildə yaşayan şəxslərin dairəsini müəyyən etməli və hər bir mənzil üzrə cavabdeh olan şəxslərin dairəsi müəyyən edilməklə ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq Qəraraaldı: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh, X5, X1, X2 və X6 qarşı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-4663/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4663/2022
23.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver