Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4664/2023 30.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, Cavabdeh6, Cavabdehlər Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Cavabdeh10 qarşı kommunal xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi cavabdehler Cavabdeh1 1926 (min doqquz yüz iyirmi altı) manat, Cavabdeh7 756 (yeddi yüz əlli altı) manat , Cavabdeh5 756 (yeddi yüz əlli altı) manat, Cavabdeh3 756 (yeddi yüz əlli altı) manat , Cavabdeh10 756 (yeddi yüz əlli altı) manat və Cavabdeh6 1429 (min dörd yüz iyirmi doqquz) manat pul vəsaitinin və ödənilmiş 133 (yüz otuz üç) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 01 fevral 2005-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X18 massivi, Bünyadzadə küçəsi 1 ünvanında 6 girişli, 11 mərtəbəli 4 nömrəli yaşayış binasının tikintisinə dair müqavilə üzrə sifarişçi "xxxx" Mənzil Tikinti Kooperativi ilə icraçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ilə podratçı "xxxx" MMC tərəfindən binanın tikintisi başa çatdırılmış və 16 aprel 2018-ci il tarixli 001806 saylı istismara hazırlıq aktı alınaraq İddiaçı MTK-ya təhvil verilmişdir. "xxxx" MTK-nın payçılarının Ümumi Yığıncağının 22 yanvar 2012-ci il tarixli iclas protokoluna əsasən mənzildə yaşayıb-yaşamamağından asılı olmayaraq hər bir payçıdan 01 yanvar 2012-ci il tarixdən etibarən 1 otaqlı mənzillər üçün aylıq 15 manat, 2 otaqlı mənzillər üçün aylıq 18 manat, 3 otaqlı mənzillər üçün 21 manat, 4 otaqlı mənzillər üçün 24 manat, qeyri-yaşayış sahələri üçün isə hər kv.m görə 0.50 manat (50 qəpik) olmaqla kommunal xidmət haqqı müəyyən edilməsi qərara alınmışdır. Qeyd edilən qərar MTK tərəfindən binanın bloklarının girişində və binanın digər yerlərində sakinlərin binaya daxil olarkən asanlıqla görə biləcəyi yerdə asılmışdır. Binanın ümümi əmlakının lazimi qaydada saxlanılması və bina sakinlərinin normal yaşayış səviyyəsini təmin etmək məqsədilə binaya su nasosları vasitəsilə hər gün fasiləsiz içməli suyun verilməsi, liftlərin daim işlək vəziyyətdə saxlanılması, məişət tullantılarının gündəlik olaraq daşınması, su hövzələrinin vaxtaşırı təmizlənməsi, binanın daxili və xarici hissələrinin təmiz saxlanması və s. digər kommunal xidmətlər, həmçinin binanın xarici və daxili hissəsində bir sıra cari təmir və kosmetik işlər MTK tərəfindən davamlı olaraq göstərilməkdədir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, X18 massivi, Bünyadzadə küçəsi 1 ünvanında yerləşən 11 mərtəbəli 4 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 107 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh2 aylıq 53.50 manatdan (0.50x107=53.50) hesablanmaqla 3 il müddətinə1926 manat (53.50x36ay=1926), binanın 1-ci mərtəbəsinə yerləşən 107 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X5 aylıq 53.50 (0.50x107=53.50) manatdan hesablanmaqla 3 il müddətinə1926 manat (53.50x36ay=1926), binanın 1-ci mərtəbəsinə yerləşən 107 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh1 aylıq 53.50 (0.50x107=53.50) manatdan hesablanmaqla 3 il müddətinə1926 manat (53.50x36ay=1926), binanın 1-ci mərtəbəsinə yerləşən 6-cı blokun alt hissəsində 95 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh12 aylıq 47.50 manatdan (0.50x95=47.50) hesablanmaqla 3 il müddətinə1710 manat (47.50x36ay=1710), həmçinin ümumi sahəsi 115.72 kv.m olan 3 otaqlı 3 saylı mənzilin mülkiyyətçisi Cavabdeh7 aylıq 21 manatdan hesbalanmaqla3 il müddətinə756 manat (21x36ay=756), ümumi sahəsi 115.72 kv.m olan 3 otaqlı 13 saylı mənzilin mülkiyyətçisi Cavabdeh5 aylıq 21 manatdan hesbalanmaqla 3 il müddətinə756 manat (21x36ay=756), ümumi sahəsi 105.85 kv.m olan 3 otaqlı 38 saylı mənzilin mülkiyyətçisi Cavabdeh11 aylıq 21 manatdan hesbalanmaqla 3 il müddətinə756 manat (21x36ay=756), ümumi sahəsi 104.3 kv.m olan 3 otaqlı 54 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3 aylıq 21 manatdan hesbalanmaqla 3 il müddətinə756 manat (21x36ay=756), ümumi sahəsi 105.95 kv.m olan 3 otaqlı 80 saylı mənzilin mülkiyyətçisi Cavabdeh8 aylıq 21 manatdan hesbalanmaqla 3 il müddətinə756 manat (21x36ay=756), ümumi sahəsi 105.95 kv.m olan 3 otaqlı 84 saylı mənzilin mülkiyyətçisi Cavabdeh9 aylıq 21 manatdan hesbalanmaqla 3 il müddətinə756 manat (21x36ay=756), ümumi sahəsi 105.95 kv.m olan 3 otaqlı 59 saylı mənzilin mülkiyyətçisi Cavabdeh10 aylıq 21 manatdan hesbalanmaqla3 il müddətinə756 manat (21x36ay=756) "xxxx" MTK-ya kommunalxidmətlərə görə borcu vardır. Həmçinin ümumi sahəsi 105.95 kv.m olan 3 otaqlı 61 saylı mənzilin mülkiyyətçisi Cavabdeh6Aydın oğlu ilə "xxxx" MTK arasında 31 yanvar 2021-ci il tarixdə kommunal xidmətlər haqqında müqavilə bağlanılmış və həmin müqavilənin 3.3-cü bəndində tərəflərin üzərinə götürdükləri öhdəlikləri müəyyən edilmiş vaxtlarda yerinə yetirmədikdə qarşı tərəfə ümüumi məbləğinin hər gecikdirilən təqvim günü üçün 1% məbləğində cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında müqavilənin qeyd olunan bəndinə əsasən 61 saylı mənzilin mülkiyyətçisi Cavabdeh6Aydın oğlundan adı çəkilən müqavilənin 3.3-cü bəndinə əsasən 3 il müddətinə1429 manat "xxxx" MTK-ya kommunalxidmətlərə görə borcu vardır. Ümumilikdə cavabadehlərin "xxxx" MTK-ya kommunalxidmətlərə görə cəmi borcu 14209 manat təşkil edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Kazım oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 1926 (min doqquz yüz iyirmi altı) manat, Cavabdeh7 756 (yeddi yüz əlli altı) manat, Cavabdeh5 756 (yeddi yüz əlli altı) manat, Cavabdeh3 756 (yeddi yüz əlli altı) manat , Cavabdeh10 756 (yeddi yüz əlli altı) manat və Cavabdeh6 1429 (min dörd yüz iyirmi doqquz) manat pul vəsaitinin və ödənilmiş 133 (yüz otuz üç) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bildirmişdir ki, İddiaçı MTK fəaliyyətini 2013-cü ildən dayandırmışdır. Buna səbəb bina tikintisini başa çatdırdıqdan sonra onun 5 il davamlı olaraq müraciət etməsinə baxmayaraq onun sadələşmiş vergi ödəyicisi kimi qeydiyyata alınmasından imtina olunması ilə əlaqədardır. O da məcbur qalaraq "xxxx" MMC-ni yaratmış və kommunal ödənişləri həmin "xxxx"MMC adından yığmağa başlamışdır. Onlar 2012-ci ildə kommunal qiymətlərlə bağlı tarif müəyyənləşdirərkən bunu İddiaçı MTK adından etmişlər. Hazırda da onun həmin tariflə kommunal ödənişlər yığılmaqdadır. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh6 və cavabdehlər Cavabdeh1, Cavabdeh6 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı MTK 2013-cü ildən fəaliyyətini rəsmi olaraq dayandırmışdır. Fəaliyyət göstərməyən MTK-nın kommunal xidməti haqlarını tələb etməsinin hüquqi əsası yoxdur. MTK-nın təsisçisinin öz adına "xxxx" MMC yaradaraq sakinlərdən kommunal ödənişlər yığması qanunsuz və əsassızdır. Bu səbəbdən iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh6 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MTK-nın payçılarının ümumi yığıncağının xx.xx.2012-ci il tarixli, 1 nömrəli protokolundan görünür ki, mənzilində yaşayıbyaşamamağından asılı olmayaraq hər bir MTK üzvü xx.xx.2012-ci il tarixdən etibarən 1 otaqlı mənzillər üçün 15 manat, 2 otaqlı mənzillər üçün 18 manat, 3 otaqlı mənzillər üçün 21 manat, 4 otaqlı mənzillər üçün isə 24 manat, qeyri-yaşayış sahələri isə hər kv.m. görə 50 qəpik olmaqla kommunal xidmət haqqı ödəməlidir. Vaxtında kommunal xidmət haqqını ödəməyən MTK üzvünün mənzilinə, obyektlərinə elektrik enerjisinin verilməsi dayandırılması qərara alınmışdır. İş materiallarında olan İddiaçı MTK-nın Nizamnaməsinin surətinə əsasən İddiaçı MTK Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 5/359 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış «204 saylı» mənzil-tikinti kooperativinin bazasında yaradılıb və onun hüquqi varisidir. Kooperativin fəaliyyətinin məqsədi müvafiq dövlət orqanlarından razılıq aldıqdan sonra Bakı şəhəri XDS İK-nin xx.xx.1991-ci il tarixli, 9/492 saylı qərarı ilə təsdiq edilmiş «204 saylı» mənzil-tikinti kooperativinin üzvlərinin və respublika vətəndaşlarının əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə onların mənzil sahəsinə tələbatının ödənilməsidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 01/Ç-2408 saylı X4 Reyestrindən Çıxarışının və Dövlət qeydiyyatı haqqında 0104-P63-40484 nömrəli Şəhadətnaməsinin surətlərinə əsasən, İddiaçı MTK xx.xx.2004-cü il tarixdə qeydiyyatdan keçmişdir, təsisçilər və nizamnamə kapitalında payların miqdarı: X12 (1.000.000 manat), X9 (1.000.0000 manat), X6 (1.000.000 manat), X14 (1.000.000 manat), X8 (1.000.000 manat), pay fondunun miqdarı 5.000.000 manat təşkil etmiş, MTK-nın ümumi yığıncağının xx.xx.2002ci il tarixli qərarına əsasən X1 təyin edilmişdir. MTK-nın fəaliyyət predmeti tikinti, təmir, istehsal və qanunvericiliklə qadağan olmayan digər fəaliyyət kimi müəyyən edilmişdir. İş materiallarında olan “ANT İnşaat Təmir Tikinti” (podratçı) ilə Cavabdeh1 (sifarişçi) arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən podratçı müqavilədə sadalanan tikinti-quraşdırma işlərini layihə sənədlərinə uyğun qüsursuz və Dövlət-Tikinti Komitəsi tərəfindən təsdiq edilmiş tikinti norma və qaydalarına uyğun yüksək keyfiyyətlə yerinə yetirməyi və sifarişçi 1-ci mərtəbədə 107,0 m2, olan qeyri-yaşayış sahəsinin hər m2 450 AZN ( dört yüz əlli manat) olmaqla cəmi 48 150 AZN (qırx səkkiz min yüz əlli manat) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2, mənzil 3, giriş 1 Cavabdeh7 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2, mənzil 13, giriş 1 X10 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2, mənzil 54, giriş 3 Cavabdeh3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan AZEMİS vergi məlumatlarından çıxarışdan görünür ki, İddiaçı MTK-nın (VÖEN **********) fəaliyyəti dayandırılmışdır. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 4 saylı evin 56 nəfər sakinlər tərəfindən ayrı-ayrılıqda yazılmış 06-08 oktyabr 2023-cü il tarixli məlumatların surətlərindən görünür ki, onlar İddiaçı MTK-nın Ümumi yığıncağının xx.xx.2012ci il tarixli qərarında qeyd edilmiş kommunal haqqların miqdarı ilə tam razıdırlar və mütəmadi olaraq hər ay İddiaçı MTK tərəfindən göstərilən Kommunal xidmətlərinə görə kommunal pulunu tam həcmdə ödəyirlər. İş materiallarında olan kassa məxaric orderlərinin surətlərindən görünür ki, ünvan 2 ünvanında yerləşən digər sakinlər tərəfindən mənzil-kommunal xidməti üçün ödənişlər "xxxx" MMC-nə ödənilmişdir. İşin halları odur ki, cavabdehlər İddiaçı MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, X18 massivi, D.Bünyadzadə küçəsi, 4 ünvanında yerləşən yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasının sakinləridir. Cavabdehlər kommunal xərcləri ödəməkdən yayınmış və İddiaçı MTK yaranmış borcun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Qeyd edilənlərə məhkəmə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin hallarından da göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, X18 massivi, D.Bünyadzadə küçəsində yerləşən 4 saylı binanın mülkiyyətçiləri olan cavabdehlərlə kommunal xidmətin göstərilməsi ilə bağlı İddiaçı MTK arasında hər hansı müqavilə bağlanılmamışdır. «R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında göstərmişdir ki, “özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır”. Mənzil Məcəlləsinin 109.4-cü maddəsinə əsasən mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar. Həmin Məcəllənin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənziltikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Qanunun tələbinə əsasən mənzil tikinti kooperativinin 50% payçılarının çoxunun mənzilləri mülkiyyət hüququ üzrə onlara keçdikdən sonra kooperativ ləğv edilməli və mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmalıdır. Mənzil Məcəlləsinin 109.2-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər Mənzil Məcəlləsinin 124-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyası (müfəttişi) cəmiyyətin idarəetmə orqanlarıdır. Həmin Məcəllənin 125.2-ci və 125.2.4-cü maddələrinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aid olan məsələdir Məcəllənin 127.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyət iştirakçılarına hesabat verən cəmiyyətin icra orqanı olmaqla cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. Məcəllənin 127.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər istisna olmaqla, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə qərarlar qəbul edə bilər. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Mənzil Məcəlləsinin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Mənzil Məcəlləsinin 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar,başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Qeyd olunan 3 elementdən ikinci və üçüncü elementlər birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarına əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Lakin iddiaçı ilə cavabdehlər arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı hər hansı müqavilə olmadığı üçün, cavabdehlərin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır. Bu səbəbdən iddiaçı cavabdehlərdən göstərilən xidmətlərlə bağlı borc tələb etməsi əsaslı hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçının yaranmış borcla bağlı istinad etdiyi və məhkəməyə təqdim etdiyi sübutlar da qanunvericiliyin tələblərinə ziddir. Beləliklə, yuxarıda qeyd olunan normalara əsasən, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin müvafiq iddia tələbi ilə bağlı subyektiv hüququnun olması mülki iş materiallarına əsasən müəyyən edilmir. Bundan əlavə məhkəmə bildirir ki, hazırki iddia üzrə əvvəlki məhkəmə iclası iddiaçının nümayəndəsi (təsisçisi) X12 qeyd etmişdir ki, onun tərəfindən "xxxx" MMC yaradılmış və kommunal ödənişlər həmin hüquqi şəxs tərəfindən həyata keçirilməkdədir. Eyni zamanda mülki iş materiallarına əlavə edilmiş İddiaçı MTK-nın nizamnaməsində kommunal ödənişlərin alınması fəaliyyətinin həyata keçirilməsi də nəzərdə tutulmamışdır. Bundan əlavə isə İddiaçı Mənzil Tikinti Kooperativi kommersiya hüquqi şəxs kimi yaradılmaqla məqsədi kommersiya fəaliyyəti olmuş və daha sonradan öz fəaliyyətini dayandırmışdır. Məhkəmə məhkəmə xərcləri ilə bağlı qeyd ki, iddia tələbi təmin olunmadığından, ödənilmiş 133 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233- cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Cavabdeh10 qarşı kommunal xərclərin ödənilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4664/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4664/2023
30.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver