Məhkəmə qərarları › İş №e-2(004)-4693/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4693/2020

11.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4693/2020 11.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh MMC-yə və maraqlı şəxslər Maraqlı şəxs1 ASC-yə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı rəyin ləğvi və əmlakın yenidən qiymətləndirilməsi barədə tələbinə dair mülki işə baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh MMC-yə və maraqlı şəxslər Maraqlı şəxs1 ASC-yə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı rəyin ləğvi və əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə iddiaçılar İddiaçı2, İddiaçı1 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, iddiaçılar məhkəmədən əmlakın qiymətləndirilməsinə dair rəylərin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, müstəqil qiymətləndiricinin rəyinin ləğv edilməsi barədə iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mülki işin icraata qəbulundan imtina edilməli və iddiaçıya mübahisəli məsələ ilə bağlı müvafiq icra hərəkətlərinin mübahisələndirilməsi tövsiyə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh MMC-yə və maraqlı şəxslər Maraqlı şəxs1 ASC-yə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı rəyin ləğvi və əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 aidiyyatı üzrə müvafiq İcra orqanına müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar