Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4713/2022 17.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı Azərbaycan Respublikasının X4 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının X4 Cavabdeh qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” X7 Cavabdeh qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta hadisəsi nəticəsində Mərkəzin əmlakına dəymiş 2926.40 manat zərərin yarısının 1463.20 manat məbləğin cavabdehdən Mərkəzin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin mülki məsuliyyətini sığortaladığı X6 xx.xx.2021-ci il tarixdə saat 12:30-da Bakı şəhəri, H.Cavid prospektində ona məxsus “KİA RİO” 2011 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini nəqliyyat vasitələrinin parklanması üçün müəyyən edilməmiş yerdə saxlamışdır. Sözügedən şəxsə məxsus avtomobildə olan sərnişin-hazırki iş üzrə Cavabdeh yolun səki hissəsində deyil, hərəkət hissəsində avtomobilin qapısını qəfildən açaraq düşməyə çalışmış, beləliklə, nəqliyyat vasitəsindən düşmə qaydalarını pozmuşdur. Təsvir edilən hadisə nəticəsində hazırki iş üzrə iddiaçı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (bundan sonra-Mərkəz) məxsus olan, X3 idarə etdiyi “Mercedes Benz S450” 2019 markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin prospektdə hərəkət edərkən heç bir təqsiri olmadığı halda “KİA RİO” 2011 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısı ilə toqquşaraq ona maddi ziyan vurulmuş və istismara yararsız vəziyyətə düşmüşdür. Bakı şəhər DYPİ tərəfindən sərnişin Cavabdeh barəsində yol verdiyi inzibati xəta ilə əlaqədar olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində Mərkəzin nəqliyyat vasitəsinin sağ yan güzgü və sağ yan hissəsinin zədələnməsi faktı Bakı şəhər DYPİ tərəfindən verilmiş arayışla təsdiqlənmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş aktla Mərkəzə məxsus avtomobilə dəymiş zərər ilkin baxış zamanı ehtiyat hissələrinin və görüləcək işlərin toplam qiyməti də nəzərə alınmaqla və əlavə dəyər vergisi də (ƏDV) daxil olmaqla, 2926.40 manat məbləğində qiymətləndirilmişdir. Mərkəzə dəymiş zərərin ödənilməsi ilə bağlı "xxxx" ASC ilə işçi qaydada aparılmış danışıqlar zamanı bildirilmişdir ki, həmin ASC-nin mülki məsuliyyətini sığortaladığı şəxs A.İ.Məmmədova məxsus avtomobilin dayanma, durma və parklanma qaydalarını pozmasını nəzərə alaraq, Mərkəzin əmlakına dəymiş zərərin yalnız yarısını, yəni 1463.20 manat məbləği ödəyəcək, qalan məbləğ isə Mərkəzin nəqliyyat vasitəsinə inzibati xəta törətməklə birbaşa maddi ziyan vuran şəxsdən - sərnişin Cavabdeh tutulmalıdır. Dəymiş 2926.40 manat məbləğində zərərin yarısı-1463.20 manat məbləğ "xxxx" ASC tərəfindən ödənilmişdir. Hazırki iş üzrə Cavabdeh və onun valideyni ilə də əlaqə saxlanılmış, lakin onlar tərəfindən Mərkəzə dəymiş zərərin yarısının 1463.20 manat məbləğin ödənilməyəcəyi bildirilmişdir. Məhkəmə iclasında işdirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakıları əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən işin faktiki halları bundan ibarətdir ki, iddiaçıya məxsus olan "Mercedes Benz S450" 2019 markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə cavabdeh “Xalq Sığorta" ASC-də icbari qaydada sığortalanmış "KİA RİO" 2011 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə xx.xx.2021-ci il tarixdə saat 12:30-da Bakı şəhəri, H.Cavid prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. Qeyd edilən hadisə üzrə "KİA RİO" 2011 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X1 Xətalar Məcəlləsinin 346.1-ci maddəsi (dayanma qaydalarını pozma) ilə inzibati qaydada tənbeh edilərək, 20 manat məbləğində cərimə edilmişdir. Həmin hadisə üzrə "KİA RİO" 2011 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sərnişini Musayeva X2 Xətalar Məcəlləsinin 338.3-cü maddəsi (sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulması) ilə inzibati qaydada tənbeh edilərək, 30 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş Akta əsasən "Mercedes Benz S450" 2019 markalı **-AD-*** d.q.n. avtomobilə dəymiş ziyan 2926.4 manat olmuşdur, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" MMC tərəfindən 2926,40 AZN zərər məbləği müqabilində təmir olunaraq avtomobil səlahiyyətli şəxsə təhvil verilmişdir. "xxxx" ASC tərəfindən “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” X7nə 1463.20 manat məbləği ödənilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərinəvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt)hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsində birbaşa göstərilmişdir ki, həmin Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Adıçəkilən Qanunun 6.4-cü maddəsinə əsasən, mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs faydalanan şəxs, yəni sığorta ödənişi verilməli olan şəxs hesab edilir. Mülki Məcəllənin 926.1-ci maddəsində müəyyən edilmişdir ki, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığorta haqqında qanunvericiliyin tələbinə uyğun olaraq avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi (avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı) nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-2-ci maddəsində müəyyən edilmişdir ki, fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Qanunvericiliyin tələbindən də göründüyü kimi, maddi zərərin əvəzinin ödənilməsi zamanı üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Qanunvericiliyin birbaşa tələbindən irəli gəldiyi və Mərkəzin əmlakına ziyan vurulmasında mülki məsuliyyəti sığortalanan sürücü A.İ.Məmmədova məxsus avtomobildə olan sərnişin hazırki iş üzrə Cavabdeh da təqsirli olduğu üçün vurulmuş zərərə görə sığorta ödənişi sərnişinin də təqsiri nəzərə alınaraq azaldılmalıdır. Buna baxmayaraq, Cavabdeh qanunazidd hərəkət etməklə yol verdiyi sığorta hadisəsi nəticəsində Mərkəzə dəymiş zərərin yarısını 1463.20 manat məbləği ödəməkdən əsassız olaraq imtina edir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində sərnişinin vəzifələri sadalanmışdır. Həmin maddəyə görə, sərnişin nəqliyyat vasitəsinə yalnız xüsusi minik meydançasından, belə meydança olmadıqda isə, səkidən və ya yolun çiyini tərəfdən yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra minibdüşməlidir. Sərnişinlərin səki və ya yolun çiyini tərəfdən minib-düşməsi mümkün olmayan halda, onlar yolun hərəkət hissəsindən o şərtlə minib-düşə bilər ki, bu, təhlükəli olmasın və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın. Həmin Qanunun 56-cı maddəsinin X hissəsinə əsasən, sərnişinlərə nəqliyyat vasitəsi dayandıqda və ya durduqda, heç bir təhlükənin olmadığını yəqin etmədən onun qapılarını açmaq qadağandır. Cavabdeh qanunvericiliyin tələbinə uyğun olaraq nəqliyyat vasitəsi dayandığı zaman hər hansı təhlükənin olmadığını müəyyən etdikdən sonra onun qapılarını açmalı olduğu və aça biləcəyi halda, lazımi diqqət və ehtiyatlılıq göstərməmiş, bu cür etinasızlıq isə sığorta hadisəsinin baş verməsi ilə nəticələnmişdir. Artıq işin hallarından da göründüyü kimi, “Kia-Rio” 2011 markalı 90MB258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan sərnişinin-Cavabdeh təhlükəsizliyi təmin etmədən nəqliyyat vasitəsinin qapısını qəfildən yolun hərəkət istiqamətində açması sığorta hadisəsinin baş verməsinə səbəb olmuşdur. Yəni, cavabdehin yol verdiyi qanunazidd əməl sığorta hadisəsinin baş verməsinə gətirib çıxarmışdır. Bu hal da cavabdehin inzibati xəta ilə əhatə olunan qanunazidd əməli ilə onun nəticəsi-sığorta hadisəsi arasında səbəbli əlaqə olduğunu deməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi qismində 1463 (bir min dörd yüz altmış üç) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikasının X4 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi qismində 1463 (bir min dörd yüz altmış üç) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikasının X4 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-4713/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4713/2022
17.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver