Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4716/2023 23.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı "xxxx" ASC və Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələblərinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66,01 kv.m ümumi, 38.71 kv,m yaşayış, 27,3 kv.m yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzilinə dair qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi, həmin mənzil barəsində yenidən əmlakın real bazar və likvid dəyərinin müəyyən edilməsi üçün qiymətləndirilmə aparılmasının təşkil edilməsi öhdəliyinin Sabunçu Rayon İcra Şöbəsinə həvalə edilməsi, cavabdeh "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 208/23 saylı hərracın nəticələrinin yekunları barədə protokolunun etibarsız hesab edilərək hərracın nəticələrinin yekunlarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-316/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər X10 və X3 müştərək qaydada "xxxx"ASC-nin xeyrinə 26 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 23.981,51 ABŞ dolları əsas, 17.946,5 ABŞ dolları faiz, 600 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2.792,65 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 45.320,66 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, borc öhdəliyinin təminatı kimi tutmanın İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66,01 kv.m ümumi, 38,71 kv.m yaşayış, 27,3 kv.m yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzilinə yönəldilməsi, həmin yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin cavabdeh İddiaçı verilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 80.000 manat müəyyən edilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər X10 və X3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdehlər İddiaçı, X7, X9 və X11 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66,01 kv.m ümumi, 38,71 kv.m yaşayış, 27,3 kv.m yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66,01 kv.m ümumi, 38,71 kv.m yaşayış, 27,3 kv.m yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzili açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlər İddiaçı, X12, X16 və X18 tərəfindən boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manatın cavabdehlər X3 və X1 müştərək qaydada tutularaq "xxxx"” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manatın cavabdehlər X3 və X1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1447/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh X4 apellyasiya şikayəti qismən təmin edilərək Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin cərimə kimi 600 ABŞ dolları və müqavilə müddəti bitdikdən sonra 5 faizlə hesablanmış məbləğ kimi 2.792,65 ABŞ dolları tutulması hissəsində ləğv edilməsi və həmin tələblərin təmin edilməməsi, qətnamənin tutulmalı olan ümumi borcun məbləğinə aid hissədə dəyişdirilərək ümumi borc məbləğinin 41.928,01 ABŞ dolları müəyyən edilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatına əsasən borc öhdəliyinin təminatı hesab edilən İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66,01 kv.m ümumi, 38,71 kv.m yaşayış, 27,3 kv.m yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzilin likvid qiyməti (ilkin satış qiyməti) 80.000 manat müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1447/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsi tərəfindən verilmiş 701- 134359/26 saylı, xx.xx.2023-cü il tarixli sifariş üzrə"xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 1/1 nömrəli evin 33 nömrəli mənzilinə dair cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə təyin edilmiş ilkin açıq hərrac, hərracın iştirakçısı olmadığından baş tutmamış və təkrar hərrac xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Hərrac təşkilatçısı, hazırkı iş üzrə cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixə təyin edilmiş təkrar hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. xx.xx.2023-cü il tarixə və xx.xx.2023-cü il tarixə təyin edilmiş hərracın vaxtı və yeri barədə, eləcə də keçirilmə qaydası haqqında hazırkı iş üzrə iddiaçıya bildiriş göndərilməmişdir. Bundan başqa, üçüncü şəxs "xxxx" ASC-yə bildiriş göndərildiyi təqdirdə o, ilkin açıq hərracda və təkrar hərracda iştirak etməmişdir. Cavabdeh "xxxx" MMC ilə üçüncü şəxs "xxxx" ASC “bir-biriləri ilə əməkdaşlıq” edərək hərracın keçirilməsinin və nəticəsinin ssenarisini yazmışlar. Belə ki, "xxxx" ASC hazırkı iş üzrə iddiaçının hərracda iştirak etməyəcəyindən əmin olduğundan (bildiriş göndərilmədiyi üçün) qəsdən hərracda iştirak etməyərək ipoteka predmetini ilkin satış qiymətindən 15 faiz aşağı qiymətə əldə etməyi planlaşdırmışdır. "xxxx" ASC-nin bu planında cavabdeh "xxxx" ASC-yə yaxından köməklik göstərmişdir. Nəticədə "xxxx" ASC xx.xx.2023-cü il tarixli, KBD 6895 saylı məktubla ipoteka predmetini təklif edilən 51.000 manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Razılığa əsasən xx.xx.2023-cü il tarixdə hərracın yekunları barədə 208/23 saylı protokol tərtib edilmişdir. Bundan başqa, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatı ilə 80.000 manat müəyyən edilmiş və əmlak hərraca çıxarılanadək əmlakın qiyməti xeyli artmışdır. Lakin bu hal Sabunçu Rayon icra Şöbəsi tərəfindən nəzərə alınmamış və əmlakın qiymətləndirilməsi keçirilməmişdir. Hazırda həmin əmlakın likvid dəyəri 150000 manatdan yuxarıdır. Buna görə də, əmlakın dəyəri hərraca çıxarılan zaman yenidən qiymətləndirilməli və ədalətli şəkildə hərrac təşkil edilməli idi. Lakin Sabunçu Rayon İcra Şöbəsi 1 il 9 ay sonra hərracın təşkil olunmasını nəzərə almamış və əmlakın hazırki dəyərinin öyrənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh MMC etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən Cavabdeh MMC-yə ünvanlanmış 701-134359/26 saylı, xx.xx.2023-cü il tarixli (daxil olma xx.xx.2023-cü il) sifariş məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1447/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, ilkin satış dəyəri 80.000 manat olmaqla, İddiaçı Şıxı qızının mülkiyyətində olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94də yerləşən, 3 otaqlı, 66.01 kv.metr ümumi, 38,71 kv.metr yaşayış, 27,3 kv.metr yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzilinin açıq hərracda satılması Cavabdeh MMC-yə sifariş olunmuşdur. Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi 01 avqust 2023-cü il tarixinə, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, tələbkar Yelo Bank” ASC-yə, o cümlədən borclular X8, İddiaçı Şıxı qızma, X14ma, X15 və X13 1413/23 saylı, xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X5 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. “Hərracın baş tutmamasına dair” 01 avqust 2023-cü il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 01 avqust 2023-cü il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin mənzil ilkin satış qiymətindən 15% aşağı qiymətə, yəni 68.000 manata olmaqla, 21 avqust 2023-cü il, saat 10:00-da (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X5 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Eyni zamanda, sözügedən tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracın təşkilatçısı tərəfindən xx.xx.2023-cü il tarixə, saat 11:00-a (növbəli qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat “Birjanyus” X5 (Portalında) (www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) dərc olunmuşdur. “Təkrar hərracın keçirilməsinə dair” xx.xx.2023-cü il tarixli, 1685/23 saylı bildirişin surətindən görünür ki, təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir. “Hərracın baş tutmamasına dair” 21 avqust 2023-cü il tarixli protokolun surətindən görünür ki, 21 avqust 2023-cü il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2023cü il tarixində kütləvi informasiya vasitəsində dərc edilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. xx.xx.2023cü il tarixli, 1811/23 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipoteka saxlayana təklif olunmuşdur. İpoteka saxlayan "xxxx" ASC 23 avqust 2023-cü il tarixli, K.BD 6895 nömrəli məktubla ipoteka predmetini təklif edilən 51.000 manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən “X6” nəzdində Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 208/23 saylı “X22 barədə Protokol” tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə Cavabdeh MMC-nin 1827/23 saylı, xx.xx.2023-cü il tarixli məktubuna qoşma ilə (surəti məlumat üçün tələbkar və borcluya ünvanlanmaqla) sifarişçi icra Şöbəsinə göndərilmişdir. Hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya onun hərrac sifarişində, eləcə də iddiaçının hazırkı iddia ərizəsində göstərilən ünvanına (yəni ünvan 2iq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsinə etiraz edərək hərracın “İpoteka haqqında” Qanununun tələblərinə uyğun keçirildiyini bildirmiş və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66,01 kv.m ümumi, 38.71 kv,m yaşayış, 27,3 kv.m yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzilinə dair qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi, həmin mənzil barəsində yenidən əmlakın real bazar və likvid dəyərinin müəyyən edilməsi üçün qiymətləndirilmə aparılmasının təşkil edilməsi öhdəliyinin Sabunçu Rayon İcra Şöbəsinə həvalə edilməsi tələbləri bağlı aşağıdakıları qeyd edir: İş materiallarına əlavə edilmiş : Baki Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-316/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə "xxxx"ASC-nin iddiası qismən təmin ediməsi, cavabdehlər X10 və X3 müştərək qaydada "xxxx"ASC-nin xeyrinə 26 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 23.981,51 ABŞ dolları əsas, 17.946,5 ABŞ dolları faiz, 600 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2.792,65 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 45.320,66 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, borc öhdəliyinin təminatı kimi tutmanın İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66,01 kv.m ümumi, 38,71 kv.m yaşayış, 27,3 kv.m yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzilinə yönəldilməsi, həmin yaşayış evinin açıq hərrac yolu ilə realizə edilməsi, həmin yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin cavabdeh İddiaçı verilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 80.000 manat müəyyən edilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalana məbləğin cavabdehlər X10 və X3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması,cavabdehlər İddiaçı, X7, X9 və X11 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66,01 kv.m ümumi, 38,71 kv.m yaşayış, 27,3 kv.m yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66,01 kv.m ümumi, 38,71 kv.m yaşayış, 27,3 kv.m yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlər İddiaçı, X12, X16 və X18 tərəfindən boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manatın cavabdehlər X3 və X1 müştərək qaydada tutularaq "xxxx"” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat cavabdehlər X3 və X1 müştərək qaydada tutularaq X2 hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1447/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin olunması, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin cərimə kimi 600 ABŞ dolları və müqavilə müddəti bitdikdən sonra 5 faizlə hesablanmış məbləğ kimi 2.792,65 ABŞ dolları tutulması hissəsində ləğv edilməsi və həmin tələblərin təmin edilməməsi, qətnamənin tutulmalı olan ümumi borcun məbləğinə aid hissədə dəyişdirilərək ümumi borcun məbləğinin 41.928,01 ABŞ dolları müəyyən edilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Məhkəmə aktlarının məcburiliyi” adlanan 15-ci maddəsinin 2-ci hissəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Birinci insatnsiya və apellyasiya instansiya məhkəmələrinin yuxarıda istinad olunan qərarlarından görünür ki, iddiaçıya məxsus mənzilin hərraca çıxarılacaq ilkin satış qiyməti (ipoteka qoyulmuş əmlak) "xxxx"” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş qiymətləndirilmə hesabatı əsasında 80000 manat məbləğində müəyyən edilmişdir. Hər iki instansiya məhkəməsi qiymətləndirmə hesabatına hüquqi qiymət verərək, hesabatın kifayət qədər əsaslandırılmış olduğunu göstərmişlər. Məhkəmə hesab edir ki, ipoteka əmlakının hərraca çıxarılmış ilkin satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, yəni qətnamə məcburi olduğundan, eyni zamanda İcra Şöbəsi üçün məcburi olduğundan məcburi olan məhkəmə qərarı ilə hüquqi qiymət verilmiş iddiaçının mənzilinə dair qiymətləndirmə hesabatı etibarsız hesab edilə bilməz və mənzil barəsində yenidən əmlakın real bazar və likvid dəyərinin müəyyən edilməsi üçün qiymətləndirilmə aparılmasının təşkil edilməsi öhdəliyi İcra Şöbəsinə həvalə edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının mənzilinə dair qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi, mənzil barəsində yenidən əmlakın real bazar və likvid dəyərinin müəyyən edilməsi üçün qiymətləndirilmə aparılmasının təşkil edilməsi öhdəliyinin Sabunçu Rayon İcra Şöbəsinə həvalə edilməsi tələbləri əsassızdır və rədd edilməlidir. Məhkəmə hərracın etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun “Hərracın keçirilmə qaydası” adlanan 42-ci maddəsinə əsasən 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İpoteka haqqında” Qanununun “Hərracın baş tutmamış elan edilməsi” adlanan 43cü maddəsinə əsasən 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 43.9. İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir. M a d d ə 44. Hərracın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin “Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri” adlanan 416-cı maddəsinə əsasən 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Cavabdeh MMC (hərrac təşkilatçısı) tərəfindən təqdim olunmuş hərrac işinin surətindən görünür ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1447/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında 07 iyun 2023-cü il tarixdə icra vərəqəsi verilmiş və icra edilməsi üçün Sabunçu Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra məmurunun sifarişi və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilmiş icra vərəqəsi əsasında hərrac mərkəzi tərəfindən hərrac keçirilmişdir. Eyni zamanda hərrac işindən görünür ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyan – İddiaçı sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İpoteka qoyan – iddiaçıya bildiriş onun rəsmi qeydə alındığı (iddia ərizəsində də iddiaçı tərəfindən göstərilmiş) ünvan 3 ünvanına göndərilmişdir. İlkin hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış və bu barədə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirilmişdir. İlkin hərrac baş tutmadığından təkrar hərrac təyin edilmiş və bu barədə hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İlkin hərrac baş tutmadığından ipoteka əmlakı ilkin satış qiymətindən 15 faiz aşağı qiymətə təkrar hərraca çıxarılmışdır. Təkrar hərracda baş tutmamış və bu barədə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirilmişdir. Təkrar hərrac baş tutmadığından hərrac mərkəzi tərəfindən ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faiz az qiymətə (51000 manata) ipoteka saxlayan - "xxxx" ASC-yə təklif edilmiş, ipoteka saxlayan həmin təklifi qəbul etmiş və bu barədə hərrac mərkəzi ilə bank arasında 24 avqust 2023-cü il tarixli X22 barədə 208/23 saylı protokol imzalanmışdır. Beləliklə tədqiq olunmuş sübutlarla hərracın “İpoteka haqqında” Qanunla müəyyən edilmiş qaydalara əməl edilməklə keçirildiyi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının hərracın etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi tələbləri əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-4716/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4716/2023
23.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver