Məhkəmə qərarları › İş №e-2(004)-4777/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4777/2025

29.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4777/2025 29.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1) Cavabdeh MTK-nın üzvü İddiaçı MTK-nın fəaliyyətinə dair 2016-2024-cü illərə aid vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannamələri (bütün əlavələrlə birlikdə); (ii) MTK-nın mütləq pay haqqı ödəmiş ortaq (assosiativ) üzvləri və əlavə pay haqqı ödəmiş üzvləri barədə məlumat, habelə həmin pay haqqı ödənişini təsdiq edən sənədlər; (iii) 2016-2024-cü illərdə MTK üzvlərinin ümumi yığıncaq qərarları, o cümlədən yaşayış (qeyri-yaşayış) sahəsi verilməsinə dair qərarları; (iv) 2016-2024-cü illərdə MTK tərəfindən kooperativ ödənişi və dividend ödənilməsi barədə məlumat və həmin məlumatı təsdiq edən sənədlər; (i) MTK-nın fəaliyyətinə dair 2016-2024-cü illərə aid vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannamələri (bütün əlavələrlə birlikdə); (ii) MTK-nın mütləq pay haqqı ödəmiş ortaq (assosiativ) üzvləri və əlavə pay haqqı ödəmiş üzvləri barədə məlumat, habelə həmin pay haqqı ödənişini təsdiq edən sənədlər; (iii) 2016-2024-cü illərdə MTK üzvlərinin ümumi yığıncaq qərarları, o cümlədən yaşayış (qeyri-yaşayış) sahəsi verilməsinə dair qərarları; (iv) 2016-2024-cü illərdə MTK tərəfindən kooperativ ödənişi və dividend ödənilməsi barədə məlumat və həmin məlumatı təsdiq edən sənədlərin verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulması; 2) İddia ərizəsinin verilməsi üçün (i) 100 manat dövlət rüsumu və (ii) 300 manat vəkil xərci olmaqla, cəmi 400 manat pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi təmin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra – “İddiaçı”) Cavabdeh (bundan sonra - “MTK” və ya “Cavabdeh”) dəyəri 200002 manat olan 200002 ədəd paydan ibarət olan nizamnamə kapitalının hər birinin nominal dəyəri 1 manat, ümumilikdə 2 manat olan 2 payı ona məxsus olmaqla həmin MTK-nın üzvüdür (dövlət reyestrindən çıxarış əlavə olunur). İddiaçı xx.xx.2025-ci il tarixdə MTK-nın fəaliyyətinə dair aşağıdakı sənədlərin (bundan sonra – “Sənədlər”) təqdim edilməsi barədə cavabdehə tələbnamə göndərmiş və Sənədlərin təqdim edilməsi üçün 2 gün müəyyən etmişdir (tələbnamə və onun çatdırılmasına dair qəbz əlavə olunur): (i) MTK-nın fəaliyyətinə dair 2016-2024-cü illərə aid vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannamələri (bütün əlavələrlə birlikdə); (ii) MTK-nın mütləq pay haqqı ödəmiş ortaq (assosiativ) üzvləri və əlavə pay haqqı ödəmiş üzvləri barədə məlumat, habelə həmin pay haqqı ödənişini təsdiq edən sənədlər; (iii) 2016-2024-cü illərdə MTK üzvlərinin ümumi yığıncaq qərarları, o cümlədən yaşayış (qeyri-yaşayış) sahəsi verilməsinə dair qərarları; (iv) 2016-2024-cü illərdə MTK tərəfindən kooperativ ödənişi və dividend ödənilməsi barədə məlumat və həmin məlumatı təsdiq edən sənədlər. Buna baxmayaraq, Cavabdeh tələbnaməyə cavab verməmiş və tələb edilən sənədləri təqdim etməmişdir. Qeyd edilən hallar onu göstərir ki, İddiaçının kooperativ üzvü kimi hüquqları cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, Mülki Məcəllənin 109-4.1.3-cü maddəsinə, habelə MTK-nın Nizamnaməsinin 5.4-cü bəndinə əsasən kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq kooperativ üzvünün hüququdur (Nizamnamə əlavə olunur). Bundan başqa, Ali Məhkəmənin Mülki Kollegiyasının (sədrlik edən hakim Əli Rüstəmov) xx.xx.2017-ci il tarixli 2(102)-1014/17 nömrəli Qərarındakı hüquqi mövqeyinə əsasən, kooperativ üzvü kooperativin fəaliyyətinə dair məlumat almaq, onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq hüququna malik olduğundan o, kooperativin idarəetmə orqanından maliyyə hesabatlarının ona təqdim edilməsini tələb edə bilər və bu tələb onun qanunvericiliklə nəzərdə tutulmuş kooperativin fəaliyyətinə dair məlumat almaq hüququnun mahiyyətindən irəli gəlir. Kooperativ üzvünün həmin hüquqların realizəsini tələb etmək və onların pozulmasından müdafiə hüququ vardır. Beləliklə, məhkəmə tərəfindən cavabdehin iddiaçının Mülki Məcəllənin 109-4.1.3-cü maddəsində əks olunmuş hüquqlarını pozan və onların realizəsinə maneçilik törədən hərəkətləri hüquqazidd hesab edilməli və tələb olunan sənədlərin iddiaçıya verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə hesab edir ki, işin aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunduğundan baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 19-cu bəndinə əsasən eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqısatqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir. Məhkəmə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, hazırki mübahisə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə aid olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-4777/2025 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar