Məhkəmə qərarları › İş №e-2(004)-4835/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4835/2023

15.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4835/2023 15.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, İddiaçı oğlunun cavabdehlər Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı oğlu cavabdehlə Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023 tarixli Cavabdeh2 adına verilmiş ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilə dair dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3436/2023 saylı xx.xx.2023-cü tarixli qətnaməsindən görünür ki, İddiaçı oğlu cavabdehlər Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin adına verilmiş ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilə dair dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5694/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3436/2023 saylı xx.xx.2023-cü tarixli qətnaməsindən İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi qərara alınmış, işin baxılması xx.xx.2023-cü il tarixə, saat 15:00-a təyin edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4455/2023 saylı xx.xx.2023-cü tarixli qərardadına əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi mövcud olduğundan və mülki iş üzrə apellyasiya icraatı mövcud olduğundan İddiaçı oğlunun cavabdehlər Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi mövcud olduğundan və mülki iş üzrə apellyasiya icraatı mövcud olduğundan İddiaçı oğlunun cavabdehlər Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 174.5-ci maddəsinə əsasən məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : İddiaçı oğlunun cavabdehlər Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar