Məhkəmə qərarları › İş №e-2(004)-4836/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4836/2024

20.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4836/2024 20.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “cavabdehdən 34036 ABŞ dolları pulun icra olunduğu vaxt Azərbaycan Respublikası Milli Bankının məzənnəsinə uyğun olaraq və ödənilmiş 264 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “cavabdeh İddiaçı 30.055,00 ABŞ dolları məbləğində pulun icra olunduğu vaxt Azərbaycan Respublikası Milli Bankının məzənnəsinə uyğun olaraq və ödənilmiş 247 manat dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh ödənilməsi” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “cavabdehdən 34036 ABŞ dolları pulun icra olunduğu vaxt Azərbaycan Respublikası Milli Bankının məzənnəsinə uyğun olaraq və ödənilmiş 264 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə 2009-cu ildən tanışdırlar. 2018-ci ilin mart ayının 16-da cavabdeh kiçik buynuzlu heyvanların (qoyunların) Qazaxıstan Respublikasından Dubaya ixracından və Dubayda satış edib gəlir əldə etməkdən ibarət lahiyə olduğunu bildirirək və həmin lahiyyənin həyata keçirilməsi üçün pulunun çatmadığını deyərək ondan həmin lahiyə üçün 30.000 ABŞ dolları məbləğində pul istəyərək, əvəzində isə iddiaçıya 35.000 ABŞ dolları qaytaracağını bildirmişdir. İddiaçı da Cavabdeh tanığından onun təklifi ilə razılaşaraq əvvəlcə ona 30.000 ABŞ dolları, sonrakı müddətlərdə isə Cavabdeh istəyi ilə ona daha 3000 və 3300 ABŞ dolları yəni, ümumilikdə Cavabdeh 36.300 ABŞ dollarını Xətai rayonu, Babək prospektində yerləşən “4x4 Galery” avto salonunda vermişdir. Bir müddət keçdikdən sonra Cavabdeh ona verdiyi pulu və vəd etdiyi qazancı istədikdə Cavabdeh ona malları satması üçün Dubay şəhərinə göndərildiyini, lakin satışı həyata keçirmiş şəxsin həmin mallar üçün ona ödəniş etmədiyini deyərək onun pulunu qaytarmamış və ona vəd etdiyi qazancı verməmişdir. Bununla belə cavabdeh sonrakı müddətlərdə iddiaçıya aldığı pulların müqabilində 2020-ci ildə 850 manat dəyərində kombi vermişdir, daha sonra 2021-ci ildə 1000 manat, daha sonra isə 2022-2023-cü il tarixlərdə yenədə 2000 manat toplam isə bu müddət ərzində 3850 manat pul qaytarmışdır. Cavabdehə 36.300 ABŞ dolları pul verilməsini təstiq edən özünün və iddiaçının imzaları ilə təstiqlənən sadə yazılı formalı müqavilə vardır. Göründüyü kimi cavabdeh bu müddət ərzində pulu ödəməkdən yayınaraq boyun qaçırdıqda onun barəsində Xətai rayon polis idarəsinə şikayət ərizsəsi ilə iddiaçı müraciət etmişdir. Xətai rayon Polis İdarəsinin İŞ-nin 01 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda da izahatında Cavabdeh əlyazması ilə iddiaçıdan aldığı pulun məbləğini sadə yazılı müqavilədə olduğu kimi təstiq etmişdir və iddiaçıya izahatında göstərdiyi müddətlərdə və məbləğlərdə hissə-hissə ödənişlər etdiyini bir daha təstiq etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “cavabdeh İddiaçı 30.055,00 ABŞ dolları məbləğində pulun icra olunduğu vaxt Azərbaycan Respublikası Milli Bankının məzənnəsinə uyğun olaraq və ödənilmiş 247 manat dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2009-cu ildə Bakı şəhəri, Babək prospektində yerləşən avtosalonda tanış olmuşdur. Həmin vaxt iddiaçı X1 Dubay şəhərində minik avtomobillərinin alınaraq Azərbaycana və digər ölkələrə nəql olunması (karqo) işi ilə məşğul olmuşdur. Cavabdeh isə Avropadan avtomobillərinin nəql olunması ile məşgul olmuşdur. Həmin ərəfələrdə cavabdeh iddiaçıdan Dubay şəhərindən gətirilən minik avtomobillərinin qiyməti ilə maraqlanmışdır. İddiaçının BƏƏ-də geniş əlaqələri odugu ücün cavabdehə bildirdiyi qiymətlər ona daha maraglı gəlmişdir. Nəticədə cavabdehlə hec bir yazılı razılıg və risk danışıgı olmadan, 2 – 3 avtomobildən başlayaraq, bu sahədə bir başa əməkdaşlıq etməyə başlamışlar. Birgə əməkdaşlıq ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçıua müəyyən pul vəsaiti göndərmiş və sonradan maşınlar alınmışdır. Daha sonra topdan yüzlərlə muxtəlif avtomobil modellərin, hətta xususi sifarişlərin edilərək Azərbaycana gətirilməsi istiqamətində, cavabdehlə iddiaçı arasında iri məbləğlərlə dövriyyə başlamış və 2010-2015-ci illər ərzində davam etmişdir. 2014-cü ildə 1,6 motor həcmi ilə yeni Toyota Corolla avtomobili satışa çıxarılmışdır. Dubaydakı yerli şirkətlərlə şəxsi yoldaşlıq və uzun muddətli maraglı muqavilələr bağlamağının hesabına yenidən əldə edilən sərfəli qiymətlər cavabdeh tərəfindən boyuk maraqla qarşılanmışdır. 1.6 motor həcmli sadə avtomobilin qiyməti, 1 ABŞ dolları = 3,66 AED (dirhəm) nisbəti ilə 55.000 AED (15.027 abş dolları) və əlavə aksesuarla (fərqli disk və təkərlər, manitor, kamera) teçhiz olunması üçün əlavə 3.100 AED (847 ABŞ dolları) ödənilməklə 58.100 AED (15.874 abş dolları) təşkil edirdi. Bir sözlə 1,6 motor həcmi ilə yeni Toyota Corolla avtomobilinin biri cavabdeh üçün 58.100 AED (15.874 ABŞ dolları) qiymətinə başa gəlirdi. Bakı şəhəri üçün bu çox sərfəli qiyməti idi. Cavabdeh ilkin olarag 300 avtomobilin alınması qərarını vermişdir. Cavabdehin sifarişlərinə uyğun olaraq iddiaçı uzun müddətli, qiymət və komplektasiya baxımından daha sərfəli variantları satıcı ilə razılaşdırmışdır. İlk olaraq 10 maşın gondərmiş və çox tez, hətta avtomobillər hələ yolda oldugu halda satıldıqlarını cavabdeh bildirmişdir. Daha sonra mütəmadi olaraq cavabdeh tərəfindən pullar göndərilirdi və iddiaçı avtomobilləri alaraq, cavabdeh tərəfindən sifariş olunan aksesuarlarla yığdırıb Bakı şəhərinə göndərirmiş. İddiaçı cavabdeh üçün Bakı şəhərinə yüzlərlə avtomobil göndərmişdir. Avtomobilərin sayı artıqca onların daxildə daşınması, qəbulu və aksesuarlarla təchiz olunması daha diqqətli və dəqiq olmağı tələb edirdi. 2014-cü ilin axırlarında iddiaçı cavabdehə bildirmişdir ki, 2.0 motor həcmi ilə tam dolu (full) komplektasiyalı (start/stop düyməsi ilə motorun işə salınması, yapon istehsalı olan orijinal təkərlər, təkər diskləri, radar, monitor, multisükan, avtopilot, lyuk, led faralar və s.) avtomobillər şirkətin satış məntəqəsinə çatır. Cavabdeh bununla çox maraqlandı, belə ki 2.0 motor həcmi ilə tam dolu (full) komplektasiyalı avtomobillər bazara yeni daxil olduğu halda, iddiaçının cavabdehə göndərdiyi avtomobillərin satışı olduqca çətinləşə bilərdi. Belə olan halda iddiaçı Toyota şirkətindən 2.0 motor həcmi ilə ilk olaraq 15 ədəd avtomobil barədə məlumat almağa çalışmışdır. Omandakı təchizatçı Toyota şirkətinin xx.xx.2014-cü il tarixli, PR04112014B nömrəli Azərbaycana eksport olunması üçün Cavabdeh adına çıxarılan qiymət cədvəlindən göründüyü kimi, Toyota Corolla 2.0 GLİ SPL A/T M/R 2015 modelli, ağ mirvari rəngli – 10 ədəd, boz metalik rəngli – 3 ədəd, qara mirvari rəngli – 2 ədəd, cəmi 15 ədəd avtomobilin ümumi qiyməti 1.035.000 AED (282.786,88 abş dolları), hər birinin qiyməti isə 69.000 AED (18.852,45 abş dolları) təşkil edirdi. Bu barədə iddiaçı cavabdehə xəbər vermişdir. Hər avtomobilə görə 1.6 motor həcmi ilə 2.0 motor həcmi arasında qiymət fərqi təqribən 10.900 AED (2.978 abş dolları) olduğu halda, bunu cəmi 5.500 AED (1.503 abş dolları) qədər endirmək imkanının olduğunu və hər yeni avtomobili 63.500 AED (17.350 abş dolları) qiymətinə ala biləcəyini cavabdehə bildirmişdir. Bu qiymət fərqini cavabdehə bildirdikdə, o, çox pis oldu və iddiaçıya məyus olmuş şəkildə bir necə gün bildirmişdir ki, 2.0 motor həcmi ilə tam dolu komplektasiyalı avtomobil olan yerdə, o, 1.6 motor həcmi ilə sadə komplektasiyalı avtomobilləri sata biməyəcək, əlində qalacaq və s. və buna görə artıq 1.6 motor həcmi olan avtomobilləri almaq istəmir. Lakin, cavabdeh üçün satın olaraq aldıgı 20 ədəd 1.6 motor həcmi ilə sadə komplektasiyalı Toyota Corolla minik avtomobilləri Bakı şəhərinə göndərilməsi üçün artıq nəql olunma nöqtəsinə catdırılmışdırlar. Həmin an iddiaçı vaxt etibarı ilə çox sıxışmışdır, çünki cavabdehin sifarişi ilə əldə etdiyi həmin 20 ədəd 1.6 motor həcmi ilə avtomobillər iddiaçının məsuliyyəti altında qaldı. Bu səbəbdən daha çox zərərə uğramamaq üçün 1.6 motor həcmi ilə 20 ədəd avtomobillərin dəyişdirilməsi əməliyyatını öz vəsaiti hesabina etmişdir. Belə ki, bütün imkan və əlagələrini istifadə etməklə hər avtomobilə görə 5.500 AED (1.503 abş dolları) təşkil edən qiymət fərqlərini öz vəsaiti hesabına ödəməklə, artıq alınmış 20 ədəd 1.6 motor həcmi avtomobilləri 20 ədəd 2.0 motor həcmi ilə tam dolu komplektasiyalı 4 avtomobillərlə əvəz etmişdir. Ümumilikdə 110.000 AED (30.055 abş dolları) təşkil edən bu ticarət əməliyyatının qiymət fərqini həmin vaxt iddiaçı öz hesabına ödəmiş və gələcəkdə ehtiyac olduğu halda bu məsələni cavabdehlə çözərik kimi yadda saxlamışlar. Faktiki olaraq həmin əməliyyatdan iddiaçıya 30.055 ABŞ dolları miqdarında zərər dəymişdir. 2015-ci ildən sonra dünyada baş verən devalivasiya prosesinin təsiri altında avtomobillərin alışverişi sahəsində cavabdehlə işləri dayanmışdır. Lakin, cavabdehlə işlərinin dayanmasına baxmayaraq, onun üçün sərfəli qiymətlərlə avtomobilllərin əldə olunması üçün Toyota şirkəti ilə əvvəlcədən razılaşdırdığı və iddiaçıya ayırılmış avtomobil limiti hələki bitməmişdir. Bu səbəbdən həmin sazişə əsasən üzərində qalan təqribən 30 ədəd avtomobili mən boyuk itkilərlə başga ölkələrə satmaq məcburiyyətində qalmışdır. Lakin bunlar barədə də mən cavabdehə heçnə bildirməmişfit. Sonradan bilmişdir ki, cavabdehə göndərdiyi 2.0 motor həcmi ilə tam dolu komplektasiyalı avtomobillər onun tərəfindən olduqca əlverilşi şərtlərlə satıldır. İlkin iddia ərizəsində qeyd olunduğu kimi, 2018-ci ildə xırda buynuzlu heyvanların, daha dəqiq Qurbanlıq qoyunların Qazaxstan Respublikasından Birləşmiş Ərəb Əmirliklərinə gətirilərək, orada satılması üzrə ticarət əməliyyatında iştirak etməyi cavabdehə təklif etdişdir. Bu əməliyyatın detalları ondan ibarətidi ki, qeyd olunan xırda buynuzlu heyvanların X2 Əmirliklərinə gətirilməsi üçün həmin işdə şəriki olan Azad Əmrahov adlı şəxslə birlikdə 160.000 ABŞ dolları olmuşdur və əməliyyatın həyata keçirilməsi üçün əlavə olaraq 30.000 – 35.000 ABŞ dolları çatışmamışdır. Bu barədə iddiaçı cavabdehə bildirmişdir ki, çatışmayan məbləğ onun tərəfindən verilərsə bu əməliyyatdan o, 3.000 ABŞ dolları qazanc əldə edə biləcək. Cavabdeh bu əməliyyatda iştirak etmək istəyini bildirdi və birlikdə bu işə başlamışlar. Cavabdehdən məbləği götürərək iddiaçı Dubaya getmiş, orada edəcəyinin iş planını bir daha nəzərdən keçirərək oradan Qazaxstana yola düşmüşdür. Astana şəhərində Qurbanlıq qoyunlar üçün pulun bir hissəsi olaraq 17.000 ABŞ dolları satıcıya ödədikdən sonra bir müddət orada qalaraq, yenidən Dubay şəhərinə qayıdıb, pulun digər hissəsini özü ilə götürərək, Qazaxıstanın Çimkent şəhərində satıcı ilə görüşmü, pulun yerdə qalan hissəsini ona ödəmişdir. Sonra iddiaçı yenidən Astana şəhərinə uçaraq əməliyyatın davam etməsini, yəni yük təyyarəsini gözləyərək, baş verə biləcək hər hansı bir çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq, təqribən 15 gün orada qalmışdır. Qurbanlıq quyunları yük təyyarəsinə yüklədikdən sonra, iddiaçı digər sərnişin təyyarəsi ilə Dubay şəhərinə getmişdir. Bir neçə gün ərzində davam edən qoyunların tibb işçiləri tərəfindən yoxlanıldıqdan sonra şəriki Azad Əmrahov iddiaçının tanımadığı ərəb mənşəli alıcı ilə görüşərək Qurbanlıq 5 qoyunları ona təhvil verib əməliyyatın başa çatmasını iddiaçıya bildirmişdir. Təqribən 20 – 25 gün ərzində satılan malların pulunu gözlədikdən sonra bir aylıq viza vaxtının bitməsi ilə əlaqədar olaraq iddiaçı Bakı şəhərinə qayıtmışdır. Hər gün Azad Əmrahovla əlaqə saxlamışdır, lakin yeni bir məlumat olmamışdır. Sonra iddiaçıya məlum oldu ki, alıcı onu aldadaraq, malın pulunu vermədən malları mənimsəmişdir. Daha sonra iddiaçıya məlum olmuşdur ki, Azad Əmrahov üzərində qalan yüksək məbləğdə borclara görə Dubay şəhərində həbs olunmuşdur. Bu barədə iddiaçı cavabdehə məlumat vermiş, hətta Dubay şəhərində həbsxanada olarkən, oradan cavabdehə fotoşəkil də göndərmişdir. Bu əməliyyatın uğursuzluğu nəticəsində cavabdehlə birlikdə iddiaçıya da maddi zərər dəymişdir. Bir müddət mən cavabdehə ona dəyən zərərin qarşılanması üçün cəhdlər, hətta təqribən 4.000 manat məbləğində pul vəsaitini ödəmişdir. Lakin, iddiaçı sonra düşünmüşdür ki, 2014-cü ildə cavabdehlə birgə keçirdikləri 1.6 motor həcmi ilə 15 ədəd avtomobillərin 15 ədəd 2.0 motor həcmi ilə tam dolu komplektasiyalı Toyota Corolla minik avtomobillərinə dəyişdirilməsi üzrə ticarət əməliyyatında tərəfindən itirilən 30737,70 ABŞ dolları pul vəsaiti, 2018-ci ildə yenə də cavabdehlə birgə keçirdikləri xırda buynuzlu heyvanların əməliyyatı zamanı artıq cavabdeh tərəfindən itirilən məbləğə yaxın olduğu üçün, hesab etmişdir ki, onlar cavabdehlə bu hər iki məsələdə əvəzləşə bilərlər. Yəni, 2014-cü ildə cavabdehlə birgə keçirdikləri Toyota Corolla minik avtomobillərinin ticarət əməliyyatı zamanı iddiaçıya zərər dəydiyi vaxtdan etibarən 2018-ci ildəki xırda buynuzlu heyvanların əməliyyatı zamanı cavabdehə zərər dəydiyi vaxta qədər olan müddət ərzində iddiaçı Toyota əməliyyatında ona dəymiş zərərlə bağlı cavabdehlə nə vaxtsa əvəzləşəcəklərini bilirdi. Lakin, 2018-ci ildəki xırda buynuzlu heyvanların əməliyyatı zamanı cavabdehə zərər dəydiyindən sonra 2014 və 2018-ci illərdə birgə keçirdiyimiz hər iki ticarət əməliyyatları zamanı dəymiş zərərlərin miqdarı, demək olar ki, eyni məbləğ təşkil etdiyi üçün cavabdehlə artıq əvəzləşdiyini hesab etmişdir. Lakin, 2024-cü ildə cavabdeh 2018-ci ildəki xırda buynuzlu heyvanların əməliyyatı zamanı çəkdiyi zərərlə bağlı məhkəmədə ona qarşı iddia qaldırdığından sonra, iddiaçı da buna münasib olaraq, 2014cü ildə cavabdehlə birgə keçirdikləri Toyota avtomobillərinin ticarət əməliyyatı zamanı ona dəymiş zərərlə bağlı cavabdehə qarşı məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. İlkin iddia üzrə İddiaçı məhkəmə iclasında izahat verərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında izahat verərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında iştirak edərək qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilkin iddia tələbinin isə təmin edilməməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilkin iddia tələbinin isə təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı və Cavabdeh tərəfindən imzalanmış yazılı iltizama əsasən müəyyən edilir ki, Cavabdeh İddiaçı qarşısında 40.000 ABŞ dolları öhdəliyinin olması qeyd etmişdir. İş materiallarına tərəflər arasında vatsapp sosial şəbəkəsində baş tutmuş yazışmalar əlavə edilmişdir. İş materiallarına mübahisə üzrə müvafiq müqavilənin predmeti olmuş mal-qara (heyvan) şəkilləri əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Xətai rayon Polis İdarəsinin İŞ-nin 01 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının təsviri-əsaslandırıcı hissəsinin 4-cü abzasında Cavabdeh Oqtay oğlunun izahatı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisənin kommersiya mübahisəsi kimi qiymətləndirilməsi üçün 3 əsas şərt lazımdır:

1. Subyektlər (hər ikisi) sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırlar.

2. Mübahisənin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır.

3. Subyektlər arasındakı münasibətlər sahibkarlıq münasibətlərdən əmələ gəlməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hər 3 (üç) şərt birlikdə mövcud olduqda münasibətlər sahibkarlıq münasibətlərindən əmələ gələn münasibət hesab olunur. Məhkəmə qeyd edir ki, İddiaçı və Cavabdeh ortaqlıq şəklində (adi ortaqlıq) sahibkarlıq fəaliyyəti ilə (qazanc əldə etmək üçün birgə biznes fəaliyyəti) məşğul olması əsas götürülməklə, predmet nöqteyi-nəzərdən tərəflər arasındakı münasibətin sahibkarlıq münasibəti olması halı mövcud olsa da, subyekt tərkibi baxımından kommersiya münasibətinin olması imperativ tələbi (sahibkarlıq subyekti qismində (hüquqi və ya fiziki şəxs kimi) dövlət qeydiyyatına alınması) yerinə yetirilmir (cavabdeh kommersiya subyekti deyildir), bu səbəbdən, mübahisə kommersiya deyil, mülki hüquq mübahisəsidir. Deməli, mülki işin məhkəmə aidiyyatı Bakı şəhəri Yasamal Rayon Məhkəməsidir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı cavabdeh və Cavabdeh 2009-cu ildən tanışdırlar. 2018-ci ilin mart ayının 16-da cavabdeh kiçik buynuzlu heyvanların (qoyunların) Qazaxıstan Respublikasından Dubaya ixracından və Dubayda satış edib gəlir əldə etməkdən ibarət lahiyə olduğunu bildirirək və həmin lahiyyənin həyata keçirilməsi üçün pulunun çatmadığını deyərək ondan həmin lahiyə üçün 30.000 ABŞ dolları məbləğində pul istəyərək, əvəzində isə iddiaçıya 35.000 ABŞ dolları qaytaracağını bildirmişdir. İddiaçı da Cavabdeh tanığından onun təklifi ilə razılaşaraq əvvəlcə ona 30.000 ABŞ dolları, sonrakı müddətlərdə isə Cavabdeh istəyi ilə ona daha 3000 və 3300 ABŞ dolları yəni, ümumilikdə Cavabdeh 36.300 ABŞ dollarını Xətai rayonu, Babək prospektində yerləşən “4x4 Galery” avto salonunda vermişdir. Bir müddət keçdikdən sonra Cavabdeh ona verdiyi pulu və vəd etdiyi qazancı istədikdə Cavabdeh ona malları satması üçün Dubay şəhərinə göndərildiyini, lakin satışı həyata keçirmiş şəxsin həmin mallar üçün ona ödəniş etmədiyini deyərək onun pulunu qaytarmamış və ona vəd etdiyi qazancı verməmişdir. Bununla belə cavabdeh sonrakı müddətlərdə iddiaçıya aldığı pulların müqabilində 2020-ci ildə 850 manat dəyərində kombi vermişdir, daha sonra 2021-ci ildə 1000 manat, daha sonra isə 2022-2023-cü il tarixlərdə yenədə 2000 manat toplam isə bu müddət ərzində 3850 manat pul qaytarmışdır. Qalıq məbləğ 34036 ABŞ dolları təşkil edir (mülki işin mübahisəsiz hallarıdır). Məhkəmə mülki işin mübahisəsiz hallarından yola çıxaraq (“prosessual qənaət” prinsipinin tələblərinə əsasən) ilkin iddia tələbini təmin etməyi əsaslı hesab edir. Belə ki, ilkin iddia ərizəsində qeyd edilən xüsusatlar cavabdeh tərəfindən qəbul edilir (qarşılıqlı iddia ərizəsində qeyd edilənlərə və xx.xx.2024-cü il tarixdə cavabdehin izahatına əsasən). Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia ərizəsində tələb üzrə faktiki hallar kifayət qədər detallı qeyd edilsə də, tələbinin əsaslılığı barədə mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, mübahisə predmeti üzrə tərəflər arasındakı münasibətlər 10 ildən artıq müddətə aiddir. Sübut qismində təqdim edilən sənədlər də məhz həmin dövrə aid müvafiq maliyyə sənədləridir. Tərəflər arasında uzun illər ərzində biznes münasibətlərinin olması mübahisəsiz haldır. Yəni, tərəflər uzun illər birgə fəaliyyət göstərməklə qazanc əldə etmişlər. Lakin, bu hal özü-özlüyündə qarşılıqlı iddia ərizəsinin təmin edilməsinə əsas olmaz bilməz. Tələb varsa, sübuta yetirilməli, sübut kimi təqdim edilən sənədlərin isə məhz mübahisə üzrə halları əks etdirməsi yəqin olmalıdır. Tərəflər arasında əvvəllər olan münasibətlər (biznes) üzrə iddiaçının sərəncamından olan sənədlərin iddia tələbinin əsaslılığını təsdiq edən sübut qismində məhkəməyə təqdim edilməsi qəbul edilən deyildir. Qarşılıqlı iddia tələbinin tərtibatından (xüsusən nəticə hissəsi) görünür ki, ilkin iddia tələbinin “balanslaşdırılmasına” yönəlmiş, tələb 10 ildən sonra məhkəməyə ünvanlanmışdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, mülki prosesdə “formal həqiqət”in müəyyən edilməsi prinsipi əsas götürülərək öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə cavabdehə aid edilməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, ilkin iddia üzrə Cavabdeh 34036 (otuz dörd min otuz altı) ABŞ dolları (qətnamənin icra olunduğu günə uyğun Azərbaycan Respublikası Milli Bankının məzənnəsinə uyğun olaraq) və ödənilmiş 264 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “cavabdehdən 34036 ABŞ dolları pulun icra olunduğu vaxt Azərbaycan Respublikası Milli Bankının məzənnəsinə uyğun olaraq və ödənilmiş 264 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi” tələbinə iddiası təmin edilsin. İlkin iddia üzrə Cavabdeh 34036 (otuz dörd min otuz altı) ABŞ dolları (qətnamənin icra olunduğu günə uyğun Azərbaycan Respublikası Milli Bankının məzənnəsinə uyğun olaraq) və ödənilmiş 264 (iki yüz altmış dörd) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “cavabdeh İddiaçı 30.055,00 ABŞ dolları məbləğində pulun icra olunduğu vaxt Azərbaycan Respublikası Milli Bankının məzənnəsinə uyğun olaraq və ödənilmiş 247 manat dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar