Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4841/2022 01.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı Maraqlı şəxs Adil oğlunun nümayəndəsi Vəkil Maraqlı şəxs Adil oğlunun üçüncü şəxs qismində cəlb edilməsi, hazırlıq iclasının təxirə salınması və maddi zərərin ödənilməsi tələbinə dair ərizəsini nəzərdən keçirərək MÜƏYYƏNETDİM: Maraqlı şəxs Adil oğlunun nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, müvəkkili Maraqlı şəxs Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-3925/2022 saylı mülki iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində prosesə cəlb edilməsi, iddia tələbləri və mülki işin materiallarında olan sənədlərlə tanışlıq üçün iş üzrə hazırlıq iclasının təxirə salınması, vəkilin elektron məhkəmə sisteminə inteqrasiyasının dərhal təmin edilməsi, həmin məhkəmə prosesi uzandıqca gələcəkdə tələbin dəyişə biləcəyi nəzərə alınmaqla, iddiaçı X1 vəkillə olan müqavilə üzrə 110 manat, əsassız vaxt itkisi və mənəvi zərərə görə 20000 manat, habelə həmin ərizənin verilməsi üçün MPM-in 108.1.2 maddəsinə əsasən 150.33 manat dövlət rüsumu olmaqla, cəmi 20260.33 manatın tutularaq Maraqlı şəxs ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Lakin ərizəçi tərəfindən qanunun bu tələblərinə əməl edilməmiş, ərizədə tərəflərin məlumatları natamam göstərilmişdir. Belə ki, ərizədə tərəflərin mobil telefon nömrələri, cavabdehlərin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehlərin eyniləşdirmə məlumatları (VÖEN) göstərilməmişdir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Mülki Prosessual Məcəlləsinin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilir. Lakin ərizəçi tərəfindən öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən yazılı sübutları işdə iştirak edən şəxslərin sayına görə surəti ərizəyə əlavə edilməmişdir. Bununla da ərizəsinin forma və məzmununa riayət etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-i maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş N 2(004)-4841/22 Yasamal Rayon Məhkəməsi Məhkəmə iclasından kənar prosessual hərəkət barədə Protokol Hakim Xəlilova Təhminə Cəmil qızı Maraqlı şəxs Adil oğlunun nümayəndəsi Vəkil Maraqlı şəxs Adil oğlunun üçüncü şəxs qismində cəlb edilməsi, hazırlıq iclasının təxirə salınması və maddi zərərin ödənilməsi tələbinə dair ərizəsini nəzərdən keçirib ərizənin geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 16.00-da başladı. Prosessual hərəkət saat 16.20-də başa çatdı. Protokol xx.xx.2022-ci il tarixdə tərtib edilib. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-4841/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4841/2022
01.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver