Məhkəmə qərarları › İş №e-2(004)-4843/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4843/2024

05.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4843/2024 05.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “nəqliyyat vasitələrinin parklanması və hərəkətinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC xx.xx.2024-cü il tarixdə Cavabdeh qarşı “nəqliyyat vasitələrinin parklanması və hərəkətinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 8a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gedişgəliş edən şəxslərə və digər şəxslərə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin parklanmasının və hərəkətinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı "xxxx" MMC xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh, mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 8a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin parklanmasının və hərəkətinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli, **********89 reyestr nömrəli, MH seriyalı ******* nömrəli çıxarış əsasında Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsi daimi istifadə hüququ ilə Star Konstrakşn MMC-nin istifadəsindədir. Həmin ərazinin altından tonlarla çəkisi olan su kəməri keçir, yüksək gərginlikli elektrik naqilləri mövcuddur, yolun üstündə yarımstansiya tikilib, habelə yerüstü qaz kəməri vardır. Həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti və parklanması su kəmərlərinə ciddi təhlükə yaradır. Həmin boru kəmərləri təkcə qonşuluqda olan yaşayış binalarına yox, böyük bir ərazi üçün su təchizatına xidmət edir. Bundan əlavə 3-53-3/2- 3302/2024 nömrəli xx.xx.2024-cü il tarixli Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X5 Xidməti” X6 məktubunda qeyd edilmişdir ki, müraciət edilən ünvanda “İri Şəhərlərin X5 Xidmətinə” məxsus əhalini içməli su ilə təmin edən xüsusi əhəmiyyətə malik olan iri diametrli su kəmərləri keçir. Eyni zamanda həmin məktubda qeyd edilmişdir ki, 2016-cı ildə çəkilmiş xüsusi və strateji əhəmiyyət daşıyan boruların üzərində avtomobil hərəkəti, inşaat işlərinin görülməsi və 10 metr yaxınlığında hər hansısa bir qazıntı işlərinin aparılması qəti qadağandır. Daha sonra, Cavabdeh nümayəndəsi və vəkili X3 iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “nəqliyyat vasitələrinin parklanması və hərəkətinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, iddia tamamilə əsassızdır və təmin olunmamalıdır. İddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Belə ki, iddiaçının avtomobil yolu kimi iddia etdiyi ərazinin də daxil olduğu sahə daimi istifadə hüququ ilə "xxxx" şirkətinə məxsus olmuş və buna dair çıxarış verilmişdir. Hansı ki, "xxxx" QSC "xxxx" şirkətinin 100 faiz nizamnamə kapitalını, torpaqdan istifadə hüququ ilə ondan almışdır. Həmçinin iddia edilən ərazinin "xxxx" QSC-yə məxsus olması qanuni qüvvəsini almış məhkəmə aktları ilə və iş üzrə verilmiş ekspert rəyi ilə təsdiq və sübut edilmişdir. Yəni "xxxx" şirkətinin həmin yolla bağlı bütün hüquq və vəzifələri "xxxx" QSC-yə ötürülmüşdür. Bu mənada hazırki iddia üzrə iddiaçının tələbetmə hüququ yoxdur. Həmçinin hazırkı iddia mahiyyət etibarı ilə məhz cavabdehi qısqanclıq zəmnində incitmək məqsədi dayışır. Belə ki, Yasamal Rayon Məhkəməsinin e- 2(004)-455/2023 xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan ünvan 8a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün cavabdeh "xxxx" QSCnin üzərinə vaxtı ilə mövcud olmuş və cavabdeh "xxxx" QSC tərəfindən bağlanmış avtomobil yolunun açılması vəzifəsi qoyulmuş, yoldan sərbəst istifadə üçün cavabdeh “Hayat Palace" QSC tərəfindən yaradılan hər hansı maneələrin aradan qaldırılması və cavabdeh “Hayat Palace" QSC-nin qanunsuz müdaxiləsinə son qoyulması qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti və kassasiya şikayəti versə də, məhkəmə qətnaməsi qanuni qüvvəsində qalmış və icraya yönləndirilərək icra edilmişdir. Lakin “Hayat Palace" QSC məhkəmə qərarının icrasına maneəçilik törətmək üçün "xxxx" şirkətini hazırki iddianı qaldırmağa vadar etmişdir. Hansı ki, bütün əmlakı, mübahisə edilən yolu "xxxx" şirkətindən aldığını bütün məhkəmələrdə bildirmişdir. Bununla belə iddiaçı qeyd etmişdir ki, həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti yolun altından keçən su kəmərləri üçün ciddi təhlükə yaradır. Lakin elə “Hayat Palace" QSC-nin özü tərəfindən ağır yük maşınları, qaldırıcı kranlar mütəmadi olaraq həmin yolda yerləşdirilir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(004)-455/2023 saylı qətnaməsinə əsasən Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan ünvan 8a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün cavabdeh "xxxx" QSC-nin üzərinə vaxtı ilə mövcud olmuş və cavabdeh tərəfindən bağlanmış avtomobil yolunun açılması vəzifəsinin qoyulması, yoldan sərbəst istifadə üçün cavabdeh tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması və cavabdehin qanunsuz müdaxiləsinə son qoyulması qət edilmişdir. Yuxarı instansiya məhkəmələri tərəfindən qətnamə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli, **********89 reyestr nömrəli, MH seriyalı ******* nömrəli çıxarış əsasında Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsi daimi istifadə hüququ ilə Star Konstrakşn MMC-nin istifadəsindədir. Həmin ərazinin altından tonlarla çəkisi olan su kəməri keçir, yüksək gərginlikli elektrik naqilləri mövcuddur, yolun üstündə yarımstansiya tikilib, habelə yerüstü qaz kəməri vardır. Həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti və parklanması su kəmərlərinə ciddi təhlükə yaradır. İddanın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh "xxxx" MMC-nin həmin ərazidən istifadə hüququnu pozur. Onlarda həmin yolun yükgötürmə qabiliyyəti ilə bağlı statistik məlumat yoxdur, lakin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X5 Xidməti” X6 məktubunda qeyd edilmişdir ki, müraciət edilən ünvanda “İri Şəhərlərin X5 Xidmətinə” məxsus əhalini içməli su ilə təmin edən xüsusi əhəmiyyətə malik olan iri diametrli su kəmərləri keçir. Eyni zamanda həmin məktubda qeyd edilmişdir ki, 2016-cı ildə çəkilmiş xüsusi və strateji əhəmiyyət daşıyan boruların üzərində avtomobil hərəkəti, inşaat işlərinin görülməsi və 10 metr yaxınlığında hər hansısa bir qazıntı işlərinin aparılması qəti qadağandır. Nizamnamədə yazılanları təsdiq edir. Həmin torpaq sahəsi Star Konstrakşn MMCnin daimi istifadəsindədir. Həmin ərazidə təhlükə yaranacağı halda, "xxxx" MMC məsuliyyət daşıyacaqdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X3 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. "xxxx" QSC "xxxx" MMC-nin 100 faiz nizamnamə kapitalını, torpaqdan istifadə hüququ ilə ondan almışdır. Bu halda maraqlarına toxunulan şəxs "xxxx" QSC ola bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(004)-455/2023 saylı qətnaməsinə əsasən Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan ünvan 8a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün cavabdeh "xxxx" QSC-nin üzərinə vaxtı ilə mövcud olmuş və cavabdeh tərəfindən bağlanmış avtomobil yolunun açılması vəzifəsinin qoyulması, yoldan sərbəst istifadə üçün cavabdeh tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması və cavabdehin qanunsuz müdaxiləsinə son qoyulması qət edilmişdir. “İzmir ” restoranı 1990-cı illərdən fəaliyyət göstərir və həmin restorana gələn müştərilər həmişə nəqliyyat vasitələrini həmin ərazidə saxlamışlar. Mübahisəli ərazi texniki passportda da avtodayanacaq kimi göstərilmişdir. Potensial təhlükə olduğu halda “İri şəhərlərin X5 Xidməti” X6 müvafiq iddia tələbi ilə müraciət etmək hüququ vardır. Ekspert rəyi ilə də müəyyən edilir ki, həmin ərazi "xxxx" QSC-yə məxsusdur. Yol ümumi istifadədir. Hər bir tərəf digər tərəfin hüquqlarını pozmadan həmin yoldan istifadə edə bilər. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən dövlət mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsindən "xxxx" MMC-nin daimi olaraq istifadə hüququ xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 2(004)-455/2023 nömrəli mülki iş üzrə 10 may 2023-cü il tarixli, 10/693 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1) iddiaçı Cavabdeh məxsus olan ünvan 8a yerləşən İzmir restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə faktiki vəziyyətdə avtomobillə (nəqliyyat vasitəsi ilə) hər-hansı alternativ gediş-gəliş yolunun mövcud olmadığı müəyyən edilmişdir. Əlavə olaraq qeyd olunur ki, sözügedən torpaq sahəsinin qarşısındakı parkın ərazisindən (parkın şimal tərəfindən) keçən piyada yolu mövcuddur. Həmin piyada yolunda müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra əraziyə uyğun tərtib olunacaq layihə əsasında yenidənqurma işləri aparılmaqla “İzmir” restoranına və onun altındakı 0 32875 ha torpaq sahəsinə avtomobillə (nəqliyyat vasitəsi ilə) gediş-gəlişin açılması texniki cəhətdən mümkündür. 2) Cavabdeh və X1 paylı mülkiyyətində olan qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsinin (çıxarış RX 1341893; reyestr nömrəsi **********23-06301) texniki pasportuna əsasən həmin əraziyə avtomobillə (nəqliyyat vasitəsi ilə) daxil olmaq üçün girişçıxış yolunun haradan nəzərdə tutulmasını (nəzərdə tutulub-tutulmamasını) müəyyən etmək mümkün olmamışdır. Texniki pasportda qeyd olunan ərazinin şimal tərəfindəki qapının önündə mişar daşından hasar hörülmüşdür. Lakin iddiaçının gediş-gəliş yolu (avtomobil yolu) kimi iddia etdiyi sahənin Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 260 saylı sərəncamı ilə Yasamal rayonu, İzmir küçəsi ünvanda "xxxx" MTK-ya verilmiş 0,9479 ha torpaq sahəsinə düşdüyü müəyyən edilir. 3) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən **********23-06301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh və X1 paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İzmir xüçəsi 5 ünvanında yerləşən 0.32875 ha torpaq sahəsi ilə Bakı şəhər icra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 260 saylı sərəncamı ilə yaşayış binalarının tikintisi üçün Hayat Palace” MTK-ya ayrılmış və hazırda mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0,9479 ha torpaq sahəsinin üst-üstə düşmədiyi, qonşu torpaq sahələri olduğu müəyyən edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-455/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan ünvan 8a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün cavabdeh "xxxx" QSC-nin üzərinə vaxtı ilə mövcud olmuş və cavabdeh "xxxx" QSC tərəfindən bağlanmış avtomobil yolunun açılması vəzifəsinin qoyulması, yoldan sərbəst istifadə üçün cavabdeh "xxxx" QSC tərəfindən yaradılan hər hansı maneələrin aradan qaldırılması və cavabdeh "xxxx" QSC-nin qanunsuz müdaxiləsinə son qoyulması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7145/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayətinin təmin edilməməsi, mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-455/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1489/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2023-cü il tarixli 2(103)-7145/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli "xxxx" MMC-nin nizamnaməsinə edilmiş dəyişikliyə əsasən Cəmiyyətin nizamnaməsinin 2.2-ci maddəsinin aşağıdakı redaksiyada verilməsi müəyyən edilmişdir: “2.2. Cəmiyyətin təsisçiləri və onların nizamnamə kapitalındakı payları aşağıdakı kimidir: "xxxx" QSC 204.340 manat, 10217 pay, o cümlədən 200 manat pul formasında və 204.140 manat torpaqdan istifadə hüququ formasında” İş materiallarında olan “İri şəhərlərin X5 Xidməti” X6 xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" MTK-ya hüquqi yardımın göstərilməsi üçün zəruri olan məlumatın əldə olunması ilə bağlı sorğu “İri şəhərlərin X5 Xidməti” publik hüquqi şəxsində araşdırılmışdır. Müraciət edilən ünvanda “İri şəhərlərin X5 Xidməti”-nə məxsus əhalini içməli su ilə təmin edən xüsusi əhəmiyyətə malik olan iri diametrli su kəmərləri keçir. 2016-cı ildə çəkilmiş xüsusi və strateji əhəmiyyət daşıyan boruların üzərində avtomobil hərəkəti, inşaat işlərinin görülməsi və 10 metr yaxınlığında hər hansısa bir qazıntı işlərinin aparılması qəti qadağandır. İş materiallarında olan 2(004)-4843/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli Yerli baxış protokolundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsinə baxış keçirilmiş, yerli baxış zamanı mübahisəli ərazidə İzmir restoranına nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərin nəqliyyat vasitələrinin parklanması və hərəkəti müşahidə edilməmişdir. Sədrlik edənin sualına cavab olaraq Cavabdeh İzmir restoranına nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərin mübahisəli ərazidən istifadə etdiklərini və nəqliyyat vasitələrini bəzən həmin ərazidə park etdiklərini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 6 ünvanında yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsi paylı mükiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir. Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsindən daimi olaraq istifadə hüququ isə xx.xx.2007-ci il tarixdən "xxxx" MMC-yə aiddir. xx.xx.2019-cu il tarixli "xxxx" MMC-nin nizamnaməsinə edilmiş dəyişikliyə əsasən Cəmiyyətin nizamnaməsinin 2.2-ci maddəsinin aşağıdakı redaksiyada verilməsi müəyyən edilmişdir: “2.2. Cəmiyyətin təsisçiləri və onların nizamnamə kapitalındakı payları aşağıdakı kimidir: "xxxx" QSC 204.340 manat, 10217 pay, o cümlədən 200 manat pul formasında və 204.140 manat torpaqdan istifadə hüququ formasında”. Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 8a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə vaxtı ilə mövcud olmuş və cavabdeh "xxxx" QSC tərəfindən bağlanmış nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-455/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan ünvan 8a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün cavabdeh "xxxx" QSC-nin üzərinə vaxtı ilə mövcud olmuş və cavabdeh "xxxx" QSC tərəfindən bağlanmış avtomobil yolunun açılması vəzifəsinin qoyulması, yoldan sərbəst istifadə üçün cavabdeh "xxxx" QSC tərəfindən yaradılan hər hansı maneələrin aradan qaldırılması və cavabdeh "xxxx" QSC-nin qanunsuz müdaxiləsinə son qoyulması qət edilmişdir. Həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri verilsə də, təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 455/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 8a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin parklanmasının və hərəkətinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə ilk əvvəl iddia tələbinin “mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olan ünvan 8a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016cı il tarixli Qərarına əsasən Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-455/2023 saylı mülki iş üzrə tərəf qismində "xxxx" QSC-nin iştirak etməsinə və həmin qətnamə ilə ünvan 8a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün vaxtı ilə mövcud olmuş və cavabdeh "xxxx" QSC tərəfindən bağlanmış avtomobil yolunun açılması vəzifəsinin cavabdeh "xxxx" QSC-nin üzərinə qoyulmasına baxmayaraq, məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-455/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi hazırki mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Belə ki, iş materiallarından da görünən odur ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsindən daimi olaraq istifadə hüququ xx.xx.2007-ci il tarixdən "xxxx" MMC-yə aiddir. xx.xx.2019-cu il tarixli "xxxx" MMC-nin nizamnaməsinə edilmiş dəyişikliyə əsasən "xxxx" QSC cəmiyyətin təsisçisi kimi 204.340 manat, 10217 pay, o cümlədən 200 manat pul formasında və 204.140 manat torpaqdan istifadə hüququ formasında nizamnamə kapitalında paya malikdir. Həmçinin, iş materiallarında olan sənədlərdən və qanuni qüvvəyə minmiş qətnamədən gəlinən nəticə odur ki, ünvan 8a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə gedişgəlişi təmin edən yeganə yol "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 2(004)-455/2023 nömrəli mülki iş üzrə 10 may 2023-cü il tarixli, 10/693 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçı Cavabdeh məxsus olan ünvan 8a yerləşən İzmir restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə faktiki vəziyyətdə avtomobillə (nəqliyyat vasitəsi ilə) hər-hansı alternativ gediş-gəliş yolunun mövcud olmadığı müəyyən edilmişdir. Bu baxımdan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 455/2023 saylı mülki işi üzrə ünvan 8a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün cavabdeh "xxxx" QSC-nin üzərinə vaxtı ilə mövcud olmuş və cavabdeh "xxxx" QSC tərəfindən bağlanmış avtomobil yolunun açılması vəzifəsinin qoyulması, yoldan sərbəst istifadə üçün cavabdeh "xxxx" QSC tərəfindən yaradılan hər hansı maneələrin aradan qaldırılması və cavabdeh "xxxx" QSC-nin qanunsuz müdaxiləsinə son qoyulması qət edilmişdir. Sözügedən qətnamə ilə gediş gəlişin təmin edilməsi üçün hazırki mülki iş üzrə cavabdehin xeyrinə servitutla yüklü edilmiş yol "xxxx" MMC-nin istifadəsindədir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktın, yəni ünvan 8a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş yolunun təmin edilməsi üçün mövcud olan yeganə yolun servitutla yüklü edilməsinə yenidən münasibət bildirilməsi yolverilməzdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54.3-cü maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh tanınmış servitut hüququnun başqa məhkəmə mübahisəsinə əsasən aradan qaldırılması yolverilməzdir. Bu baxımdan iddia tələbi “mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olan ünvan 8a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə həmçinin, iddia tələbinin “mülkiyyət hüququ əsasında Cavabdeh məxsus olan ünvan 8a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin parklanmasının qadağan edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Cavabdeh ünvan 8a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin gediş-gəlişinə icazə verilməsi yalnız mövcud zərurətdən irəli gəlmişdir. Çünki həmin ünvana gəlmək üçün alternativ yol mövcud deyildir. Lakin ünvan 8a yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin parklanması isə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsinin qanuni sahibi olan "xxxx" MMC-nin hüquqlarının ciddi şəkildə pozulmasına gətirib çıxaracaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “İri şəhərlərin X5 Xidməti” X6 xx.xx.2024-cü il tarixli məktub ilə də müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsindən “İri şəhərlərin X5 Xidməti”-nə məxsus əhalini içməli su ilə təmin edən xüsusi əhəmiyyətə malik olan iri diametrli su kəmərləri keçir. 2016-cı ildə çəkilmiş xüsusi və strateji əhəmiyyət daşıyan boruların üzərində avtomobil hərəkəti, inşaat işlərinin görülməsi və 10 metr yaxınlığında hər hansısa bir qazıntı işlərinin aparılması qəti qadağandır. Həmçinin 2(004)-4843/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixdə mübahisəli ünvanlara Yerli baxış keçirərkən müəyyən edilmişdir ki, ünvan 8a yerləşən “İzmir” restoranı və onun altındakı 0.32875 ha torpaq sahəsində nəqliyyat vasitələrinin parklanması üçün kifayət qədər yer mövcuddur. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə iddiaçı "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin parklanması qadağan edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən “İzmir” restoranına və onun altındakı 0.32875 ha torpaq sahəsinə nəqliyyat vasitəsi ilə gediş-gəliş edən şəxslərə iddiaçı "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 605-ci məhəllə/0.233 ha torpaq sahəsində nəqliyyat vasitələrinin parklanması qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar