Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4863/2024 13.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, İddiaçı cavabdehlər "xxxx" MMMC və onun sədri Cavabdeh2 qarşı hüquqi şəxsin fəaliyyətində mülki və seçki hüquqlarını pozan hərəkətləri, nizamnamə tələblərinə və təhlükəsizlik qaydalarına riayət edilməməsi və müraciətlərin mahiyyətinin təhrif edilməsi ilə cavab verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər "xxxx" MMMC və onun sədri Cavabdeh2 qarşı hüquqi şəxsin fəaliyyətində mülki və seçki hüquqlarını pozan hərəkətləri, nizamnamə tələblərinə və təhlükəsizlik qaydalarına riayət edilməməsi və müraciətlərin mahiyyətinin təhrif edilməsi ilə cavab verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvan üzrə) yerləşən 19 (on doqquz) mərtəbəli yaşayış binasında "xxxx" MMMC-nin yaradılması üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsində Dövlət qeydiyyatından keçirilərək “Şəhadətnamə” verilməsi üçün, həmçinin, 2022 və 2024-cü illərdə keçirilmiş “seçki” prosedurlarının, qanunvericiliyin tələblərinə, normativ hüquqi aktlara və nizamnaməyə uyğunluğunun, eyni zamanda, "xxxx" MMMC-nin 55 (əlli beş) ay müddətdə idarəçilik fəaliyyətinin müvafiq səlahiyyətli orqanlar tərəfindən hərtərəfli əsaslı və obyektiv yoxlanılması; ünvan üzrə binanı xx.xx.2020-ci il tarixindən idarə edən "xxxx" MMMC və onun sədri Cavabdeh2 idarəçiliyk fəaliyyətində cəmiyyətin “Nizamnamə”sinin 2.2.2., 2.2.3., 2.2.4., 4.1.6., 4.1.7., 4.1.8., 6.3.9., 9.1.9. bəndlərində təsbit olunan tələblərin ciddi pozulması qanunsuz hesab edilməsi; "xxxx" MMMC-nin xx.xx.2020-ci il tarixdən fəaliyyəti dövründə ünvan üzrə binaya və binanın sahəsində yerləşən dayanacağa aid tikinti lahiyyə sənədlərini və digər mühüm əhəmiyyətli sənədləri podradçı təşkilat olan "xxxx" MTK-dan təhvil almadan, mövcudluğu və mötəbərliyi şübhə doğuran həmin sənədləri hətta, görmədən binanın idarə edilməsində "xxxx" MMMC-nin idarə heyətinin və onun sədri Cavabdeh2 idarəçilik fəaliyyəti qanunsuz hesab edilməsi; ünvan üzrə binanın həyətyanı sahəsində tikintiyə icazə sənədi olmayan və qanunsuz inşa edilmiş 2 (iki) mərtəbəli yarıtikilinin sökülməsi; ünvan üzrə binanın həyətyanı sahəsində tikinti lahiyyə sənədlərində 2 (iki) mərtəbəli ofis binası kimi göstərilən, reallıqda qanunsuz inşa edilmiş və biznes təyinatı ilə fəaliyyət göstərəh 5 (beş) mərtəbəli binanın tikinti lahiyyə sənədinə müvafiq ölçüdə saxlanması və qanunsuzinşa edilmiş hissəsinin sökülməsi; "xxxx" MMMC-nin 55 (əlli beş) ay müddətdə fəaliyyəti dövründə müraciətdə göstərilən davamlı mülki pozuntuların və qanunsuzluqların aradan qaldırılmamasında təqsirli hüquqi şəxs "xxxx" MMMC və onun sədri Cavabdeh2 barəsində qanunvericiliyin tələblərinə müvafiq hüquqi tədbirin görülməsi; ünvan üzrə binanın Eldar Ağayev küçəsi istiqamətindən binanın həyət sahəsinə aid olan girəcək hissədə strateji əhəmiyyətə malik yeganə giriş və yeganə təxliyyə yolunun açıq saxlanılması məqsədi ilə həmin yol hissəsində avtomobillərin qanunsuz parklanmasının qarşısını almaq üçün, qanunsuz yerdə quraşdırılmış şlaqbaumun yerini dəyişərək, həmin slaqbaum, binanın Eldar Ağayev küçəsinə tərəf sərhəddində quraşdırılması; "xxxx" MMMC-nin üzərinə ünvan üzrə binanın ümumi istifadə yerlərində (girişin 1-ci mərtəbəsində və həyət sahəsində girişin önündə) işıqlanma effekti olan elan lövhələri quraşdırılması; "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İddiaçı tərəfindən göndərilən müraciətlərə davamlı olaraq, mahiyyəti üzrə tam məzmunda cavab verməməsinin qanunsuz hesab edilməsi və onun üzərinə müraciətlərə və “Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu” 9.3. maddəsində təsbit olunan tələblərə və “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələblərinə uyğun olaraq, müraciətlərin məzmununu təhrif etmədən, mahiyyəti üzrə tam məzmunda cavab verilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsini və mülki işin materiallarını tədqiq edərək hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində cavabdehlərə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməkdə haqlı olmamışdır. Bundan başqa İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində iddia tələbi dəqiq göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehlərin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehlərin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehlərə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlərlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. İddiaçı iddia ərizəsinin “xahiş edirəm” hissəsinin 1-ci bəndində "xxxx" MMMC-nin 55 (əlli beş) ay müddətdə idarəçilik fəaliyyətinin müvafiq səlahiyyətli orqanlar tərəfindən hərtərəfli əsaslı və obyektiv yoxlanılması xahiş etsə də, həmin dövlət orqanlarını siyahıda qeyd etməmiş, həmin dövlət orqanları iş üzrə cəlb edilməmişlər. Belə olan halda hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrinin tələblərinə əməl edilmədən verildiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər "xxxx" MMMC və onun sədri Cavabdeh2 qarşı hüquqi şəxsin fəaliyyətində mülki və seçki hüquqlarını pozan hərəkətləri, nizamnamə tələblərinə və təhlükəsizlik qaydalarına riayət edilməməsi və müraciətlərin mahiyyətinin təhrif edilməsi ilə cavab verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-4863/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4863/2024
13.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver