Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4864/2023 04.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Cavabdeh3 ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 ASC, "xxxx" MMC və "xxxx" MMC və Sabirabad rayon İcra şöbəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və s.” tələblərinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 ASC, "xxxx" MMC və "xxxx" MMC və Sabirabad rayon İcra şöbəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və s.” tələblərinə dair iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli X8 43/01 nömrəli Protokolun və alqı-satqı müqaviləsinin, hərracın nəticələrinin etibarsız bilinməsi və əmlakın hərracın keçirilmə tarixinə, reasl bazar qiymətinə uyğun yenidən qiymətləndirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 aprel 2022-ci il tarixli Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi ilə 89.930,59 manat əsas borc 4482,08 manat faiz borcu və 288,25 manat ikiqat faiz borcu, 305,20 manat da gecikdirilmiş cərimə borcunu iddiaçıdan tutularaq Zraat Banka ödənilməsi qət edilmişdir. Cavabdeh Ziraat Bank apellyasiya şikayəti verərək bildirmişdir ki, həmin tutulmalar ünvan 1 də və yeni qaydalarla Sabirabad şəhəri R.Behbudov küçəsində ev 23 də yerləşən fərdi evə və yaşayış torpaqlarına tutmanın yönəldilməsi və həmin sahənin boşaldılmasına dair iddiasının təmin olunmasını 1-ci instansiya məhkəməsindən xahiş etmiş və bildirmişlər ki, onların iddiası tam təmin olunmamışdır və Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 26 iyul 2022 -ci il tarixli N 2(106)-93/2022 nömrəli Qətnaməsi ilə onların şikayətini qismən təmin etmişdir. Bildirir ki, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının anası X2 həmin mənzil yeganə yaşayış və ümid yeridir və həmin qətnamə ilə anamın sosial vəziyyəti daha da pisləşəcək. İddiaçı məhkəmə iclaslarında dəfələrlə bildirmişdir ki, iddiaçının bilərəkdən faiz borclarını şişirtməklə onun və anasının sosial vəziyyətini pisləşdirməklə onlara əlavə öhdəliklər yükləyərək əsassız varlanırlar, lakin apellyasiya məhkəməsi bunlara hüquqi qiymət vermək marağında olmamışdır. Qeyd edir ki, Şirvan Komersiya məhkəməsi tərəfindən iddiaçıya məxsus ünvan 1 ə qiymətləndirmə təyin edilmiş və cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirmə hesabatı tərtib edilib, iddiaçının evimə baxış keçirilməyib, yalnız banka ipoteka qoyduğu zaman çəkilmiş şəkillərdən istifadə edilmiş və bilərəkdən onun mənzilini bazar dəyərindən qat-qat ucuz qiymətə 162000 manat dəyərləndirmiş, həmin qiymətləndirmə hesabatının təsdiq olunmuş surətini iddiaçıya verməmişlər. İddiaçı bildirir ki, evinin real bazar dəyəri 350000(üç yüz əlli min) manatdan bahadır. Hesab edir ki, X15 onun evini ucuz qiymətləndirməklə hərraca çıxardıb ki, öz xeyirinə bir neçə hərracdan sonra daha aşağı qiymətə öz adına və ya bankın işçisinin adına alıb daha baha qiymətə satıb əsassız varlansın. Qeyd edir ki, xx.xx.2021-ci il tarixdə qiymətləndirmə hesabatı ləğv edilərək yenidən qiymətləndirmə keçirilməlidir. Eyni zamanda xx.xx.2023-cü il tarixli X8 43/01 nömrəli Protokol əsasında həmin gün alqı-satqı müqaviləsi bağlamaqla qanunsuz olaraq iddiaçıya məxsus ünvan 1 ünvanında olan mənzili 103275 manata tələbkar Cavabdeh3 ASC ə verilmişdir. Bildirir ki, hərracla bağlı rəsmi olaraq ona rəsmi olaraq hansısa məlumat verilməmişdir. Bir neçə gün olaraq bu protokolun surətini oğlu Quliyev Elman əldə etdikdən sonra bilmişdir ki, onun əmlakı düşünülmüş şəkildə dəyərindən aşağı qiymətə tələbkar banka verilmişdir. Cavabdeh3 ASC məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı iddiası tamamilə əsassız va qeyri-qanuni olduğu üçün rədd edilməlidir. İddia ərizəsində sübut edilməli əsaslı hallar olmadığından, iddiaçı öz iddiasını aidiyyati olmayan hallardan istifadə etməklə məhkəməyə formal qaydada iddia ünvanlamış va bununla prosessual qaydada vaxt qazanmağa çalışmışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, “...apellyasiya məhkəməsi nəzərə almamışdır ki, anam X2 həmin mənzil yeganə yaşayış ve ümid yeridir ve həmin qətnamə ilə anamın sosial vəziyyəti daha da pisləşəcək”. Qeyd edir ki, iş materialları arasında İddiaçı mülkiyyətində olan yaşayış sahəsi cavabdeh tərəfindən Quliyev Elman Xanbaba oğluna verilmiş kreditin təminatı qismində rəsmiləşdirildiyini təsdiq edən sənədlər vardır. Kredit üzrə öhdəliklər icra olunmadığından cavabdeh tərəfindən həmin əmlaka qanunvericiliklə nəzərdə tutulmuş qaydada tutma yönəldilmiş və hərrac nəticəsində cavabdeh tərəfindən hərracdan alınmışdır. Bu hal iddiaçının iddia etdiyi kimi yeganə yaşayış yeri kimi deyil, ipoteka əmlakına münasibətdə tətbiq edilmişdir ki, qanunvericiliklə də buna yol verilir və iddiaçının iddiası əsassızdır. İddiaçı iddia ərizəsində göstərir ki, guya “iddiaçı bilərəkdən faiz borclarını şişirdərək əsassız varlanır, ancaq apellyasiya məhkəməsi buna hüququ qiymət vermək marağında olmamışdır”. Qeyd edir ki, iş materiallarında iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertiza nəticəsinə əsasən məhkəmə tərəfindən qətnamə qəbul edilmişdir. Burada heç bir əsassız varlanmadan söhbət gedə bilməz, belə ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə Quliyev Elman Xanbaba oğluna kredit verilmiş və iddiaçıya məxsus daşınmaz əmlak həmin kreditin təminatı qismində ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Ancaq burada kredit müqaviləsi var və yaranan öhdəliklər həmin müqaviləyə əsasən yaranmış va icra edilməmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, guya “...bilərəkdən mənim mənzilimi bazar dəyərindən qat-qat ucuz qiymətə 162000 manata dəyərləndiriblər,...mənim evimin real bazar dəyəri 350000 manatdan bahadır. X15 mənim evimi ucuz qiymətləndirməklə hərraca çıxardıb ki, öz xeyrinə bir neçə hərracdan sonra daha aşağı qiymətə öz adına və ya bankın işçisinin adına alıb daha baha qiymətə satıb əsassız varlansın”. Qeyd edir ki, ipoteka əmlakı məhkəmənin təyin etdiyi kənar qiymətləndirici tərəfındən qiymətləndirilib və hərraca satışa göndərilib. İddiaçı bütün proses bitdikdən sonra qeyd edir ki, əmlakın qiyməti yüksək olub. Yəni iddiaçının qeyd etdiyi hallar heç bir sübutla əsaslandırılmır və ümumi sözlərdən istifadə edilməklə aidiyyati olmayan məsələləri qaldırır. Belə ki, qeyd edilən hallar məhkəmə proseslərində kifayət qədər araşdırılmış və yekun məhkəmə qərarında öz əksini tapmışdır. Qəbul edilən məhkəmə qətnaməsi AR Ali Məhkəməsinin Mülki va Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azarbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 nömrəli Qərardadına əsasən qəbul edilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi digər hallar, yəni qiymətləndirmə hesabatının ləğv edilməsi, hərracın protokolunu qanunsuz hesab etməsi ilə bağlı bildirir ki, bu iddialar heç bir sübutla əsaslandırılmır və təyin edilmiş ekspertiza və məhkəmə qərarları nəticələrinə əsasən, həmçinin hərrac təşkilatının sənədləri ilə qanuni olması sübut olunmaqla iddiaçının iddiasının bir daha əsassız olduğunu sübut edir. Odur ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 ASC-nin nümayəndəsi X7 etirazın dəlillərinə uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə xx.xx.2023-cü il tarixdə keçiriləcək prosesdə üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirərək, prosesin təxirə salınmasını xahiş etsə də, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının iddiaçının və digər cavabdehin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(121)-49/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh Quliyev Elman Xanbaba oğlundan xx.xx.2020-ci il tarixli, 040CRLN20000003-1 saylı kredit müqaviləsinə əsasən 89.930,59 manat məbləğində əsas borc, 8.052,26 manat məbləğində faiz borcu, 164 manat cərimə (dəbbə pulu) borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 55 manat rüsum olmaqla, ümumilikdə 98.229,85 (doxsan səkkiz min, iki yüz iyirmi doqquz manat, səksən beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh3 ASC-yə ödənilməsi, tələbin İddiaçı məxsus Sabirabad şəhəri, Z.Əliyev küçəsi, ev.44; Yeni qaydalarla: AZ5400, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və sahəsi 0.06 ha olan yaşayış məntəqələrinin torpaq sahəsinə yönəldilməsi İddiaçı məxsus Sabirabad şəhəri, Z.Əliyev küçəsi, ev.44; Yeni qaydalarla: AZ5400, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və sahəsi 0.06 ha olan yaşayış məntəqələrinin torpaq sahəsinin ilkin satış qiyməti 162.000 manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 89.930,59 manat məbləğində əsas borc, 8.052,26 manat məbləğində faiz borcu, 164 manat cərimə (dəbbə pulu) borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 55 manat rüsum iddiaçı Cavabdeh3 ASC-yə ödənilməsi Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi cavabdeh İddiaçı qaytarılması, İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 104 (bir yüz dörd) manatı cavabdeh Quliyev Elman Xanbaba oğlundan, 46 (qırx altı) manatı isə iddiaçı Cavabdeh3 ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X4, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti İddiaçı alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-49/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-49/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2023-cü il tarixdə icra vərəqəsi verilmişdir. “AB Colsulting”in Şirvan Kommersiya Məhkəməsinə ünvanladığı 17 dekabr 2021-ci il tarixli, 506/ZRB/21 saylı məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin real bazar dəyəri 170000 (bir min yüz yetmiş) manat, likvid dəyəri isə 162000 (bir yüz altmış iki min) manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, məhkəmə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 iyul tarixli , 2-2(106)-93/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını qərara almışdır. Qərarın məzmunundan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 26 iyul 2022-ci il tarixli, 2-2(106)- 93/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin tutma cavabdehə məxsus olan Sabirabad şəhəri, Z.Əliyev küçəsi, ev 44; yeni qaydalarla: AZ5400, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə və yaşayış məntəqələrinin torpaq sahəsinə yönəldikdən və həmin əmlak satıldıqdan dərhal sonra həmin sahənin boşaldılması hissəsinin rədd edilməsi hissəsində ləğv edilərək, iddia tələbi həmin hissədə təmin edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. AR Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin ilk açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli 1 nömrəli bildirişinin təsdiq edilmiş surətindən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-49/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə X1 mülkiyyətində olan Sabirabad şəhəri, Z.Əliyev küçəsi, ev 44-ə, (yeni qaydalarla ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və sahəsi 0,06 ha yaşayış məntəqələrinin torpaq sahəsi) dair ilk hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. Hərracın keçirilməsi ilə bağlı elan 11 may 2023-cü il tarixdə “Birja Yenilikləri” qəzetində dərc olunmuşdur. Qəzetdə göstərilən elana əsasən xx.xx.2023-cü il tarixə təyin olunmuş ilk hırrac baş tutmadığından hərrac xx.xx.2023-cü il tarixə saat 11:00- 17:00-a təyin olunub. AR Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli 2 nömrəli bildirişinin təsdiq edilmiş surətindən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-49/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə X1 mülkiyyətində olan Sabirabad şəhəri, Z.Əliyev küçəsi, ev 44-ə, (yeni qaydalarla ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və sahəsi 0,06 ha yaşayış məntəqələrinin torpaq sahəsi) dair hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Hərracın keçirilməsi ilə bağlı elan 04 iyul 2023-cü il tarixdə “Birja Yenilikləri” qəzetində dərc olunmuşdur. Qəzetdə dərc olunan elana əsasən hərracın baş tutmadığı qeyd olunur. xx.xx.2023-cü il tarixli X12 olunmasına dair təklifinin təsdiq olunmuş surətindən görünür ki, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin № 74307/2023 saylı, xx.xx.2023cü il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü ünvan 4, yeni qaydalarla ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və sahəsi 0,06 ha yaşayış məntəqələrinin torpaq sahəsinin təkrar hərracının baş tutmaması barədə “Birja Yenilikləri” qəzetinin xx.xx.2023-cü il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 103275 (yüz üç min iki yüz yetmiş beş) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. X6 saxlayana X12 Edilməsi Üçün X8 xx.xx.2023-cü il tarixli, 43/01 nömrəli Protokolunun müvafiq qaydada təsdiq edilmiş surətinə əsasənSabirabad rayon İcra və Probasiya Şöbəsinin sifarişi ilə Cavabdeh3 ASC ipoteka saxlayan qismində çıxış edir və ipoteka predmeti olan X3 məxsus ünvan 4, yeni qaydalarla ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və sahəsi 0,06 ha yaşayış məntəqələrinin torpaq sahəsinin ilkin hərrac qiyməti 162000 manat, ipoteka predmetinin təkrar hərracdakı satış qiyməti ******* manatdır. İpoteka predmetinin (fərdi yaşayış evi) “İpoteka Haqqında” AR Qanununun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti: 103275 manat qiymətlə tələbkar əldə edərək cavabdehlərlə qarşılıqlı mübahisənin həlli üçün məsuliyyət daşıyır. 18 iyul 2023-cü il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqaviləsinin təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, “Sifarişçi” X3 məxsus ünvan 4, yeni qaydalarla ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və sahəsi 0,06 ha yaşayış məntəqələrinin torpaq sahəsini “Alıcının” tam mülkiyyətinə (təsdiq olunmuş hərracın yekun protokulna əsasən) verməyi, “Alıcı” isə həmin daşınmaz əmlakı qəbul edib onun dəyərini tam ödəməyi öz öhdəsinə götürür. Fərdi yaşayış evinin əldə olunan qiyməti 103275,00 manat təşkil edir. Müqavilənin 7-ci maddəsinə göstərilir ki, əgər tərəflər müqavilənin şərtlərini yerinə yetirməsələr və onun pozulmasını əsaslandırmasalar, onda onlar məsuliyyət daşıyır, əmlakın dəyərinin 10%-i həcmində cərimə ödəyirlər və eyni zamanda müqavilədə göstərilən vaxtda əmlakın sənədləşdirilməsinə görə cavabdehlik daşıyırlar. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. “İpoteka haqqında” Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. “İpoteka haqqında” Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 (iyirmi) təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır. İddiaçının iddia tələbi məhkəmədə araşdırılmış sübutlarla və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. “AB Colsulting” tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin real bazar dəyəri 170000 (bir min yüz yetmiş) manat, likvid dəyəri isə 162000 (bir yüz altmış iki min) manat müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı qiymətləndirmə hesabatının nəticəsindən narazı olsa da, həmin rəyin iş materialı kimi qiymətləndirildiyi mülki iş üzrə qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı mövcuddur. Bundan əlavə, iş materiallarında olan sənədlərdlə müəyyən olunmuşdur ki, həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilmiş və bu barədə icra işi üzrə tərəflərə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. Odur ki, "xxxx" MMC tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəməi iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3 ASC, "xxxx" MMC və "xxxx" MMC və Sabirabad rayon İcra şöbəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və s.” tələbləri əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 ASC, "xxxx" MMC və "xxxx" MMC və Sabirabad rayon İcra şöbəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və s.” tələblərinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-4864/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4864/2023
04.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver