Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4895/2022 14.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 79 (yeni qaydalarla: AZ 1138, Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev küçəsi, 181 saylı ev) cavabdehin istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 79, yeni qaydalarla: AZ 1138, Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev küçəsi, 181 saylı ev iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən göstərilən əmlakın iddiaçının mülkiyyətində olması təsdiq olunur. Cavabdeh, X2 və ailə üzvləri ona məxsus həmin evdə yaşayırdılar. Cavabdeh ilə aralarında bağlanmış 08 iyul 2022-ci il tarixli barışıq sazişinə əsasən cavabdeh özünün və ailə üzvlərinin həmin evdən istifadə hüquqlarının xitam verilməsini qəbul etmiş və iddiaçı cavabdehə 7000 manat kompensasiya vermişdir. Cavabdehin onun mülkiyyətində olan evdə istifadə hüquqlarının qalması onun mülkiyyət hüququnun həyata keçirilməsinə maneəçilik törədir Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı nümayəndəsi X3 ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-2513 No ilə qeydə alınmış aşağıdakı məzmunda barışıq sazişi bağlanmışdır: “1. Biz, İddiaçı və Cavabdeh bu barışıq sazişini bağlayaraq aramızda aşağıdakı şərtlərlə razılaşdıq: Cavabdeh və ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 79, yeni qaydalarla: AZ 1138, Bakı şəhəri, Yasamal Rayonu, Xıdır Mustafayev küçəsi, 181 saylı evdən istifadə hüquqlarının xitam verilməsini qəbul edir.
2. Cavabdeh və ailə üzvlərinin (arvadı X2 və qızı X1) Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 79, yeni qaydalarla: AZ 1138, Bakı şəhəri, Yasamal Rayonu, Xıdır Mustafayev küçəsi, 181 saylı evdən qeydiyyatdan çıxarılması üçün könüllü tədbir görür.
3. Cavabdeh və ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 79, yeni qaydalarla: AZ 1138, Bakı şəhəri, Yasamal Rayonu, Xıdır Mustafayev küçəsi, 181 saylı evdən 1(bir) ay ərzində əşyaları ilə könüllü surətdə çıxır.
4. İddiaçı tərəfindən Cavabdeh notariusun banka açılan depozit hesabı vasitəsi ilə 7000 (yeddi min) manat kompensasiya verir.
5. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 79, yeni qaydalarla: AZ 1138, Bakı şəhəri, Yasamal Rayonu, Xıdır Mustafayev küçəsi, 181 saylı evin üzərində olan özbaşına tikintiyə iddiası ollmayacaq və X2 Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 79, yeni qaydalarla: AZ 1138, Bakı şəhəri, Yasamal Rayonu, Xıdır Mustafayev küçəsi, 181 saylı evin konstruksiyasında edilmiş dəyişiklik, yəni həmin evə sonradan açılmış keçidlər bağlanaraq aradan qaldırılmalıdır.
6. Bu şərtlərlə razıyıq və etirazımız yoxdur.” Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə artıq kompensasiya verildiyindən cavabdehin iddiaçıya məxsus evdən istifadə hüququna kompensasiya verilmədən xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X.Q.Mustafayev küçəsi, ev 79 (yeni qaydalarla: AZ 1138, Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev küçəsi, 181 saylı ev) istifadə hüququna xitam verilsin. Qətnamə Cavabdeh yaşayış yeri üzrə qeydiyyatının ləğvi üçün əsasdır. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Təhminə Xəlilova