Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4906/2023 16.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Yasamal Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “özbaşına tikilinin sökülməsi və s.” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (Yasamal Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “özbaşına tikilinin sökülməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu,18-ci Nərimanov döngəsində yerləşən yerləşən 6 saylı evin ümumi istifadədə olan həyətdəki sahəsi 10- 12 kv.m olan qanunsuz tikilinin dövlət qurumları tərəfindən sökülməsi, cavabdehin cərimə edilməsi və həyətdən saxlanc yeri kimi istifadə edilməməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqlədirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu,18-ci Nərimanov döngəsində yerləşən yerləşən 6 saylı evin mülkiyyətçilərinin ümumi istifadələri üçün nəzərdə tutulmuş , sahəsi təxminənən 19 kv.m olan həyətdə sahəsi 10-12 kv.m olan qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və cavabdehin həmin sahədən (həyətdən) saxlanc yeri kimi istifadə edilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 18-ci Nərimanov döngəsində yerləşən 6 saylı fərdi ev paylı mülkiyyət olmaqla 1/6 hissədə onun, 2/6 hissəsi Cavabdeh və 2/6 hissədə X1 mülkiyyətindədir. Fərdi evin ümumi istifadədə olan həyəti var. Ev dəhlizə, pilləkən meydançasına, həyətə, küçəyə yolu olan, digər tikililərdən sırf arakəsmə və boşluğu olmayan divarla təcrid olunmuş tikilidir. Evdə yaşayanlar evdən küçəyə, küçədən evə gələrkən həyətdən istifadə edirlər. Sözügedən həyətin ümumi istifadə üçün nəzərdə tutulmasına və ölçüsünün təxmini 19 kv.m. olmasına baxmayaraq, Cavabdeh lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozaraq orda təxmini 10-12 kv. m. olan 1 otaq və sanitar qovşağını tikmişdir. Qanunsuz tikilinin balaca həyətdə yerləşməsindən başqa həyətin boş qalan hissələrində cavabdehin müxtəlif əşyaların (köhnə qapı- pəncərə və s.) saxlaması evə giriş-çıxışda yaşayanlar üçün ciddi maneçiliklər yaradaraq, həyətdən sərbəst istifadə etmək imkanlarını xeyli məhdudlaşdırır. Sözügedən tikilinin qanunsuzluğundan başqa həmin sahənin boş qalan hissələrində sökülməsi barədə təklifi ilə Cavabdeh razılaşmadığından tikilinin qanunsuzluğu ilə əlaqədar Yasamal rayon İcra hakimiyyətinə müraciətinə xx.xx.2023-cü il tarixli cavabda əsassız olaraq evlə əlaqədar mübahisənin məhkəmədə araşdırılması göstərilərək, məhkəməyə müraciət edilməsi bildirilmişdir. Hansı ki, iddiada sözü gedən tikili miras əmlaka daxil olmadığından davam edən məhkəmə araşdırılmasının predmeti ola bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, həyət ümumi istifadələrindədir. Həyətdən gedib-gəlmək mümkün olmur, sıxlıq yaranır. Bundan başqa, cavabdeh özbaşına tikilini onlarla məsləhətləşmədən tikdirmişdir. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal Rayon İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onlar həyətdən yalnız gediş-gəliş üçün istifadə edirlər. Tikililər gediş-gəlişə heç bir maneçilik törətmir. Evlə qanunsuz tikililər arasında məsafə təxminən 1-1,5 metrdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 187,20 kv.m olan fərdi yaşayışn 2/6 hissəsi üzərində Cavabdeh, 1/6 hissəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 arel 2023-cü il tarixli 2(004)-37/2023 saylı qətnaməsindən çıxarışdan görünür ki, İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi və mənzilə köçürülmə tələbinə dair iddiası qismən təmin edilərək, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan 1/6 hissədən ibarət payı (ekspert rəyinə uyğun olaraq: fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, texniki pasport sənədində 6 və 10 nömrəsi ilə işarələnmiş otaqlar arasındakı qapı boşluğu bağlanaraq 10, 9 və 8 nömrəli otaqlar) naturada ayrılması qət edilmişdir. İddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən mübahisəli ünvana baxış keçirilmiş və yerli baxış zamanı müəyyən edilmişdir ki, özbaşına tikililər həyətdə yerləşən saxlanc yeri və sanitar qovşaq kimi istifadə olunan 2 otaqdan ibarətdir. Həmin özbaşına tikililər həyətdə gediş-gəlişə heç bir maneçilik yaratmır. Həmçinin, cavabdeh həyətə giriş qapısının yanında həyətə bir neçə kiçik əşya qoymuşdur. Yerli baxış zamanı cavabdeh saxlanc yeri kimi istifadə olunan otaqdan iddiaçının da istifadə etdiyini bildirsə də, iddiaçı bu halı təkzib etmişdir. Həmçinin, iddiaçı və cavabdehin anası iddiaçının özünün mülkiyyətində olan evdə yaşamadını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə qeyd edir ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. İşin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçını hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, iddiaçı cavabdeh tərəfindən ümumi istifadədə olan həyətdə cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin sökülməsini tələb edir. İddiaçının sökülməsini tələb etdiyi tikili özbaşına tikili olsa da, məhkəmə tərəfindən yerli baxış zamanı özbaşına tikilinin həyətdə gediş-gəlişə heç bir maneçilik yaratmadığı və hazırda iddiaçının evinə olan gediş-gəliş yolunun eninin təxminən 1,5 metr olması müəyyən edilmişdir. Həmçinin, həmin özbaşına tikilinin iddiaçının evinə hər hansı digər mane yaratması da müəyyən edilməmişdir. İşin mübahisəsiz hallarına əsasən, mübahisələndirilən tikilinin özbaşına tikili olması müəyyən edildiyindən, həmçinin məhkəmə tərəfindən yerli baxış zamanı vizual baxış keçirilməklə həmin tikilinin giriş-çıxışa və idiaçının evinə hər hansı digər mane yaratmaması müəyyən edildiyindən və bunun üçün xüsusi bilik tələb edilmədiyindən məhkəmə tərəfindən ekspertiza təyin edilməsinə zərurət görülməmişdir. . Beləliklə də, iddiaçının mübahisələndirdiyi tikililər özbaşına tikili olsa da, iddiaçının hüququnu pozmadığından, iddiaçı Mülki Məcəllənin 180.4-cü maddəsində nəzərdə tutulan “maraqlı tərəf” sayıla bilməz. Məhkəmə iddia tələbinin “cavabdehin həyətdən saxlanc yeri kimi istifadə edilməsinin qadağan edilməsi“ hissəsinə münasibətdə qeyd edir ki, yerli baxış zamanı həqiqətən də cavabdeh tərəfindən həyətin giriş qapısının yanında bir neçə kiçik əşya qoyduğu müəyyən edilmişdir. Lakin qeyd edilməlidir ki, həmin sahə ümumi istifadədə olduğundan cavabdehə həyətə hər hansı əşyanın qoyulması qadağan edilə bilməz. Hər iki tərəf hər hansı əşyasını həyətə qoymaqda sərbəstdir, bunun üçün məhdudiyyət nəzərdə tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı (Yasamal Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “özbaşına tikilinin sökülməsi və s.” tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (Yasamal Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “özbaşına tikilinin sökülməsi və s.” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-4906/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4906/2023
16.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver