Məhkəmə qərarları › İş №e-2(004)-4923/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4923/2024

31.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4923/2024 31.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X12 və Cavabdeh2nə q̇arşı (X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X12 və Cavabdeh2nə q̇arşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC ilə X8 arasında tərtib olunmuş 03/23 saylı, xx.xx.2023-cü il tarixli Protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 tərəfindən X8 verilmiş mülkiyyət hüququna dair çıxarışının ləğv edilməsi, ödənilmiş 100 (yüz) Azn dövlət rüsumunun cavabdehdən tutularaq tərəfimə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(001)-1609/2021-ci il tarixli qətnaməsinə əsasən, oğlu X7 ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş məzənnəyə uyğun olaraq manat hesabı ilə 43176 funt sterlinq (GBP) məbləğində təhsilə çəkilmiş xərclərin, bildirişin qeydiyyata alınması üçün 30 manat məbləğində xidmət haqqının və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 28 manatın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xeyrinə tutulması, tutulacaq məbləğin ilkin satış qiyməti 80000 manat müəyyən edilməklə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ona qaytarılması, fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda cavabdehlərin ən geci bir ay müddətində həmin evdən çıxarılması qət edilmişdir. Binəqədi rayon Məhkəməsinin yuxarıda qeyd olunmuş qətnaməsi icraya yönəldilmiş, ona məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil hərracda satılmışdır. xx.xx.2024-cü il tarixdə oğlu X9 iş yeri “Əmanətlərin sığortalanması Fondu”na Binəqədi rayon İcra şöbəsi tərəfindən məktub daxil olmuş, ancaq bundan sonra icra məmurundan aldıqları məlumata əsasən, bilmişlər ki, ona məxsus əmlak 80 000 manata deyil, 68 000 manata təkrar hərracda X3 və oğlunun hələ icra edilməmiş öhdəliyi qalmışdır. İcra hərəkətləri aparılarkən ona hər hansı bildiriş və ya icra hərəkətləri ilə bağlı hər hansı sənəd göndərilməmişdir. Sənədlərin surətini onlar ancaq xx.xx.2024-cü il tarixdən sonra Binəqədi rayon İcra şöbəsində icra işi ilə tanış olarkən əldə etmişlər. Tərəflərindən Binəqədi rayon İcra Şöbəsində icra işi ilə bağlı materiallara baxış keçirən zaman müəyyən olunmuşdur ki, Binəqədi rayon İcra şöbəsinə 2444/22 nömrəli X5 dair bildiriş göndərilmişdir. Bildirişdə qeyd olunur ki, Binəqədi rayon İcra şöbəsi tərəfindən Əmlak Hərrac Mərkəzi MMC-yə verilmiş xx/xx- 156493-15 saylı, xx.xx.2022-ci il tarixli sifariş üzrə (hərrac mərkəzinə daxilolma tarixi xx.xx.2022) ipotekayla yüklü edilmiş ona məxsus əmlak açıq hərracda satılmalıdır. Əmlakın hərracda ilkin satış qiyməti 80 000 olaraq göstərilmişdir. xx.xx.2023-cü il Binəqədi rayon İcra şöbəsinə hərracın yekunları barədə protokol göndərilmiş, Protokolda əmlakın 68000 manat məbləğində X2 qeyd olunmuşdur. Tərəflərindən iş materiallarında hərracın baş tutmadığı barədə hərrac mərkəzinin dərc olunmuş məlumatına, eləcə də təkrar hərrac keçirilməsinə dair bildirişə rast gəlinməmişdir. Ən əsası, hərrac mərkəzi tərəfindən heç bir sənəd onlra göndərilməmişdir. Onlara hərracla bağlı məlumat verilməməsi səbəbindən hərracda iştirak etmək hüquqlarından məhrum olmuşlar. Qanuna əsasən, təkrar hərrac keçirildiyi təqdirdə də Hərracın təşkilatçısı X4 dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirməli və bununla bağlı ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməli idi. Təəssüf ki, qanunun hərrac keçirilməsi ilə bağlı tələblərinin heç birinə cavabdeh tərəfindən əməl olunmamışdır. Dəfələrlə Azərbaycan Respublikası Dövlət Neft şirkətinin nümayəndəsi tərəfindən onların iddiasının ancaq ipoteka predmeti olan əmlakdan ibarət olduğu, başqa hər hansı iddiaları olmadığı onlara deyildiyinə görə onlar həmin əmlak satıldıqdan sonra hər hansı öhdəliklərinin qalmayacağını düşünmüşlər. Eyni zamanda 68000 manat məbləğ qeyd olunan əmlakın real bazar qiymətindən olduqca aşağıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X12 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar nümayəndələrinin iştirakını təmin etməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1609/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 03 avqust 2017-ci il tarixli “Təqaüdçünün təhsilinin təşkili” haqqında müqavilə üzrə cavabdeh X7 ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş məzənnəyə uyğun olaraq manat hesabı ilə 43176 funt sterlinq (GPB) məbləğində təhsilə çəkilmiş xərclərin, bildirişin qeydiyyata alınması üçün 30 manat məbləğində xidmət haqqının və ödənilmiş dövlət rüsumunun 28 manatının iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xeyrinə tutulması, tutulacaq məbləğin ilkin satış qiyməti 80000 manat müəyyən edilməklə cavabdeh İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan İddiaçı qaytarılması, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil hərracda satıldıqdan sonra cavabdehlərin həmin mənzildən 1 ay ərzində çıxmadığı təqdirdə onların həmin mənzildən məcburi qaydada çıxarılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi, borclular X11, İddiaçı və tələbkar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ünvanlanmış Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixli, 2444/22 saylı X5 dair bildirişində qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1609/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən verilmiş xx/xx-156493-15 saylı, xx.xx.2022ci il tarixli (daxil olma xx.xx.2022-ci il) sifariş üzrə, ipoteka ilə yüklü edilmiş, borclu İddiaçı məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 103 ünvanında yerləşən, 2 otaqlı 3 nömrəli mənzil ilkin satış qiyməti 80000 manat olmaqla açıq hərraca çıxarılmışdır. Bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, məhəllə 563, K.Kazımzadə 123 ünvanında açıq hərrac keçiriləcəkdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin Reyestrindən görünür ki, xx.xx.2022-ci il tarixli, 2444/22 saylı X5 dair bildiriş X10 və İddiaçı ünvan 4 ünvanına göndərilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixli hərracın baş tutmamasına dair Protokoldan görünür ki, xx.xx.2022-ci il, saat 11:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamış, xx.xx.2022-ci il tarixinə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh2 MMC-nin elanında qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1609/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən verilmiş xx/xx-156493- 15 saylı, xx.xx.2022-ci il tarixli (daxil olma xx.xx.2022-ci il) sifariş üzrə, ipoteka ilə yüklü edilmiş, borclu İddiaçı məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 103 ünvanında yerləşən, 2 otaqlı 3 nömrəli mənzilə dair xx.xx.2022-ci il, saat 11:00-a təyin edilmiş ilkin açıq hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış və bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə hərracın baş tutmaması barədə protokol tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi, borclular X11, İddiaçı və tələbkar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ünvanlanmış Cavabdeh2 MMC-nin xx.xx.2022-cü il tarixli, 2632/22 saylı X4 dair bildirişində qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən verilmiş xx/xx-156493-15 saylı, xx.xx.2022-ci il tarixli (daxil olma xx.xx.2022-ci il) sifariş üzrə, ipoteka ilə yüklü edilmiş, borclu İddiaçı məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 103 ünvanında yerləşən, 2 otaqlı 3 nömrəli mənzilə dair xx.xx.2022-ci il, saat 11:00-a təyin edilmiş ilkin açıq hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış və bununla əlaqədar olaraq mənzilin hərracda satış qiyməti 68000 manat olmaqla xx.xx.2023-cü il tarixdə saat 10:00-da Bakı şəhəri, Yasamal rayonu, məhəllə 563, K.Kazımzadə 123 ünvanında təkrar hərrac keçiriləcəkdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin Reyestrindən görünür ki, xx.xx.2022-cü il tarixli, 2632/22 saylı X4 dair bildiriş X10 və İddiaçı ünvan 4 ünvanına göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) yerləşdirilmiş Cavabdeh2 MMC-nin elanında qeyd edilmişdir ki, ipoteka ilə yüklü edilmiş, borclu İddiaçı məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 103 ünvanında yerləşən, 2 otaqlı 3 nömrəli mənzil ilə bağlı satış qiyməti 68000 manat olmaqla xx.xx.2023-cü il tarixdə saat 10:00-da təkrar hərrac keçiriləcəkdir. İş materiallarında olan X8 tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 293/22 saylı ərizədə qeyd edilmişdir ki, “İpoteka haqqında” AR Qanununa uyğun olaraq, satış dəyəri 68000 manat məbləğində müəyyənləşdirilməklə xx.xx.2023-cü il tarixə, saat 11:00a təyin edilmiş təkrar açıq hərracda satışa çıxarılmış Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 103 ünvanında yerləşən, 2 otaqlı 3 nömrəli mənzilə dair keçirilən açıq hərracda iştirak etmək arzusundadır. Açıq hərracda iştirak etməyi üçün tərəfindən 3400 manat beh məbləği Cavabdeh2 MMC-nin hesabına ödənilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, X8 tərəfindən 3400 manat beh məbləği Cavabdeh2 MMC-nin hesabına ödənilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli, 03/23 saylı Hərracın yekunları barədə protokola əsasən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1609/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə ipoteka ilə yüklü edilmiş, borclu İddiaçı məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 103 ünvanında yerləşən, 2 otaqlı 3 nömrəli mənzil satış qiyməti 68000 manat olmaqla xx.xx.2023-cü il, saat 11:00-a təyin edilmiş təkrar açıq hərracda X1. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə (surəti borclular X11, İddiaçı və tələbkar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə) ünvanlanmış Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli, 26/23 saylı məktubundan qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1609/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən verilmiş xx/xx-156493-15 saylı, xx.xx.2022-ci il tarixli (daxil olma xx.xx.2022-ci il) sifariş üzrə, ipoteka ilə yüklü edilmiş, borclu İddiaçı məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 103 ünvanında yerləşən, 2 otaqlı 3 nömrəli mənzil təkrar hərracda alış qiyməti 68000 manat olmaqla X3 və bununla əlaqədar olaraq hərracın təşkilatçısı tərəfindən hərracın yekunları barəd xx.xx.2023-cü il tarixli, 03/23 nömrəli protokol tərtib edilmişdir. Hərracın yekunları barədə protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə sifarişçiyə göndərilir. İş materiallarında olan Cavabdeh2 MMC-nin Reyestrindən görünür ki, xx.xx.2023-cü il tarixli, 26/23 saylı məktub X10 və İddiaçı ünvan 4 ünvanına göndərilmişdir. İş materiallarında olan xəbərnamələrdən görünür ki, Cavabdeh2 MMC tərəfindən X10 və İddiaçı ünvanlanmış bildirişlər və məktublar rabitə orqanının köçüb qeyd şərti ilə geri qaytarılmışdır. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. “İpoteka haqqında” Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir “İpoteka haqqında” Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Mülki Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1609/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 03 avqust 2017-ci il tarixli “Təqaüdçünün təhsilinin təşkili” haqqında müqavilə üzrə cavabdeh X7 ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş məzənnəyə uyğun olaraq manat hesabı ilə 43176 funt sterlinq (GPB) məbləğində təhsilə çəkilmiş xərclərin, bildirişin qeydiyyata alınması üçün 30 manat məbləğində xidmət haqqının və ödənilmiş dövlət rüsumunun 28 manatının iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xeyrinə tutulması, tutulacaq məbləğin ilkin satış qiyməti 80000 manat müəyyən edilməklə cavabdeh İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan İddiaçı qaytarılması, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil hərracda satıldıqdan sonra cavabdehlərin həmin mənzildən 1 ay ərzində çıxmadığı təqdirdə onların həmin mənzildən məcburi qaydada çıxarılması qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən verilmiş xx/xx-156493-15 saylı, xx.xx.2022-ci il tarixli (daxil olma xx.xx.2022-ci il) sifariş üzrə, ipoteka ilə yüklü edilmiş, borclu İddiaçı məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 103 ünvanında yerləşən, 2 otaqlı 3 nömrəli mənzil ilkin satış qiyməti 80000 manat olmaqla açıq hərraca çıxarılması Cavabdeh2 MMC-yə həvalə edilmişdir. İpoteka ilə yüklü edilmiş, borclu İddiaçı məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 103 ünvanında yerləşən, 2 otaqlı 3 nömrəli mənzilə dair ilkin satış qiyməti 80000 manat olmaqla ilkin hərracın keçirilməsi xx.xx.2022-ci il tarixdə saat 11:00-a təyin edilmişdir. “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) bununla bağlı müvafiq elan dərc edilmişdir. İddiaçıya keçiriləcək hərracın vaxtı və yeri barədə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. xx.xx.2022-ci il, saat 11:00-a təyin edilmiş hərracda iştirak etmək üçün müraciət daxil olmamış, xx.xx.2022-ci il tarixinə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. xx.xx.2023-cü il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) bununla bağlı müvafiq elan yerləşdirilmişdir. Cavabdeh2 MMC tərəfindən ipoteka ilə yüklü edilmiş, borclu İddiaçı məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 103 ünvanında yerləşən, 2 otaqlı 3 nömrəli mənzil ilkin satış qiyməti 68000 manat məbləğində müəyyən edilməklə təkrar hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə saati 11:00-a təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə “Birjanews” internet informasiya ehtiyatında (www.birjanews.az) bununla bağlı müvafiq elan yerləşdirilmişdir. İddiaçıya keçiriləcək hərracın vaxtı və yeri barədə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmiş, icra vərəqəsində qeyd edilən ünvandan köçməsi qeydi ilə geri qaytarılmışdır. X8 Cavabdeh2 MMC-yə xx.xx.2023-cü il tarixli, 293/22 saylı ərizə ünvanlayaraq “İpoteka haqqında” AR Qanununa uyğun olaraq, satış dəyəri 68000 manat məbləğində müəyyənləşdirilməklə xx.xx.2023-cü il tarixə, saat 11:00-a təyin edilmiş təkrar açıq hərracda satışa çıxarılmış Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 103 ünvanında yerləşən, 2 otaqlı 3 nömrəli mənzilə dair keçirilən açıq hərracda iştirak etmək arzusunda olduğunu bildirmiş və Açıq hərracda iştirak etməyi üçün 3400 manat beh məbləği Cavabdeh2 MMC-nin hesabına ödəmişdir. xx.xx.2023-cü il tarixli, 03/23 saylı Hərracın yekunları barədə protokola əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1609/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə ipoteka ilə yüklü edilmiş, borclu İddiaçı məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 103 ünvanında yerləşən, 2 otaqlı 3 nömrəli mənzil satış qiyməti 68000 manat olmaqla xx.xx.2023cü il, saat 11:00-a təyin edilmiş təkrar açıq hərracda X1. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. İddiaçı hərracın keçirilməsi barədə onlara məlumat verilməməsini qeyd etsələr də, iş materiallarında olan sənədlərdlə həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilməsi və bu barədə iddiaçıya və digər borclulara sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsi təsdiq edilir. Odur ki, Cavabdeh2 MMC tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Həmçinin, iş materiallarına əsasən təsdiq edilir ki, mənzil ilkin satış qiyməti 80000 manat olmaqla hərraca çıxarılmışdır. Lakin keçirilən ilkin hərrac baş tutmadığına görə əmlakın ilkin satış qiyməti “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən salınmaqla, 68000 manat müəyyən edilmiş, təkrar hərracda sözügedən əmlak təkrar hərracda iştirak üçün müraciət etmiş və nəzərdə tutulmuş beh məbləğini ödəyən X8 tərəfindən 68000 manata alınmışdır. Odur ki, Cavabdeh2 MMC tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Məhkəmə həmçinin iddia tələbinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 tərəfindən X8 verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi hissəsindən aslı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, həmin hissədə də iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X12 və Cavabdeh2nə q̇arşı (X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X12 və Cavabdeh2nə q̇arşı (X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar